Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-599/2021 30.06.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X11 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi X2 (“Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyində hüquqşünas işləyən, ünvan 1 ünvanında yaşayan), Üçüncü şəxsin nümayəndəsi X12 (ünvan 2 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏMDKX yanında DƏDRXnin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Xaçmaz rayonu, Güləlan kənd ərazisində yerləşən göl və torpaq sahəsindən ibarət cəmi 41,0 ha əraziyə daimi istifadə, həmin torpaq sahəsinin üzərində yerləşən 783,1 kv m qeyri-yaşayış sahələrinə isə mülkiyyət hüququnun X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydin aparılmasına dair hərəkətinin qanunsuz və həmin qeydin etibarsız hesab edilməsi, həmçinin düzgün olmayan qeydlə bağlı reyestrdə düzəliş aparılması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh ƏMDX yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Xaçmaz rayonu, Güləlan kənd ərazisində yerləşən göl və torpaq sahəsindən ibarət cəmi 41,0 ha əraziyə daimi istifadə, həmin torpaq sahəsinin üzərində yerləşən 783,1 kv m qeyri-yaşayış sahələrinə isə mülkiyyət hüququnun X1 adına Daşınmaz Əmlakın Reyestrində qeydin aparılmasına dair hərəkətinin qanunsuz və həmin qeydin etibarsız hesab edilməsi, həmçinin düzgün olmayan qeydlə bağlı reyestrdə düzəliş aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, üçüncü şəxs X9 “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyinə (İddiaçı İB) məxsus Xaçmaz rayonu Güləlan kəndi ərazisində yerləşən göl və torpaq sahəsindən ibarət 41,0 ha ərazi və onun üzərində yerləşən 783,1 kv m qeyri-yaşayış sahələrindən ibarət əmlak kompleksini zəbt etmiş və qanunsuz hərəkətinin əsası kimi həmin torpaq sahəsinə adina reyestr qeydiyyatından çıxarış əldə etdiyinə istinad edir. Sonuncu tərərinfən təqdim edilmiş çıxarışın məzmunundan məlum olmuşdur ki, həqiqətən də adı çəkilən əmlak kompleksinə onun adına cavabdeh tərəfindən çıxarış verilmişdir. Bununla bağlı dəfələrlə cavabdeh tərəfə müraciətlər edilmiş, lakin hər dəfə bir bəhanə ilə müraciətə baxılmasından imtina olunmuşdur. Sonuncu dəfə də bu barədə imtina ilə bağlı 13.11.2020-ci il tarixli məktub verilmişdir.Aşağıda sadalanacaq dəlillərə əsasən üçüncü şəxsin adına mülkiyyət hüququnun qeydə alınması barədə reyestr qeydiyyatının apanlması ilə bağlı cavabdehin hərəkətləri qanunsuz hesab edilməli və reyestrdı müvafiq düzəlişin aparılması vəzifəsi onun üzərinə qoyulmalıdır.Belə ki, hazırda üçüncü şəxs tərəfindən zəbt olunan sözü gedən Xaçmaz rayonu Güləlan kənd ərazisində mövcud, göl və torpaq sahəsindən ibarət 41,0 ha torpaq sahəsi və onun üzərində yerləşən 783,1 kv m qeyri-yaşayış sahələrindən ibarət əmlak kompleksi “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyinə (İddiaçı İB) məxsusdur. Son dəfə həmin ərazi üstündəki tikililərlə bigə vahid əmlak şəklində sahibi İddiaçı İB tərəfindən, İB-in üzvü üçüncü şəxs X5 icarəyə verilmiş və icarə əsasında ona verilmiş hüququn dövlət reyestrində qeydə alınmasına razılıq verilmişdir. Həmin sərəncamın 1-ci bəndində belə deyilir: İddiaçı Cəmiyyəti ilə Xaçmaz rayonu Qaraçı kənd sakini X9 arasında Cəmiyyətin istifadəsində olan 39,5 ha göl və 1,5 ha torpaq sahəsinə dair 99 il müddətinə bağlanmış icarə müqaviləsi “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq DT və XK-nin Xaçmaz rayon şöbəsi tərəfindən müvafiq qaydada dövlət qeydiyyatına alınsın. Torpaq sahəsi (göl ərazisi ilə birgə) və üzərindəki əmlaklar sonuncuya icarə əsasında yəni müvəqqəti istifadəyə verildiyi aşkar haldır və onun adına verilən sonrakı bütün sənədlər və apanlan qeydiyyatların kökündə, qeyd edilən icarə müqaviləsi və sərəncam durur. Lakin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən X3 adına 10.01.2017-ci il tarixdə DƏDR-də 1 nömrəli reyestr kitabının 106 nömrəli vərəqəsində aparılmış qeyd və onun əsasında verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışda adı çəkilən torpaq sahəsini daimi istifadə, üzərindəki əmlakları isə X3 adına mülkiyyət hüququ kimi yanlış qeydiyyata almışdır. Bununla da dövlət reyestrinə yanlış məlumatlar daxil edilmiş və nəticədə İddiaçı iB-ni həmin əmlak kompleksinə qanunla əldə etdiyi hüquqdan mərhum etmişdir. İddiaçı yol verilmiş aşkar qanun pozuntusuna aydınlıq gətirilməsi, reyestr qeydində düzəliş etməklə, pozuntunun aradan qaldırılması xahişi ilə cavabdehə təkrar müraciət edilməsinə baxmayaraq, nəticəsi olmamışdır. Ona görə də mübahisəni həll etmək üçün məhkəməyə müraciət etmək məcburiyyəti yaranmışdır. Adı çəkilən əmlak kompleksinə dair mülkiyyət hüququ dövlət qeydiyyatına alınmasa da, həmin ərazi qanuni əsaslarla İddiaçı İB-nə verilmiş, 50 ildən çox müddətdə qanuni sahibliyindədir və onun tərəfindən iradsız istifadə olunur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X10 iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Üçüncü şəxsin nümayəndəsi X19 oğlu idianı qəbul etmədi və bildirdi ki, yuxarıda qeyd olunan ərazini iddiaçı “Azərbaycan Ovçular Cəmiyyəti”nin həmin dövrdəki rəhbərliyinin yazılı razılığı əsasında, DT və XK-nn Xaçmaz rayon şöbəsi tərəfindən təqdim edilmiş JN 9450 saylı torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə, Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının 07 fevral 2003-cü il tarixli 35 saylı müvafiq sərəncamına əsasən 11 may 2006-cı il tarixli istismara qəbul aktına və eskiz layihəyə əsasən qanuni yolla sənədləşdirmişdir. Bütün bunlar əsasında üşüncü şəxsin adına Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən 10.01.2017 ci il tarixdə qeydiyyat nömrəsi ********** olan, seriya RX № ******* saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış və texniki pasport da verilmişdir. B.Abasov Xaçmaz rayonu Gülalan kəndi ərazisində Xaçmaz-Niyazabad yolunun kənarında yerləşən uzun müddət baxımsız vəziyyətdə olmuş öz vəsaiti hesabına təmizləmiş, ərazidə yaşıllaşdırma işləri aparmış, ağaclar əkmiş, bağ salmışdır. Ərazidə yerləşən tikililəri öz vəsaiti hesabına, müvafiq idarə və təşkilatların razılıqları və layihələri əsasında aparmışdır. Bütün bu işlər 20 ilə yaxın bir müddətdə aparılıb, ərazidə dəyirman binası da inşa etmiş ev quşlarının yetişdirilməsi ilə də məşğul olmuşdur. Bütün bunlar barəsində İddiaçı xəbəri də olmuşdur. Bununla bağlı üçüncü şəxsin nümayəndəsi iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı iddiaya etiraz ərizəsində bildirmişdir ki, İddiaçı Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti İctimai Birliyi reyestr düzəliş etməklə pozuntunun aradan qaldırılması ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə 06.11.2020-ci il tarixli, 089/M-4 ərizə ilə müraciət etmişdir.Müraciətə 13.11 2020-ci il tarixli **********685 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, müraciətdə qeyd olunan əmlak kompleksinə dair verilmiş 10.01,2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və texniki pasportun əsillərini hüquq sahibi X9 ərazi idarəsinə təqdim edəcəyi təqdirdə qanunla nəzərdə tutulmuş qaydada və müddətdə baxılacaqdır. Bununla bağlı sizə 15.09.2020-ci il tarixdə **********38 nömrəli məktubla münasibət bildirilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.2,-ci maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. “Ərizədə qeyd olunan 10.01.2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi tərəfindən tərtib edilmiş JN- 9450 KOD 30211058 saylı “Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamə”, tikintiyə icazə verilməsi barədə Xaçmaz İHB-nın sərəncamı, RİH-ti memarlıq və tikinti işləri şöbəsi tərəfindən təsdiqlənmiş layihə, tikilinin istismara qəbul edilməsi barədə akt əsasında hazırlanmışdır.Həmin çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələri ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatı üçün əsas olan hüquqmüəyyənedici sənədlər əsasında tərtib edilmiş və həmin daşınmaz əmlakla bağlı aparılmış qeydiyyatda düzəlişin edilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. İş materiallarında olan : - 01.11.1991-ci il tarixli 97 nömrəli dövlət reyestrindən çıxarışdan görünür ki, Azərbaycan Ovçuları və Balıqçıları Cəmiyyəti İctimai Birliyi Azərbaycan Ədliyyə Nazirliyi Qeyri-Kommersiya Qurumlarının və Təhsil Müəssisələrinin dövlət reyestrində qeydiyyatdan keçmişdir. -Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının 17 aprel 2006-cı il tarixli 99 a saylı səərncamından çıxaırşdan görünür ki, İddiaçı Cəmiyyəti ilə Xaçmaz rayonu Qaraçı kənd sakini X7 arasında Cəmiyyətin istifadəsində olan 39,5 ha göl və 1,5 ha torpaq sahəsinə dair 99 ii müddətinə bağlanmış icarə müqaviləsi “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq DT və XK-nin Xaçmaz Ravon şöbəsi tərəfindən müvafiq qaydada dövlət qeydiyyatına alınması və İddiaçı Cəmiyyəti tərəfindən Xaçmaz rayonu Qaraçı kənd sakini X3 icarəsinə verilmiş 39,5 ha göl və 1,5 ha torpaq sahəsindən müvəqqəti istifadə hüququna dair şəhadətnamənin verilməsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən xahiş edilməsi qərar alınmışdır. - “Azoxotsoyuz” Rəyasət Heyətinin 492 nömrəli 16 iyul 1981-ci il tarixli məktubundan görünür ki, SSRİ Nazirlər Sovetinin 23 yanvar 1980-ci il tarixli 73 saylı və Azərbaycan SSR Nazirlər Sovetinin 11 aprel 1980-ci il tarixli 234 saylı “Ov quşlarının süni yetişdirilməsinin inkişafı üzrə tədbirlər haqqında” qətnaməsini rəhbər tutaraq “Azoxotsoyuz” (Azərbaycan ovçuluq ittifaqı) üzərinə 1985-ci il üçün qırqovul sayının 60 min başa qədər çatdırılması ilə ov quşlarının saxlanması üzrə fermaların tikintisi öhdəliyi qoyulmuşdur. Qırqovul fermalarının tikintisi üçün Xaçmaz rayonunda Gülalan kəndi yaxınlığında sahəsi 60 ha olan torpaq sahəsi ayrılmışdır. - 30 iyun 1981-ci il tarixli 9 saylı protokol əsasən tərtib edilmiş aktdan görünür ki, “Azoxotsoyuz” Rəyasət Heyəti “Şəfəq” sovxozu torpaqlarından sahəsi 60 ha olan həmin torpaq sahəsinin Azoxotsoyuza ayrılması və göstərilən sahədən kənd təsərrüfatı bitkiləri planının götürülməsi barədə sərəncam verməyinizi xahiş etmişdir. Xaçmaz RXDS İcraiyyə komitəsi “Şəfəq” sovxozunun torpaqlarından 60 ha sahənin ayrılması haqqında qərar qəbul eidlmişdir. Rayon kənd təsərrüfatı idarəsi özünün rəyində “Şəfəq” sovxozunun torpaqlarından 60 ha sahənin Azoxotsoyuza ayrılmasına etiraz etmədiyini bildirmişdir. “Gülalan” gölünə bitişik sahələrin baxışı zamanı kənd təsərrüfatı «ismində istifadə edilməyən digər sahələr müəyyən edilməmişdir. Komissiya qırqovul və kəklik yetişdirilməsi üçün “Şəfəq” sovxozunun torpaqlarından 60 ha sahənin ayrılmasını məqsədəuyğun hesab etmişdir. -01.01.2001-ci il, 05.01.2006-cı il və 05.01.2009-cu il tarixli icarə müqavilələrindən görünür ki, həmin müqavilə icarədar “Azərovçu “ ictimai birliyi ilə icarəçi X6 arasında İddiaçınə məxsus Xaçmaz rayonundakı Gülalan təsərrüfatının müvəqqəti istifadəyə verilməsi barədədir. -Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının 07.02.2003-cü il tarixli sərəncamından görünür ki, Xaçmaz rayonun Qaraçı İƏV-nin Qaraçı kənd sakini X4 "Azərovçu"nun yardımçı təsərrüfatı olan Gülalan gölünün yanında ictimai-iaşə obyektlərin tikintisinə və abadlıq işlərin aparılmasına icazə verilməsi qərara alınmışdır. -Komissiya üzvləri- Rayonun baş memarı V.Vəliyev Qaraçı kənd İƏV -də nümayəndə M.Paşayev, rayon Sanitariya Gigiyena və Epidemioligiya mərkəzinin baş həkimi B.Şahverdiyev, rayon X8 xidmətinin rəisi Z.Pirməmmədov, Azərbaycan Elektrik Enerji satışı və istismarı idarəsinin rəisi M.Rəsulov,Rayon Regional Ekologiya idarəsinin rəisi V.Cavadov və nümayəndə B.Abbasovun iştirakı ilə tərtib edilən aktdan görünür ki, Azərbaycan Respublikası Ovçular Cəmiyyətləri İttifaqı "Azərovçu"nun sədri RİH-ə müraciət edərək Xaçmaz rayonu Gülalan yardımçı təsərrüfatının icarədarı "Azərovçu"nun səlahiyyətli nümayəndəsi B.Abbasovun vasitəsilə yardımçı binaların təmiri, yeni tikinti və abadlıq işlərin aparılmasına müvafiq sərəncamın verilməsini xahiş edir. ( məktub N2 161,27.09.2002-ci il) Komissiya yerində baxış keçirmiş və həmin ərazidə ictimai -iaşə obyektlərin tikintisinə icazə verilməsini məqsədəuyğun hesab etmişdir. - RX № ******* seriyalı reyestrdən çıxarışdan görünür ki, Xaçmaz rayon Gülalan kənd ərazisində dövlət mülkiyyətinə aid 41 ha torpaq sahəsi və üzərində 783.1 kv m daşınmaz əmlak X3 xüsusi mülkiyyətindədir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə qəbul edilmiş «Marks Belçikaya qarşı» qərarında göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. Həmin Qanunun 16.3-cü maddəsinə görə əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı İB ilə üşüncü şəxs Abasov Böyükağa Abasəli oğlu arasında Xaçmaz rayonu, Güləlan kənd ərazisində yerləşən göl və torpaq sahəsindən ibarət cəmi 41,0 ha əraziyə və həmin torpaq sahəsinin üzərində yerləşən 783,1 kv m qeyri-yaşayış sahəsinə dair icarə müqaviləsi bağlanmışdır. Daha sonra B.Abasov iddiaçının adından çıxış edərək Xaçmaz rayon İcra Hakimiyyətinə müraciət edərək həmin ərazinin abadlaşdırılmasına və tikililərin yenilənməsinə razılıq almışdır. Belə ki, B.Abasovun istinad etdiyi Xaçmaz rayon İcra Hakimiyyətinin 07.03.2003-cü il tarixli 35 saylı sərəncamında qeyd edilmişdir ki, Xaçmaz rayonu Gülalan yardımçı tsərrüfatının icarədarı “Azərovçu-İB-nin səlahiyyətli nümayəndəsi B.basovun vasitəsilə yardımçı binaların təmiri, yeni tikintilərin və abadlıq işlərinin aparılmasına müvafiq sərəncam verilməsini xahiş etmişdir. İddiaçı İB da Xaçmaz rayon İcra Hakimiytərinə 27.09.2002-ci il tarixli müraciətində ərazid yeni işlərin görülməsi icarədarı B.Abasova icazə verilmədini xahiş etmişdir. Lakn cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən əsassız olaraq daşınmaz əmlakın dövlət reyestrində X3 torpaq sahəsi üzərində daimi istifadə, üzərində əmlaklar üzərində isə mülkiyyət hüququnu qeydə alınmışdır. İş üzrə toplanmış sənədlərin heç birində sözügedən torpaq sahəsinin və ya üzərindəki qeyri-yaşayış sahəsinin B,Abaosvun mülkiyyətinə keçməsini təsdiq edən sübut aşkar edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası ƏMDKX yanında DƏDRXnin 5 saylı Xaçmaz Ərazi İdarəsinin Xaçmaz rayonu, Güləlan kənd ərazisində yerləşən göl və torpaq sahəsindən ibarət cəmi 41,0 ha əraziyə daimi istifadə, həmin torpaq sahəsinin üzərində yerləşən 783,1 kv m qeyri-yaşayış sahələrinə isə mülkiyyət hüququnun X1 adına daşınmaz əmlakın ödvlət reyestrində qeydə alınmasına dair hərəkəti qanunsuz olmaqla həmin qeyd etibarsız hesab edilsin və həmçinin düzgün olmayan qeydlə bağlı reyestrdə düzəliş aparılması vəzifəsi cavabdehin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 4 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-599/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-599/2021
30.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver