Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-6001/2025 28.01.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədli Qəşəm Fərhad oğlunun sədrliyi, Həzibəyli Elturan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh X4 4 saylı qarşı “çıxarış və plan və ölçünün verilməsi” tələbinə dair iddiası üzrə işə Sumqayıt Məhkəmə Kompleksində (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh X4 4 saylı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron rayon İcra Hakimikyyəti başçısının 17 iyul 2013-cü il tarixli 468 nömrəli sərəncamı ilə Abşeron rayonu 1 nömrəli X2 ərazisində yerləşən və icarə yolu ilə iddiaçının istifadəsinə ayrılan 2,15 ha torpaq sahəsi üzərində icarə hüquqlarının dövlət qeydiyyatına alınması, reyestrdən çıxarışın, plan və ölçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı kənd təsərrüfatı məqsədi ilə X5 saxlanılmış 1 nömrəli X2 ərazisində yerləşən torpaqdan 2.15 hektar torpaq sahəsi ayrılması üçün Abşeron rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Komissiya vasitəsi ilə ayrılması nəzərdə tutulan Abşeron Quşçuluq KTMİ müəssisəsi ərazisində yerləşən torpaq sahəsinə baxış keçirilərək uqodiyasına görə yararsız kimi uçota alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli 42 nömrəli qərarı ilə təsdiq edilmiş Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi qaydalarına uyğun olaraq və yuxarıda göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Abşeron Rayon İcra Hakimiyyəti başçısının 17 iyul 2013-cü il tarixli, 468-1 nömrəli sərəncamı ilə Abşeron rayonunun 1 nömrəli X3 ərazisində kənd təsərrüfatı məqsədi ilə 2,15 hektar 99 (doxsan doqquz) il müddətinə icarə qaydasında iddiaçıya torpaq sahəsi ayrılması haqqında icarə müqaviləsi və digər torpaq ayırma sənədlərinin təsdiq edilməsi üçün qərar qəbul edilərək sərəncam verilmişdir. Qəbul olunmuş qərarda fiziki şəxsə yəni ki iddiaçıya tapşırılmışdır ki, torpaq üzərində hüququn qeydə alınmasını Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi vasitəsi ilə təmin etsin. Torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2013-cü il tarixli müqavilə bir tərəfdən Abşeron Rayon İcra Hakimiyyətinin adından Abşeron rayon İcra Hakimiyyətinin başçısı və icarəçi adlanan İddiaçı, yəni ki iddiaçı xx.xx.2013-cü il tarixli 468 nömrəli qərar əsasında müqavilə bağlanmışdır. Bu müqavilə 99 il müddətinə bağlanmışdır. Abşeron Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən xx.xx.2015-ci il tarixli, 2650 nömrəli məktubu ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsinə Abşeron rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə Abşeron rayon 1 nömrəli X2 ərazisində dövlət ehtiyat torpaq fondunda saxlanılmış torpaqdan icarə yolu ilə 99 (doxsan doqquz) il müddətinə İddiaçı kənd təsərrüfatı məqsədi ilə ayrılan 2,15 hektar torpaq sahəsinə dair torpaq üzərində mülkiyyət hüquqlarının və eyni zamanda icarə ilə bağlı yaranmış mülkiyyət hüquqlarının məhdudlaşdırılmasını (yüklülüyünü) Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmasını müraciət edilmişdir. Abşeron rayonuna təhkim olunmuş, X5 saxlanılmış torpaqlardan İddiaçı yəni ki, iddiaçıya Abşeron rayon ərazisində icarə qaydasında torpaq sahəsi ayrılması haqqında DTXK-nın Abşeron rayon şöbəsi tərəfindən rəy verilmiş və qeyd edilmişdir ki, İddiaçı kənd təsərrüfatı məqsədi ilə icarə qaydasında 2,15 hektar torpaq sahəsi ayrılması haqqında ərizəyə baxılmışdır. İstənilən torpağa komissiya vasitəsi ilə baxış keçirilərkən məlum oldu ki, həmin torpaq sahəsi Abşeron rayonuna təhkim edilmiş dövlət ehtiyat torpaq fonduna aid olmaqla X2 ərazisində yerləşməklə, uqodiyasına görə yararsız kimi uçota alındığı bildirmişdir. Həmin ərazidən İddiaçı 99 il (doxsan doqquz) müddətinə 2,15 hektar icarə müqaviləsi yolu ilə torpaq sahəsi verilməsinə DTXK-nin Abşeron rayon şöbəsi etiraz etmir. Azərbascan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 42 saylı qərarı ilə təsdiq edilmiş "Torpaq sahələrinin geri alınması Dövlət ictimai ehtiyaclar üçün a\rılması barədə vəsatətlərin qaldırılması və baxılması qaydaları ilə müəyyən edilmiş qaydada sənədləşmə aparılsın hüququn tam şəkildə rəsmiləşdirilməsi nəzərə alınsın. Fiziki şəxsə tapşırılsın ki, torpaq üzərində hüququn qeydə alınmasını Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi vanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayon ərazi idarəsi vasitəsi ilə təmin etsin. İcarə qaydasında kənd təsərrüfatı məqsədi ilə 99 il müddətinə torpaq sahəsinin seçilməsi haqqında Komissiva sədri Abşeron rayon İcra Hakimiyyətinin başçısı və Komissiyanın üzvləri DTXK-nın Abşeron rayon şöbəsinin müdiri və fiziki şəxs İddiaçı, tərəfindən akt tərtib edilərək imzalanmışdır. Məhkəmənin nəzərinə çatdırılır ki, Abşeron rayonu 1 nömrəli X1 yerquruluşu planından çıxarışda natura və xəritəyə keçirilmiş iddiaçının istifadəsi və icarəsinə ayrılmış torpaq sahəsinin plan və ölçüsü miqyas 1:10000-da əks etdirilmişdir. Eyni zamanda Abşeron rayon İcra Hakimiyyətinin başçısı və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Abşeron rayon şöbəsinin müdiri tərəfindən imzalanaraq təsdiq edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə torpaq üzərində icarə hüququnun dövlət qeydiyyatına alınması üçün müraciət etmiş və **********88 saylı məktubla onun müraciətinə imtina edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi işin aidiyyəti üzrə göndərilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iş baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Məhkəmənin sorğusuna cavab olaraq “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri“ X6 tərəfindən göndərilmiş xx.xx.2025-ci il tarixli, 3-21-3-02/2-13461/2025 nömrəli məktubda qeyd edilmişdir ki, sözügedən torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli, 2866 nömrəli sərəncamı ilə Abşeron Rayon İcra Hakimiyyətinin idarəçiliyində saxlanılmış keçmiş Hövsan Zeytunluq sovxozunun ərazisində yerləşməklə Bakı şəhərinin inzibati ərazisinin hüdudları daxilindədir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Həmin Məcəllənin 8.5-ci maddəsinə əsasən bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Məhkəmə iş materialarına əsasən belə nəticəyə gəlir ki, hazırkı iş üzrə mübahisə predmeti olan torpaq sahəsi Bakı şəhərində yerləşir. Belə olan halda məhkəmənin qənaətinə görə işə İPM-in 8.1.1-ci maddəsinin müddəası tətbiq edilməklə daşınmaz əmlakın olduğu yer üzrə inzibati məhkəmədə baxılmalıdır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası” təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhəri Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iş baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.4, 80, 81.1-ci maddələrinə əsasən məhkəmə qərara aldı : İddiaçı cavabdeh X4 4 saylı qarşı “çıxarış və plan və ölçünün verilməsi” tələbinə dair inzibati iş baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Hakim Qəşəm Məmmədli
Məhkəmə qərarları › İş №2-1(118)-6001/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-6001/2025
28.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver