Məhkəmə qərarları › İş №2-1(118)-598/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-598/2022

29.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-598/2022 29.03.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X2 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İcbari Tibbi Siğorta üzrə Dövlət X1rşı “Azərbaycan Respublikası İcbari Tibbi Siğorta üzrə Dövlət Agentliyinin “müraciətinizə baxılmanın nəticəsi haqqında” 03.11.2021-ci il tarixli PHŞ/1-2-2021-28115 №li cavab məktubunun iddiaçının hansı müraciətinə cavab olmasının müəyyən edilməsinə” dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İcbari Tibbi Siğorta üzrə Dövlət X1rşı iddia qaldıraraq “Azərbaycan Respublikası İcbari Tibbi Siğorta üzrə Dövlət Agentliyinin “müraciətinizə baxılmanın nəticəsi haqqında” 03.11.2021-ci il tarixli PHŞ/1-2-2021-28115 №li cavab məktubunun iddiaçının hansı müraciətinə cavab olmasının müəyyən edilməsini” məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin "müraciətinizə baxılması nəticəsi haqqında’’ 03.11.21-ci il tarixli PHŞ\1-2-2021-28115№-li məktubunda iddiaçının Azərbaycan Respublikası Administrasiyasından baxılması üçün aldıqları müraciətinə istinad olunsa da, müraciətinin tarixi göstərilmədiyindən, çoxsaylı və müxtəlif məzmunlu müraciətlərindən hansına baxılmasını müəyyən etmək mümkün deyildir. Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikası qanunun 7.5-ci maddəsinə əsasən ərizədə göstərilən məsələyə baxılıb, əsaslandırılmış cavab verildikdə baxılmış hesab oluna bilər, lakin baxılan müraciətinin tarixi göstərilmədiyindən, ərizədə göstərilənlərə tam mahiyyəti üzrə əsaslandırılmış cavab verilmədiyindən, ərizəsi baxılmamışdır. Həmin qanunun və müvafiq Təlimatın tələblərinə əsasən müraciətə cavab verilərkən ilk növbədə nə haqda ərizəyə baxıldığı, hansı tarixli müraciətə cavab verildiyi göstərilməli olduğu halda, Qanun-qaydaların tələbləri pozularaq, cavabda bunlar qöstərilməmişdir, hətta icraçının soyadı belə göstərilməmişdir. “Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 23.06.2016-cı il tarixli 950№-li Fərmanının tələbləri cavabdeh tərəfindən kobud şəkildə pozulmuşdur. İddiaçı vəsatətlə müraciət edir ki, cavabdeh təşkilatının X6 Qeydiyyatı Kitabı məhkəmə baxışına təqdim edilsin, müraciətinin Kitabda qeydə alınması vərəqinin möhürlə təsdiqlənmiş surəti məhkəməyə təqdim edilsin. Əgər elektron qaydada qeydiyyat aparılırsa, belə olan halda kağız daşıyıcısında çapa verilmiş elektron sənədin əsas möhürlə təsdiqlənmiş vəziyyətdə 2 nüsxəsi məhkəmə baxışına təqdim edilsin, bunlardan biri işə tikilməsi üçün və bir nüsxəsi məlumat üçün iddiaçıya təqdim edilsin. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçıya hüquqi yardım edilmiş, iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, İddiaçı 03.11.2021-ci il tarixli cavab məktubunun hansı müraciətinə cavab olduğunun müəyyən edilməsi barədə iddia ərizəsi ilə bağlı işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmaması səbəbindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, cavabdeh tərəfindən iddiaçıya göndərilmiş 09.12.2021-ci il tarixli PHŞ/1-2-2021-33483 saylı məktubda qeyd edilmişdir ki, 03.11.2021-ci il tarixli məktub iddiaçının 02.07.2021-ci il tarixində imzaladığı və Agentliyə ünvanladığı 12.07.2021-ci il tarixində qeydiyyatdan keçən müraciətinə cavab olaraq yazılmışdır. Qeyd edilənlərə əsasən cavabdeh hesab edir ki, iddia təmin edilməməlidir, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddiaçını dinləyərək belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçının tələbi ondan ibarətdir ki, Azərbaycan Respublikası İcbari Tibbi Siğorta üzrə Dövlət Agentliyinin “müraciətinizə baxılmanın nəticəsi haqqında” 03.11.2021-ci il tarixli PHŞ/1-2-2021-28115 №li cavab məktubunun iddiaçının hansı müraciətinə cavab olması müəyyən edilsin. Məhkəmə qeyd edir ki, iddiaçının qaldırdığı iddia Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulan iddia növləri arasında mövcud deyil. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddiaların dairəsi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); 2.2.6. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia); 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; 2.2.8. bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına; 2.2.9. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının ərizələrinə. Göründüyü kimi , inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddiaların dairəsində iddiaçının qaldırdığı iddia növü müəyyən edilməmişdir. Bundan başqa məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın cavabları nəzərə alınaraq hazırkı iddia öhdəlyin icrası kimi qəbul edilsə bilə, aşağıda qeyd edilənlərə əsasən iddia mümkün hesab edilməməlidir. Məhkəmə hesab edir ki, iddiaçının hazırkı tələbi inzibati icraat çərçivəsində etdikləri müraciətlərə aid edildiyi üçün ayrıca iddia predmeti olmamalı və mümkün hesab edilməməlidir. Cavabdeh inzibati orqanın iddiaçıya ünvanladığı PHŞ/1-2-2021-33483 saylı 9 dekabr 2021-ci il tarixli məktubunda qeyd edilir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən 03.11.2021-ci il tarixində sizə göndərilmiş PHŞ/1-2-2021-28115 nömrəli məktubundan cavablandırılması zamanı, texniki səhv olaraq müraciətiniz Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından daxıl olmuş şəkildə cavablandırılmışdır. Nəzərinizə çatdırırıq ki, sizin 02.07.2021-ci il tarixində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə ünvanladığınız müraciətiniz Agentlik tərəfindən 12.07.2021-ci il tarixində PHŞ/1-Q-1-2021-12042 nömrə ilə qeydiyyata alınmışdır. Əlavə olaraq qeyd edək ki, 03.11.2021-ci tarixində yazılmış PHŞ/1-2-2021-2811 nömrəli cavab məktubu həmin müraciətə əsasən göndərilmişdir. Qeyd edək ki, siz ixtisaslaşdırılmış tibb müəssisəsində müayinə olunduqdan sonra qeydiyyatda olduğunuz tibb müəssisəsinin Həkim Məsləhət Komissiyasına müraciət etdiyiniz təqdirdə sizə təyin olunmuş diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş ‘'Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə’’də müəyyən edilmiş tibbi göstəriş siyahısına uyğun olduğu halda, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 16 Yanvar tarixli 12 №-li Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” qaydasını əsas tutaraq əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbisosial ekspertiza müayinəsinə göndəriş verilməsi mümkündür.Əlavə olaraq bildiririk ki, hər bir vətəndaş öz sağlamlıq vəziyyəti haqqında məlumatı tibb müəssisəsindən təqdim edilmiş tibbi rəy və epikriz əsasında almaq hüququna malikdir. Əlillik dərəcəsinin təyini və bərpası istiqamətində yazılan TQS №088 isə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş informasiya Sistemində Tibbi- Sosial Ekspertiza və X3 (TSERAS) yerləşdirilən bir sənəddir. Həmçinin nəzərinizə çatdırırıq ki Azərbaycan Respublikası icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin idarə Heyətinin Qərarı ilə "Tibt Ərazi bölmələrini idarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində Həkim Məsləhət Komissiyası haqqında Əsasnamə"nin təsdiq edilməsi haqqında qərara əsasən tibbi sənədlərin TSERAS-a daxil edilməsinə dair bildiriş kodu və nəticəsindən asılı olmayaraq TSEK tərəfindən verilən qərarı vətəndaşa bildirilir. “Vətəndaşların müraciətləri” haqqında Qanunun 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır. Həmin Qanunun 5.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları vətəndaşların məhkəmə icraatı və ya inzibati icraat çərçivəsində etdikləri müraciətlərə şamil edilmir. Məhkəmə araşdırması zamanı müəyyən edildiki İddiaçı əlilliyin müəyyən olunması ilə bağlı əsas tələbi olmuş və bu tələblə bağlı inzibati orqana çoxsaylı müraciətləri olmuş və bu müraciətlərlə bağlı məhkəmədə çoxsaylı iddialar qaldırmışdır. Araşdırma zamanı müəyyən edildiki, məhkəmənin icraatında İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik təyinatından imtina barədə cavabdehin 19.10.2021-ci il tarixli qərarının ləğv edilməsi və əlillik dərəcəsinin təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulması”na dair iş olmuş, Məhkəmənin 2-1(118)-463/2022 saylı, 07.02.2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən apellyasiya şikayəti verilmiş, iş hazırda Sumqayıt Apelyasiya Məhkəməsinin icraatındadır. Göründüyü kimi iddiaçının əsas tələbi olan əlillik dərəcəsinin təyin olunması ilə bağlı iddia tələbi məhkəmə tərəfindən təmin olunmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia mümkün hesab edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar