Məhkəmə qərarları › İş №2-1(118)-60/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-60/2023

30.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-60/2023 30.01.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X4 Ramiz qızının katibliyi, İddiaçı (Yardımlı rayon Polis Şöbəsində baş inspektor işləyən, ünvan 1 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı X1 verilmiş bağ torpaq sahəsinin plan və ölçü sənədinin ləğv olunması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X1 verilmiş bağ torpaq sahəsinin plan və ölçü sənədinin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə “Nəqliyyatçı" Bağçılıq Yoldaşlığı Cəmiyyəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Yaşma bağlan ərazisində yerləşən "Nəqliyyatçı" X7 Heyətinin xx.xx.2000-ci il tarixli 2 saylı protokoluna əsasən İddiaçı 06 nömrəli 0,06 ha bağ torpaq sahəsi ayıılmış, həmin vaxtan bağ torpaq sahəsi onun faktiki sahibliyimdədir. Bağ torpaq sahəsinin sərhədinin müəyyən etməkdən ötrü əvvəlcədən mərclənmiş hissədə hasar çəkmiş, bu illər ərzində də məhz həmin torpaq sahəsindən istifadə edir. Torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh idarədən aldığım imtinada göstərilir ki, "müayinə və elektron kadastr baza məlumatları araşdırılarkən torpaq sahəsinin digər şəxsə məxsus, ləğv edilmiş DT və XK-i tərəfindən digər vətəndaşın adına hazırlanmış torpaq sahəsinin plan və ölçüsü sənədi ilə üst-üstə düşdüyü aşkar edilmişdir. İmtina aldıqdan sonra Sumqayıt İnzibati Məhkəməsin imtinanın ləğv olunması və hüquqlarının qeydiyyata keçirilməsi vəzifəsin DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulmasını xahiş etmişdir.Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(118) 904/2020 saylı qərarı ilə iddiası qismən təmin olunmuşdur. Lakin Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının qərarı ilə həmin qərar ləğv olunaraq üçüncü şəxs qismində X2 cəlb etməklə yenidən baxılması qərara alınmışdır. İddiasının təmin olunması mümkün olmadığından göstərilən inzibati iş üzrə sənədləri geri götürmüşdür. Sumqayıt İnzibati Məhkəməsində göstərilən iş araşdırılarkən məlum olmuşdur ki, hüquqlarının qeydə alınması üçün mütləq mənada X1 verilmiş plan və ölçü sənədi ləğv olunmalıdır. Belə ki, həmin şəxsə ayrılmış "Nəqliyyatçı" Bağçılıq sənədlərindən məlum olur ki, doğurdan da, həmin şəxsə torpaq sahəsi ayrılmışdır. Lakin həmin torpaq sahəsi hal-hazırda istifadəsində olan bağ torpaq sahəsinin yaxınlığındadır. "Nəqliyyatçı" X7 Heyətinin üzvləri həmin torpaq sahəsinin yerini ona göstərmişlər. İddiaçı hesab edirəki, ölçmə işləri aparılarkən səhvən faktiki istifadəsində olan bağ sahəsinə dair plan və ölçü sənədi digər şəxsə verilmişdir. Həmin sənədlərin məhkəmə qaydasında ləğv olunması zərurəti yaranmışdır. X1 verilmiş bağ torpaq sahəsinin plan və ölçünün təsdiq olunmuş surətini və ya bununla bağlı arayışın verilməsini cavabdehdən xahiş etsə də, cavabdeh yenidən ona rədd cavabı vermişdir. Hazırda iddiaçının faktiki sahibliyində olan torpaq sahəsinin qeydiyyatdan keçirilməsi üçün yeganə maneə qeyri-müəyyən X1 məxsus torpaq sahəsinin plan və ölçü sənədinin mövcud olmasıdır ki, həmin sənədi cavabdeh orqan özü də təqdim edə bilmir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsnə baxmayaraq səbəbini bildirmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə hesab edir ki, işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən baxılmasl mümkündür. İş materiallarında olan : - “Nəqliyyatçı" Bağçılıq Yoldaşlığı Cəmiyyətinin 12 avqust 2000-ci il tarixli 02 saylı protokol çıxarışdan görünür ki, İddiaçı (6 nömrəli bağ sahəsi) cəmiyyətə üzv qəbul edilməsi qərara alınmışdır. - xx.xx.1999-cu il tarixli bağçılıq üzvlük kitabçasından görünür ki, İddiaçı “Nəqliyyatçı" Bağçılıq Yoldaşlığı Cəmiyyətinə üzv qəbul edilmişdir. - “Nəqliyyatçı" Bağçılıq Yoldaşlığı Cəmiyyətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, 6 saylı bağ torpaq sahəsi İddiaçı, 7 saylı bağ torpaq sahəsi X1 məxsusdur. - Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli saylı qərarından görünür ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə qarşı “Yaşma" bağları ərazisində yerləşən 0,06 ha torpaq sahəsinin elektrik xəttinin mühafizə zolağına düşməyən hissəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulması tələbi təmin edilmişdir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, “Sumqayıt şəhəri “Yaşma” bağları ərazisində yerləşən “Nəqliyyatçı” Bağçılıq Yoldaşlığının xx.xx.2000-ci il tarixli 2 saylı protokolu ilə iddiaçıya ayrılmış 0.06 ha torpaq sahəsi naturada mövcuddur. İddiaçının təqdim etdiyi sxemlə faktiki istifadəsində olan torpaq sahəsi uyğundur. Sumqayıt şəhəri, Yaşma bağlar ərazisində yerləşən “Nəqliyyatçı” Bağçılıq Cəmiyyətinin bağ sahələrinin ayrılması ilə bağlı arxiv məlumatları, o cümlədən bağçılıq cəmiyyəti üzvlərinin təsdiq olunmuş adlı siyahısı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə təhvil verilməmişdir. Bu səbəbdən qeyd edilən ərazidə yerləşən torpaq sahələri üzərində hüquqların qeydiyyatı prosesi arxiv məlumatları idarəyə təhvil verilənədək dayandırılmışdır. -Sumqayıt şəhəri Yaşma bağlar massivi ərazisindəki Nəqliyyatçı" Bağçılıq Yoldaşlığı Cəmiyyətinə 6 saylı bağ sahəsinin yerləşməsinin sxematik planından çıxarışdan görünür ki, həmin sənəd İddiaçı ayrılmış 6 nömrəli bağ sahəsi barəsindədir. - ölüm haqqında şəhadətnamədn görünür ki, X3 tarixdə vəfat etmişdir. - Məhkəmə sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, ərazi idarəsində mövcud olan arxiv materiallarına əsasən Şixiyev (Şıxəliyev) Balarəhim Hümbət oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində plan və ölçü sənədi aşkar edilməmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun : -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. - 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. -7.2-ci maddəsinə əsasən “Daşınmaz əmlak obyektlərinə Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir. -10.2.2-ci maddəsinə əsasən torpaq sahəsinin planı və ölçüsü hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına təqdim olunmalıdır. -11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. -11.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir. -14.1-ci maddəsinə əsasən qeydiyyat orqanının sənədlərin həqiqiliyinə ciddi şübhəsi varsa, qeydiyyat bir ay müddətinə dayandırıla bilər. -14.4-cü maddəsinə əsasən qeydiyyata təqdim olunmuş sənədlərin saxta olması təsdiqlənərsə, qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatına alınmasından imtina barədə ərizəçiyə bildirməli və ərizə jurnalında müvafiq qeydlər etməlidir. -15.1.6-cı maddəsinə əsasən bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. -23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalar”ın 1ci bəndinə əsasən dövlət reyestrinin aparılması dedikdə, daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqları, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsi, onlara xitam verilməsi barədə məlumatların dövlət reyestrinə daxil edilməsi başa düşülür. Həmin Qaydaların 19-cu bəndinə əsasən daşınmaz əmlak obyektinin ünvanı barədə məlumatlar İ fəslin "Ünvan (olduğu yer)" qrafasına daxil edilir. Bu məqsədlə daşınmaz əmlak obyektinin poçt ünvanı və həmin əmlakın harada olduğunu dəqiq müəyyən etmək üçün istifadə oluna biləcək digər məlumatlar qeyd edilir. Həmin Qaydaların 45-ci bəndinə əsasən "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə uyğun olaraq qeydiyyat orqanına təqdim edilmiş əvvəl yaranmış hüquqlar barədə məlumatlar bu Qaydalarla nəzərdə tutulmuş qaydada dövlət reyestrinə daxil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. İlk öncə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyesterində qeydiyyata alınmasının məqsədi həmin əmlak üzərində olan hüquqların dövlət tərəfindən tanınmasıdır. Qeydiyyat orqanının vəzifəli şəxsləri Qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Qeydə alınacaq hüquqlarının dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmasının müəyyən edilməsi məqsədi ilə qeydiyyat orqanın vəzifəli şəxsləri tərəfindən daxili təlimatın tələblərinə əsasən müvafiq araşdırmalar aparmaq səlahiyətləri var. Təqdim edilmiş sənədlərin həqiqiliyində şübhələr olduğu tədqirdə hüquqların qeydə alınması proseduru dayandırılaraq həmin şübhəli halın aradan qaldırılması üşün tədbirlər görülür, şübhələr aradan qaldırılmadığı tədqirdə hüquqların dövlət reyesterində qeydiyyata alınmasından imtina olunur. Hazırkı iddia tələbini araşdırılan zaman müəyyən edilmişdir ki, iddiaçı T.X5 Cəmiyyəti tərəfindən ayrılan torpaq sahəsi zərində mülkiyyət hüququnun qeydə alınması üçün müraciət etidkdə həmin torpaq sahəsinə B.Şıxəliyevə verilmiş plan və ölçü sənədinin verilmişdir. İddiaçının çoxsaylı müraciətlərinə və məhkəmə tərəfindən verilmiş soğu nəticəsində həmin plan və ölçü sənədinin əldə edilməsi mümkün olmamışdır. Belə ki, məhkəmənin sorğusuna cavab olaraq cavabdeh inzibati orqan bildirmidir ki, daşınmaz əmlakın dövlət reyestrində Şixiyev (Şıxəliyev) Balarəhim Hümbət oğlunun adına plan və ölçü sənədi aşkar edilməmişdir. Nəzərə alınmalıdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması nəzərədə tutulub. Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur. Cavabdeh iddiaçının mülkiyyət hüququnu həmin plan və ölçü sənədinin mövcudluğuna görə təmin etməkdən imtina etsə də, sonradan plan vı ölçü sənədinin aşkar edilmədiyini bildirmidir. Göründüyü kimi qeydiyyat orqanının ona təqdim edilmiş sənədlərin lazımi qaydada araşdırmaması nəticəsində iddiaçının hüquqları pozulmuşdur. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. Göründüyü kimi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 19 may 2014-cü il tarixli Qərarı ilə DƏDRX tərəfindən verilmiş çıxarışın ləğv edilməsinin ümumi və ya inzibati məhkəmələr tərəfindən baxılmasına aydınlıq gətirmişdir. Qeyd olunan qərardan məlum olur ki, DƏDRX tərəfindən çıxarışın verilməsinə əmlak hüquqları, yəni mülki hüquqi əqdlər əsas olduğu tədqirdə həmin Çıxarışın ləğvinə ümumi məhkəmələr, DƏDRX tərəfindən verilən Çıxarışın verilməsinə əsas inzibati akt olduğu tədqirdə inzibati məhkəmələr tərəfindən baxılır. Məhkəmə hesab edir ki, “Torpaq sahəsinin planı və ölçüsü” sənədi inzibati akt qüvvəsinə malik olmasa da belə “İnzibati İcraat haqqında” Qanunun 67.3-cü maddəsinin tələbləri baxımından həmin sənədin ləğv edilməsi tələbinə inzibati icraat qaydasında baxılması mümkündür. Belə ki, yuxarıda qeyd olunan Konstitusiya Məhkəməsinin 19 may 2014-cü il tarixli Plenum Qərarının tələblərinə əsasən inzibati qərardan törəmə aktlar inzibati qərarın tərkib hissəsi olduğuna görə mövcud ola bilən mübahisəyə mübahisələndirilən aktla birlikdə inzibati icraat qaydasında baxılmamlıdır. Ona görə də məhkəmə hesab edir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən Şixiyev (Şıxəliyev) Balarəhim Hümbət oğlunun adına verilmiş “Torpaq sahəsinin plan və ölçü” sənədi ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən Şixiyev (Şıxəliyev) Balarəhim Hümbət oğlunun adına verilmiş Torpaq sahəsinin plan və ölçü sənədi ləğv edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar