Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-5949/2025 21.11.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh X2nə qarşı iş üzrə (Açar sözlər: mənzillə təmin edilmə) GİRİŞ HİSSƏ: Hakim Məmmədli Qəşəm Fərhad oğlunun sədrliyi, Həzibəyli Elturan Elşən oğlunun katibliyi ilə, İddiaçı cavabdeh X2nə qarşı “mənzillə təmin edilmə” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: a) İşin halları
1. İddiaçı cavabdeh X2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum həyat yoldaşı X1 20 ildən çox qüsursuz hərbi xidmətinə görə onun ailə üzvi kimi onun dövlət büdcəsi hesabına mənzillə təmin edilmə öhdəliyinin cavabdeh X2nə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsasıandırılmışdır ki, iddiaçının həyat yoldaşı Azərbaycan Ordusunun baş giziri, hərbi tibb qulluqçusu Eldar Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən mübarizəsi zamanı Füzuli rayonun, Hadrustun və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçilərə döyüş meydanında tibbi yardım göstərmiş və oktyabrın 18-də Zəngilan döyüşləri zamanı şəhid olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin xx.xx.2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda" medalı, Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə xx.xx.2020-ci il tarixli Sərəncamına əsasən “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilib. Bununla yanaşı “Qüsursuz xidmətə görə” İİİ dərəcəli medalı, “Azərbaycan Silahlı Qüvvələlərinin 90 illiyi", “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi və "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalları ilə təltif olunmuşdur. Abdullayev Eldar 1999-cu ildə Mərkəzi Hərbi Kliniki Hospitalın nəzdindəki Hərbi Tibb Məktəbinə daxil olmuş, 2001-ci ildə Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinin feldşer ixtisası üzrə bitirmişdir. 2001-2006-cı illərdə N nömrəli hərbi hissəsinin aptek rəisi vəzifəsində çalışmışdır. 2007-ci il yanvar ayından N nömrəli hərbi hissəsinin feldşer vəzifəsində xidmət etmişdir. 2007- 2017-ci illərdə Hərbi Tibb Fakültəsi Hərbi Tibb Məktəbinin bölüyünün baş çavuşu vəzifəsində xidmət etmişdir. 2017-ci il noyabr ayından N nömrəli hərbi hissənin tibb məntəqəsinin feldşer vəzifəsinə təyin olunmuşdur. Mərhum həyat yoldaşı şəhid olmamışdan əvvəl 20 ildən artıq qüsursuz xidmət keçmişdir. Yəni onun mənzillə təmin olunmaq hüququ hələ sağ ikən yaranmışdır. Bildirmək istəyir ki, hal-hazırda iddiaçı və üç az yaşlı qızı Sumqayıt şəhərində yataqxanada yaşayırlar. Mənzil şəraiti çox aşağıdır. Bir şəhid ailəsi kimi mərhum həyat yoldaşına verilməli olan mənzilin onun övladlarına yaxşı şəraitdə yaşamaları üçün onlara ayrılmasını təmin edilməsi ilə bağlı cavabdehə ərizə ilə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən ərizəsinə münasibət bildirilməmişdir. Qanunvericilikdə nəzərdə tutulan müddət keçdiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
3. İddia tələbinin maddi hüquqi əsası kimi “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 13.6, Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 569 nömrəli Fərmanının 1-ci bəndi, prosessual hüquqi əsası kimi isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33, 33.1, 35, 39.1-ci maddələrinə istinad olunmuşdur.
4. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək qeyd etmişdir ki, iş materiallarında olan Azərbaycan Ordusunun hərbi qulluqçularının dövlət vəsaiti hesabına yaşayış sahəsi ilə təmin edilməsi üzrə komissiyanın xx.xx.2025-ci il tarixli məktubuna əsasən şəhid olmuş hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncamı ilə tənzimlənir. Müvafiq sərəncama əsasən şəhid ailələrinin mənzillə təmin olunması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilmiş və qeyd olunan sərəncam icra olunmaqla iddiaçı, xx.xx.2021-ci iİ tarixdə Abşeron ravonu, “Yeni Yaşayış Kompleks”indən 3 otaqlı yaşayış sahəsi ilə təmin olunmuşdur. Eyni zamanda bildirilir ki, qanunvericiliyinin tələbinə əsasən dövlət vəsaiti hesabına mənzillə təmin olunması nəzərdə tutulmuş şəxslər və yaxud onların hüquqi varisi yalnız bir dəfə mənzillə təmin edilirlər. İş materiallarından məlum olur ki, şəhid ailəsi olduğuna görə artıq bir dəfə mənzili təmin edilən iddiaçı həmin hüquqdan təkrar istifadə etmək qərarına gəlmişdir. Bu kontekstdə, müvafiq kateqoriyadan olan şəxslərin mənzillə təmin edilməsi zamanı onlarla yanaşı dövlətin maraq və imkanları da nəzərə alınmalıdır. Bu şəxslərin dövlət tərəfindən təmənnasız şəklidə harada yerləşməsindən asılı olmayaraq, mənzillə təmin edilməsi dövlətin sosial yönümiü olmasının, həmin şəxslərin insan və vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə təmin edilməsinin göstəricisidir. Ona görə də müvafiq kateqoriyadan olan şəxslərin dövlət tərəfindən mənzillə təmin edilməsində əsas məhz onların heç bir maneəsiz dövlətin iqtisadi imkanları çərçivəsində yaşayış sahəsi ilə təmin edilməsidir ki, bu da iddiaçıya münasibətdə öz müsbət həllini tapmışdır. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq, sosial hüquqların səmərəli həyatə keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. Bütün bunlar da cavabdeh inzibati orqanın imtinasının qanunsuz olmadığına dəlalət edir.
b) Tərəflərin iştirakı və izahatları
5. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir.
c) Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
6. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.
7. xx.xx.2009-cu il tarixli, AZ-İ 519714 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X4 və İsmayılova (nikah bağlandıqdan sonra Abdullayeva) Fəhimə Şakir qızı xx.xx.2009-cu il tarixdə nikaha daxil olmuşlar.
8. xx.xx.2011-ci il tarixli, AZ-İİ 600225 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X2 atası X4, anası İddiaçıdır.
9. xx.xx.2012-ci il tarixli, AZ-İİ 937940 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X3 atası X4, anası İddiaçıdır.
10. xx.xx.2021-ci il tarixli, AZ-İV 570373 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2021-ci il təvəllüdlü X5 atası X4, anası İddiaçıdır.
11. xx.xx.2020-ci il tarixli, AZ-İİ seriyalı, 127147 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2020-ci il tarixində vəfat etmişdir.
12. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışa əsasən İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır.
13. İddiaçı tərəfindən X2nə ünvanlanmış ərizədə qeyd edilmişdir ki, hal-hazırda iddiaçı və üç az yaşlı qızı Sumqayıt şəhərində yataqxanada yaşayır. Mənzil şəraiti çox aşağıdır. Mərhum həyat yoldaşına verilməli olan mənzilin övladlarına yaxşı şəraitdə yaşamaları üçün onlara ayrılmasını xahiş edir.
14. X2 Şəxsi Heyət Baş İdarəsi tərəfindən Azərbaycan ordusunun hərbi qulluqçularının dövlət vəsaiti hesabına yaşayış sahəsi ilə təmin edilməsi üzrə komissiyanın sədrinə ünvanlanmış xx.xx.2024-cü məktubda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2021-ci üdə Abşeron rayonu, “X13”ndən bina 45, mərtəbə 6, mənzil 26, 3 otaqlı yaşayış sahəsi ilə təmin olunmuşdur.
15. Azərbaycan ordusunun hərbi qulluqçularının dövlət vəsaiti hesabına yaşayış sahəsi ilə təmin edilməsi üzrə komissiyanın sədri tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, şəhid olmuş hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi “Azərbaycan Respublikasının Ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli, 2449 nömrəli Sərəncamı ilə tənzimlənir. Müvafiq sərəncama əsasən şəhid ailələrinin mənzillə təmin olunması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilmiş ve qeyd olunan sərəncam icra olunmaqla xx.xx.2021-ci ildə Abşeron rayonu, “X12”ndən 3 otaqlı yaşayış sahəsi ilə təmin olunmuşdur. Qanunvericiliyin tələbinə əsasən dövlət vəsaiti hesabına mənzillə təmin olunması nəzərdə tutulmuş şəxslər və yaxud onların hüquqi varisi yalnız bir dəfə mənzillə təmin edilirlər.
ƏSASLANDİRMA HİSSƏSİ:
a) İddianın növü və mümkünlüyü
16. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən də, mümkün hesab edilir.
17. Məhkəmə hesab edir ki, hazırkı iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair - öhdəliyin icrası haqqında iddiadır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
18. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti cavabsız saxlamış, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
b) Tətbiq edilən hüquq
19. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun: 2-ci maddəsinə əsasən hərbi qulluqçular bu Qanunla, Azərbaycan Respublikasının başqa qanunvericilik aktları ilə müəyyənləşdirilən və hərbi xidmətin xüsusiyyətləri ilə bağlı olan əlavələrlə və məhdudiyyətlərlə Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarından istifadə edirlər. Hərbi qulluqçular Azərbaycan Respublikası vətəndaşlarının bütün vəzifələrini, habelə öz statusundan irəli kələn vəzifələri daşıyırlar. 3-cü maddəsinə əsasən heç kəsin ixtiyarı yoxdur ki, hərbi qulluqçuları və onların ailə üzvlərini Azərbaycan Respublikasının Konstitusiyasında və qanunlarında Azərbaycan Respublikasının vətəndaşları üçün nəzərdə tutulmuş hər hansı hüquq və azadlıqlardan məhrum etsin və ya onların hüquqlarını məhdudlaşdırsın; buna yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına müvafiq surətdə yol verilir.
20. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli, 569 nömrəli Fərmanı: 1-ci bənd: Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər.
21. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 25 yanvar 2021-ci il tarixli, 2449 nömrəli Sərəncamı: 1-ci bənd: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı şəxslərin (ailələrin) 2021–2030-cu illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirsin: 1.2. yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020–2023-cü illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri.
22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.
23. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. c) Məhkəmənin mövqeyi
24. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir.
25. Belə ki, İddiaçı xx.xx.2009-cu il tarixdə X4 ilə nikaha daxil olmuşdur. Onların birgə nikahından üç övladı olmuşdur. X4 xx.xx.2020-ci il tarixində şəhid olmuşdur. “Azərbaycan Respublikasının Ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli, 2449 nömrəli Sərəncamına uyğun olaraq iddiaçı Abşeron rayonu, “X13”ndən bina 45, mərtəbə 6, mənzil 26 ünvanında yerləşən üç otaqlı mənzillə təmin olunmuşdur. İddiaçının hazırkı tələbi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli, 569 nömrəli Fərmanına uyğun olaraq mənzillə təmin edilməsindən ibarətdir.
26. Məhkəmə qeyd edir ki, sosial hüquqların həyata keçirilməsində bütün növ ayrıseçkiliyin aradan qaldırılmasına təminat verən hüquq bərabərliyi prinsipi eyni kateqoriyaya aid olan şəxslərin hüququnun fərqləndirilməməsinə xidmət edir. Əks halda bu sahədə qanunverici tərəfindən müəyyən olunmuş güzəştlərin eyni hüquqi vəziyyətdə olan şəxslərə eyni qaydada tətbiq edilməməsi sosial ədalətin və tarazlığın pozulmasına səbəb ola bilər. Sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər.
27. Hazırkı iş üzrə iddiaçı mərhum həyat yoldaşının ordu sıralarında xidmət etməsi və şəhid olması ilə bağlı artıq bir dəfə mənzillə təmin edilmiş və həmin hüquqdan təkrar istifadə etmək istəyir.
28. Məhkəmə bildirir ki, müvafiq kateqoriyadan olan şəxslərin mənzillə təmin edilməsi zamanı onlarla yanaşı dövlətin maraq və imkanları da nəzərə alınmalıdır. Bu şəxslərin dövlət tərəfindən təmənnasız şəkildə harada yerləşməsindən asılı olmayaraq, mənzillə təmin edilməsi dövlətin sosial yönümlü olmasının, həmin şəxslərin insan və vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə təmin edilməsinin göstəricisidir. Ona görə də müvafiq kateqoriyadan olan şəxslərin dövlət tərəfindən mənzillə təmin edilməsində əsas məhz onların heç bir maneəsiz dövlətin iqtisadi imkanları çərçivəsində yaşayış sahəsi ilə təmin edilməsidir ki, bu da iddiaçıya münasibətdə öz müsbət həllini tapmışdır. Həmçinin sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır.
29. Göründüyü kimi iddiaçının hüquqlarının pozulması istiqamətində cavabdehin hərəkətləri olmamış və cavabdehin imtinası maddi hüquq normalarının tələbləri çərçivəsində olmuşdur.
30. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaç İddiaçı cavabdeh X2nə qarşı “mənzillə təmin edilmə” tələbinə dair iddiası təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ:
31. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.1, 85.1-ci maddələrinə əsasən, məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh X2nə qarşı “mənzillə təmin edilmə” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərar, rəsmi qaydada təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Qəşəm Məmmədli