Məhkəmə qərarları › İş №2-1(118)-5995/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-5995/2025

07.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-5995/2025 07.11.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: ünvanlı dövlət sosial yardımın təyin edilməsi) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “iddiaçıya ünvanlı sosial yardımın təyin edilərək ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia qaldıraraq “iddiaçıya ünvanlı sosial yardımın təyin edilərək ödənilməsi” tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-1885/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə "iddiaçı X12 ilə cavabdeh X8 arasında xx.xx.2016-cı il tarixdə Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən bağlanmış 143 nömrəli akt qeydli nikahın pozulması, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2017-ci il təvəllüdlü X13, xx.xx.2019-cu il təvəllüdlü X2 və xx.xx.2022-ci il təvəllüdlü X7 anası X5 yanında saxlanılması, cavabdeh X3 iddiaçı X5 xeyrinə xx.xx.2017-ci il təvəllüdlü X13, xx.xx.2019-cu il təvəllüdlü X2 və xx.xx.2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 50 (əlli) manat, ümumilikdə 150 (yüz əlli) manat sabit pul məbləğində alimentin tutulması" qət edilmişdir. İddiaçı 3 azyaşlı övladı ilə birlikdə qeydiyyatda olduğu və atasına məxsus ünvan 1 ünvanında qeydiyyatda olan 130 saylı mənzildə yaşayır. Valideynləri Zaqatala rayonu, Muxax kəndində yaşayır. Valideynləri ara-sıra ona dolanmağa gəlir və maddi təminatını ödəməkdə köməklik edirlər. X22 səhhətində problemlər yaranmış və atasını xx.xx.2025-ci il tarixdə həkimə aparmışdır. Məlum olmuşdur ki, atasında artıq ürək çatışmamazlığı xəstəliyi yaranmışdır. Bu barədə sənədi iddia ərizəsinə əlavə etmişdir. Atası xəstə olduğu üçün müayinə və müalicə olduğu üçün Dövlət Sosial Müdafiə Fondunun əməkdaşları evə yoxlanışa gələn zaman atası evdə idi. İzah etmişdir ki, atası onunla yaşamır və Zaqatala rayonundan yanına xəstəliyi ilə bağlı müalicə üçün gəlmiş və rayona qayıdacaq. Hətta xahiş etmişdir ki, həkim sənədlərinə belə baxsınlar. Lakin baxılmadı. İddiaçıya aztəminatlı ailələr üçün nəzərdə tutulmuş sosial yardımın təyin olunmasından imtina edilmişdir və buna səbəb kimi isə ailə tərkibinin düzgün göstərilməməsi əsas olmuşdur. Halbuki, eyd etdiyi ünvanda 3 azyaşlı övladı ilə birlikdə kirayə yaşayır. Evlilik dövründə kirayə yaşayırdı və artıq təka başına kirayə yaşaya bilmədiyi üçün atasına öz evini yaşamaq üçün ona vermiş və mütəmadi olaraq yanına dolanmağa gəlib-gedirlər. Xəstəliyi ilə bağlı isə 2025-ci ilin yanvar ayında artıq yanında qalmalı olurdurdular. Onun sosial yardım almağa çox ehtiyacı var. Aylıq aliment pulu, atasının köməyi və öz qazancı ilə aylıq gəliri 500 manata qədər olur. Lakin həmin pulla övladlarının təminatını ödəməkdə çətinlik çəkir. Sosial yardım almağa çox ehtiyacı var. Cavabdeh tərəfin imtinası ilə qəti şəkildə razılaşmır. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iştirak etməmiş, ərizə göndərərək işə iştirakı olmadan baxılmasını xahiş etmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsasən məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh etirazında qeyd edir ki, İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixində X15 və X21 (VEMTAS) müvafiq məlumatlar daxil edilərək ona ünvanlı dövlət sosial yardımının təyin edilməsi üçün müraciət edilmişdir. X1 VEMTAS tərəfindən imtina verilməmiş, daha sonra əməkdaşlar tərəfindən maddi-məişət şəraitinin müayinəsi zamanı ərizə bəyannamədə qeyd edilən məlumatlarla eyniyyət təşkil etməyən hallar aşkar edildiyindən ona ünvanlı dövlət sosial yardımının təyin edilməsindən imtina edilmişdir. “Ünvanlı dövlət sosial yardımı haqqında” xx.xx.2005-ci il tarixli Qanunun 1.0.5-ci maddəsinə əsasən aztəminatlı ailə - orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailədir. Həmin Qanunun 1.0.6-cı maddəsinə əsasən ünvanlı dövlət sosial yardımı — aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır. Həmin Qanunun 3-cü maddəsinə əsasən, sosial yardım almaq hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Həmin Qanunun 6.3-cü maddəsinə əsasən, sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən, sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. Bildirirlər ki, İddiaçı ünvanlı dövlət sosial yardımın təyin edilməsi barədə ərizələr ilə VEMTAS-a müraciət etmiş və ona maddi-məişət şəraitinin yoxlanılması zamanı yardımın təyin edilməsindən aşağıda qeyd edilən səbəblərdən imtina edilmişdir: xx.xx.2024-cü il tarixli **********729 nömrəli müraciət - ailənin gəlirləri barədə məlumatların düzgün göstərilməməsi; xx.xx.2025-ci il tarixli **********966 nömrəli müraciət - ailənin gəlirləri və ailə tərkibi barədə məlumatların düzgün göstərilməməsi; xx.xx.2025-ci il tarixli **********966 nömrəli müraciət - ailə tərkibi barədə məlumatların düzgün göstərilməməsi. Yuxarıda qeyd edilən xüsusatlarla əlaqədar maddi-məişət şəraitinin müayinəsi zamanı müvafiq aktlar qəbul edilmişdir (qoşmaya əlavə edilir): xx.xx.2025-cı il tarixli akt: Təmsilçi evdə yox idi, təmsilçi ilə əlaqə saxlanıldı, həyətdə olduğunu bildirdi. Uşaqların biri məktəbdə, digəri isə anasıgildə idi. Təmsilçi ünvana yaxınlaşdı, evdə yaşayış şəraiti zəif idi, evin zəruri ərzaq məhsulları yox idi, soyuducu boş idi. Təmsilçinin övladlarının məktəb ləvazimatları yox idi, ev soyuq idi. Təmsilçinin şəxsiyyət vəsiqələrindən başqa evdə heç bir sənəd yox idi. Təmsilçi rəsmi evli olub, 2024cü ilin avqust ayından rəsmi ayrılıb. 2023-cü ilin sentyabr ayından aliment ödənilməlidir. Lakin təmsilçi 2024-cü ilin oktyabr ayından aliment ödənildiyini bildirdi. Bununla bağiı icra sənədi təqdim edilmədi. Əlavə gəli və köməklik yoxdur. Son ildə alğı-satqı edilmədiyi bildirildi. Nəqliyyat vasitəsi yoxdur. xx.xx.2025-ci il tarixli akt: Təmsilçi və övladları ünvada yox idi. Ünvanda təmsilçinin anası, atası və bibisi olduğu bildirilən üç əlavə şəxs var idi. Bibisi kimi təqdim olunan şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmadı. Valideynlərinin Zaqatalada yaşadığı, üç-dörd gündür qonaq gəldikləri, 22 mart qayıdacaqları, yaşadıqları evin atasına məxsus olduğu bildirildi. Təmsilçi vəkil bürosunda işlədiyini, aylq 200 manat gəlir əldə etdiyini, atası tərəfindən aylıq 150 manat maddi yardım olunduğunu, 2024-cü ilin sentyabr ayınadək sabiq həyat yoldaşı ilə birgə yaşadığını, rəsmi ailəli olub ayrıldığını, 150 manat aliment qət olunduğunu bildirdi. xx.xx.2025-ci il tarixli akt: Ərizə bəyannamədə qeyd olunan nömrə ilə əlaqə saxlanıldı. Təmsilçi məktəbdən ünvana yaxınlaşdı, atası evdə idi. Əvvəlki müayinə zamanı da atası ünvanda aşkarlanmışdır. Onlar bu ünvanda birgə yaşayırlar, birgə təsərrüfata malikdirlər. Təmsilçi övladlarının məktəb və bağçada olduğunu, vəkil bürosunda işlədiyini, 200 manat aylıq gəliri olduğunu, atası tərəfindən aylıq 150 manat maddi yardım olunduğunu, rəsmi ailəli olub, bir ildən çoxdur ayrıldığını, 150 manat aliment qət olunduğunu, ödənildiyini bildirdi. Belə ki, eyni ünvanda yaşayan şəxslərin birgə təsərrüfat aparıb-aparmamasının müəyyən edilməsi üçün zəruri olan hallara nəzər salaq: Mənzilin iki ailənin ayrı təsərrüfat aparmaqla yaşaması üçün əlverişli olması; Mənzilin giriş, mətbəx və yaşam üçün vacib digər hissələrinin ayrı yerləşməsi; Mənzilində yerləşən sayğacların (qaz, su, işıq) ayrı yerləşməsi və kommunal xərclərin ayrı ödənilməsi. Lakin tərəfindən aparılan müayinə zamanı təmsilçi İddiaçı ayrı təsərrüfat aparması ilə bağlı heç bir əsas tapılmamışdır. Göründüyü kimi maddi-məişət şəraitinin yoxlaması zamanı ünvanda yaşayan şəxslərin birgə təsərrüfat aparmaları halının araşdırılması zamanı ünvanda olan şəxslərin birgə təsərrüfat aparmasını təsdiq edən bir çox sübutlar əldə olunmuşdur. Əlavə olaraq onuda qeyd edək ki, qeyd olunan ünvanda yaşayan şəxslərin ayrı-ayrılıqda təsərrüfat aparmasını təsdiq edən heç bir fakt aşkarlanmamışdır və belə olan halda maddi-məişət şəraitinin müayinəsini həyata keçirən əməkdaşların ünvanda olan şəxslərin ayrı təsərrüfat olmasını qeydə alması mümkün deyildir. Bundan başqa Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ev təsərrüfatları tədqiqatının əsas yekunlarına dair statistik məcmuəsində ev təsərrüfatının nədən ibarət olmasını qeyd etmişdir. Ev təsərrüfatı - bir şəxsdən və ya şəxslər qrupundan ibarət institusional vahiddir. Şəxslər qrupu o halda ev təsərrüfatı hesab edilir ki, onlar bir evdə (mənzildə) yaşasınlar, öz gəlir və əmlakını tam və ya qismən birləşdirsinlər və bir sıra mal və xidmətlərin, əsasən də mənzil-kommunal xidmətləri və ərzaq məhsullarının istehlakını birgə həyata keçirsinlər. Ev təsərrüfatı bir nəfərdən, bir və ya bir neçə ailədən və ailə üzvü olmayan şəxsdən (şəxslərdən), eləcə də qohum olmayan şəxslərdən ibarət ola bilər. Göründüyü kimi ev təsərrüfatına verilən anlayışdan da, təmsilçinin qeyd etdiyi ünvanda valideynləri ilə birgə təsərrüfat apararaq yaşaması təsdiqini tapır. Eyni zamanda qeyd olunan məsələ ilə bağlı bildirirlər ki, “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.3-cü maddəsində “ailə qohumluq və ya qanunvericiliklə müəyyən olunmuş digər xüsusiyyətlərə görə bağlılığı olan, birgə yaşayan, ümumi ev təsərrüfatına malik şəxslər və ya tənha yaşayan şəxslər” olaraq göstərilmişdir. Bu səbəbdən, həmçinin “Ünvanlı dövlətsosial yardımının alınması üçün müraciət etmiş ailələrin maddi-məişət şəraitinin müayinəsinin və sosial yardım təyinatından sonrakı monitorinqlərin aparılmasına dair Təlimat” və Passporta əsasən ailənin ÜDSY ilə bağlı müraciətinə əsasən aparılan maddi-məişət şəraitinin müayinəsi zamanı ailə tərkibində qeyd olunmayan şəxsin ailə ilə birlikdə yaşaması aşkar edildiyi halda ÜDSY təyinatından imtina edilir.Əlavə olaraq Ali Məhkəmənin birgə təsərrüfat ilə bağlı mövqeyinə görə sözügedən şəxslərin ümumi ev təsərrüfatında olması üçün onların öz gəlir və əmlakını tam və ya qismən birləşdirməsi, qida məhsullarının istehlakını birgə həyata keçirməsi də sübuta yetirilməlidir. Nəzərə alınmalıdır ki, ümumi ev təsərrüfatının aparılması dedikdə həm də əldə olunan qazancın ailənin ümumi ehtiyaclarına sərf edilməsi, o cümlədən mövcud əmlakın birgə təsərrüfat fəaliyyətinin nəticəsində əldə edilməsi başa düşülür. Göründüyü kimi müayinə zamanı təmsilçinin qida məhsullarını valideynləri ilə birgə istehlak etməsi, gəlir və əmlakın birləşdirilməsi, eyni zamanda əldə edilmiş gəlirlərin ümumi ehtiyaclara sərf edilməsi aşkar edilmişdir. “Ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23,02.2015-ci il tarixli, 477 saylı Fərmanının icrası ilə əlaqədar olaraq, vətəndaşların sosial təminat sahəsində sürətli, rahat və şəffaf xidmətlərə geniş çıxışının təmin edilməsi, ünvanlı dövlət sosial yardımı uzrə dövlət orqanlarının fəaliyyətinin innovativ texnologiyaların tətbiqi ilə qabaqcıl dünya təcrübəsinə uyğun təşkil edilməsi və bu əsasda aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 37 nömrəli qərarı ilə “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları” təsdiq olunmuş və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində (MEİS) ünvanlı dövlət sosial yardımı üzrə X15 və X23 (VEMTAS) yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 37 saylı Qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 1.2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində yaşayan və müraciətdən əvvəlki son 12 (on iki) ay ərzində orta aylıq gəliri əmək qabiliyyətli olan ailə üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi səbəblərindən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr ehtiyac meyarının məcmusu ilə orta aylıq gəlirinin arasındakı fərq məbləğində sosial yardım almaq hüququna malikdirlər. Həmin Qaydaların 3.1-ci maddəsinə əsasən, sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır Həmin Qaydaların 3.3-cü bəndinə əsasən, müraciətin qəbul olunduğu gün VEMTAS tərəfindən seçilmiş Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun struktur bölmələrinin (bundan sonra - Bölmə) və ya “DOST” mərkəzlərinin (bundan sonra - Mərkəz) ünvanlı sosial yardım üzrə işçisinə bu Qaydaların 3.7-ci bəndində göstərilən hallar istisna olmaqla, ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə tapşırıq göndərilir. Həmin Qaydaların 3.4.2-ci bəndinə əsasən, məlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda, VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə (5 nömrəli əlavə), uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə (6 nömrəli əlavə) qərar çıxarılır. Həmin Qaydaların 4.2-ci maddəsinə əsasən sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir. Qaydaların 5-ci maddəsində ailənin orta aylıq gəlirinin mənbələri və hesablanması metodologiyası qeyd edilmişdir. 5.22-ci maddəyə əsasən, ailənin bəyan etdiyi adambaşına düşən orta aylıq gəliri aşağıda qeyd olunan hesablama qaydası üzrə müəyyənləşdirilən məbləğdən az olduqda (ailə başçısını itirməyə görə əmək pensiyası və ya sosial müavinət alan ailələr, həmçinin 2 və daha çox sağlamlıq imkanları məhdud və ya İ və İİ qrup əlil üzvü olan ailələr istisna olmaqla) ailənin adambaşına düşən orta aylıq gəliri bu Qaydalarla müəyyən edilmiş məbləğdə götürülür: YM (34.8%+16.7%+7.7%)+R+RM Burada: YM - yaşayış minimumunun ölkə üzrə məbləği; R - ev telefonu üçün ailənin adambaşına son 12 (on iki) ay ərzində xərcinin orta aylıq məbləği; RM - mobil telefonu üçün ailənin adambaşına son 12 (on iki) ay ərzində xərcinin orta aylıq məbləği. Ailənin orta aylıq gəliri ailə üzvlərinin müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzindəki ümumi gəlirlərinin 12-yə bölünməsi yolu ilə hesablanır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(012)-1885/2024 saylı qətnaməsinə əsasən X12 ilə cavabdeh X10 arasında xx.xx.2016-cı il tarixdə Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən bağlanmış 143 nömrəli akt qeydi pozulmuş, tərəflərin birgə nigahından anadan olmuş xx.xx.2017-ci il təvəllüdlü X13 və xx.xx.2019-cu il təvəllüdlü X2 və xx.xx.2022-ci il təvəllüdlü X4 anası X5 yanında saxlanılması qət edilmişdir. xx.xx.2024-cü il tarixli **********8750-1 saylı ailənin maddi-məişət şəraitinin müayinəsi barədə məlumatda qeyd edilmişdir ki, İddiaçı Y.Ömər Şəhriyar, Y.Leyla Şahriyar, Y.Ruqiyyət Şahriyar adlı ailə üzvləri-övladları var. Ünvanda olmuşdurlar. Təmsilçi evdə yox idi. Təmsilçi ilə əlaqə saxlanılmışdır. Həyətdə olduğunu bildirmişdir. Uşaqların biri məktəbdə digəri isə anasıgildə idi. Təmsilçi ünvana yaxınlaşmışdır. Evdə yaşayış şəraiti zəif idi. Evin zəruri ərzaq məhsulları yox idi. Soyuducu boş idi. Təmsilçinin övladlarının məktəb ləvazimatları yox idi. Ev soyuq idi. Təmsilçinin şəxsiyyət vəsiqələrindən başqa heç bir sənədi evdə yox idi. Təmsilçi rəsmi evli olub. 2024-cü il avqust ayından rəsmi ayrılmışdır. 2023-cü ilin sentyabr ayından aliment ödənilməli idi. Lakin təmsilçi 2024-cü ilin oktyabr ayından aliment ödəndiyini bildirdi. Bununla bağlı icra sənədi təqdim edilmədi. Əlavə gəlir və köməklik yoxdur. Son ildə alqı-satqı edilmədiyi bildirildi. xx.xx.2025-ci il tarixli **********6949-1 saylı ailənin maddi-məişət şəraitinin müayinəsi barədə məlumatda qeyd edilmişdir ki, təmsilçi və övladları ünvanda yox idi. Təmsilçinin anası, atası və bibisi olduğu bildirilən 3 əlavə şəxs var idi. Bibisi kimi təqdim olunan şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Valideynlərinin Zaqatalada yaşadığı, 3-4 günlük qonaq gəldikləri, 22 mart tarixində qayıdacaqları, yaşadıqları evin atasına məxsus olduğu bildirilmişdir. Təmsilçi vəkil bürosunda işlədiyi aylıq 200 AZN gəlir əldə etdiyini, atası tərəfindən aylıq 150 AZN maddi yardım olunduğu, 2024-cü ilin sentyabr ayınadək sabiq həyat yoldaşı ilə birgə yaşadığı, həyat yoldaşının aylıq ***-**** AZN gəliri olduğunu, rəsmi ailəli olub ayrıldığını, 150 AZN aliment qət olunduğunu bildirmişdir. xx.xx.2025-ci il tarixli **********2082-1 saylı ailənin maddi-məişət şəraitinin müayinəsi barədə məlumatda qeyd edilmişdir ki, ünvana dəfələrlə yaxınlaşdıqları zaman qapını dəfələrlə döysə də açan olmamışdır. Ə/B-də qeyd olunan nömrə ilə əlaqə saxlamışdır. Təmsilçi məktəbdən ünvana yaxınlaşmışdır. Atası evdə idi. Əvvəlki müayinə zamanı da atası ünvanda aşkarlanmışdır. Onlar bu ünvanda birgə yaşayır, birgə təsərrüfata malikdirlər. Təmsilçi övladlarının məktəb və bağçada olduğunu, vəkil bürosunda işlədiyini, 200 AZN-lik aylıq gəliri olduğunu, atası tərəfindən aylıq 150 AZN maddi yardım olunduğunu, rəsmi ailəli olub 1 ildən çoxdur ki, ayrıldığını, 150 AZN aliment ödənildiyini bildirmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddiaçı ünvanlı sosial yardımın təyin edilərək ödənilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixində X15 və X21 (VEMTAS) müvafiq məlumatlar daxil edilərək ona ünvanlı dövlət sosial yardımının təyin edilməsi üçün müraciət edilmişdir. X1 VEMTAS tərəfindən imtina verilməmiş, daha sonra əməkdaşlar tərəfindən maddi-məişət şəraitinin müayinəsi zamanı ərizə bəyannamədə qeyd edilən məlumatlarla eyniyyət təşkil etməyən hallar aşkar edildiyindən ona ünvanlı dövlət sosial yardımının təyin edilməsindən imtina edilmişdir. Göründüyü kimi maddiməişət şəraitinin yoxlaması zamanı ünvanda yaşayan şəxslərin birgə təsərrüfat aparmaları halının araşdırılması zamanı ünvanda olan şəxslərin birgə təsərrüfat aparmasını təsdiq edən bir çox sübutlar əldə olunmuşdur. Əlavə olaraq onuda qeyd edək ki, qeyd olunan ünvanda yaşayan şəxslərin ayrı-ayrılıqda təsərrüfat aparmasını təsdiq edən heç bir fakt aşkarlanmamışdır və belə olan halda maddi-məişət şəraitinin müayinəsini həyata keçirən əməkdaşların ünvanda olan şəxslərin ayrı təsərrüfat olmasını qeydə alması mümkün deyildir. Eyni zamanda qeyd olunan məsələ ilə bağlı bildirirlər ki, “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.3-cü maddəsində “ailə qohumluq və ya qanunvericiliklə müəyyən olunmuş digər xüsusiyyətlərə görə bağlılığı olan, birgə yaşayan, ümumi ev təsərrüfatına malik şəxslər və ya tənha yaşayan şəxslər” olaraq göstərilmişdir. Bu səbəbdən, həmçinin “Ünvanlı dövlətsosial yardımının alınması üçün müraciət etmiş ailələrin maddi-məişət şəraitinin müayinəsinin və sosial yardım təyinatından sonrakı monitorinqlərin aparılmasına dair Təlimat” və Pasporta əsasən ailənin ÜDSY ilə bağlı müraciətinə əsasən aparılan maddi-məişət şəraitinin müayinəsi zamanı ailə tərkibində qeyd olunmayan şəxsin ailə ilə birlikdə yaşaması aşkar edildiyi halda ÜDSY təyinatından imtina edilir.Əlavə olaraq Ali Məhkəmənin birgə təsərrüfat ilə bağlı mövqeyinə görə sözügedən şəxslərin ümumi ev təsərrüfatında olması üçün onların öz gəlir və əmlakını tam və ya qismən birləşdirməsi, qida məhsullarının istehlakını birgə həyata keçirməsi də sübuta yetirilməlidir. Nəzərə alınmalıdır ki, ümumi ev təsərrüfatının aparılması dedikdə həm də əldə olunan qazancın ailənin ümumi ehtiyaclarına sərf edilməsi, o cümlədən mövcud əmlakın birgə təsərrüfat fəaliyyətinin nəticəsində əldə edilməsi başa düşülür. Göründüyü kimi müayinə zamanı təmsilçinin qida məhsullarını valideynləri ilə birgə istehlak etməsi, gəlir və əmlakın birləşdirilməsi, eyni zamanda əldə edilmiş gəlirlərin ümumi ehtiyaclara sərf edilməsi aşkar edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh imtinasında əsaslı olmuşdur. Təqdim edilmiş sənədlərdən və məhkəmə iclasında təqdim edilmiş video görüntüdən görünür ki, iddiaçının ailə üzvləri və yaşayış şəraiti ilə bağlı qeyd etdiyi məlumatlarda ziddiyət mövcuddur. “Ünvanlı dövlət sosial yardım haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 1.0.1. ehtiyac meyarı - əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq olunan hədd; 1.0.5. aztəminatlı ailə - orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə; 1.0.6. ünvanlı dövlət sosial yardımı (bundan sonra — sosial yardım) — aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır. Maddə 3. Sosial yardım almaq hüququ olan ailələr Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, əlilliyi olan uşağa və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Maddə 6. Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi 6.1. Sosial yardım aztəminatlı ailələrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur. 6.2. Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 6.3. Sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. 6.4. Sosial yardımın təyin edilməsi və təyin olunmasından imtina edilməsi barədə qərarlarda göstərilən məlumatlar X6 Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Bu qərarlarda göstərilən məlumatların X6 Sistemi üzərindən təqdim edilməsi həmin qərarların təqdim edilməsinə bərabər tutulur. Maddə 7. Sosial yardımın məbləği 7.1. Sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. 7.2. Ehtiyac meyarı mərhələlərlə ölkə üzrə yaşayış minimumuna çatdırılır; 8.1. Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur. Azərbaycan Respublikası Nazilər kabinetinin 5 fevral 2016-cı il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları: 2.1. Ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs (belə şəxs olmadıqda ailə üzvü olmayan qəyyum (himayəçi), patron (köməkçi) və ya vəkil edilmiş şəxs) sosial yardımın alınması üçün müraciət edə bilər. Bu barədə ərizə yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ailə tərkibi haqqında arayışına əsasən notarius tərəfindən təsdiq edilir. Notarius tərəfindən təsdiq olunmuş ərizə üzrə məlumatlar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemindən bu Qaydaların 1.3.3-cü yarımbəndinə uyğun olaraq Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsisteminə (bundan sonra - VEMTAS) ötürülür. Müraciət nümayəndə tərəfindən edildikdə, şəxsin qəyyum (himayəçi) və ya patron (köməkçi) olmasını təsdiq edən sənədin surəti arayışa əlavə edilir. 3.7. Aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir: 3.7.1. “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda; Məhkəmə sorğusu ilə ailənin maddi-məişət şəraitinin müayinəsi barədə video görüntülər məhkəməyə təqdim edilmiş, cavabdehin nümayəndəsi ilə birlikdə məhkəmə iclasında baxış keçirilmiş və cavabdeh inzibati orqanın etiraz ərizəsində qeyd etdiyi halların təsdiq edildiyi müəyyən edilmişdir. İddiaçı məhkəməyə ünvanlanmış ərizəsində ailənin maddi-məişət şəraitinin müayinəsi zamanı atasının müalicəsi ilə əlaqədar, anasının isə övladlarına baxması üçün bir neçə günlük yanına gəldiyini qeyd etmişdir. Lakin maddi-məişət şəraitinin müayinəsi zamanı tərtib edilmiş aktlar, video görüntü və inzibati icraatın digər materialları iddiaçı tərəfindən ailə tərkibi barədə məlumatların düzgün göstərilməməsi halını təsdiq edir. Yuxarıda qeyd edilən maddi hüquq normalarını və işin hallarını nəzərdən keçirərək məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozulması halı müəyyən edilməmiş, imtina əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar