Məhkəmə qərarları › İş №2-1(118)-596/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-596/2025

12.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-596/2025 12.02.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Abşeron rayonu Xırdalan bələdiyyəsinə qarşı iş üzrə (Açar sözlər: mülkiyyətdə olan fərdi yaşayış evinin yerləşdiyi, faktiki istifadədə olan torpaq sahəsinin hərrac və ya müsabiqə keçirilmədən, həmin torpaq sahəsinin Abşeron rayonu, Xırdalan şəhərində həyətyanı torpaq sahələrinin bir sotu üçün müəyyən edilmiş normativ qiymətə uyğun satılması öhdəliyinin cavabdehin üzərinə qoyulması ) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Abşeron rayonu Xırdalan bələdiyyəsinə qarşı “mülkiyyətdə olan fərdi yaşayış evinin yerləşdiyi, faktiki istifadədə olan torpaq sahəsinin hərrac və ya müsabiqə keçirilmədən, həmin torpaq sahəsinin Abşeron rayonu, Xırdalan şəhərində həyətyanı torpaq sahələrinin bir sotu üçün müəyyən edilmiş normativ qiymətə uyğun satılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 12 fevral 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında inzibati icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları İddia ərizəsinə qoşma şəklində əlavə edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

1. Abşeron rayon Xırdalan bələdiyyəsinin 6 oktyabr 2023-cü il tarixli, 3280/1 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi Xırdalan şəhəri üzrə 1-ci zona hesab olunur. Hal-hazırda 1-ci zona üzrə normativ qiymət torpağın hər kv.m üçün 37,9 manat nəzərdə tutulmuşdur. Əlavə olaraq qeyd edilir ki, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi yüksək gərginlikli elektrik xəttinin altında yerləşir. Ona görə də sözügedən torpaq sahəsinə dair alqı-satqı hal-hazırda qeyri-mümkündür.

2. 1073 inventar nömrəli, 22384 reyestr nömrəli “Qeydiyyat vəsiqəsi”ndən görünür ki, ünvan 6 Abşeron Rayon İcra Hakimiyyətinin başçısının 27 mart 1997-ci il tarixli, 66 nömrəli sərəncamı ilə İddiaçı adına qeydiyyata alınmışdır.

3. 1073 inventar nömrəli, 22384 reyestr nömrəli, Quşçuluq yaşayış massivi, H.Z.Tağızadə küçəsi, ev 35 ünvana dair İddiaçı adına verilmiş “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu”ndan görünür ki, faktiki torpaq sahəsinin ölçüsü 1022 kv.m olaraq göstərilmişdir.

Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:

4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 26 aprel 2024-cü il tarixli, 32/332/2-5303/24 nömrəli məktubundan görünür ki, ünvan 4 ünvanında yerləşən torpaq sahəsinin TEKUİS (X3 X4) məlumatlarında bələdiyyə mülkiyyətinə verilən torpaqların daxilində yerləşən torpaq sahəsi olaraq qeyd olunmuşdur və sözügedən torpaq sahəsi təyinatına görə yaşayış məntəqələri torpaqlarına aid edilmişdir. İdarənin elektron baza məlumatlarına əsasən İddiaçı adına olan torpaq sahəsinin başqa şəxslərin istifadəsində olan torpaq sahələri iiə üst-üstə düşmə halı aşkarlanmamışdır. Qeyd olunan torpaq sahəsinin müayinə aktının təsdiqlənmiş surəti və ortofoto xəritəsindən çıxarış qoşma şəklində göndərilmişdir: - 14 mart 2022-ci il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, torpaq sahəsinin texniki sənəd üzrə ölçüsü 0,1022 ha, faktiki 0,1039 ha olaraq göstərilmişdir.

5. "xxxx" ASC-nin 15 aprel 2024-cü il tarixli, 13-13/2-1/16-4875/2024 nömərli məktubundan görünür ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi "xxxx" ASC-nin balansında olan 35 kV-luq elektrik verilişi xəttinin mühafizə zonasında yerləşir.

6. "xxxx" ASC-nin 3 may 2024-cü il tarixli, 13-9/2-13xx/xx/2024 nömrəli məktubundan görünür ki, ünvan 5 ünvanında yerləşən, İddiaçı məxsus 0,1022 ha torpaq sahəsi və fərdi yaşayış evi 1975-ci ildən istismar edilən "xxxx" ASC-yə məxsus 220 kV-luq “1-ci Böyükşor” və hal-hazırda istismarda olmayan 110 kV-luq “Suraxanı” hava xətlərinin mühafizə zonasına düşür. Qeyd edilir ki, yüksək gərginlikli elektrik şəbəkələrinin mühafizəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 103 nömrəli, 10 iyun 2005-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 V-dan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları” ilə tənzimlənir. Qaydaların 5-ci bəndinə əsasən, 110 kV-luq elektrik verilişi xətlərinin mühafizə zonası hava xəttinin keçdiyi trassa boyu kənar məftillərdən hər iki tərəfə 20 metr, 220 kV-luq elektrik verilişi xətlərinin mühafizə zonası 25 metr qəbul olunmuşdur.

7. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 23 avqust 2024-cü il tarixli, 32/332/2-11537/24 nömrəli məktubu ilə ünvan 6 ünvanında yerləşən torpaq sahəsinin qonşuluğunda yerləşən və üzərində mülkiyyət hüququ qeydə alınmış torpaq sahələrinə çıxarışın və onun verilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surəti qoşma şəklində göndərilmişdir: - “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən RX seriyalı, ******* nömrəli, 23 may 2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 7 ünvanda yerləşən 0,02 ha topraq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olmaqla, X2 xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsinə digər hüquq müəyyənedici sənədlər; - “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən RX seriyalı, ******* nömrəli, 13 aprel 2016-cı il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəridə yerləşən 0,02 ha topraq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olmaqla, X2 xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsinə digər hüquq müəyyənedici sənədlər; - “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən RX seriyalı, ******* nömrəli, 20 yanvar 2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəridə yerləşən 0,04 ha topraq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olmaqla, X1 xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsinə digər hüquq müəyyənedici sənədlər;

8. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 2 oktyabr 2024-cü il tarixli, 32/332/2-14224/24 nömrəli məktubundan görünür ki, İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin 0,0875 ha hissəsi yüksək gərginlikli 35 kV-luq və 10 kV-luq elektrik xəttinin mühafizəsində yerləşir.

b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

İddia ərizəsinin dəlilləri

9. İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdeh Abşeron rayonu Xırdalan bələdiyyəsinə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, Z.Tağıyev küçəsində yerləşən və 22384 qeydiyyat nömrəli qeydiyyat vəsiqəsinə əsasən mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi, istifadəsində olan 0,1022 ha torpaq sahəsinin hərrac və ya müsabiqə keçirilmədən, bu torpaq sahəsinin Abşeron rayonu, Xırdalan şəhərində həyətyanı torpaq sahələrinin bir sotu üçün müəyyən edilmiş normativ qiymətə uyğun iddiaçıya satılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. İddia tələbi işin hallarına (§1-3) istinad edilərək onunla əsaslandırılmışdır ki, torpaq sahəsi iddiaçıya müsabiqə və ya hərrac yolu ilə satılmamamlıdır. Belə ki, bu torpaq sahəsi ən azı 25 il iddiaçının istifadə və sahibliyində olub. Bu zaman torpaq sahəsinin mülkiyyətçisi iddiaçı olmalıdır, 23 il bundan qabaq yaradılmış bələdiyyə deyil. Xüsusən də torpaq sahəsinin müsabiqə yolu ilə satılmasına etiraz edilir. İstənilən şəxs torpağın dəyərini iddiaçıdan çox qiymətləndirəcəyi halda onun torpaq sahəsinin mülkiyyətçisi ola bilər. Nə səbəbdən onun torpaq sahəsi başqa şəxsin mülkiyyətinə verilməlidir? Bundan başqa, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 16.3-cu maddəsinə (bu Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyriqanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilir) torpaq sahəsi iddiaçıya hərrac və ya müsabiqə keçirilmədən satılmalıdır. Xüsusən də bu torpaq sahəsinin iddiaçının qanuni istifadəsində olduğunu nəzərə alınarsa. Hansı səbəbdən 25 il ailəsinin sahiblik və istifadəsində olan torpaq sahəsi iddiaçıya hər 0,01 ha görə 3.790 manata satılmalıdır? Belə ki, iddiaçı 0,1022 ha torpaq sahəsinə görə ən azı 38.000 manat pul ödəməlidir. İddiaçının və ailəsinin olan torpaq sahəsi üçün 23 il bundan əvvəl yaradılmış bələdiyyəyə 38.000 manat pul ödənilməsi ədalət prinsiplirinə ziddir.

11. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 29, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 139.3, 178.8, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun 10, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6, prosessual hüquqi əsası kimi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə (bundan sonra – “İPM”) 33.1, 33.2-ci maddələrinə istinad olunmuşdur.

İddia ərizəsinə qarşı etirazın dəlilləri

12. Etiraz daxil olunmamışdır.

c) Tərəflərin iştirakları və izahatları:

13. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdir.

14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh öz səlahiyyətli nümayəndəsi ilə məhkəmə iclasında təmsil edilməmişdir.

15. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).

16. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPMin 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar.

17. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

İddianın mümkünlüyü:

18. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

19. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

20. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

21. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul

22. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

23. Məhkəmə işdə iştirak etmiş tərəfin izahatını və iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.

24. Belə ki, iddiaçı tərəfin mövqeyinə görə torpaq sahəsi ən azı 25 il iddiaçının istifadə və sahibliyində olduğundan, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 16.3-cu maddəsinə (bu Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilir) torpaq sahəsi iddiaçıya hərrac və ya müsabiqə keçirilmədən satılmalıdır.

25. Cavabdeh tərəfin imtina məktubunda qeyd olunmuş mövqeyinə görə; - iddiaçıya məxsus fərdi yaşayış evinin yerləşdiyi ərazi 1-ci zona hesab olunur ki, belə olan halda normativ qiymət torpağın hər kv.m üçün 37,9 manat nəzərdə tutulmuşdur; - ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi yüksək gərginlikli elektrik xəttinin altında yerləşir.

26. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinə əsasən, torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır. Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır. Hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara onların qanuni istifadəsində və icarəsində olan bələdiyyə torpaqları daxildir. Bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər......Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Bələdiyyələr bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda dövlət mülkiyyətindən torpaq almaq barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırır.

27. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanununu ilə bələdiyyə torpaqlarının mülkiyyətə, istifadəyə, icarəyə verilməsinin ümumi qaydaları müəyyənləşdirilmiş, istifadə, mühafizə sahəsində hüquq münasibətləri tənzimlənmişdir.

28. Həmin qanunun 4.0.1-ci maddəsi bələdiyyələrə qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək hüququ vermişdir.

29. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Qanunun 5.1-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur.

30. Həmin qanunun 6.1-ci maddəsinə əsasən Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir.

31. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.

32. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır.

33. Yuxarıda adı qeyd edilən Qanunun 16.2-ci maddəsinə əsasən qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır.

34. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 16.3-cü maddəsinə əsasən həmin Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir.

35. Həmin Qanunun 16.4-cü maddəsinə əsasən torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsinin geri alınması mümkün olmadığı hallarda isə artıq sahələr eyni hüquq əsasında həmin şəxslərin adına rəsmiləşdirilir.

36. Yuxarıda qeyd olunanlardan göründüyü kimi qanunverici bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirməyi bələdiyyələrin müstəsna hüququ kimi müəyyən etsə də, bu hüququn həyata keçirilməsinin konkret mexanizmlərini müəyyən etmişdir. Qanunvericilikdən göründüyü kimi bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.

37. Eyni zamanda, qanunvericilikdə torpaq sahəsinin birbaşa vətəndaşların mülkiyyətinə ayrılması ilə bağlı da istisna hallarda nəzərdə tutulmuşdur. Bu hallara torpaq sahəsinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə ayrılması, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, habelə torpaq sahəsinin geri qaytarılmasının mümkün olmadığı hallar daxildir.

38. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ünvan 6 Abşeron Rayon İcra Hakimiyyətinin başçısının 27 mart 1997-ci il tarixli, 66 nömrəli sərəncamı iddiaçının adına qeydiyyata alınmışdır. Qeyd olunan ünvana dair iddiaçının adına verilmiş “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu”ndan görünür ki, faktiki torpaq sahəsinin ölçüsü 1022 kv.m olaraq göstərilmişdir.

39. Bundan əlavə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim olunumş sənədlərdən görünür ki, ünvan 4 ünvanında yerləşən torpaq sahəsinin TEKUİS məlumatlarında bələdiyyə mülkiyyətinə verilən torpaqların daxilində yerləşən torpaq sahəsi olaraq qeyd olunmuşdur və sözügedən torpaq sahəsi təyinatına görə yaşayış məntəqələri torpaqlarına aid edilmişdir. İdarənin elektron baza məlumatlarına əsasən iddiaçının adına olan torpaq sahəsinin başqa şəxslərin istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşmə halı aşkarlanmamışdır.

40. Eyni zamanda, "xxxx" ASC-nin 15 aprel 2024-cü il tarixli, 13-13/2-1/16-4875/2024 nömərli məktubundan görünür ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi "xxxx" ASC-nin balansında olan 35 kV-luq elektrik verilişi xəttinin mühafizə zonasında yerləşir. Bununla belə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 6 ünvanında yerləşən torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahələrinə dair mülkiyyət hüququ qeydə alınmış torpaq sahələrinə çıxarışlar verilmişdir.

41. “Məhkəmələr və hakimlər haqqında” Qanunun 79-1-ci maddəsinə əsasən, vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır.

42. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli, 2- 1(102)-1842/2023 saylı qərarında qeyd olunmuşdur ki, “27. Məhkəmə kollegiyası hesab edir ki, hazırki mübahisənin qanuni və əsaslı həlli baxımından iş üzrə bərabərlik və etimad hüququnun qorunması prinsiplərinin pozulması hallarının mövcudluğu ilə bağlı məsələyə də qiymət verilməlidir. Belə ki, iddiaçıya münasibətdə bərabərlik prinsipinin pozuntusunun baş verdiyi qənaətinə gələ bilmək üçün məhkəmə, ilk növbədə aydınlaşdırmalıdır ki, iddiaçının təqdim etdikləri ilə eyni olan sənədlər əsasında digər şəxslərin hüquqları qeydə alındığı və bu barədə müvafiq çıxarışın verildiyi halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən imtina olunmuşdurmu, yoxsa iddiaçının halında hüququ qeydə alınmış şəxslərlə müqayisədə fərqli başqa hal və ya hallar vardır?...”

43. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, cavabdeh orqanın imtinasında qeyd edilən hallar iddia tələbinin təmin edilməməsi üçün əsas yaratmadığından, tələb təmin olunmalıdır.

NƏTİCƏVİ HİSSƏ

44. Şərh edilənlərə əsasən və İPM-in 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilsin. Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, Z.Tağıyev küçəsində yerləşən və 22384 qeydiyyat nömrəli qeydiyyat vəsiqəsinə əsasən iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi, istifadəsində olan 0,1022 ha torpaq sahəsinin hərrac və ya müsabiqə keçirilmədən, bu torpaq sahəsinin Abşeron rayonu, Xırdalan şəhərində həyətyanı torpaq sahələrinin bir sotu üçün müəyyən edilmiş normativ qiymətə uyğun İddiaçı satılması öhdəliyi cavabdeh Abşeron rayonu Xırdalan bələdiyyəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar