Məhkəmə qərarları › İş №2-1(118)-593/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-593/2021

30.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-593/2021 30.03.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “DT və XK-nin Xaçmaz rayon şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2002-ci il tarixli JN -351A KOD 30218018 saylı Şəhadətnamədə İmanov soyadlarını İmamov soyadlarına, Vəzufə adının Vəzurə və Malik adının Mais kimi yazılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “DT və XK-nin Xaçmaz rayon şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2002-ci il tarixli JN -351A KOD 30218018 saylı Şəhadətnamədə İmanov soyadlarını İmamov soyadlarına, Vəzufə adının Vəzurə və Malik adının Mais kimi yazılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, DT və XK-nin Xaçmaz rayon şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2002-ci il tarixli JN -351A KOD 30218018 saylı Şəhadətnamə ilə Xaçmaz rayon ərazisində 0,24 ha torpaq sahəsi iddiaçılardan olan İddiaçı mülkiyyətinə verilmişdir. Qeyd olunan şəhadətnamədə ailə üzvləri olan həyat yoldaşı və uşaqlarının da adları göstərilmişdir. Lakin həmin şəhadətnamədə həm onun həm də ailə üzvlərinin soyadları , İmamov əvəzinə İmanov , həmçinin həyat yoldaşının adı Vəzurə əvəzinə Vəzufə və oğlu Maisin adı Malik kimi göstərilmişdir. Şəhadətnamə verilərkən həm soyadlarında , həm də adlarda olan yanlışlığa fikir verilməmişdir. Bu yanlışlığı gördükdən sonra tərəflərindən DT və XK-nin Xaçmaz rayon şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2002-ci il tarixli JN -351A KOD 30218018 saylı Şəhadətnamədə olan yanlışlıqların aradan qaldırılması məqsədilə müraciətimizə cavab olaraq cavabdeh tərəfindən ünvanlanmış məktubda bildirilmişdir ki , göstərilən yanlışlıqların aradan qaldırılması səlahiyyətinə malik deyillər və bu səbəbdən də məhkəməyə müraciət olunması tövsiyyə olunmuşdur. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək, bildirmişdir ki, iddia tələbində qeyd olunan sənəddə olan səhvlərin düzəldilməsi onların səlahiyyətinə aid deyil. Belə ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən onlar yalnız özləri tərəfindən verilmiş sənədlərə düzəliş edə bilərlər. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinə etiraz etmişdir. Cavabdeh inzibati orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh inzibati orqanın nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasına gəlməmişlər və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, iddiaçının izahatını dinləyərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1997-ci il tarixli 16 saylı qərarına əsasən vətəndaş X1 və onun ailə üzvlərinə Xaçmaz rayonu Niyazoba kəndində yerləşən 0.24 ha torpaq sahəsi ayrılmış və həmin hüquqlar Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsində 332 nömrəsi ilə qeydiyyatdan keçərək, xx xxxxxx 2002-ci il tarixli JN -351A KOD 30218018 saylı Şəhadətnamə verilmişdir. Qeyd olunan Şəhadətnamə ilə DƏDRX-in 5 saylı Ərazi İdarəsinə müraciət edən X2 müvafiq torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın reyestrində qeydiyyata almaq istəmişdir. Lakin, DƏDRX-in 5 saylı Ərazi İdarəsi tərəfindən vətəndaşın müraciəti təmin edilməmişdir. Əsas olaraq xx xxxxxx 2002-ci il tarixli JN -351A KOD 30218018 saylı Şəhadətnamədə qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi idarənin səlahiyyətləri xaricində olduğu bildirilmişdir. Bu səbəbdən torpaq sahəsinin rəsmiləşdirilməsi həyata keçirilə bilməmişdir. Qeyd olunanlara əsasən iddiaçı məhkəməyə müraciət edərək, torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın reyestrində qeydiyyata alınması öhdəliyinin DƏDRX-in 5 saylı Ərazi İdarəsinin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi mümkün hesab edilməməlidir. Məhkəmənin gəldiyi nəticə aşağıdakılara əsaslanır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti haqqında Əsasnaməsinin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti (bundan sonra — Xidmət) Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının, ünvan reyestrinin, dövlət torpaq kadastrının, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır.Həmin Əsasnamənin 2.0.1-ci bəndinə əsasən Ximət Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının, dövlət torpaq kadastrının və onun tərkib hissəsi olan torpaq reyestrinin tərtib edilməsini və aparılmasını həyata keçirir. Həmin Əsasnamənin 2.0.7-ci bəndinə əsasən dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə avtomatlaşdırılmış torpaq kadastr informasiya sistemini və məlumat bankını yaradır. Həmin Əsasnamənin 3.0.8, 3.0.9 və 3.0.11-ci bəndlərə əsasən dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə avtomatlaşdırılmış torpaq kadastr informasiya sistemini və məlumat bankını yaratmaq və onlardan istifadəni təmin etmək, mərzçəkmə işlərini aparmaq və mərz nişanlarını qoymaq, torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini təmin etmək Xidmətin vəzifələrinə aiddir. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 6 sentyabr tarixli, 576 nömrəli Fərmanı ilə təsdiq edilmiş və xx xxxxxx 2015-ci ildə qüvvədən düşmüş “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi haqqında” Əsasnamənin 3-cü bəndinə əsasən komitə yerquruluşu, dövlət torpaq kadastrı, torpaqların monitorinqi, onların münbitliyinin təmin olunması, geodeziya və xəritəçəkmə sahəsində dövlət siyasətini formalaşdıran və həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 10.3-cü,10.19,10.20,10.38 və 10.43-cü bəndlərinə əsasən dövlət torpaq kadastrının, torpaqların monitorinqinin aparılması, habelə yerquruluşunun həyata keçirilməsi üzrə işlərin və tədbirlərin təşkil edilərək həyata keçirməsi, müvafiq inzibati rayon vahidlərində torpaq kadastrının aparılması məqsədilə lazımi kadastr-planalma işlərini həyata keçirməsi, qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahələri üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə işlərini aparılması, habelə müvafiq texniki sənədləri tərtib edərək həmin torpaq sahəsi üzərində hüquq əldə edənə verməsi, dövlət torpaq kadastrı, torpaqların monitorinqi, yerquruluşu, geodeziya, topoqrafiya və kartoqrafiya sahəsində normativ texniki sənədlərin hazırlanması və tətbiqinin vahid rejim və normativ texniki sənədlər əsasında həyata keçirilməsinin təmin edilməsi, Azərbaycan Respublikasının ərazisindəki dəyişikliklərə uyğun olaraq topoqrafik, inzibati, coğrafi və məlumat xəritələrində olan dəyişiklikləri yeni nəşr olunan xəritələrdə əks etdirmək üçün müntəzəm olaraq operativ-məlumat xəritəsinin müasirliyini təmin edilməsi Xidmətin funksiyalarına aid edilmişdir. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2015-ci il tarixli Fərmanının 2.1-ci bəndinə əsasən ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2015-ci il tarixli Fərmanına əsasən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilərək, onu bəzi səlahiyyətləri X6 Komitəsinə verilmişdir. Qeyd olunan səlahiyyətlər içərisində həmçinin torpaq sahələrinin yerquruluşun, yəni torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə müvafiq tədbirlər sisteminində ƏMDK-nə verilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin qeyd olunan səlahiyətlərinin həyata keçirilməsi Komitənin yanında olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə həvalə edilmişdir. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti (bundan sonra — Xidmət) öz Əsasnaməsinə görə Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrı, ünvan reyestrinin, dövlət torpaq kadastrının, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparır. Göründüyü kimi torpaq sahələri ilə bağlı vahid dövlət kadastırının aparılması, ünvan reyesterinin,o cümlədən torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli qeyd olunan Xidmət tərəfindən həyata keçirilir. Başqa sözlə desək vaxtı ilə fəaliyyət göstərmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2015-ci il tarixli Fərmanında qeyd olunan səlahiyətlərinin aparılması məhz ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə həvalə edilmişdir. Nəzərə alınmalıdır ki, zaman etibarı ilə qüvvədə olmuş “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi haqqında” Əsasnaməsinin 10.38-ci bəndinə əsasən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi dövlət torpaq kadastrını, torpaqların monitorinqini, yerquruluşu, geodeziya, topoqrafiya və kartoqrafiya sahəsində normativ texniki sənədlərin hazırlanmasını və tətbiqinin vahid rejim və normativ texniki sənədlər əsasında həyata keçirilməsinin təmin edilməsini həyata keçirirdi. Bu baxımdan məhkəmə hesab edir ki, vaxtı ilə X5 Komitəsi tərəfindən səhv verilmiş Şəhadətnamədəki ad və soyad yanlışlıqlarının düzəldilməsi vəzifəsi müvafiq səlahiyyətləri verilmiş qurum, yəni ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən həyata keçirilməlidir. Buna görədə DTXK-si tərəfindən verilmiş “Torpağın mülkiyyətə verilməsi haqqında Şəhadətnamə” də həmin qurum tərəfindən edilmiş texniki səhvin aradan qaldırılmasında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin səlahiyyəti olmadığına görə ona qarşı qaldırılmış iddia tələbi mümkün hesab edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxx 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.... subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair xx xxxxx 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki,"Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibat Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü həmin məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələblərinə görə iddiaçı iddia ilə məhkəməyə ancaq hər hansı bir hüququnun pozulmasının ehtimalı halında müraciət edə bilər. İddia qaldıran şəxsin subyektiv hüququnun pozulması iddianın mümkünlüyu şərtlərindən biridir və bu pozulmanın olmaması iddianın mümkünsüz hesab edilməsinə əsas verir. Eyni zamanda müvafiq iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22-ci, 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “DT və XK-nin Xaçmaz rayon şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2002-ci il tarixli JN -351A KOD 30218018 saylı Şəhadətnamədə İmanov soyadlarını İmamov soyadlarına, Vəzufə adının Vəzurə və Malik adının Mais kimi yazılması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim olunduğu vaxtdan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar