Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-591/2022 05.03.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X5 Ramiz qızının katibliyi, İddiaçı (Sumqaıt şəhəri, 47-ci məhəllə, ev 15 mənzil 42-də yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Zəngilan rayon qeydiyyat şöbəsinə qarşı onun doğum haqqında akt qeydində adının “İsa”dan “Bəhram”a düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavbadeh Zəngilan rayon qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, onun doğum haqqında akt qeydində adının “İsa”dan “Bəhram”a düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi və izah etdi ki, o, xx.xx.1960-cı ildə Zəngilan rayonu Zəngilan qəsəbəsində anadan olmuşdur. Uşaqlıqdan bu günə kimi bütün qohumları, dost və tanışları Bəhram kimi tanıyırlar. Doğum haqqında şəhadətnamədə, şəxsiyyət vəsiqəsində, diplomlarında, xidməti vəsiqələrində, sertifikatlarında, əmək kitabçasında və s. onun adı “Bəhram” yazılmışdır. Anasınını vəfatından sonra iddiaçı ona məxsus olan pensiyanı almaq məqsədi ilə sənədləri “Asan Xidmət”ə təqdim edərkən ona bildirilmişdir ki, sistemdə adı “Bəhram” deyil, “İsa” kimi göstərilmişdir. Bundan sonra o, doğum haqqında akt qeydində adının “İsa”dan “Bəhram”a dəyişdirilməsi üçün Zəngilan rayon qeydiyyat şöbəsinə ərizə ilə müraciət etmişdir. Lakin ona 24.09.2021-ci il tarixdə imtina məktubu verilərək məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Bununla bağlı o, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş : - AZE № 0******* seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1960-cı il tarixdə anadan olmuşdur. - Zəngilan rayon VVAQ bürosu tərəfindən verilmiş 16.06.1960-cı il tarixli ИЕ-İİİ № 055090 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X6 oğlu xx.xx.1960-cı ildə anadan olmuş, valideynləri X1 və X7r. İş materiallarına əlavə edilmiş ümumvətəndaş pasportu, tələbə bileti, sertifikat, diplom, əmək kitabçasında və digər sənədlərində onun adının « Bəhram » kimi qeyd olunduğu müəyyən edildi. Məhkəmənin sorğusuna Zəngilan rayon qeydiyyat şöbəsindəmn alınmış 1960-cı ilin iyun ayında tərtib edilmiş doğum haqqında akt qeydindən görünür ki, X4 xx xxxx 1960-ci ildə Zəngilan rayonu Zəngilan qəsəbəsində anadan olmuşdur. valideynləri X1 və X8r. Bu barədə Zəngilan rayon VVAQ bürosu tərəfindən doğum haqqında akt qeydi tərtib olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı doğum haqqında akt qeydində düzəliş edilməsi üçün cavabdeh Zəngilan rayon qeydiyyat şöbəsinə müraciət etmiş, lakin sonuncu tərəfindən 24.09.2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı doğularkən ona “Bəhram” adı verilmiş və hazıradək onun bütün sənədlərində adı “Bəhram” kimi qeyd edilmişdir. Lakin ilkin doğum haqqında akt qeydində adı səhvən “İsa” kimi göstərildiyindən hazırda cavabdeh Zəngilan rayon qeydiyyat şöbəsi düzəliş etməkdən imtina edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ına əsasən bu əsas müddəalar Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri (bundan sonra — qeydiyyat şöbələri və konsulluq idarələri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir. X10: 1.Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.
2. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır.
3. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: ..... vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə;
4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: ...... vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qərarı.
8. Ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir.
10. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində düzəldilən səhvlər və edilən dəyişikliklər ərizə verən şəxslərə oxunur, onlar tərəfindən və dəyişikliyi aparan vəzifəli şəxs tərəfindən imzalanır, möhürlə təsdiq edilir. Bu zaman əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə vətəndaşlıq vəziyyəti aktının qeyd olunması haqqında ərizə verən şəxslərə yeni şəhadətnamə verilir və ya yeni şəhadətnamələrin ərizə verən şəxslərə təqdim olunması üçün rəyi qəbul edən qeydiyyat şöbələrinə və konsulluq idarələrinə 3 gün müddətində göndərilir.
12. Qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və ya məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və iddiaçının doğum haqqında akt qeydində adının “İsa”dan “Bəhram”a dəyişdirilməsi cavabdeh Zəngilan rayon qeydiyyat şöbəsinin üzərinə qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. İddiaçı doğum haqqında akt qeydində adının “İsa”dan “Bəhram”a dəyişdirilməsi öhdəliyi cavabdeh Zəngilan rayon qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Sülh prospekti , 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər.
Hakim Vəfa Əzizova