Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-5920/2025 14.01.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Cavabdehnə qarşı iş üzrə (soyadının dəyişdirilməsi) GİRİŞ HİSSƏ: Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Şükürov Əfsun Vidadi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “cavabdeh tərəfindən tərtib edilmiş 117 saylı xx.xx.1996-cı il tarixli ölüm haqqında akt qeydində ölənin soyadına “Ələkbərova”dan Əhmədova”ya dəyişiklik edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına Sumqayıt Məhkəmə Kompleksinin (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən tərtib edilmiş 117 saylı, xx.xx.1996-cı il tarixli ölüm haqqında akt qeydində ölənin soyadına “Ələkbərova”dan Əhmədova”ya dəyişiklik edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının anası, mərhum X4 1930-cu ildə Qubadlı rayonu, Qarakişilər kəndində anadan olmuş və 07 avqust 1996-cı il tarixdə Bakı şəhəri, Binəqədi rayonunda vəfat etmişdir. Mərhumun ölüm haqqında akt qeydi tərtib edilərkən soyadı "Ələkbərova" kimi qeyd edilmişdir. İddiaçı yanlışlığın aradan qaldırılması üçün ərizə ilə Cavabdehnə müraciət etdikdə isə ona 14.05 2025-ci il tarixli, 3-16-5/8-S-xxxx/2025 saylı məktubla ərizəsinin icrasından imtina edildiyi bildirilmişdir. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
2. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası 14 yanvar 2026-cı il tarixə təyin edilmişdir. İddiaçı məhkəmə iclasında iştirak edərək iddia tələbinə uyğun izahat vermişdir. Cavabdeh məhkəmə iclasında təmsil edilməmiş, ancaq iddiaçının ərizəsinin icrasından imtina məktubunda qeyd olunmuşdur ki, 117 saylı, xx.xx.1996-cı il tarixli ölüm haqqında akt qeydində ölənin soyadının “Ələkbərova” kimi qeyd edilməsinə baxmayaraq, Qubadlı rayonu, Qaracallı icra nümayəndəliyi tərəfindən tərtib edilmiş 10 saylı, xx.xx.1973cü il tarixli doğum haqqında akt qeydində ananın soyadı “Əhmədova” kimi qeyd edilmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. • Cavabdeh orqandan daxil olaraq iş materiallarına əlavə edilmiş 14 may 2025-ci il tarixli 3-16-5/8-xx-xx/2025 nömrəli arayışa əsasən iddiaçının valideynləri – X5 ilə X2 12 aprel 1956-cı il tarixdə nikah haqqında akt qeydi tərtib edilmiş və nikahdan sonra arvada Əhmədova soyadı verilmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü Məhkəmə iş materiallarını tədqiq edib, ilkin olaraq müəyyən edir ki, iddia mümkün iddiadır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə” dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını; 2) cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını; 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını; 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar. Hər bir tələbə ayrılıqda nəzər salaq. İddiaçının hazırkı tələb üzrə iddia qaldırmağa subyektiv hüququ mövcuddur. Belə ki, iddiaçı xx xxx 1973-cü il tarixdə doğulmuşdur və 891835 nömrəli, xx.xx.1973-cü il tarixli doğum haqqında akt qeydinə əsasən onun valideynləri X5 və X3r. Cavabdeh inzibati orqanın həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçının mərhum anasına aid ölüm haqqında akt qeydi Cavabdeh tərəfindən qəbul edildiyindən mövcud mübahisə ilə bağlı səlahiyyətlər Cavabdehnə aiddir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı cavabdeh orqana müraciət etmiş və cavabdehin xx.xx.2025-ci il tarixli məktubu ilə onun müraciətinin təmin olunmasından imtina edilmişdir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı qeyd edilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati Prosesual Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.
5. Tətbiq edilən hüquq
Bundan əlavə məhkəmə təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi 159-cu maddə: Vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar 159.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. 159.2. Müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər.
189-cu maddə: Vətəndaşların adı və soyadı, ata adını dəyişdirmək hüququ Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Maddə 190. Adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması qaydası Adın, ata adının və soyadın dəyişdirilməsi vətəndaşların daimi yaşayış yerində qeydə alınır.
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi 2.2.2-ci maddə: İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 4.1-ci maddə: İnzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 12.1-ci maddə: Məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 68.1-ci maddə: Məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. 68.2-ci maddə: Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
6. Məhkəmənin mövqeyi
İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinə dəyişikliyin edilməsi, kifayət qədər əsaslar olduqda VVAQ şöbələri, mübahisə olduqda isə məhkəmə qətnaməsi əsasında həyata keçirilir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, İddiaçı anası, mərhum X4 cavabdeh orqandan daxil olmuş ölüm haqqında akt qeydinə əsasən 1930-cu ildə Qubadlı rayonu, Qarakişilər kəndində anadan olmuş və 07 avqust 1996-cı ildə Bakı şəhəri, Binəqədi rayonunda vəfat etmişdir. Mərhumun ölüm haqqında akt qeydi tərtib edilərkən soyadı "Ələkbərova" kimi qeyd edilmişdir. İddiaçı mərhum anasının soyadının dəyişdirilməsi üçün ərizə ilə Cavabdehnə müraciət etmiş, lakin xx.xx.2025-ci il tarixli, 3-16-5/8-S-xx-xx/2025 saylı məktubla ərizənin icrasından imtina edilmişdir. Cavabdeh orqanın təqdim etdiyi 117 saylı, xx.xx.1996-cı il tarixli ölüm haqqında akt qeydində ölənin soyadının “Ələkbərova” kimi qeyd edilməsinə baxmayaraq, Qubadlı rayonu, Qaracallı icra nümayəndəliyi tərəfindən tərtib edilmiş 10 saylı, xx.xx.1973-cü il tarixli doğum haqqında akt qeydində ananın soyadı “Əhmədova” kimi qeyd edilmişdir. Əlavə olaraq, məhkəmə qeyd edir ki, 14 may 2025-ci il tarixli 3-16-5/8-xx-xx/2025 nömrəli arayışa əsasən iddiaçının valideynləri – X5 ilə X2 12 aprel 1956-cı il tarixdə nikah haqqqında akt qeydi tərtib edilmiş və nikahdan sonra arvada Əhmədova soyadı verilmişdir. Yaranmış mübahisə üzrə məhkəmə hesab edir ki, mövcud hal, yəni nikah haqqında akt qeydi ilə ölüm haqqında akt qeydində mərhumun soyadının fərqli tərtib edilərək qeyd edilməsi iddiaçının və ya mərhumun təqsirindən irəli gəlməyərək cavabdeh orqan tərəfindən yol verilmiş texniki səhv kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin müvcudluğunu sübut etmək vəzifəsi həmin orqanın üzərinə düşür. Yuxarıda qeyd olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, hazırkı halda 12 aprel 1956-cı il tarixli, 07 nömrəli nikah haqqında akt qeydində və iddiaçının doğum haqqında şəhadətnaməsində iddiaçının anası, mərhum X1 “Əhmədova” kimi qeyd edilməis, habelə inzibati icraat haqqında qanunvericiliyin norma və prinsipləri əsas götürülməklə, habelə yuxarıda istinad olunan qanunvericilik normalarının tələbinə əsasən cavabdeh inzibati orqanın iddia tələbinə etirazın əsası kimi istinad etdiyi halın əsassız olması səbəbindən iddia təmin edilməli, cavabdeh tərəfindən tərtib edilmiş 117 saylı xx.xx.1996-cı il tarixli ölüm haqqında akt qeydində ölənin soyadının “Ələkbərova”dan Əhmədova”ya dəyişiklik edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ:
Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. İddiaçı iddia tələbi üzrə cavabdeh tərəfindən tərtib edilmiş 117 saylı, xx.xx.1996-cı il tarixli ölüm haqqında akt qeydində ölənin soyadının “Ələkbərova”dan Əhmədova”ya dəyişiklik edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərar tam formada təqdim olunduğu (elektron kabinet mövcud olduğu təqdirdə kabinetdə yerləşdirildiyi) gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi (elektron kabinet mövcud olduğu təqdirdə kabinetdə yerləşdirildiyi vaxtdan) vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu (elektron kabinet mövcud olduğu təqdirdə kabinetdə yerləşdirildiyi gündən) gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim İmran Burcayev