Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-598/2021 15.07.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı və onun nümayəndəsi X21, Cavabdehin nümayəndəsi və vəkili X13 iştirakları ilə, İddiaçı cavabdeh Qobustan Bələdiyyəsinə qarşı ““Bələdiyyənin iddiaçının atasına məxsus olan torpaq sahəsinin üçüncü şəxslər – X5 haqqında çıxardığı 12.04.2019-cu il tarixli 04 saylı protokol qərarının ləğv edilməsi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən üçüncü şəxslərə verilmiş çıxarışların ləğv edilməsi” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, 21 aprel 1995-ci il tarixində atası X22 Nərimankənd kəndində Bakı-Qazax yolunun 88-ci kilometrliyində sahibkarlıq fəaliyyəti məqsədi ilə əlaqədar 0.30 ha (30 sot) torpaq sahəsi almışdır. Həmin ərazidə maşınlara texniki xidmət və çörəkbişirmə sexi oğullarının köməyi ilə tikmiş və fəaliyyətə başlamışdır. 2011-ci ilə kimi həmin obyektlər fəaliyyət göstərmişdir. Həmin il rayona təzə təyin olmuş rayon icra Başçısı Adil Məmmədov sahibkarlarla görüş keçirdi və bildirmiş ki, fəaliyyət göstərdiyiniz sahibkarlıq obyektlərində restavrasiya işlərinin aparılmasını tövsiyə edir. Bu görüşdən təxminən 3 gün sonra o dövr üçün şəhər bələdiyyə sədri işləyən Novruzov Vasif heç bir etik normalara riayət etmədən 3 gün ərzində obyekti sökməyəcəyi təqdirdə, şəxsən özünün iştirakı ilə obyekti sökəcəyini bildirməklə onları təhdid etmiş və söküntüyə əsas olaraq, həmin dövr üçün ölkə Prezidentinin Qobustan şəhərinə səfərini bəhanə gətirmişdir. Qeyd etdi ki, adı çəkilən ərazidə torpağın satın alınması rəsmiləşdirildikdən sonra müxtəlif dövlət qurumlardan müvafiq sərəncam və digər icazələr rəsmiləşdirilməklə tikintinin aparılması təmin edilmişdir. Bundan sonrakı dövr ərzində obyektin fəaliyyəti ilə əlaqədar istifadə edilən elektrik enerjisi xərclərini və sahibkarlıq sahəsində həmin dövr üçün qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq vergilərin dövlət büdcəsinə ödənilməsi təmin edilmişdir. Qeyd edilənləri nəzərə alaraq bildirdi ki, adı çəkilən onlara məxsus obyektlərdə ümumilikdə 16 il ərzində müxtəlif fasilələrlə sahibkarlıq fəaliyyəti göstərmişlər, qardaşı X3 təhdidi ilə əlaqədar icra başçısı Adil Məmmədova müraciət edərkən bildirmişdir ki, restavrasiya işlərinin aparılması üçün maddi imkanı yoxdursa bu halda tikintini söküb istədiyiniz vaxt yenidən tikinti işlərinə başlaya bilərlər. Başçının səmimiyyətinə etibar edərək adı çəkilən obyektlərin bünövrəyə qədər (hal- hazırda bünövrələr qalır) sökülməsi təmin edildi. Noyabr ayının əvvəllərində həmin ərazidə fəaliyyət göstərən qonşu sahibkarlar tərəfindən onlara məlumat çatdı ki, onların ərazidə tanımadığı şəxslər tərəfindən tikinti məqsədi ilə ölçmə və nişanlama işləri aparılır. Həmin şəxslərlə söhbət nəticəsində müəyyən edildi ki, onlara məxsus olan ərazi saxta yollarla, təkrar satış rəsmiləşdirmə işləri aparılmaqla Qobustan şəhər sakini X6, o da bu sənədlər əsasında müvafiq dövlət qurumundan çıxarış əldə etmişdir. Göründüyü kimi Bələdiyyə sədri eyni torpaq sahəsi üçün bir - neçə satış həyata keçirmişdir. Qanuni şəkildə onların haqqı olan torpaq sahəsinin qaytarılmasında, ədalətin bərpasına ümid edir. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı və onun nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdilər. Cavabdehin nümayəndəsi və vəkili X18 iddia tələbinə etiraz edərək bildirmişdir ki, mübahisə predmeti olan torpaq sahəsinin mərhum Sədi Dəmirova heç bir aidiyyatı yoxdur və həmin torpaq sahəsi Qobustan bələdiyyəsinin mülkiyyətində olmuşdur. Qobustan bələdiyyəsi 12.04.2019-cu il tarixli 04 saylı protokol qərarı əsasında qeyd olunan torpaq sahələri üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması üçün hərracın keçirilməsi haqqında qərarlar qəbul etmiş və qərarların qəbul edilməsi zamanı Qobustan bələdiyyəsi tərəfindən qanun pozuntusuna yol verilməmişdir. Nəzərə alınmalıdır ki, mərhum Sədi Dəmirova 0,30 sot deyil 150 kv.m torpaq sahəsi ayrılmışdır və Qobustan bələdiyyəsi tərəfindən X6 torpaq sahəsinin koordinatları Sədi Dəmirova ayrılmış 150 kv.m torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmür. Bundan başqa oda nəzərə alınmalıdır ki, qeyd olunan torpaq sahələri sonradan Natavan Nuriyeva tərəfindən X1. Qeyd olunanlara əsasən cavabdehin nümayəndəsi və vəkili iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəməyə teleqram vasitəsilə müraciət etmiş üçüncü şəxs X14 işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq üçüncü şəxslər X23 və X11 məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxslərin iştirakı olmadan baxmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Qobustan rayon Dövlət Arxivi tərəfindən verilmiş 24.06.2021-ci il tarixli 012 nömrəli məktuba əlavə edilmiş Qobustan Rayon XDS rəyasət heyətinin 10.07.1995-ci il tarixli 63 nömrəli protokolundan çıxarışın surəti, 08.06.1994-cü il tarixli Q.Cəbrayılov adına sovxoz əmək kollektivinin iclas protokolunun surəti, ƏMDK Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 14 saylı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışların surəti, ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərfindən verilmiş 26.04.2021-ci il tarixli mütəxəssis rəyi və digər sənədlər. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanunidir. İddia mümkün iddia olsa da, əsassızdır. Bu səbəbdən iddia tələbi təmin edilə bilməz. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddiaçı hazırkı tələblə əvvəlcədən cavabdehə müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının atası X22 08.06.1994-cü il tarixli Q.Cəbrayılov adına sovxoz əmək kollektivinin iclas protokoluna və 61 saylı qərarına əsasən Nərimankənd kəndinin kənarında sahibkarlıq fəaliyyəti məqsədi ilə əlaqədar 0.30 ha (30 sot) torpaq sahəsi, Qobustan rayon X34 Rəyasət Heyətinin 10 iyul 1995-ci il tarixli 63 nömrəli protokolu əsasında Bakı-Qazax yolunun 88-ci kilometrliyində avtomobillərə texniki xidmət göstərmək məqsədi ilə təmir emalatxanası tikintisinə və çörəkbişirmə sexi üçün 150 kv.m torpaq sasahəsinin ayrılması qərara alınmışdır. 21 aprel 1995-ci ildə Qobustan rayonunun torpaq şöbəsinin aparıcı mütəxəssisindən, rayonun baş memarından, Qobustan rayonun İcra Hakimiyyəti Başçısının Nərimankənd üzrə nümayəndəsindən və Q.Cəbrayılov adına sovxozun direktorundan ibarət komissiya tərəfindən Sədi Dəmirovun iştrakı ilə 08.06.1994-cü il tarixli Q.Cəbrayılov adına sovxoz əmək kollektivinin iclas protokolu və Qobustan rayon X34 Rəyasət Heyətinin 10 iyul 1995-ci il tarixli 63 nömrəli protokolu əsasında Bakı-Qazax yolunun 88-ci km-də uzunluğu 19 metr, eni 8 metr olan ərazidə ümumi sahəsi 0,015 ha kənd tsərrüfatına yararsız magistral yoldan 60 metr məsafədə yerləşən torpaq sahəsi Sədi Dəmirova verilmişdir. Qeyd olunan ərazidə Sədi Dəmirov tərəfindən iaşə obyekti və çörəkbişirmə sexi inşa edilərək bir müddət fəaliyyət göstərmişdir. 13.12.2014-cü ildə X28 vəfat etmiş, ondan miras qalmış əmlak oğlu İddiaçı tərəfindən qəbul edilmiş və hal hazırda vaxtı ilə atasına ayrılmış torpaq sahəsinin üzərində Qobustan Bələdiyyəsi tərəfindən digər şəxsə torpaq sahəsinin ayrılmasına əsas olmuş 12.04.2019-cu il tarixli 04 saylı qərarlar onun tərəfindən məhkəmədə mübahəsələndirir. Belə ki, Qobustan bələdiyyəsi 12.04.2019-cu il tarixli 04 saylı protokolları əsasında mübahisə predmeti olan torpaq sahələri üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması üçün hərracın keçirilməsi haqqında qərarlar qəbul etmişdir. Həmin qərarların əsasında Qobustan Bələdiyyəsinin adına mülkiyyət hüququna dair çıxarışlar verilmiş və həmin çıxarışlar əsasında qeyd olunan torpaq sahələri X7, o isə öz növbəsində həmin torpaq sahələrini X2. Hazırda həmin torpaq sahələrinin mülkiyyətçisi X12r. Qeyd olunan məsələnin aydınlaşdırılması məqsədi ilə Sumqayıt İnzibati Məhkəməsinin 05 mart 2021-ci il tarixli qərardadı ilə ekspertiza təyin edilmiş və ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyester Xidmətinin verdiyi 26 aprel2021ci il tarixli mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, elektron kadastır bazasında mübahisələndirilən ərazi bələdiyyənin perespektiv inkişaf fondu kimi qeyd olunub və mübahisələndirilən ərazidə X19 adına torpaq sahəsinin ayrılması və ya hər hansı hüquqi və texniki sənədin verilməsi aşkar edilməmişdir. Qeyd olunan rəydə həmçinin qeyd edilmişdir ki, X19 istifadəsinə verilmiş torpaq sahəsinə dair texniki sənədlərin olmaması səbəbindən həmin torpaq sahələrinin X15 xüsusi mülkiyyətində olan Qobustan rayonunun Nərimankənd kəndində yerləşən torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün deyil. Lakin iddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinin bir hissəsi Natəvan Nuriyeva tərəfindən X11 satılmış torpaq sahəsi ilə üst-üstə düşür. Məhkəmə işin faktiki hallarını araşdıraraq aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinə əsasən, torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır. Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır. ........Hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara onların qanuni istifadəsində və icarəsində olan bələdiyyə torpaqları daxildir. Bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər......Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Bələdiyyələr bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda dövlət mülkiyyətindən torpaq almaq barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırır. İlk öncə nəzərə alınmalıdır ki, bələdiyyələr öz mülkiyyətində olan torpaq sahələrinin "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin müddəalarına əsasən nəzərdən keçirərək ona müraciət edən şəxsə ayrılmasının məqsədə uyğunluğunu müəyyən edir. Əgər həmin ərazi üzrə torpaq sahəsinin ayrılması məqsədəuyğun hesab edilərsə, o halda bələdiyyə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 9.1-ci maddəsinin tələblərinə əsasən torpağın hərrac və hərrac keçirilmədən ayrılması məsələsini həll edir. Yəni qeyd olunan normaları müqayisə edərkən müəyyən edilir ki, qeyd olunan Qanunun 9.1-ci maddəsi torpaq sahələri ayrılarkən prosedurun ikinci mərhələsinə aiddir. Bələdiyyə Torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanunun 4-cü maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə verməkdir. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. Həmin Qanunun 5.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və bu torpaqlar barəsində sərəncam vermək sahəsində bələdiyyələrin hüquqlarını məhdudlaşdıran qərarlar qəbul edilməsinə yol verilmir. Həmin Qanunun 5.4-cü maddəsinə müvafiq icra hakimiyyəti orqanları, torpaq istifadəçiləri, icarəçiləri və qeyri-hökumət təşkilatları bələdiyyə torpaqlarına dair münasibətlərdə yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə onlara verilmiş səlahiyyətlər daxilində iştirak edə bilərlər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 4.0.9-cu maddəsinə əsasən bələdiyyə torpaqlarından səmərəli istifadə olunmasına və onların mühafizəsinə nəzarət etmək və bələdiyyə torpaqlarına dair məhkəmədən kənar qaydada həll olunmalı mübahisələri həll etmək bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətlərinə daxildir. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Bundan başqa nəzərə alınmalıdır ki, Qobustan Bələdiyyəsi inzibati orqan olmaqla yanaşı “İnzibati İcraat haqqında” Qanunun tələbləri baxımından diskression səlahiyyətlərə malikdir. İnzibati orqana verilən bu səlahiyyətə görə onun torpaq sahəsinin ayrılması məqsədə uyğun olmadığı tədqirdə həmin torpaq sahəsinin ayrılmasından imtina etmək hüququ var. Digər tərəfdən oda nəzərə alınmalıdır ki, istər beynalxalq qanunvericiliyin tələbləri baxımından istərsə də Azərbaycan Respublikası Konstitusiyası və digər hissəvi qanunvericilik aktlarına əsasən mülkiyyət hüququ toxunulmazdır və heç kim mülkiyyətindən əsassız yerə məhrum edilə bilməz. İşin araşdırılan hallarından o da məlum olmuşdur ki, Qobustan rayon sakini X8 bələdiyyəsinə müraciət edərək, Qobustan bələdiyyəsinin inzibati ərazisindən ona torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. Qobustan bələdiyyəsi də öz növbəsində DƏDRX-də özünün hüququnu rəsmiləşdirdikdən sonra hazır ki, iddia tələbi üzrə mübahisə predmeti olan torpaq sahələrini hərrac yolu ilə Natəvan Nuriyevaya satılmışdır. İddiaçı tərəfindən atasına 08.06.1994-cü il tarixli Q.Cəbrayılov adına sovxoz əmək kollektivinin iclas protokoluna əsasən 30 sot torpaq sahəsi ayrılması ilə bağlı gətirdiyi arqumentə münasibətdə məhkəmə qeyd edir ki, şəxsin adına torpaq sahəsinin ayrılması sovxozların səlahiyyətində olmamış (yəni səlahiyyətsiz qurum olmuş), həmin dövrdə torpaq sahələrinin ayrılması rayon, şəhər X25 səlahiyyətində olmuşdur. Belə ki, iş materiallarına əlavə olunmuş Qobustan Rayon XDS rəyasət heyətinin 10.07.1995-ci il tarixli 63 nömrəli protokolundan çıxarışın surətindən görünür ki, sahibkar X22 avtomobillərə texniki xidmət göstərmək məqsədilə təmir emalatxanası tikintisi və çörəkbişirmə sexi üçün 150 m2 torpaq sahəsi ayrılmışdır və həmin torpaq sahəsinin ayrılması zamanı 08.06.1994-cü il tarixli Q.Cəbrayılov adına sovxoz əmək kollektivinin iclas protokoluda nəzərə alınmışdır. İddiaçının iddia etdiyi torpaq sahəsi bələdiyyənin mülkiyyətində olan torpaq sahələrinə aid olduğundan, bələdiyyə öz inzibati ərazisində olan torpaq sahəsi üzərində sərəncam verilməsində diskression səlahiyyətə malikdir. Cavabdeh Qobustan bələdiyyəsi 12.04.2019-cu il tarixli 04 saylı protokol qərarlarına əsasən öz səlahiyyətlərindən istifadə edərək, hərracı udmuş X16 torpaq sahələri satmış, o isə öz növbəsində qanunamüvafiq olaraq ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsindən müvafiq çıxarışlar almışdır. Nəzərə alınmalıdır mütəxəssis rəyinə əsasən mübahisəli torpaq sahəsi elektron kadastır bazasında bələdiyyənin perespektiv inkişaf fondu kimi qeyd olunub və mübahisələndirilən ərazidə X19 adına torpaq sahəsinin ayrılması və ya hər hansı hüquqi və texniki sənədin verilməsi aşkar edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, Qobustan Bələdiyyəsinin 12.04.2019-cu il tarixli 04 saylı protokol qərarı əsasında mübahisə predmeti olan torpaq sahələri üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması üçün hərracın keçirilməsi haqqında qərarlarının ləğv edilməsi üçün hər hansı bir əsas mövcud olmadığından iddia tələbinin birinci hissəsi təmin edilə bilməz. İddia tələbinin ikinci hissəsinə gəlincə isə məhkəmə qeyd edir ki, ikinci tələb birinci tələbdən asılı olduğuna və birinci tələbin təmin edilməsi mümkün olmadığına görə iddia tələbinin ikinci hissəsinində təmin edilməsi mümkün deyil. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçıının tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Qobustan Bələdiyyəsinə qarşı “Bələdiyyənin iddiaçının atasına məxsus olan torpaq sahəsinin üçüncü şəxsə satılması haqqında çıxardığı 12.04.2019-cu il tarixli 04 saylı protokol qərarının (0,018 ha, 0.06 ha və 0.06 ha torpaq sahələri ilə bağlı) ləğv edilməsi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən üçüncü şəxslərə verilmiş çıxarışların ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətindəziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-598/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-598/2021
15.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver