Məhkəmə qərarları › İş №2-1(118)-597/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-597/2021

12.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-597/2021 12.02.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, İsgəndərov Vüqar Mövlətxan oğlunun katibliyi ilə, X6 X3 nümayəndəsi X1 iştirakı ilə, X6 X3 Cavabdeh qarşı “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh adına verilmiş RX seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın etibarsız hesab edilməsi” barədə iddiasına dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ. X6 X5 Cavabdeh qarşı “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh adına verilmiş RX seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın etibarsız hesab edilməsinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Xaçmaz rayon Nabran kəndində meşə zolaqları və həmin meşə zolaqlarında xeyli təbii sərvətlər vardır. Meşə təsərrüfatı olaraq mərkəzin daimi meşə zolaqlarını nəzarət edir, onların məhv olumaması üçün əlindən gələni edir. Bunun üçün bütün kollektiv səfərbər olunmuşdur. Həmin meşə əraziləri icarə müqavilələri üçün istifadəyə verilsə də daimi nəzarət olunur. Hər hansı meşə pozğuntusunun qarşısı vaxtında alınır. Lakin neqativ hallar hələdə davam edir. Bəzi yerli orqanlar tərəfindən qanunsuz hərəkətlər baş verir. Buna misal olaraq bu yaxınlarda araşdırma zamanı məlum olmuşdur ki, Nabran kəndində meşə ərazisinə qanunsuz çıxarış verilmişdir. Belə ki, həmin çıxarış meşə ərazisinin daxilində verilmiş və Cavabdeh mülkiyyətindədir. Meşə ərazisinin planşet çıxarışından da görünür ki, Cavabdeh mülkiyyəti olan torpaq sahəsi meşə ərazisindədir. Qanunsuz olaraq ona Daşınmaz Əmlakın reyesteri Xidmətinin 5 saylı ərazi idarəsi tərəfindən RX seriyalı ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyesterindən çıxarış verilmişdir. Lakin əraziyə baxış keçirilən zamanda müəyyən olunur ki, həmin ərazidə 300 yaşı olan ağaclar, yəni təbii sərvətlər vardır. Həmin təbii sərvətlərin qanunsuz olaraq məhv olunması üçün addımlar atılmışdır. İddiaçı da meşə təsərrüfatı olaraq meşə ərazisinin tamlığını qorumaq, məhv olmasının qarşısını almaq üçün addımlar atmalıdır. Belə ki, Cavabdeh aldığı sahə yaş köküstündə ağaclarla mövcud olan, heç bir tikilisi olmayan meşə sahəsi olmuşdur. Cavabdeh həmin ərazini alıb, sənədləşdirəndə də görməli idi ki, həmin ərazidə təbii sərvətlər yerləşir. Meşə zolağının ərazisidir. Bəlkə də bunu bilə-bilə addımı atmışdır. Onun məqsədi meşə zolağını məhv etmək olmuşdur. Daşınmaz əmlakın Dövlət Reyesteri xidməti ona çıxarış verəndə aydınlaşdırmamışdır ki, həmin ərazi Meşə Təsərrüfatının balansındadır. Çünki reyesterden çıxarış veriləndə ərazinin xəritəsi reyesteri dəqiq müəyyən olunmalı idi. Xəritə aydınlaşdırılmalı idi. Meşə Fondu torpaqları Dövlət Fondu olduğu üçün toxunulmazdır və alqı-satqı predmeti ola bilməz. Cavabdeh iddia etdiyi ərazi hazırda Meşə Təsərrüfatının ərazisidir. Demek olar ki, daxilindədir. Ona həmin ərazidə tikintiyə icazə verilsə , həmin ərazidə olan Meşə təsərrüfatına məxsus təbii sərvətlər məhv olacaqdır. Həmin ərazidəki hər bir ağac bir tarixdir. Ona görə də meşələrin məhv olmasına icazə verə bilməzlər. Təbii sərvətlər talanmasının qarşısını almalıdırlar. Meşə təsərrüfatı dövlət əmlakı və dövlət mülkiyyətidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edirlər. İddiaçı tərəf hüquqi yardım edilməsi üçün məhkəməyə dəvət olunmuş, məhkəmə iclasında X6 X3 nümayəndəsi X2 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddiaçını dinləyərək belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, məhkəmə iddia ərizəsində tələbin Cavabdeh qarşı irəli sürülməsi ilə bağlı qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1-ci maddəsinə əsasən həmin qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Göründüyü kimi inzibati hüquq münasibətlərində cavabdeh kimi mütləq qaydada inzibati orqan çıxış edir. Lakin iddiaçı fiziki şəxsə qarşı iddia qaldıraraq, onun mülkiyyət sənədini mübahisələndirirki, inzibati məhkəmə icraatı qaydasında bu cür iddialara baxılması nəzərdə tutulmamışdır. Eyni zamanda məhkəmə qeyd edir ki, inzibati orqanlar arasında olan mübahisələrə də inzibati məhkəmə icraatı qaydasında baxılması nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, X6 X3 Cavabdeh qarşı “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh adına verilmiş RX seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın etibarsız hesab edilməsinə” dair iddiası mümkün hesab edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (ünvan: ünvan 2 şikayət verilə bilər. Hakim: İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar