Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-60/2022 14.09.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “onun mülkiyyətinə qanuni əsaslarla satılmış torpaq sahəsi üzərində sonradan qeydə alınmış, digər şəxsin (şəxslərin) hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyatının ləğv olunması və onun mülkiyyətinə qanuni əsaslarla satılmış torpaq sahəsi üzərində hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsi məqsədilə ərizənin və ona əlavə olunan sənədlərin icraata götürülməsi öhdəliyinin qoyulması barədə müvafiq qərar qəbul edilməsi” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Dəvəçi (indiki Şabran) bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 03 saylı Qərarına əsasən, Torpaq və Xəritəçəkmə Komitəsi Dəvəçi (indiki Şabran) rayon şöbəsinin xx.xx.2007-ci il tarixli 506 saylı və Dəvəçi (indiki Şabran) RİH-nin Tikinti və Memarlıq şöbəsinin xx.xx.2007-ci il tarixli 180/34 saylı rəylərini nəzərə almaqla, iddiaçıya şəhərin H.Əliyev prospektinin sağ tərəfində, Rayon Mərkəzi Xəstəxanasının qarşısında özünə məxsus kommersiya mağazasının qərb hissəsində hər bir kv.metrinə görə bələdiyyənin hesabına 10 manat pul vəsaiti köçürməklə 70 m2 torpaq sahəsi kommersiya mağazası tikmək üçün satılmışdır. Daha sonra torpaq sahəsinin planı və ölçüsü tərtib olunaraq, torpaq sahəsinin kadastr göstəriciləri dövlət qeydiyyatına alınmışdır. Şəxsi mülkiyyətə qanuni əsaslarla satılmış torpaq sahəsi üzərində hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsinə görə DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciəti olmuşdur. İdarənin xx.xx.2020-ci il tarixli **********09 saylı məktubunda göstərilmişdir ki, DTXK-nin Şabran rayon şöbəsi tərəfindən tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatlara əsasən torpaq sahəsinin cizgisi və yeri 5 saylı Xaçmaz Ərazi idarəsinin elektron məlumat bazasında olan xəritəyə əsasən faktiki istifadə etdiyiniz torpaq sahəsindən fərqlidir. Məktubda daha sonra bildirirlir ki, faktiki istifadə etdiyi torpaq sahəsi Ərazi idarəsinin xəritəsi üzərində digər şəxsin mülkiyyətində olan torpaq sahəsinin üzərinə düşür və buna görə də ərizənin icrasından imtina olunur. Bu imtina “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 15-ci maddəsində göstərilən hallara uyğun deyildir. Digər tərəfdən bu vaxta qədər hər hansı mülkiyyətçi, onun torpaq sahəsindən istifadə etdiyinə görə ona öz iradını bildirməmişdir. 5 saylı Xaçmaz Ərazi İdarəsinin məktubunda da həmin mülkiyyətçi barədə dəqiq məlumat verilməmişdir. 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritədəki yanlışlığa görə vətəndaşların qanunla qorunan hüquqları məhdudlaşdırıla bilməz. Daha sonra iddiaçı iddia tələbini dəqiləşdirərək, onun mülkiyyətinə qanuni əsaslarla satılmış torpaq sahəsi üzərində sonradan qeydə alınmış, digər şəxsin (şəxslərin) hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyatının ləğv olunması və onun mülkiyyətinə qanuni əsaslarla satılmış torpaq sahəsi üzərində hüquqlarmm Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsi məqsədilə ərizəsinin və ona əlavə olunan sənədlərin icraata götürülməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsi xahiş etmişdir. Cavabdeh DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsi xx.xx.2021-ci il tarixli **********95 saylı məktubla iddia ərizəsinə etiraz təqdim etmiş və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətini, Şabran rayonu Şabran bələdiyyəsini üçüncü şəxs qismində işə cəlb edilməsini xahiş etmişdir. Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(118)-617/2021 saylı qərardadı ilə iş üzrə Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisinin rəyi alınması qərara alınmışdır. Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin məhkəmə təhqiqatına təqdim etdiyi, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin Xaçmaz Layihə-Tədqiqat İdarəsinin hazırladığı mütəxəssis rəyində göstərilir ki, Şabran rayonu, Şabran bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 03 saylı qərarı ilə kommersiya mağazasının tikintisi üçün İddiaçı ayrılmış torpaq sahəsinin X1 adına xx.xx.2009-cu il tarixli, ********** qeydiyyat nömrəli **********65-12301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışında göstərilən 1.86 ha torpaq sahəsinin koordinatları ilə üst üstə düşür. Bununla bağlı bildirir ki, rəydə qeyd olunan vətəndaş X1 adına rəsmiləşdirilmiş xx.xx.2009-cu il tarixli, ********** qeydiyyat nömrəli **********65-12301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışında göstərilən 1,86 ha torpaq sahəsinin koordinatları, Şabran rayonu, Şabran bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 03 saylı qərarı ilə İddiaçı qanuni əsaslarla satılmış torpaq sahəsinin olduğu yerin faktiki koordinatlarından əsaslı surətdə fərqlənir. Digər tərəfdən, vətəndaş X2, İddiaçı sonra əldə etdiyi sənədlərin icraata qəbulundan DƏDRX-in 5 saylı Ərazi İdarəsi tərəfindən eyni əsaslarla imtina edilməməsi Kadastr və Yerquruiuşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin Xaçmaz Layihə-Tədqiqat idarəsinin hazırladığı xx.xx.2021-ci il tarixli mütəxəssis rəyinin obyektivliyini şübhə altına almışdır. Bu səbəbdən vəsatətlə məhkəməyə müraciət edərək, məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi üçün müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2021 -ci il tarixli 2-1(118)-80/2022 saylı qərardadı ilə iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və qeyd olunan qərardad Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Ekspert qarşısında qoyulmuş sualların həlli məqsədilə xx.xx.2021-ci H tarixində tədqiqat obyektinə dair əlavə materialların təqdim olunması barədə vəsatət verilmişdir. Lakin vəsatətin verilməsindən uzun müddət keçməsinə baxmayaraq tədqiqat obyektinə dair əlavə materiallar Mərkəzə təqdim olunmamış və bu səbəbdən məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə ekspert Ziya Tağıyev tərəfindən məhkəməyə məlumat göndərilmişdir. xx.xx.2021-ci il tarixində məhkəməyə əlavə sübutların təqdim edilməsi məqsədilə, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin Xaçmaz Layihə- Tədqiqat idarəsinə Vəkil sorğusu göndərilmişdir. Lakin idarədən sorğuya cavab verilməmişdir. Yuxarıda qeyd etdiyi xüsusatlara əsasən, zəruri məlumatların maraqlı şəxslər tərəfindən hər hansı səbəbdən təqdim edilməməsi, cavabdeh DƏDRX-in 5 saylı Ərazi idarəsinin iddia tələbləri ilə bağlı hərəkətsizliyinə xidmət edib məhkəməni yanlış araşdırmaya istiqamətləndirməklə inzibati araşdırmadan, aidiyyatı olmayan şəxsləri məhkəmə baxışına cəlb edilməsinə şərait yaratmışdır. Belə ki, İddiaçı qanuni əsaslarla satılmış torpaq sahəsinin faktiki yerləşdiyi ərazi üçüncü şəxs kimi cəlb edilmiş X1 şəxsi mülkiyyətində olan ərazinin faktiki ölçülərindən əsaslı şəkildə fərqlənir. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və Yerquruiuşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin Xaçmaz Layihə-Tədqiqat İdarəsi Şabran bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 03 saylı qərarı ilə İddiaçı satılmış torpaq sahəsinin kadastr qeydiyyatını, Şabran rayonunun məsul dövlət qurumları tərəfindən təsdiqlənmiş Yerquruluşu sxeminə uyğun işləmədiyindən uyğunsuzluq yaranmış və ona görə də tələb olunan məlumatların məhkəməyə, həmçinin ekspertizaya və iddiaçı tərəfə təqdim edilməsindən məqsədyönlü şəkildə yayınması təəssüratı yaranmışdır. Beləliklə məlum olur ki, mübahisənin tərəfləri qane edəcək həlli üçün DTXK-nin Şabran rayon şöbəsi tərəfindən tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsü, qüsurlu olduğundan Şabran rayonu, Şabran bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 03 saylı qərarı ilə kommersiya mağazasının tikintisi üçün ayrılmış torpaq sahəsinin məsul dövlət qurumları tərəfindən təsdiqlənmiş Yerquruluşu sxeminə uyğun faktiki koordinatlarına düzəliş edilməsinə zərurət yaranmışdır. İddiaçı şəxsi mülkiyyətinə qanuni əsaslarla Şabran rayonu, Şabran bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 03 saylı qərarı ilə kommersiya mağazasının tikintisi üçün satılmış torpaq sahəsinin təsdiqlənmiş Yerquruluşu sxeminə uyğun faktiki koordinatlarına əsasən kadastr qeydiyyatının yenidən aparılması, İddiaçı şəxsi mülkiyyətinə qanuni əsaslarla satılmış torpaq sahəsi üzərində sonradan qeydə alınmış, digər şəxsin (şəxslərin) hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində kadastr qeydiyyatında yol verilmiş uyğunsuzluqlara düzəlişlərin olunması və DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə, İddiaçı şəxsi mülkiyyətinə qanuni əsaslarla satılmış torpaq sahəsi üzərində hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsi məqsədilə ərizəsinin və ona əlavə olunan sənədlərin icraata götürülməsi öhdəliyi qoyulması barədə qərar qəbul edliməsini məhkəmədən xahiş etmişdir. Son olaraq iddia tələbinə dəqiqləşdirmə verən iddiaçının nümayəndəsi və vəkili bildirmişdir ki, Şabran şəhəri, H.Əliyev prospekti 104 ünvanında yerləşən qeyri-yaşayış binası (yarımçıq tikili) və həmin binanın altında yerləşən torpaq sahəsinin faktiki koordinatları ilə Şabran bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 03 saylı qərarı İddiaçı ayrılmış 70 m2 torpaq sahəsinin koordinatları arasında olan uyğunsuzluğun aradan qaldırılması və 70 m2 torpaq sahəsinin koordinatlarının faktiki istifadə vəziyyətinə uyğun İddiaçı adına işlənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı Şabran şəhəri ərazisində yerləşən 70 kv.metr torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət rəyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli ərizə ilə müraciət etmişdir. Təqdim edilmiş sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqların dövlət qeydiyyatına alınması ilə əlaqədar müraciət olunmuş Şabran rayonu, Şabran bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 03 qərarı ilə kommersiya mağazasının tikintisi üçün ayrılmış torpaq sahəsinə dair DTXK-nin Şabran rayon şöbəsi tərəfindən tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatlara əsasən torpaq sahəsinin cizgisi və yeri 5 saylı Xaçmaz Ərazi İdarəsinin elekton məlumat bazasında olan xəritəyə əsasən faktiki istifadə edilən torpaq sahəsindən fərqlidir. Həmçinin faktiki istifadə etdiyi torpaq sahəsi Ərazi İdarəsinin xəritəsi üzərində digər şəxsin mülkiyyətində olan torpaq sahəsinin üzərinə düşür. İddiaçının dəqiqləşdirilmiş iddia tələbinə etiraz edən cavabdeh inzibati orqan bildirmişdir ki, təqdirn edilmiş sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqların dövlət qeydiyyatına alınması ilə əlaqədar müraciət olunmuş Şabran rayonu, Şabran bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 03 qərarı ilə kommersiya mağazasının tikintisi üçün ayrılmış torpaq sahəsinə dair DTXKnin Şabran rayon şöbəsi tərəfindən tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatlara əsasən torpaq sahəsinin cizgisi və yeri 5 saylı Xaçmaz Ərazi İdarəsinin elekton məlumat bazasında olan xəritəyə əsasən faktiki istifadə edilən torpaq sahəsindən fərqlidir. Faktiki istifadə etdiyi torpaq sahəsi Ərazi İdarəsinin xəritəsi üzərində digər şəxsin mülkiyyətində olan torpaq sahəsinin üzərinə düşür. Qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizənin icrasından xx.xx.2020-ci il tarixli **********09 nömrəli məktubla imtina olunmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1 -ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh inzibati orqan və üçüncü şəxslər məhkəmədə iştiraklarını təmin etməmişdirlər. Qanunvericiliyin tələbləri baxımından məhkəmə hazırkı mübahisəyə üçüncü şəxslər və cavabdeh orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin xx.xx.2020-ci il tarixli **********09 nömrəli imtina məktubunun surəti, etirazları, Şabran bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 03 nömrəli qərarından çıxarışın notarial qaydada təsdiqlənmiş surəti, Dəvəçi Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin xx.xx.2007-ci il tarixli 180/34 nömrəli rəyinin notarial qaydada təsdiqlənmiş surəti, DTXKnın Dəvəçi rayon şöbəsi tərəfindən verilmiş rəyin notarial qaydada təsdiqlənmiş surəti, Torpağın alğı-satqısına dair aktın notarial qaydada təsdiqlənmiş surəti, DTXK-nın Dəvəçi rayon şöbəsi tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsü sənədinin notarial qaydada təsdiqlənmiş surəti, Bələdiyyənin yerquruluşu planından çıxarışın notarial qaydada təsdiqlənmiş surəti, üçüncü şəxs X1 izahatı, cavabdehin **********15 nömrəli, xx.xx.2022-ci il tarixli, **********74 nömrəli, xx.xx.2022-ci il tarixli məktubu, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli məktubu və digər sənədlər daxildir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun mübahisə predmeti olan torpaq sahəsinə istifadə hüququnun yaranması haqqında Şabran bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 03 saylı qərarının verildiyi vaxtdan yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDKR-in 5 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDKR-in 5 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDKR-in 5 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDKR-in 5 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı X6 DƏDKR-in 5 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın xx.xx.2020-ci il tarixli **********09 nömrəli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlak Şabran rayonu ərazisində olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakı qeyd edilənlərə əsasən hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 2-ci bəndinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması barədə) müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Həmin Məcəllənin 65-ci maddəsinin 3-cü bəndinə əsasən torpaq sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır.Göstərilən Məcəllənin 65-ci maddəsinin 5-ci bəndinə görə torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində göstərilir ki, daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra — Xidmət) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra — dövlət reyestri) tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. Həmin Əsasnaməyə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını və təsvir edilməsini təmin etmək məqsədi ilə daşınmaz əmlakın vahid dövlət kadastrının və ünvan reyestrinin tərtib edilməsində və aparılmasında iştirak etmək (3.0.20), daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək (3.0.23), vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək (3.0.29) həmin Xidmətin vəzifələrinə aid edilmişdir. Cavabdeh təşkilatın iddiaçıya ünvanladığı 14 iyun 2022-ci il tarixliu məlumatından məlum olur ki, Şabran bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 03 saylı qərarı ilə İddiaçı 70 kv.m torpaq sahəsi faktiki istifadə vəziyyətinə uyğun işlənmiş, həmin torpaq sahəsinin faktiki koordinatları xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********39-06301 reyestr nömrəli çıxarışa əsasən X4 məxsus Şabran şəhəri, H.Əliyev prospekti,104 ünvanında yerləşən qeyri-yaşayış binası (yarımçıq tikili) ilə kəsişir. Göründüyü kimi cavabdeh təşkilat İddiaçı ayrılmış torpaq sahəsinin faktiki istifadə vəziyyətinə uyğun işlənmədiyini etiraf etmiş, lakin həmin uyğunsuzluğun aradan qaldırılması ilə bağlı hər hansı bir tədbir görməmişdir. Bu isə cavabdeh təşkilat tərəfindən Əsasnamənin 3.0.29-cu bəndində nəzərdə tutulmuş vəzifənin yerinə yetirməməsinə dəlalət edir. Məhkəmə hesab edir ki, göstərilən dövlət aktları arasında yaranmış uyğunsuzluqların aradan qaldırılmasını tələb etmək üçün iddiaçının subyektiv hüququ yaranmışdır. Torpaq sahəsinin yerində koordinatlarının düzgün və dəqiq müəyyən edilməməsi iddiaçının həmin torpaqdan sahiblik, isifadə və sərəncam hüquqlarının həyata keçirilməsini məhdudlaşdırır. “İnzibati icraat haqqında” Qanunun 16.1-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir.Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Şabran şəhəri, H.Əliyev prospekti 104 ünvanında yerləşən qeyri-yaşayış binası (yarımçıq tikili) və həmin binanın altında yerləşən torpaq sahəsinin faktiki koordinatları ilə Şabran bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 03 saylı qərarı ilə İddiaçı ayrılmış 70 m2 torpaq sahəsinin koordinatları arasında olan uyğunsuzluğun aradan qaldırılması və 70 m2 torpaq sahəsinin koordinatlarının faktiki istifadə vəziyyətinə uyğun İddiaçı adına işlənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-60/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-60/2022
14.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver