Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-595/2022 26.01.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı, onun vəkili X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “DT və XK Xaçmaz rayon şöbəsi və Dövlət Yerqurluşu Layihə İnstitutu tərəfindən X1 adına 12 iyul 2004-cü il tarixdə verilmiş JN214F nömrəli kod 30222048 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında dövlət reyestrində aparılmış qeydiyyatın reyestrdən çıxarılması və cavabdehin üzərinə Xaçmaz rayonu Şollar kəndində yerləşən mərhum atası X5 miras qalmış yaşayış evinə və onun yerləşdiyi həyətyanı torpaq sahəsinə onun adına dövlət reyestrindən çıxarışın və texniki pasportun hazırlanması vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Sumqayıt İnzibati Məhkəməsində cavabdeh Xaçmaz Rayon İcra Hakimiyyətinə qarşı iddia qaldıraraq, “Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 28 aprel 1998-ci il tarixli qərarının Xaçmaz rayonu Şollar kənd sakini X9ma 0.12 ha torpaq sahəsinin mülkiyyətə verilməsinə dair hissədə ləğv edilməsi və həmin qərar əsasında X1 adına 12 iyul 2004-cü il tarixdə DT və XK Xaçmaz rayon şöbəsi tərəfindən verilmiş torpagm mülkiyyətə verilməsinə dair JN 214F kod ******* saylı şəhadətnamənin etibarsız hesab edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşə baxılarkən ona məhkəmə tərəfindən yardım edilərək, izah edilmişdir ki, iddia ərizəsində iki müstəqil tələb irəli sürülmüş, qanunvericiliklə bu yol verilməzdir. Ona görə də iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə verərək “Xaçmaz rayon Agrar İslahat Komissiyasının 28 aprel 1998-ci il tarixli qərarının Xaçmaz rayonu Şollar kənd sakini X2 0.12 ha torpaq sahəsinin mülkiyyətə verilməsinə dair hissədə ləgv edilməsi” nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli Qərarına Ali Məhkəməsi Plenumunun 20 fevral 2020 -ci il tarixli qərarı ilə dəyişiklik edilərək 17-ci bəndi aşağıdakı redaksiyada verilmişdir: “... Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzlııgu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uygun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalman halda isə inzibati məhkməyə müraciət edə bilər...” Sumqayıt İnzibati Məhkəməsinin 2-1(1 18)-1119/2021 saylı, 09.09.2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək Xaçmaz Rayon Aqrar Komissiasının 28 aprel 1998-ci il tarixli qərarın Xaçmaz rayonu Şollar kənd sakini X2 0.12 ha torpaq sahəsinin ayrılmasına dair hissədə ləğv edilməsi qərara alınmışdır. Həmin qərardan apellyasiya şikayəti verilməmiş, qərar qanuni qüvvəsinə mindikdən sonra iddiaçı DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsinə göstərilən qərarı təqdim edərək ərizə ilə xahiş etmiş ki, Xaçmaz, rayonu Şollar kəndində yerləşən və mərhum atası X5 miras qalmış yaşayış evinə və onun yerləşdiyi 0.12 ha həyətyanı torpaq sahəsinə onun adına Dövlət reyestrindən çıxarış verilsin. Həmin idarənin 25 noyabr 2021-ci il tarixli **********58 saylı məktubla cavab verilmişdir ki, məhkəmə qərarı əsasında torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləgv edilməsi və dövlət reyestrindən çıxarışın verilməsi ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə daxil olmuş 23.11.2021-ci il tarixli ərizənizə baxılmışdır, ərizənizə əlavə edilmiş Sumqayıt İnzibati Məhkəməsinin 09.09.2021-ci il tarixli 2-1(118)- 1119/2021 nömrəli qərarı əsasında müraciətinizdə göstərilən X1 adma olan JN-214F nömrəli, kod 30222048 “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin ləğvi müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq, həmin şəhadətnamə qüvvədə olduğu üçün daşınmaz əmlaka dövlət reyetrindən çıxarışın verilməsi mümkün olmamışdır. Beləliklə, cavabdeh ərizəmin təmin edilməsindən imtinanın əsası kimi mərhum X1 adma olan JN214F nömrəli, kod 30222048 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin qüvvədə olmasını göstərmişdir. Ona görədə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Hesab edir ki, mərhu X1 adına olan JN-214F nömrəli kod 30222048 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin əsası olmuş Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 28 aprel 1998ci il tarixli qərarı Xaçmaz rayonu Şollar kənd sakini X2 0.12 ha torpaq sahəsinin ayrılmasına dair hissədə yuxarıda göstərilən məhkəmə qərarı ilə ləgv edildiyindən onun əsasında verilmiş şəhadətnamə öz hüquqi qüvvəsini itirmişdir. Lakin cavabdeh şəhadətnamənin formal olaraq qüvvədə olması və həmin məhkəmə qərarında şəhadətnamənin etibarsızlığına dair heç bir qeydin olmaması bəhanəsi ilə onun adına daşınmaz əmlaka dair Dövlət reyestrindən çıxarışın verilməsindən imtina etmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək, DTXK-nin Xaçmaz rayon şöbəsi və Dövlət Yerqurluşu Layihə İnstitutu tərəfindən X1 adına 12 iyul 2004-cü il tarixdə verilmiş JN214F nömrəli kod 30222048 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin” ləğv edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı və onun vəkili eyniməzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdilər. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı məhkəmə qərarı əsasında torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi və dövlət reyestrindən çıxarışın verilməsi ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə 23.11.2021-ci il tarixli ərizə ilə müraciət etmişdir. Ərizəyə 25.11.2021 -ci il tarixli **********58 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, “Bildiririk ki, ərizənizə əlavə edilmiş Sumqayıt İnzibati Məhkəməsinin 09.09.2021-ci il tarixli, 2-1(118)-1119/2021 nömrəli qərarı əsasında müraciətinizdə göstərilən X1 adına olan JN-214F nömrəli, KOD 30222048 “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin ləğvi müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq, həmin şəhadətnamə qüvvədə olduğu üçün daşınmaz əmlaka dövlət reyestrindən çıxarışın verilməsi mümkün olmamışdır.” Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin qanunun 4.1-ci maddəsinə əsasən, bu qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.6-cı maddəsinə əsasən Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin qanunun 2.4-cü maddəsinə əsasən “Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir”. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirməmiş və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanmaqla işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 25 noyabr 2021-ci il tarixli **********58 nömrəli imtina məktubu, etirazı, JN-214F nömrəli, Kod 30222048 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin surəti, Sumqayıt İnzibati Məhkəməsinin 09.09.2021-ci il tarixli, 2-1(118)-1119/2021 nömrəli qərarın surəti, 177383, 116059 nömrəli ölüm haqqında şəhadətnamələrin surəti, 598068 nömrəli doğum haqqında şəhadətnamənin surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun mübahisə predmeti olan torpaq sahəsinə dair Dövlət aktı iddiaçının atası X11 ilə X6 arasında bağlanmış 09.012.1988-ci il tarixli nikahın pozulması və Tavat Məmmədovanın adına verilmiş 05.08.1994-cü il tarixli hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə Xaçmaz Rayon Məhkəməsinin 16.02.2007-ci il tarixli, 2-98 nömrəli qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan etibarən yaranmış olur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDRX-in 5 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan daşınmaz əmlak DƏDRX-in 5 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDRX-in 5 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDRX-in 5 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İddiaçı DƏDRXin 5 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın 25 noyabr 2021-ci il tarixli **********58 nömrəli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.4-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Cavabdehin rəsmi ünvanının Xaçmaz rayonu ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0.5-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Xaçmaz rayon Məhkəməsinin 2-98, 2007 saylı, 16 fevral 2007-ci il tarixli qətnaməsi ilə iddiaçının atası X11 ilə X10 arasında bağlanmış 09 dekabr 1988-ci il tarixli nikahın etibarsız hesab edilməsi, Xaçmaz rayon 2 saylı Dövlət Notariat Kontoru tərəfindən X1 adına verilmiş 05 avqust 1994-cü il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamənin və bunun əsasında atası Müslümdən miras qalmış Şollar kəndindəki yaşayış evinə T.S.Məmmədovanın adına verilmiş 09 avqust 1994-cü il tarixli Qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi və X6 tərəfindən 24.11.2005-ci il tarixdə Xaçmaz rayonunun Susayqışlaq İƏV-də tərtib edilmiş və X3 adına olan vəsiyyətnamənin etibarsız hesab edilməsi, atası Müslümün ölümündən sonra miras qalmış Şollar kəndində yerləşən evin vərəsələr tərəfindən mirasın qəbul edilməsi faktının müəyyən edilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh Bəhram Vəliyev tərəfindən apellyasiya və kassasiya şikayətləri verilmiş, son nəticədə Azərbaycan Respublikası Ali Məhkəməsinin 11 mart 2009-cu il tarixli qərarı ilə qətnamə qüvvədə saxlanılmışdır. Beləliklə, X7 20 avqust 1992-ci ildə vəfatından sonra ondan miras qalmış Xaçmaz rayonu Susayqışlaq kəndində yerləşən torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün müraciət edilmiş, cavabdeh 5 saylı Xaçmaz Ərazi İdarəsi həmin torpaq sahəsinin digər şəxsin adına JN-214F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” işlənilməsi səbəbindən onun müraciətini təmin etməmişdir. Daha sonra iddiaçı Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Xaçmaz Rayon Aqrar Komissiasının 28 aprel 1998-ci il tarixli qərarın Xaçmaz rayonu Şollar kənd sakini X2 0.12 ha torpaq sahəsinin ayrılmasına dair hissədə ləğv edilməsini tələb etmiş və Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1119/2021 nömrəli, 09.09.2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək Xaçmaz Rayon Aqrar İslahat Komissiasının 28 aprel 1998-ci il tarixli qərarın Xaçmaz rayonu Şollar kənd sakini X2 0.12 ha torpaq sahəsinin ayrılmasına dair hissədə ləğv edilməsi qərara alınmışdır. Həmin qərardan apellyasiya şikayəti verilməmiş, qərar qanuni qüvvəsinə mindikdən sonra iddiaçı DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsinə göstərilən qərarı təqdim edərək ərizə ilə xahiş etmiş ki, Xaçmaz, rayonu Şollar kəndində yerləşən və mərhum atası X5 miras qalmış yaşayış evinə və onun yerləşdiyi 0.12 ha həyətyanı torpaq sahəsinə onun adına Dövlət reyestrindən çıxarış verilməsini tələb etmiş, lakin cavabdeh ərizənin icrasından imtina etmişdir. Cavabdeh təşkilat imtinasını onunla əsaslandırmışdır ki, İddiaçı atasından miras qalmış evin yerləşdiyi 0,12 ha həyətyanı torpaq sahəsinə dair 12 iyul 2004-cü il tarixdə X1 adına JN-214F KOD 30222048 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmiş və həmin şəhadətnamə ləğv edilmədən iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Ona görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Nəzərə alınmalıdır ki, cavabdehin iddia tələbinə dair gətirdiyi yeganə arqument X1 adına olan JN-214F KOD 30222048 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin qüvvədə olmasıdır. Cavabdehin imtinası aşağıdakı əsaslara görə qanunsuzdur. Belə ki, «Hüquqların dövlət qeydiyyatından imtina»-nın əsasları “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində öz əksini tapmışdır. Məhkəmə tədqiqatı zamanı iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində öz əksini tapmışdır. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün həmin maddədə göstərilən əsaslardan biri 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri hesab olunur ki, Xaçmaz rayonu Şollar kəndi ərazisində yerləşən, JN-214F KOD 30222048 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə 0.12 ha torpaq sahəsinə mülkiyyət hüququ qeydə alınsa da, həmin hüququn yaranması üçün əsas olmuş Xaçmaz rayon X8 28 aprel 1998-ci il tarixli qərarı Sumqayıt İnzibati Məhkəməsinin 2- 1(118)-1119/2021 nömrəli, 09.09.2021-ci il tarixli qərarı ilə ləğv edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, dövlət aktının verilməsi üçün əsas olmuş hal aradan qaldırıldığına görə cavabdeh tərəfindən həmin şəhadətnamə ləğv edilməlidir. Belə ki, “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.Həmin Məcəllənin 67.6.2-ci maddəsinə əsasən səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda maraqlı şəxs etimadın qorunması hüququna istinad edə bilməz. Bundan başqa məhkəmə, cavabdehin iddia ərizəsinə etirazda əsaslandığı dəlillərinə münasibətdə qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir, Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. DTXK-nin Xaçmaz rayon şöbəsi və Dövlət Yerqurluşu Layihə İnstitutu tərəfindən X1 adına 12 iyul 2004-cü il tarixdə verilmiş JN214F nömrəli Kod 30222048 saylı olan “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin” ləğv edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə ondan, Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-595/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-595/2022
26.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver