Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-600/2022 31.05.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X3 Mövlətxan oğlunun katibliyi İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “onun xx.xx.2002-ci il tarixindən xx.xx.2007-ci il tarixinədək Mərəzə bələdiyyəsində işlədiyi dövrü və xx.xx.2007-ci il tarixindən xx.xx.2013-cü il tarixinədək AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Qobustan rayon şöbəsində gəlirlər sektorunda məsləhətçi vəzifəsində işlədiyi dövrü dövlət qulluğunda qəbul stajı kimi müəyyən edilməsi və dövlət qulluğu stajı kimi nəzərə alınmayan dövrlərin sığorta stajı kimi nəzərə alınmaqla dövlət qulluqçusu kimi pensiya təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia qaldıraraq “cavabdeh Azərbaycan Respublikası ƏƏSMN Nazirliyinin yanında DSMF-nin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialından onun xx.xx.2002-ci ildən xx.xx.2007-ci ilədək olan müddətin Qobustan rayon Mərəzə Bələdiyyəsində ümumi şöbə müdiri vəzifəsində işlədiyi müddətin Azərbaycan Respublikası “Bələdiyyələrin statusu haqqında qanun”un 25-ci maddəsinin 3-cü bəndinin tələblərinə uyğun tanınması barədə və DSMF-nin Qobustan rayon şöbəsində xx.xx.2007-ci tarixindən xx.xx.2013-cü il dövrü əks etdirən 6 il 8 ayın dövlət qulluğu statusu kimi tanınmasına” dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiasını dəqiqləşdirərək “onun xx.xx.2002-ci il tarixindən xx.xx.2007ci il tarixinədək Mərəzə bələdiyyəsində işlədiyi dövrü və xx.xx.2007-ci il tarixindən xx.xx.2013-cü il tarixinədək AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Qobustan rayon şöbəsində gəlirlər sektorunda məsləhətçi vəzifəsində işlədiyi dövrü dövlət qulluğunda qəbul stajı kimi müəyyən edilməsi və dövlət qulluğu stajı kimi nəzərə alınmayan dövrlərin sığorta stajı kimi nəzərə alınmaqla dövlət qulluqçusu kimi pensiya təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı 1956-cı ıl 04 sentyabr təvəllüdlü - 65 yaşı tamam olmuşdur. Hal -hazırda 3 aydır ki, təqaüd alır. O, xx.xx.2021-cı ıl tarixdə DSMF-nin Xüsusi Təyinat üzrə Mərkəzi Filialına dövlət qulluqçusu kimi pensiya təyinatı aparılması barədə müraciət etmişdir. Müraciət sorğu onu qane etməmişdir Belə ki o, xx.xx.2007-ci ildən Azərbaycan Respublikası DSMF-nin Qobustan rayon şöbəsində gəlirlər sektoruna məsləhətçi vəzifəsinə qəbul olunmuşdur. Həmin vəzifə inzibati vəzifə olunması ilə bərabər dövlət qulluğu kataqoriyasına aiddir. “Dövlət Qulluğu haqqında" qanunun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasına və digər qanunvericilik aktlarına uygun olaraq dövlətin məqsədlərinin və funksiyalarını həyata keçirilməsinə vəzifə funksiyasını icra etmişdir. Bundan əvvəldə 3 il digər dövlət orqanında işləmişdir. Daha sonra Bələdiyyə qurumunda ümumi şöbə müdiri vəzifəsində işləmişdir. xx.xx.2007-ci ildən DSMF -nin Qobustan rayon şöbəsində işə qəbul olunmuşdur. Bütün bunlar əmək kitabçasında əks olunmuşdur. Bələdiyyə qurumunda işlədiyi müddətdə "Bələdiyyənin Statusu haqqında” Azərbaycan Respublikası Qanunun 25-ci maddəsinin 3 hissəsinə görə Bələdiyyə orqanlarında qulluq müddəti dövlət qulluğu haqqında qanunvericiliyə uyğun olaraq güzəştlər və təminatlar verilməsi üçün hesablanan staja daxil edilir." Bələdiyyə qulluğu haqqında qanunvericiliyə uyğun olaraq güzəştlər və təminatlar verilməsi üçün hesablanan staja daxil edilir. Mərkəzi Filial onun Fondda işlədiyi xx.xx.2007- 24 10.2013-cü il tarixə olan 6 il, 8 ay dövlət qulluğu tutduğu vəzifə stajına və Bələdiyyə orqanınında işlədiyi xx.xx.2002 xx.xx.2007 dövr üçün olan müddəti hansı ki, yuxarıda göstərdiyi qanuna uygun şəkildə qulluq stajına əlavə etməkdən və tanınmasından imtina edir və ona dövlət qulluqçusu kimi əmək pensiyası verilməsindən intina edir. Məhkəmənin ədalətinə inanaraq hüquqi dövlətçilik naminə, ədalətin bərpası, yaşlı nəsilə humanitar qayğılar xatirinə diqqətlə məsələnin araşdırılmasına inanır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına xx.xx.2021-ci il tarixdə müraciət edərək, dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən İddiaçı verilmiş xx.xx.2021-ci il tarixli **********3 nömrəli cavab məktubunda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.1-ci və 20.11.2ci maddələrinə və Dövlət Qulluğu haqqında Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı stajı olmadığından dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün olmadığı bildirilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin qanunun 20.1.7 -ci maddəsinə əsasən əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ qrup əlil olmuş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991 -ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşlarına (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. Həmin qanunun 20.1.8- ci maddəsinə əsasən dövlət qulluqçusu və ya dövlət qulluqçusu kimi bu qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. Göründüyü kimi, əmək pensiyaçılarına dövlət qulluğu stajına görə əlavələrin təyin olunması üçün onun dövlət qulluqçusu statusuna malik olması zəruri və mütləq dispozisiya şərtidir. Nəzərə almaq lazımdır ki, dövlət qulluqçusunun statusu ilə bağlı məsələlər “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunu və onun əsasında qəbul edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Həmin qanunun 20.11.1-ci və 20.11.2-ci maddələrinə və Dövlət Qulluğu haqqında Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı stajı olan şəxsə münasibətdə təyin edilir. İş materiallarına əlavə edilmiş ******* nömrəli əmək kitabçasından da göründüyü kimi dövlət qulluğu stajı 15 ildən az (9 il 08 ay 10 gün (xx.xx.1999-xx.xx.2002-ci il və xx.xx.2013- xx.xx.2020-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Əlavə olaraq bildirirlər ki, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı il təsdiq olunmuş İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda xx.xx.2002-27.11,2007-ci il tarixdə işlədiyi bələdiyyə orqanları və həmin orqanlarda mövcud olmuş vəzifələr nəzərdə tutulmamışdır. Həmçinin, ******* nömrəli əmək kitabçasından və 766/K nömrəli əmrdən göründüyü kimi xx.xx.2007-ci il tarixdən xx.xx.2013-cü il tarixədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Qobustan rayon şöbəsinin Gəlirlər sektorunun məsləhətçisi vəzifəsinə müvəqqəti təyin edildiyindən həmin işlədiyi dövrlər dövlət qulluğu vəzifəsinə aid edilə bilməz. Qeyd olunanları nəzərə alaraq, İddiaçı dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi üçün dövlət qulluğu stajı 15 ildən az olduğundan qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddiaçı ona dövlət qulluqçusu kimi pensiya təyin edilməsi ilə bağlı cavabdeh orqana müraciət etmişdir. Həmin orqan tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. İddia öhdəliyin icrası hesab olunduğu və iddiaçının cavabdeh inzibati orqana müraciəti olduğu üçün, məhkəmə hesab edir ki, iddiaya mahiyəti üzrə baxılmalıdır. İddianın əsaslılığı ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. İddiaçı onun xx.xx.2002-ci il tarixindən xx.xx.2007-ci il tarixinədək Mərəzə bələdiyyəsində işlədiyi dövrü və xx.xx.2007-ci il tarixindən xx.xx.2013-cü il tarixinədək AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Qobustan rayon şöbəsində gəlirlər sektorunda məsləhətçi vəzifəsində işlədiyi dövrü dövlət qulluğunda qəbul stajı kimi müəyyən edilməsi və dövlət qulluğu stajı kimi nəzərə alınmayan dövrlərin sığorta stajı kimi nəzərə alınmaqla dövlət qulluqçusu kimi pensiya təyin edilməsini istəyir. İddiaçı Mərəzə bələdiyyəsində işlədiyi dövrlə bağlı Bələdiyyələrin Statusu haqqında Azərbaycan Respublikası Qanununun 25.3-cü maddəsinə əsaslanır. Cavabdeh isə qeyd edir ki, əmək pensiyaçılarına dövlət qulluğu stajına görə əlavələrin təyin olunması üçün onun dövlət qulluqçusu statusuna malik olması zəruri və mütləq dispozisiya şərtidir. İş materiallarına əlavə edilmiş ******* nömrəli əmək kitabçasından da göründüyü kimi dövlət qulluğu stajı 15 ildən az (9 il 08 ay 10 gün (xx.xx.1999-xx.xx.2002-ci il və xx.xx.2013- xx.xx.2020-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Əlavə olaraq bildirirlər ki, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı il təsdiq olunmuş İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda xx.xx.2002-27.11,2007-ci il tarixdə işlədiyi bələdiyyə orqanları və həmin orqanlarda mövcud olmuş vəzifələr nəzərdə tutulmamışdır. Həmçinin, ******* nömrəli əmək kitabçasından və 766/K nömrəli əmrdən göründüyü kimi xx.xx.2007-ci il tarixdən xx.xx.2013-cü il tarixədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Qobustan rayon şöbəsinin Gəlirlər sektorunun məsləhətçisi vəzifəsinə müvəqqəti təyin edildiyindən həmin işlədiyi dövrlər dövlət qulluğu vəzifəsinə aid edilə bilməz. Qeyd olunanları nəzərə alaraq, İddiaçı dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi üçün dövlət qulluğu stajı 15 ildən az olduğundan qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur. Qanunvericilikdə dövlət qulluqçusu kimi pensiyaya çıxmaq üçün qulluq stajı olmanın həddi müəyyən edilmişdir. Belə ki, “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanuna əsasən: 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla); 20.1.8. dövlət qulluqçusu və ya dövlət qulluqçusu kimi bu qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçularının ailə üzvləri istisna olmaqla); 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. 20.11-1. Dövlət orqanının əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən publik hüquqi şəxsin yaradılması ilə əlaqədar dövlət qulluqçularının dövlət qulluğuna xitam verildiyi tarixə bu Qanunun 20.11.1-ci maddəsində nəzərdə tutulan 15 il qulluq stajını toplamasına və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qaldığı halda onların bu Qanunun 20.11-ci maddəsinə uyğun olaraq əmək pensiyasına əlavə almaq hüququ dövlət qulluğu vəzifəsində minimum 13 il qulluq stajı olduğu halda yaranır. 20.12. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələrin təyin edilməsi üçün dövlət qulluqçusunun qulluq stajının müəyyənləşdirilməsi qaydası və dövlət məvacibinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 20.13. Bu qanunun 20.1.8-ci və 20.1.10-cu maddələrində nəzərdə tutulmuş şəxslərə vəfat etmiş dövlət qulluqçusunun (bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulan şəxsin) qulluq stajına görə almalı olduğu və ya pensiyaçı kimi aldığı əmək pensiyası və əmək pensiyasına əlavənin 80 faizi miqdarının ailə üzvlərinin sayına olan nisbəti şəklində müəyyən edilmiş məbləğlə bu qanunla təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasına əlavə ödənilir. Dövlət Qulluğu haqqında Qanuna əsasən: 21.1. Dövlət qulluqçuları üçün aşağıdakılara təminat verilir: 21.1.7. pensiya təminatı və dövlət sosial sığortası; 23.1. Dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 23.2. Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur. 23.2-1. Dövlət orqanının əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən publik hüquqi şəxsin yaradılması ilə əlaqədar dövlət qulluqçularının dövlət qulluğuna xitam verildiyi tarixə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qalmış dövlət qulluqçusu kimi əmək pensiyasına əlavə almaq hüququ onların dövlət qulluğu vəzifəsində minimum 13 il qulluq stajı olduğu halda yaranır. 23.3. Müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına, əlilliyinə, o cümlədən sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğu vəzifəsində bu Qanunun 23.2-ci maddəsi ilə müəyyən edilmiş minimum qulluq stajına (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçusuna qanunvericiliklə müəyyən edilmiş miqdarda ömürlük müavinət təyin edilir. İş materialları ilə müəyyən olunur ki, İddiaçı 2007-ci il 30 noyabr tarixdən əmək haqqı ştat cədvəlinə uyğun olaraq ödənilməklə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Qobustann rayon şöbəsinin Gəlirlər sektorunun məsləhətçisi vəzifəsinə müvəqqəti olaraq təyin edilmişdir. (30 noyabr 2007-ci il tarixli 766/K saylı Əmr) İddiaçı 25 oktyabr 2013-cü il tarixdən əmək haqqı ştat cədvəlinə uyğun olaraq ödənilməklə Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Qobustan rayon şöbəsinin Gəlirlər sektorunun məsləhətçisi vəzifəsinə təyin edilmişdir. (25 oktyabr 2013-cü il tarixli 1599/K saylı Əmr) Ağayev X5 rayon Mərəzə bələdiyyəsində xx.xx.2002-ci ildən xx.xx.2007-ci il tarixədək Qobustan rayon Mərəzə bələdiyyəsində ümumi şöbə müdiri vəzifəsində işləmişdir. (Qobustan Bələdiyyəsinin 04 aprel 2022-ci il tarixli, 46 saylı məktubu) Azərbaaycan Respublikası Dövlət İmtahan Mərkəzi 06 may 2022-ci il tarixli PMŞ-3- 2-2022-1120 saylı məktubunda bidirmişdir ki, “Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsində dövlət qulluqçusunun anlayışı müəyyən edilmişdir. Həmin maddəyə əsasən dövlət qulluqçusu “Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydada maaşlı dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır. Həmin Qanunun 9-cu maddəsinə görə dövlət qulluğu vəzifəsi dövlət orqanının normativ aktlarla müəyyən edilən struktur quruluşu və ştat cədvəlinə uyğun olan ştat vahididir. Həmin vəzifəni tutan şəxsin səlahiyyət və funksiyalarının hüdudları qulluq keçdiyi dövlət orqanının səlahiyyətindən asılı olaraq müəyyən edilir. İddiaçının Qobustan rayon Mərəzə bələdiyyəsində işlədiyi müddətlə bağlı bildirirlər ki, “Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində müəyyən edilmişdir ki, bələdiyyə qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır, bələdiyyənin öz mülkiyyəti və yerli büdcəsi olur. Bələdiyyə orqanları səlahiyyətləri çərçivəsində yerli əhəmiyyətli məsələləri həll etmək üçün bələdiyyə qulluğunun təşkili məqsədilə bələdiyyə tərəfindən yaradılan və dövlət orqanları sisteminə daxil olmayan orqanlardır. Həmin Qanunun 25-ci maddəsinə əsasən bələdiyyə orqanlarında vəzifə tutan işçilər bələdiyyə qulluqçularıdır. Bələdiyyə orqanlarının vəzifəli şəxsi yerli özünüidarə orqanlarında təşkilatçılıq-sərəncamçılıq funksiyalarını yerinə yetirən və dövlət qulluqçuları kateqoriyasına aid olmayan, kontrakt (əmək müqaviləsi) üzrə işləyən şəxsdir. Əlavə olaraq bildirirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adlan”nda da bələdiyyə orqanları dövlət orqanı kimi müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən iddiaçı Qobustan rayon Mərəzə bələdiyyəsində işlədiyi dövrdə dövlət qulluqçusu statusuna malik olmamışdır və həmin dövr dövlət qulluqçusunun qulluq stajı hesablanarkən nəzərə alınmır. İddiaçının 2007-2013-cü illərdə Dövlət Sosial Müdafiə Fondunun Qobustan Rayon şöbəsində məsləhətçi vəzifəsində işlədiyi müddətlə bağlı bildirirlər ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinə əsasən 1-5-ci kateqoriya dövlət orqanlarında (müvafiq icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında təyin olunan ticarət nümayəndələri vəzifələri istisna olmaqla) inzibati vəzifələrin birinci-yeddinci təsnifatlarına uyğun olan vəzifələrin tutulması həmin dövlət orqanı rəhbərinin qərarı əsasında bu Qanunun 28-ci maddəsində nəzərdə tutulmuş qaydada müsabiqə və ya bu Qanunun 29.3-29.9-cu maddələrinə uyğun olaraq müsahibə yolu ilə həyata keçirilir. İddiaçının işlədiyi dövlət orqanı tərəfindən Dövlət Qulluqçularının Reyestrinə daxil edilmiş məlumatlara əsasən, o, xx.xx.2007-xx.xx.2013-cü illərdə Dövlət Sosial Müdafiə Fondunun Qobustan Rayon şöbəsində məsləhətçi vəzifəsini dövlət qulluğu haqqında qanunvericiliklə müəyyən edilmiş qaydada, yəni müsabiqə (test imtahanı və müsahibə mərhələsi) əsasında deyil, müddətli əmək müqaviləsi əsasında tutmuş və həmin illərdə dövlət qulluqçusu statusuna malik olmamışdır. Bundan əlavə, tərəflərindən Mərkəzə təqdim edilmiş əmrdən də müəyyən edilir ki, iddiaçı xx.xx.2007-ci il tarixdə qeyd edilən vəzifəyə müvəqqəti təyin edilmişdir. Əlavə olaraq bildirirlər ki, “Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən dövlət qulluqçusunun tutduğu vəzifəyə, qulluq stajına və ixtisas dərəcəsində qulluq müddətinə uyğun olaraq, habelə əvvəllər verilmiş ixtisas dərəcəsi nəzərə alınmaqla ardıcıl olaraq ixtisas dərəcələri verilir, iddiaçı Dövlət Sosial Müdafiə Fondunun Qobustan Rayon şöbəsində məsləhətçi vəzifəsini müvəqqəti tutduğu xx.xx.2007-xx.xx.2013-cü illərdə ixtisas dərəcəsinə malik olmamışdır. Dövlət Qulluqçularının Reyestrində iddiaçının xx.xx.2013-cü il tarixdən etibarən işlədiyi müddət dövlət qulluqçusunun qulluq stajı kimi hesablanmış və ona xx.xx.2013-cü il tarixdə tutduğu inzibati vəzifənin təsnifatı üçün müəyyən edilmiş “kiçik dövlət qulluqçusu" ixtisas dərəcəsi verilmişdir. Beləliklə iş materiallarından və məhkəmə araşdırmasından göründüyü kimi iddiaçının dövlət qulluqçusu kimi tələb olunan dövlət qulluğu stajı 15 ildən azdır. Məhkəmə hesab edir ki, iddiaçının dövlət qulluqçusu kimi pensiya təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş stajı olmadığına görə, ona bu əsasa görə pensiya təyin edilməsi qanunvericiliyə ziddir və iddianın hüquqi əsası yoxdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqananın imtinası əsaslı olmuşdur və iddia rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-600/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-600/2022
31.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver