Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-5939/2025 16.12.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə (Açar sözlər: əlilliyin müəyyən edilməsi) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin müəyyən olunması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı, Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 21 mart 2025-ci il tarixli qərarının ləğv edilməsi və iddiaçıya 21 mart 2025-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi səbəb əlaqəsi ilə spesifik şəxsiyyət pozuntusunun (fəlakət (Qarabağ müharibəsi) keçdikdən sonra davamlı dəyişikliyi F62.0)) 35-60 % dərəcəsinə uyğun olaraq iki il müddətinə əlilliyin təyin edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. (iddia tələbi dəqiqləşdirilmişdir) İddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.1996-cı il tarixdə Xaçmaz şəhəində anadan olmuşdur. xx.xx.2019-cu il tarixdə SHXÇDX-nin Xaçmaz rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılmışdır. xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Tərtər-Ağdərə istiqamətində gedən döyüşlər zamanı “Döş qəfəsinin sol yarısının dəlib-keçən güllə yarasına, soltərəfli hemopnevmotoraksa görə aparılmış torakosentez, sol plevra boşluğunun Bilau üsulu ilə drenajı cərrahi əməliyyatdan sonrakı reaktiv plevrit, sol Vİİİ, İX qabırğaların yerdəyişməyən xətti sınıqları və sağ bazunun yuxarı 1/3-nin, sağ saidin aşağı 1/3-nin çoxsaylı qəlpə yaralarına görə aparılmış yaraların cərrahi işlənməsi” xəsarəti almışdır. Aldığı xəsarətlə əlaqədar ilk tibbi yardım döyüş meydanında göstərildikdən sonra Tərtər RMX-na. oradan N nömrəli hərbi hissəyə, sonra Ağcabədi RMX-na. daha sonra xx.xx.2020-ci il tarixdə X7 köçürülmlşəm. xx.xx.2020-xx.xx.2020-ci il tarixədək X6 stasionar müayinə və müalicədə olmuşdur. xx.xx.2020-xx.xx.2020-ci il tarixədək X6, xx.xx.2023-xx.xx.2023, xx.xx.2023xx.xx.2023-SN Respublika Psixiattriya Xəstəxanasında, xx.xx.2023-MN MHP-da müayinədə və müalicədə olmuşdur. İki dəfə tarixdə MN Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə şəhadətləndirilmişdir. İkinci dəfə xx.xx.2023-cü il tarixdə MN Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə şəhadətləndirilmişdir. Qərarda diaqnoz və xəsarətin (yaralanmanın, travmanm. kontuziyanm). xəstəliyin səbəb əlaqəsi haqqında hhk aşağıdakıları qeyd etmişdir: Orta (mülayim) dərəcədə ifadə olunmuş uzunmüddətli depresiv epizod. Orta (mülayim) dərəcədə ifadə olunmuş şəxsiyyətin davamlı dəyişikliyi. Partlayış travması (xx.xx.2020). Sağ median və radial sinirlərin postravmatik neyropatiyası nəticəsində ətrafın funksiyasının mülayim dərəcədə pozulması ilə. Döş qəfəsinin sol yarısının dəlib-keçən güllə yarasına, soltərəfli hemopnevmotoraksı. sol Vİİİ. İX qabırğaların yerdəyişməyən xətti sınıqlarına görə aparılmış soltərəfli torakosentez. plevra boşluğunun drenajı (xx.xx.2020) cərrahi əməlyyatdan sonra bərkimiş dəri çapıqları. Xarici tənəffüs funksiyasının pozulmaması ilə. Sağ bazunun və saidin kor qəlpə yaralanmasından sonrakı dəri çapıqları, у umuşaq toxumaların yad cismi (metal qəlpələr). Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır HHK-nın hərbi xidmətə, hərbi-uçot ixtisası üzrə xidmətə və s. yararlılıq haqqında qərarında qeyd edilmişdir ki,“Xəstəlik cədvəli”nin 17b, 18b,27b maddəsinin İİ qrafasına və ƏTC-yə (Azərbaycan Lespublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş Hərbi-həkim ekspertizası haqqında Əsasnaməyə əsasən ) Sülh dövrdə hərbi xidmətə yarasız, müharibə dövründə məhdud yararlıdır. Müşayətçiyə zərurət vardır. 2024-cü ilin may ayında Respublika Psixiatriya Xəstəxanasına göndərilmiş və orada Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 3-28/3-1-118/2023 saylı “Vətən nüharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunmuşdur. Komissiya tərəfindən müyinənin nəticəsi olaraq Üzvi (Qarabağ müharibəsi zamanı ilinmiş kəllə beyn travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv və diassosiativ daxil olmalar, intihar fikirləri ilə F 62,0. Diaqnozu qoyulmuşdur. Bu diaqnozla bağlı Həkim Psixiatr komissiyası tərəfindən xx.xx.2024-cü il tarixli 4672 saylı rəy də verilmişdir. Axırıncı dəfə xx.xx.2024-cü il tarixdə müayinə və müalicə nəticəsində xəstəliyi ilə əlaqədar əldə etdiyi tibbi sənədləri hərbi xidmətlə əlaqədar əlillik vəziyyətinin qiymətləndirilməsi üçün X2 və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibb-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra - Agentlik) təqdim edərək müraciət etmişdir. xx.xx.2025-ci il tarixdə Agentlik tərəfindən aşağıdakı məzmunda imtina cavabı almışdır: İmtina edilib. Səbəb: Diaqnoz əlillil əlaməti təyin etməməsi . ətraflı: Diaqnoz əlillik əlaməti təyin etmir. Agentlik ona qoyulan üzvi (Qarabağ nüharibəsi zamanı alınmış kəllə-beyn travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv və liassosiativ daxilolmalar, intihar fikirləri ilə diaqnozunu təsdiqləməklə yuxarıda qeyd etdiyi nəticəyə gəlmişdir. Hesab edir ki, imtina əsassızdır və aşağıdakı əsaslara görə əlillik təyin edilməlidir. Belə ki, fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, şəxsiyyət pozuntusu, depressiv və diassosiativ daxilolmalar, intihar fikiri ilə F 62.0 diaqnozlu xəstəlikləri həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliy in və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair" Əsasnamənin 2.3. 2.3.4 və 2.3.9-cu bəndlərinə, həm də hazırda qüvvədə olan NK-nın 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları" nın tələbləri baxımından əlilliyin təyininə əsas verən xəstəliklərdir. Belə ki, "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair" Əsasnamənin: - 2.3-cü bəndinə əsasən üçüncü dərəcə əlillik xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin ləyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur, üçüncü dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: - 2.3.4. epilepsiya seyrək tutmalarla (ayda iki dəfədən az olmamaqla) (G40-G40.9); - 2.3.9. uzun müddət dekompensasiya (altı aydan çox) vəziyyətində olan şəxsiyyət pozuntuları və psixopatiyalar (F60.0-F62.9. F45-F45.9, F48-F48.9). labelə. G40 kodlu xəstəlik (epilepsiya) "Əlilliyin müəyyən olunması meyarları" nın 6-cı "Sinir istemi xəstəlikləri" bölməsinin 6.7-ci bəndində əlilliyin təyin edilməsinə əsas verən xəstəlik kimi təsbit edilmişdir və bölmənin 6.7.1 və 6.7.3 və 6.7.4-cü bəndlərinə əsasən müvafiq olaraq orqanizmin funksiyalarının 35-60, 65- 80 və 85-100 faiz pozulmasına görə əlilliyin təyin edilməsinə əsas verir. Əsas diaqnozun ağırlaşmaları olan F43.1 kodlu xəstəlik (posttravmatik stres pozuntusu) və F62.0 kodlu (fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi) xəstəliklər də meyarların 7-ci "Psixi ə davranış pozuntuları" bölməsinin 7.5.1 və 7.7.1-ci bəndlərində əlilliyin təyin edilməsinə əsas verən xəstəliklər kimi təsbit edilmişdir. F43.1 kodlu xəstəlik bölmənin 7.5.1.1 və 7.5.1.2-ci bəndlərinə, F62.0 odlu xəstəlik isə 7.7.1.1 və 7.7.1.2-ci bəndlərinə əsasən müvafiq olaraq orqanizmin funksiyalarının 5- 60 və 65-80 faiz pozulmasına görə əlilliyin təyin edilməsinə əsas verir. Forma 88 göndərişdəki əsas diaqnoz kimi qeyd edilmiş G40.5 kodlu və onun ağırlaşmaları olan 43.1 və F62.0 kodlu xəstəliklər "Əlilliyin müəyyən olunması meyarları” na əsasən, iddiaçıya orqanizmin funksiyalarının 35-60. 65-80 və 85- 100 faiz pozulmasına əlilliyin təyin edilməsinə əsas verən xəstəliklər siyahısına daxil edilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, vətəndaşın orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında Agentlikdə əyani müayinəsi nəticəsində xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2023-cü il tarixli 7451 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Orta (mülayim) dərəcədə ifadə olunmuş uzunmüddətli depressiv epizod. Orta (mülayim) dərəcədə ifadə olunmuş şəxsiyyətin davamlı dəyişikliyi. Partlayış travması (xx.xx.2020). Sağ median və radial sinirlərin posttravmatik neyropatiyası nəticəsində ətrafın funksiyasının mülayim dərəcədə pozulması ilə. Döş qəfəsinin sol yarısının dəlib-keçən güllə yarasına, soltərəfli hemopnevmotoraks, sol Vİİİ, İX qabırğaların yerdəyişməyən sınıqlarına görə aparılmış soltərəfli torakosentez, plevra boşluğunun drenajı (xx.xx.2020) cərrahi əməliyyatından sonrakı bərkimiş dəri çapıqları, xarici tənəffüs funksiyasının pozulmaması ilə. Sağ bazunun və saidin kor qəlpə yaralanmasından sonrakı dəri çapıqları, yumşaq toxumaların yad cismi (metal qəlpələr)” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli 11943387 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli 2590 nömrəli Tibbi rəyində diaqnoz “Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalar, intihar fikirləri ilə” kimi müəyyənləşdirilmişdir. (Təyin edilən diaqnoz 6 ay müddətinə qüvvədədir) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2024xx.xx.2024-cü il tarixli 12406524 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının xx.xx.2024-cü il tarixli 4672 nömrəli Tibbi rəyində diaqnoz “Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalar, intihar fikirləri ilə” kimi müəyyənləşdirilmişdir. (Təyin edilən diaqnoz 3 il müddətinə qüvvədədir) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2024-xx.xx.2024-cü il tarixli 13741736 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi” kimi müəyyənləşdirilmişdir. Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı soyuqda döş qəfəsinin sol yarısında olan ağrılardan, tez-tez əsəbləşməsindən, yuxusuzluqdan, özünəqapanmadan, səbəbsiz həyəcan və qorxunun olmasından, intihar fikirlərinin yaranmasından şikayətlənmişdir. Dərmanlar haqqında ətraflı məlumat verə bilməmişdir. Zahirən fiziki zəif olmuş, suallara asta səs tonu ilə cavablar vermişdir. Maraq dairəsi aşağı olmuşdur. Emosional iradi sferası stabil olmuş, patoloji affekt izlənilməmişdir. Mühakimə və analiz qabiliyyəti situasiyaya uyğun olmuş, tənqidi bütün istiqamətlərdə qorunmuşdur. Primitiv olması izlənmişdir. Hal-hazırda psixi vəziyyəti ilə əlaqədar kənar şəxsin nəzarəti və ya qulluğuna ehtiyac yaradan ağırlaşmalar izlənilməmişdir. Subay olduğunu və DMA tərəfindən iribuynuzlu heyvanla təmin edildiyini bildirmişdir. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Fəlakətdən sonra yüngül ifadəli şəxsiyyət dəyişikliyi. Primitiv şəxs” kimi müəyyənləşdirilmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iştirak etmiş, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: 7451 nömrəli X1 göstərilmişdir ki, SHXÇDX-nin Xaçmaz rayon şöbəsinin rəisinin xx.xx.2023-cü il tarixli 3-43-27/2-557/2023 nömrəli göndərişi ilə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən 08 iyul 2023-cü ildə şəhadətləndirilmişdir. Anamnezi: Anamnezindən məlumdur ki, irsiyyəti ruhi-əsəb xəstəliklərlə ağırlaşmayıb. İlkin psixoifiziki inkişafı adi olub. Uşaq yaşlarında xasiyyətcə sakit, mehriban, təmizkar, səliqəli və intizamlı olub. Məktəbə vaxtında gedib. Orta təhsillidir. -Subaydır. İşləmir. xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Tərtər-Ağdərə istiqamətində gedən döyüşlər zamanı “Döş qəfəsinin sol yarısının dəlib-keçən güllə yarasına, soltərəfli hemopnevmotoraksa görə aparılmış torakosentez, sol plevra boşluğunun Bilau üsulu ilə drenajı cərrahi əməliyyatından sonrakı reaktiv plevrit, sol Vİİİ, İX qabırğaların yerdəyişməyən xətti sınıqları və sağ bazunun yuxarı 1/3-nin, sağ saidin aşağı 1/3-nin çoxsaylı qəlpə yarası yaralarına görə aparılmış yaraların birincili cərrahi işlənməsi" xəsarəti almışdır (əsas: N nömrəli hərbi hissənin təqdim etdiyi xx.xx.2021 -ci il tarixli 061 nömrəli travma haqqında arayış). Aldığı xəsarətlə əlaqədar olaraq ilk tibbi yardım döyüş meydanında göstərildikdən sonra Tərtər RMX-na, oradan N nömrəli hərbi hissəyə Ağcabədi RMX-na, daha sonra xx.xx.2020-ci il tarixdə X7 köçürülmüşdür. xx.xx.2020-xx.xx.2020-ci il tarixədək X8 stasionar müayinə və müalicədə olmuşdur (əsas: 14749 nömrəli arayış). xx.xx.2020, xx.xx.2020-ci il tarixlərdə MN Mərkəzi Hərbi Poliklinikasının Hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilərək hər dəfə 20 (iyirmi) gün müddətinə məzuniyyət verilmişdir (əsas: 6693 nömrəli arayış). xx.xx.2021-ci il tarixdə hərbi xidmətdən ehtiyata buraxılmışdır. xx.xx.2021-ci il tarixdə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilərək “Hərbi xidmətə yararlıdır” qərarı verilmişdir (əsas 14749 nömrəli arayış). xx.xx.2022-ci il tarixdə Psixi Sağlamlıq Mərkəzinin baş direktoru, tibb elmləri doktoru, professor Fuad İsmayılov tərəfindən müayinə olunub, “Posttravmatik stress pozuntusu F43,1 diaqnozu təyin olmuşdur (əsas: 7369 nömrəli tibbi rəy). xx.xx.2023-21,02.2023-cü il tarixədək SN Respublika Psixiatriya Xəstəxanasında “Posttravmatik stress pozuntusu. Orta dərəcəli depressiv epizod” diaqnozu ilə stasionar müayinə və müalicədə olmuşdur (əsas: 10053405 nömrəli xəstəlik tarixindən çıxarış). xx.xx.2023-cü il tarixdə Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyasında Psixi Sağlamlıq Mərkəzinin baş direktonu, tibb elmləri doktoru, professor Fuad İsmayılov tərəfindən müayinə olunub, “Fəlakət (müharibə) keçirtdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi F 62,0. Orta dərəcəli depressiv epizod F 32,1” diaqnozu təyin olmuşdur (əsas: 71 nömrəli tibbi rəy). xx.xx.2023-xx.xx.2023-cü il tarixədək Respublika Psixratriya Xəstəxanasında “Fəlakət (müharibə) keçirtdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi. Orta dərəcəli depressiv epizod” diaqnozu ilə stasionar müayinə və müalicədə olmuşdur (əsas: 7387/23 nömrəli xəstəlik tarixindən çıxarışlar). Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsi rəisi tərəfindən xəstəliyin səbəb əlaqəsinin təyini uçun hərbi-həkim komissiyasına göndərilmişdir. MN BKH-da baş nevroloq, torakal cərrah və travmatoloq ilə konsultasiya olunmuşdur. Diaqnoz və xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın) xəstəliyin səbəb əlaqəsi haqqında hhk-nın qərarı: Orta (mülayim) dərəcədə ifadə olunmuş uzunmüddətli depressiv epizod. Orta (mülayim) dərəcədə ifadə olunmuş şəxsiyyətin davamlı dəyişikliyi. Partlayış travması (xx.xx.2020). Sağ median və radial sinirlərin psttravmatik neyropatiyası nəticəsində ətrafın funksiyasının pozulması ilə. Döş qəfəsinin sol yarısının dəlib-keçən güllə yarasına, soltərəfli hemopnevmotoraks, sol Vİİİ, İX qabirğaların yerdəyişməyən sınıqlarına görə aparılmış soltərəfli torakosentez, plevra boşluğunun drenajı (xx.xx.2020) cərrahi əməliyyatdan sonraki bərkimiş dəri çapıqları, xarici tənəffüs funksiyasının pozulması ilə. Sağ bazunun və saidin kor qəlpə yaralanmasından sonrakı dəri çapıqları, yumşaq toxumaların yad cismi (metal qəlpələr). HHK-nın hərbi xidmətə, hərbi-həkim ixtisası üzrə xidmətə və s. yararlılıq haqqında qərar “Xəstəliklər cədvəli”nin 17b, 18b, 27b maddəsinin İİ qrafasına ƏTC-yə (Azərbaycan Respublikası Naziriiər Kabinetinin 2008-ci il 29 fevral nömrəli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən Sülh-dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır. xx.xx.2021-ci il tarixli 1061 nömrəli X5 məlum olur ki, İddiaçı xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı Tərtər Ağdərə istiqamətində “Döş qəfəsinin sol yarısının deşib-keçən güllə yarasına, sol tərəfli hemopnevmotoraksa göra aparılmış torakosentez, sol plevra boşluğunun Bliau üsulu ilə drenajı cərrahi əməlyyatından sonrakı reaktiv plevrit, sol 8-ci, 10-cu qabırğaların yerdəyişməyən xətti sınıqları və sağ bazunun yuxarı 1/3-nin, sağ saidin aşağı 1/3-nin çox saylı qəlpə yarası yaralarına görə aparılmış yaraların 1-cili cərrahi işlənməsi" xəsarətini almışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası PHŞ- nin xx.xx.2023-cü il tarixli 2190 nömrəli Həkim Psixiatr Komissiyasının 2590 nömrəli rəyindən məlum olur ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 3-28/3-1-118/2023 saylı Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun İddiaçı RPX-nın nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunub. Diaqnoz: “Fəlakət (İİ Qarabağ müharibəsi) keçirtdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalar, intihar fikirləri ilə” Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası PHŞ- nin xx.xx.2024-cü il tarixli 5054 nömrəli Həkim Psixiatr Komissiyasının 4672 nömrəli rəyindən məlum olur ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 3-28/3-1-118/2023 saylı Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun İddiaçı RPX-nın nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunub. Diaqnoz: “Fəlakət (İİ Qarabağ müharibəsi) keçirtdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalar, intihar fikirləri ilə” Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli 3574 saylı ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı hazırda Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalar, intihar fikirləri ilə (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F62.0) müəyyən edilir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırki iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı ona əlilliyin müəyyən edilməsini istəyir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əsasən: Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarına əsasən: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. İş materialına əlavə edilmiş MN Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən təqdim edilmiş 7451 nömrəli X1 Diaqnoz: “Orta (mülayim) dərəcədə ifadə olunmuş uzunmüddətli depressiv epizod. Orta (mülayim) dərəcədə ifadə olunmuş şəxsiyyətin davamlı dəyişikliyi. Partlayış travması (xx.xx.2020). Sağ median və radial sinirlərin psttravmatik neyropatiyası nəticəsində ətrafın funksiyasının pozulması ilə. Döş qəfəsinin sol yarısının dəlib-keçən güllə yarasına, soltərəfli hemopnevmotoraks, sol Vİİİ, İX qabirğaların yerdəyişməyən sınıqlarına görə aparılmış soltərəfli torakosentez, plevra boşluğunun drenajı (xx.xx.2020) cərrahi əməliyyatdan sonraki bərkimiş dəri çapıqları, xarici tənəffüs funksiyasının pozulması ilə. Sağ bazunun və saidin kor qəlpə yaralanmasından sonrakı dəri çapıqları, yumşaq toxumaların yad cismi (metal qəlpələr)” səbəbli əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli 3574 saylı ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı hazırda Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalar, intihar fikirləri ilə (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F62.0) müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarının XBT 10 kodu F62.0 fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi 7.7.1.1. bəndinə əsasən fərdin fəaliyyətinə (özünü necə hiss etməsi, insanlarla qarşılıqlı əlaqəsi, davranışa nəzarət) mənfi təsir edən tez-tez (ildə 3 dəfədən çox) və/və ya uzunmüddətli periodlar (3 aydan çox davam edən dekompensasiyalar); münaqişəli, yayınma və ya yüksək dərəcəli asılılıqla ətrafdakılarla münasibət, ailə, peşə və sosial dezadaptasiya, özünə və ya ətrafa zərər yetirmə riski orqanizmin funksiyalarının 35-60 faiz pozulması 2 il müddətinə əlilliyin təyini üçün əsas müəyyən edilmişdir. Bu halda iddiaçıya “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə iki il müddətinə əlillik müəyyən edilməlidir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-cü maddəsinin imperativ göstərişinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. İş materiallarından görünür ki, iddiaçı barəsində tibb müəssisəsinin sonuncu göndərişi əsasında iddiaçıya əlilliyin təyin olunmasından imtina haqqında cavabdehin sonuncu qərarı xx.xx.2025-ci il tarixdə qəbul olunmuşdur. Oxşar işlər üzrə Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə görə müvafiq əsaslar olduğu hallarda əlillik, imtina haqqında sonuncu qərarın qəbulu tarixindən (imtina haqqında əvvəlki qərarlar mübahisələndirilmədiyi hallarda) təyin olunmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)- 185/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 2-1(102)-1164/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 2-1(102)-3050/2024 nömrəli qərarları). Bu baxımdan hazırkı mübahisəyə münasibətdə iddiaçıya müvafiq əlillik sonuncu imtina tarixindən təyin edilməlidir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olmuş, cavabdehin dəlilləri əsassız olmaqla formal xarakter daşımışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı imtina haqqında sonuncu qərarın qəbul edildiyi 21 mart 2025-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar orqanizm funksiyalarının 35-60 faiz pozulmasına görə iki il müddətinə əlilliyin müəyyən olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova
Məhkəmə qərarları › İş №2-1(118)-5939/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-5939/2025
16.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver