Məhkəmə qərarları › İş №2-1(118)-594/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-594/2021

04.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-594/2021 04.03.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, İsgəndərov Vüqar Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X14 nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X11rşı “torpağın mülkiyyətə verilməsinə dair JN-649F saylı şəhadətnamədə edilmiş səhvlərin düzəldilərək X4 əvəzinə X12, X2 əvəzinə X8 yazılmasının cavabdehin üzərinə qoyulmasına” dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X11rşı iddia qaldıraraq “torpağın mülkiyyətə verilməsinə dair JN-649F saylı şəhadətnamədə edilmiş səhvlərin düzəldilərək X4 əvəzinə X12, X2 əvəzinə X8 yazılmasının cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Abşeron rayon X7 xx xxxxxx 1998-ci il tarixli, 21 saylı qərarı ilə başda iddiaçının anası X16 olmaqla 16 nəfər ailə üzvrlərinə 0.04 ha torpaq sahəsi verilmişdir. Həmin şəhadətnamədə iddiaçının oğlu X5 əvəzinə X13, X3 əvəzinə X9 yazılmışdır. İddiaçının anası X16 xx xxx 2020-ci il tarixdə vəfat etmişdir. Ona çatası payın vərəsəlik qaydasında bölünməsi ilə bağlı vərəsəlik şəhadətnaməsi alınması üçün notariat orqanına müraciət etmişdirlər. Lakin, qeyd olunan uyğunsuzluqlara görə notaiat ərizəsini qeydə almaqdan imtina etmişdir. Qeyd olunan uyğunsuzluqların aradan qaldırılması üçün cavabdeh orqana müraciət etmişdirlər. Səhv cavabdehin səhvidir. Lakin cavabdeh imtina etmiş, bildirmişdir ki, bu səhv DTXK-in Abşeron rayon şöbəsinin səhvidir. Beləliklə, dövlət orqanının səhvi nəticəsində iddiaçı öz hüquqlarını, o cümlədən vərəsəlik və mülkiyyət hüquqlarından istifadə edə bilmir və həyata keçirə bilmirlər. Ona görə də məhkəmə tərəfindən iddiaçının ərizəsi təmin olunmaqla cavabdehin üzərinə qeyd olunan səhvləri düzəltmək vəzifəsi qoyulmalıdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddiaçıya hüquqi yardım edilərək izah edilmişdir ki, sözügedən şəhadətnamə ləğv edilmiş DTXK-in Abşeron rayon şöbəsi tərəfindən verilmişdir və şəhadətnamədə düzəliş edilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X14 səlahiyyətlərinə aid edilə bilməz. Əlavə olaraq digər şəxslərə aid tələblər irəli sürülür. İzah edilmişdir ki, mülki məhkəmə icraatında nəzərdə tutulmuş hüquqi müdafiyə imkanlarından istifadə edilə bilər. İddiaçı isə müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, aparılan araşdırma zamanı Abşeron rayon X7 xx xxxxxx 1988-ci il tarixli 21 saylı qərarına əsasən Abşeron rayonunda yerləşən sözügedən torpaq sahəsinə dair X10 və başqa şəxslərin adına ləğv edilmiş DT və XK tərəfindən JN-649 F nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin tərtib edildiyi aşkar edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. Həmin Qanunun 11.1 -ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2017-ci il tarixli qərarında torpaq üzərində hüquqların dövlət qeydiyyatı aparılarkən müvafiq icra hakimiyyəti orqanının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda göstərilən tələblərə daha diqqətlə yanaşmalı olması, təqdim olunan sənədlərin qanunvericilikdə göstərilən tələblərə uyğun olub- olmamasının yoxlanılmasına xüsusi diqqət yetirməsinin vacibliyi xüsusi olaraq qeyd edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Həmin Qanunun 15-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 iştirak etmiş, izahatında bildirmişdir ki, inzibati orqanın yeni şəhadətnamə vermək səlahiyyəti yoxdur. Şəhadətnaməni iddiaçıya ləğv edilmiş DTXK-nın Abşeron rayon şöbəsi vermişdir. İddiaçı faktın təsdiqi ilə bağlı ümumi məhkəməyə müraciət edə bilər. Sonda cavabdehin nümayəndəsi iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı “Torpağın mülkiyyətə verilməsinə dair JN-649F saylı şəhadətnamədə edilmiş səhvlərin düzəldilərək X4 əvəzinə X12, X2 əvəzinə X8 yazılmasını” məhkəmədən xahiş edir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı digər şəxslərə aid hüquqların qeydiyyatını tələb edir ki, bu ilk növbədə subyektiv hüquq baxımından iddianın mümkünlüyü məsələsini yaradır. Bundan əlavə iddiaçının inzibati orqana müraciəti daşınmaz əmlaka hüquqların dövlət qeydiyatına alınması ilə bağlı olub, hazırki iddia tələbi ilə bağlı inzibati orqana müraciəti müəyyən olunmur. Bundan əlvə məhkəmə qeyd edir ki, hazırki iddia tələbi ilə inzibati orqana müraciət edilmiş olsaydı belə iddia mümkün olmaycaqdı. Belə ki, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2015-ci il tarixli Fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilmişdir. Göründüyü kimi iddiaçı hal-hazırda mövcud olmayan orqan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin verdiyi torpağın mülkiyyətə verilməsinə dair JN-649F saylı şəhadətnamədə edilmiş səhvlərin düzəldilərək X4 əvəzinə X12, X2 əvəzinə X8 yazılmasını istəyir ki, həmin iddiaya da inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün sayıla bilməz. Bundan əlavə məhkəmə qeyd edir ki, inzibati icraat haqqında qanunvericiliyin mahiyyəti və məqsədi vətəndaş və dövlət orqanları arasında yaranmış mübahisənin həllindən ibarətdir. Şəxsin inzibati icraat qaydasında hüquq və qanuni maraqlarının müdafiəsi məqsədilə məhkəməyə müraciət etməsi üçün ilk növbədə onunla inzibati orqan arasında mübahisənin yaranması, inzibati orqanın hərəkət və hərəkətsizliyi nəticəsində şəxsin hüququ və azadlıqlarının pozuntusu hallarının mövcud olması, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsindən əsassız olaraq imtina edilməsi və bu kimi digər şərtlərin yaranması zəruridir. Lakin hazırki işdə iddiaçının düzliş edilməsini istədiyi şəhadətnamə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X21 tərəfindən deyil, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən qəbul edilmişdir. Həmin orqan tərəfindən verilmiş mülkiyyət sənədləri öz hüquqi qüvvəsini saxlasada mövcud qanunvericilyə əsasən, “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin verilməsi nəzərdə tutulmamışdır. Belə olan halda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X14 hazırki iddia tələbi ilə bağlı səlahiyyəti müəyyən olunmur. Buna görə də məhkəmə hesab edir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X21 tərəfindən verilməmiş şəhadətnamə ilə bağlı ona yönəldilən tələbə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün hesab edilə bilməz. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, İddiaçının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X11rşı iddia qaldıraraq “Torpağın mülkiyyətə verilməsinə dair JN-649F saylı şəhadətnamədə edilmiş səhvlərin düzəldilərək X4 əvəzinə X12, X2 əvəzinə X8 yazılmasının cavabdehin üzərinə qoyulmasına” dair iddiası mümkün hesab edilməməlidir. İddiaçıya izah edilsin ki, hüquq sahibləri mülki məhkəmə icraatı qaydasında nəzərdə tutulmuş fakt təsdiqi formasında hüquqi müdafiyə vasitəsindən istifadə edə bilərlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (ünvan: ünvan 2 şikayət verilə bilər. Hakim: İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar