Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-6013/2025 10.10.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X11 oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdehnə qarşı “yeni doğum haqqında şəhadətnamədə X1 doğum tarixi xx xxxxxxx 1965-ci il, doğulduğu yer Ermənistan Respublikası, Qafan rayonu, Şabadin kəndi, soyadı, adı, atasının adı qrafasında “X12”, ata adı qrafasında “X14”, ana adı qrafasında “X8”, milliyəti “Azərbaycanlı” kimi qeyd olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X5 xx.xx.1965-ci il tarixində Ermənistan Respublikası, Qafan rayonu, Şabadin kəndində anadan olmuş, X14 atası, X8 anasıdır. X3 xx.xx.2008-ci il tarixdə, atası X14 onun 1 yaşı olanda, yəni 1966-cı ildə Qafan rayonu, Şabadin kəndində vəfat etmişdir. Ermənistan-Azərbaycan arasındakı münaqişəsi ilə əlaqədar 1988-ci ildən anası xx.xx.1936-cı il təvəllüdlü X8, bacıları xx.xx.1959-cu il təvəllüdlü X9 və xx.xx.1961-ci il təvəllüdlü X10 ilə birlikdə Azərbaycan Respubliksına köçərək məcburi qaçqın kimi məskunlaşmışıdır. xx.xx.1997-ci il tarixində rəsmi nikaha daxil olmaqla X6 ilə ailə həyatı qurmuş, Abşeron rayonu, Saray qəsəbəsi, H.Aslanov küçəsində yerləşən 58 nömrəli fərdi yaşayış evində qeydiyyatdadır və uzun müddətdir ki, həmin evdə yaşayır. Doğum haqqında akt qeydinin bərpası və doğum haqqında şəhadətnamənin verilməsi üçün Cavabdehnə müraciət etsə də, həmin qeydiyyat şöbəsi tərəfindən ona imtina məktubu verilmiş və məhkəməyə müraciət etməyim tövsiyyə olunmuşdur. Bundan sonra o, Abşeron Rayon Məhkəməsinə doğum akt qeydinin bərpa edilməsi ilə bağlı müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-1507/2025 saylı qətnaməsi ilə ərizəsi təmin edilərək doğum akt qeydi bərpa edilmiş. Yeni doğum haqqında şəhadətnaməmdə X1 doğum tarixi xx xxxxxxx 1965-ci il, doğulduğu yer Ermənistan Respublikası, Qafan rayonu, Şabadin kəndi, soyadı, adı, atasının adı X5, atasının adı X14, anasının adı X4 yazılması qeyd edilmişdir.Şəhadətnamədə soyadı onun Həmidova qeyd edilməli idi. Məhkəmə bu halı nəzərdən qaçırmış, iş icraya yönəlmiş, doğum haqqında şəhadətnamə hazır olduqdan sonra iddiaçının bundan xəbəri olmuşdur. O isə bunu bildikdə artıq apellyasiya şikayəti müddətini ötürmüş idi. Bundan sonra o yenidən Cavabdehnə doğum akt qeydində dəyişiklik edilib soyadının dəyişdirilməsi ilə bağlı müraciət etsə də, həmin qeydiyyat şöbəsi tərəfindən ona imtina məktubu verilmiş və məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur.Bu səbəbdən də, mövcud tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, X1 doğum haqında akt qeydi Cavabdeh tərəfindən xx.xx.2025-ci ildə bərpa edilmişdir. Doğum haqqında akt qeydi Abşeron rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-1507/2025 nömrəli qətnaməsinin əsasında bərpa olunmuşdur.xx.xx.2025-ci il tarixdə şəxsə doğum haqqında şəhadətnaməsi təqdim olunmuşdur. Lakin, şəxs doğum haqqında akt qeydində soyadının “Tanrıverdiyeva” deyil, “Həmidova” qeyd edilməsini tələb etmişdir. Cavabdeh tərəfindən tərtib edilmiş 10 nömrəli, xx.xx.2025-ci il tarixli doğum haqqında bərpa akt qeydinin uşaq bəndində soyadı məhkəmə qətnaməsinə uyğun olaraq “Tanrıverdiyevə” yazılmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin seçdiyi qeydiyyat orqanı tərəfindən, aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəiiş məhkəmənin qətnaməsi əsasında aparılır. Qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. Məhkəməyə mübahisə predmetinə dair sənədlər məhkəməyə təqdim edilmişdir.Həmin sənədlərə: Cavabdeh tərəfindən verilmiş xx.xx.2025-cü il tarixli, 3-16-5/8xx-xx/2025 nömrəli imtina məktubu, Cavabdeh tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktub, şəxsiyyət vəsiqəsinin surəti, iddiaçıya aid doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surəti, nikah haqqında şəhadətnamənin surəti və digər sənədlər daxildir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinə dəyişikliyin edilməsi, kifayət qədər əsaslar olduqda VVAQ şöbələri, mübahisə olduqda isə məhkəmə qətnaməsi əsasında həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 2-ci bəndinə əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. Həmin Müddəaların 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik edilir. Həmin Müddəaların 4-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün əsas hesab edilir. Həmin Müddəaların 9-cu bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi məhkəmənin qərarı əsasında aparıldıqda, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi tələb olunmur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya məlum olmayan səbələrdən doğum haqqında şəhadətnaməsi iştirmişdir. Doğum haqqında akt qeydinin bərpası üçün cavabdehə müraciət etsə də, qeydiyyat şöbəsi tərəfindən ona imtina edilmiş və Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-1507/2025 saylı qətnaməsi ilə onun ərizəsi təmin edilərək doğum akt qeydi bərpa edilmişdir. Yeni doğum haqqında şəhadətnaməmdə X1 doğum tarixi xx xxxxxxx 1965-ci il, doğulduğu yer Ermənistan Respublikası, Qafan rayonu, Şabadin kəndi, soyadı, adı, atasının adı X5, atasının adı X14, anasının adı X4 yazılması qeyd edilmişdir. Şəhadətnamədə soyadı onun Həmidova qeyd edilməli olduğu halda müvafiq qeyd edilməmişdir. İddiaçı adına olan doğum haqqında akt qeydində uyğunsuzluğu aradan qaldırmaq niyyətindədir. Bununla bağlı iddiaçı Cavabdehnə müraciət edərək, müvafiq dəyişiklikləri istəmiş, lakin cavabdeh təşkilat dəyişikliyin məhkəmə qərarı əsasında ola biləcəyini ona bildirərək tələbin təmin edilməsindən imtina etmişdir. İş materiallarında olan iddiaçıya aid hüquqmüəyyənedici sənədlərdən görünür ki, iddiaçı uzun illərdir ki, müvafiq kimliyi daşımış və ona məlum olan akt qeydindəki yanlışlığı başqa qaydada düzəldə bilməmişdir. Ona görə də məhkəməyə müraciət edir. İşin araşdırılan hallarından və cavabdehin ərizəsini də nəzərə alan məhkəmə tələbin təmin edilməsini məqsdəmüvafiq hesab etdi.Nəzərə almaq lazımdır ki, iddiaçının ərizəsi əsasında Abşeron Rayon Məhkəməsinin 2(012)-1507/2025 saylı işi üzrə müvafiq araşdırılmalar da aparılmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən verilmiş doğum haqqında akt qeydində iddiaçıya aid müvafiq düzəlişin edilməsində istisna edəcək hər hansı bir hal müəyyən edilmədiyinə görə, müvafiq qeydlərin aparılması öhdəliyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Yeni doğum haqqında şəhadətnamədə X1 doğum tarixi xx xxxxxxx 1965-ci il, doğulduğu yer Ermənistan Respublikası, Qafan rayonu, Şabadin kəndi, soyadı, adı, atasının adı qrafasında “X12”, ata adı qrafasında “X14”, ana adı qrafasında “X8”, milliyəti “Azərbaycanlı” kimi qeyd olunması öhdəliyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X21
Məhkəmə qərarları › İş №2-1(118)-6013/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-6013/2025
10.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver