Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-6046/2024 16.12.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ X4 Təşəkkül oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçının, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinə qarşı “N8-2013-cü illər üzrə ona ödənilməli olan ezamiyyə xərclərinin ödənilməmiş hissəsinin - 50,350 (əlli min üç yüz əlli) manat vəsaitin pul kompensasiyası olaraq cavabdehdən tutularaq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı məhkəməyə ilkin olaraq müraciət edib N8-2013-cü illər üzrə ona ödənilməli olan ezamiyyə xərclərinin ödənilməmiş hissəsinin - 64,415 (altmış dörd min dörd yüz on beş) manat vəsaitin pul kompensasiyası olaraq cavabdehdən tutularaq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbini dəqiqləşdirərək, yuxarıda qeyd edildiyi kimi nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, N1-ci ildə C.Naxçıvanski adına Hərbi Liseyi, N5-ci ildə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirməklə zabit olaraq uzun illər Azərbaycan Orusunda xidmət etmişdir. Vətən Müharibəsinin iştirakçısıdır, bir sıra medallarla təltif edilmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2022-ci il tarixli 0546 nömrəli əmri ilə Hərbi xidmətkeçmə haqqında Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən polkovnik-leytenant rütbəsində hərbi geyim formasını daşımaq hüququ verilməklə ehtiyata buraxılmışdır. İddiaçı N8-2013-cü illər ərzində xidmətdə olduğu Salyan rayonu ərazisində yerləşən N saylı hərbi hissədən Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində yerləşən N saylı hərbi hissəyə hər ayı ayrı-ayrılıqda əhatə edən əmrlərlə ezamiyyətə göndərilmiş və həmin müddəti tam olaraq ezamiyyətdə keçirmişdir. Ezamiyyətdə olduğu dövrdə iddiaçıya gündəlik 5 (beş) manat olmaqla “səhra pulu” deyilən ödəniş edilsə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ezamiyyə xərclərinin normaları haqqında” 25 yanvar N8-ci il tarixli, 14 nömrəli qərarı ilə nəzərdə tutulmuş (müvafiq illərə uyğun əlavələr də nəzərə alınmaqla) gündəlik ezamiyyə xərci normasını təşkil edən vəsaitlər ödənilməmişdir. İddiaçının şifahi tələblərinə baxmayaraq bu ödənişlər edilməmiş, nəticədə iddiaçı ezamiyyətdə olduğu dövrdə qanunvericiliklə nəzərdə tutulmuş ödənişi tam həcmdə almamaqla maddi ziyan çəkmişdir.İddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ərizə ilə müraciət edərək N saylı hərbi hissədə ezamiyyətdə olduğu N8-2013-cü illər ərzində ödənilməli olan ezamiyyə xərcləri üçün gündəlik normanı təşkil edən vəsaitlərin qeyd edilən tarixlərə uyğun olaraq hesablanmaqla maddi ziyanın əvəzi kimi pul kompensasiyası formasında ona ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 3- 25-19/2-Ə-13xx-xx/2024 saylı məktubla iddiaçının ərizəsinin təmin olunmasından imtina edilmişdir.Aşağıdakılara əsasən ezamiyyə xərclərinin ödənilməmiş hissəsinin pul kompensasiya formasında iddiaçıya ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır:Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ezamiyyə xərclərinin normaları haqqında” 25 yanvar N8-ci il tarixli, 14 nömrəli Qərarının mübahisəli hüquq münasibətlərinin yarandığı zaman, yəni N8-2011 və 2011-2013-cü illərdə qüvvədə olan 1ci bəndinə əsasən ezamiyyə xərclərinin 1 günlük norması N8-2011-ci illər üzrə Sumqayıt şəhərində 25,0 (iyirmi beş) manat, 2011-2013-cü illər üzrə isə Sumqayıt şəhərində 50,0 (əlli) manat təşkil etmişdir. Qeyd edilən müddət üzrə iddiaçıya gündəlik 5 (beş) manat vəsaitin ödənildiyini nəzərə aldıqda iddiaçıya N8-2011-ci illər üzrə ödənilməmiş ezamiyyə xərcinin gündəlik norması faktiki 20,0 (iyirmi), 2011-2013-cü illər üzrə isə faktiki 45,0 (qırx beş) manat təşkil edir. İllər üzrə hesabladıqda ümümilikdə ona 64,415 (altmış dörd min dörd yüz on beş) manat kompensasiya ödənilməlidir. Cavabdeh inzibati orqan “İnzibati icraat haqqında” Qanunla onun üzərinə qoyulmuş öhdəlikləri icra etməmiş, iddiaçının müraciətindən soma həmin Qanunun tələblərinə uyğun olaraq inzibati icraat aparsa da, bunu qanunvericiliyin tələb etdiyi qaydada həyata keçirməmiş, iddiaçının qaldırdığı tələbin təmin edilməsindən əsassız və qanunsuz şəkildə imtina etmişdir. İmtina üçün cavabdeh tərəfindən göstərilmiş xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş müdafiə nazirinin xx.xx.N2ci il tarixli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi qulluqçuların pul təminatı haqqında Əsasnamə”nin 10-cu maddəsinin tələbləri hazırkı inzibati icraata şamil edilə bilməz. Belə ki, iddiaçı hazırda xidmətdə olan hərbi qulluqçu deyil və qeyd edilən Əsasnamə adından da göründüyü kimi Silahlı Qüvvələrin xidmətdə olan hərbi qulluqçularının pul təminatı məsələlərini əhatə edir. Digər tərəfdən aşağıda istinad ediləcək maddi hüquq normaları iddiaçıya xidmət dövründə ona vurulmuş ziyanın kompensasiya edilməsi və bununla da qanuni mənafeyini müdafiə etmək hüququnu təsbit edir. Cavabdehin imtina məktubunda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3cü maddəsinə istinad etməklə iddia müddətinin 3 il olması ilə bağlı mövqeyi də əsassızdır. Belə ki, iddiaçının cavabdeh qarşısında tələbi qanunvericiliklə müəyyən edilmiş qaydada ödənilməli olan pul vəsaitinin sahibi kimi hüquqlarının pozulmasının aradan qaldırılmasına yönəldildiyindən Mülki Məcəllənin 384.0.4-cü maddəsinin tələbləri baxımından bu tələbə iddia müddəti tətbiq oluna bilməz. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdilər. Cavabdeh iddiaçının iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı N8-2013-cü illərdə müxtəlif yerlərdə ezamiyyətlərdə olduğunu və ona ezamiyyə xərclərinin ödənilmədiyini bildirir.“Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 562 N-li Qərarının 2-ci bəndinə əsasən Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçuların pul təminatı həmin qurumların rəhbərləri tərəfindən müəyyən edilir. Müdafiə Nazirliyinin hərbi qulluqçularına verilən pul təminatı, Müdafiə Nazirinin xx.xx.N2-ci il tarixli 220 nömrəli əmri "Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi qulluqçuların pul təminatı haqqında" Əsasnamə və Müdafiə Nazirinin xx.xx.2017-ci i! tarixli 22 nömrəli Qərar ilə təsdiq edilmiş "Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə" ilə tənzimlənir. Qeyd olunmuş Əsasnamələrin tələblərinə uyğun olaraq, hərbi qulluqçulara verilməli olan və vaxtında ona ödənilməmiş və ya lazımi miqdardan az ödənilmiş pul təminatı hərbi qulluqçuların pul təminatı almaq hüququna malik olduqları bütün dövr ərzində, lakin pul təminatı almaq üçün edilən müraciətdən üç il əvvəldən çox olmayan müddətdə ödənilir. Birdəfəlik pul təminatı, əgər almaq üçün edilən müraciət ona olan hüququn yarandığı gündən üç il keçməmiş müddət başa çatmayanda verilmişsə, ödənilir. İddiaçı hərbi xidmətdə olduğu vaxt, eləcə də 2022-ci ildə hərbi xidmətdən ehtiyata tərxis olunana qədər müddət ərzində hüquqlarının pozulduğu barədə iddia qaldırmamışdır. İddiaçının mübahisələndirdiyi məsələ N8-2013-cü illərə aid olsa da o, 11 il keçdikdən sonra, iddia qaldıraraq 2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Yuxarıda göstərilən Əsasnamənin tələblərinə uyğun olaraq və müddətdən 11 ildən 16 ilə qədər vaxt keçdiyini, həmçinin təsdiqedici sənədlərin (cədvəllərin) saxlama müddətinin bitdiyini nəzərə alaraq, tələbdə qeyd etdilən ezamiyyə xərclərinin ödənilib və ya ödənilməməsinin araşdırılması və baxılması mümkün deyildir.Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti 3 ildir.”Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.N1-ci il tarixli Qərarında göstərilmişdir: “Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir”.Bu müddəalar həmçinin iddia müddətinə də aiddir. Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 377-ci maddəsinə görə iddia müddətinin başlanması, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Qeyd edilənlərə əsasən, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsinin məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may N7-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul N8-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibat Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü həmin məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddiaçı prosessual müddəti ötürdüyü üçün iddia mümkün sayılmamalıdır. Belə ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 562 nömrəli Qərarının 2-ci bəndinə əsasən Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçuların pul təminatı həmin qurumların rəhbərləri tərəfindən müəyyən edilir.xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş, Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.N2-ci il tarixli 220 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi qulluqçuların pul təminatı haqqında Əsasnamə”sinin ümumi müddəlarının 10-cu maddəsinə əsasən Hərbi qulluqçulara verilməli olan və vaxtında ona ödənilməmiş və ya lazımi miqdardan az ödənilmiş pul təminatı hərbi qulluqçuların pul təminatı almaq hüququna malik olduqları bütün dövr ərzində, lakin pul təminatı almaq üçün edilən müraciətdən üç il əvvəldən çox olmayan müddətdə ödənilir. Birdəfəlik pul təminatı, əgər almaq üçün edilən müraciət ona olan hüququn yarandığı gündən üç il keçməmiş müddət başa çatmayanda verilmişsə ödənilir. Həmin Əsasnamənin 9-cu maddəsində qeyd olunur hərbi qulluqçuların pul təminatının ödənilməsi haqqında ərizələri və şikayətləri nəzərə alınır və Azərbaycan Respublikası Silahlı X1 müəyyən olunmuş qaydada həll edilir. Eyni tələblər xx.xx.2017-ci il tarixdən qüvvədə olmuş, Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2017-ci il tarixli 22 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçuların pul təminatı haqqında Əsasnamə”sinin ümumi müddəlarının 1.10 və 1.11-cu maddəsində qeyd edilmişdir. xx.xx.2017-ci il tarixdək qüvvədə olmuş 220 nömrəli əmr ilə təsdiq edilmiş əsasnamə Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2017-ci il tarixli 22 nömrəli əmri ilə ləğv edilmiş və qeyd olunan yeni əsasnamənin 39.6.3 maddəsinə əsasən pul təminatının ödənilməsinə əmsallar tədbiq olunan hərbi qulluqçulara Səhra pulları ödənilmir. Nəzərə alınmalıdır ki, səhra çıxışları ilə əlaqədar ezamiyyə xərclərinin ödənilməsi üçün iddiaçı xidmət etdiyi dövrdə müraciət etməyibsə iddia müddətindən 10 ildən cox bir zaman keçdikdən sonra müraciəti əsassızdır. İşin araşdırılan hallarından görünür ki, iddiaçı xidmət etdiyi dövr üçün səhra çıxışları və ya ezamiyyə xürcləri əvəzinə “Taktiki xüsusi təlimlərə” cəlb edilməsinə görə rütbə və vəzifə maaşlarına 2 dəfədən 4 dəfəyədək artım əmsallarını almış, bu artımların “səhra pullarından” artıq olduğunun fərqində idi və artımların dayandıraraq ona “səhra pullan”nın ödənilməsinə dair cavabdehə heç bir müraciəti daxil olmamışdır. Bundan başqa o da nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 551.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. Həmin Məcəllənin 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər üzrə beş il keçdikdən sonra qüvvəsini itirir. Göründüyü kimi İddiaçı imperativ xarakter daşıyan qanunun tələbinə riayət etməmiş və məhkəmədə iddia qaldırmaq müddətini üzürlü səbəb olmadan ötürmüşdür. Məhkəmə hesab edir ki, müvafiq iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22-ci, 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddia tələbi mümkün sayılmasın. Qərardad tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra, ondan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanda yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. X5
Məhkəmə qərarları › İş №2-1(118)-6046/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-6046/2024
16.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver