Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-605/2020 14.02.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibat iMəhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, İsgəndərov Vüqar Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə qarşı “Saray qəsəbəsində ona məxsus torpaq üçün sotu 5000 AZN olmaqla 20000 AZN ödənilməsini, 23 metr eni 2 metr hündürlükdə olan hasar üçün 700 AZN və 2 badam ağacı üçün 500 AZN, ümumilikdə 21200 AZN-ni Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən tutularaq ona verilməsinə” dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə qarşı “Saray qəsəbəsində ona məxsus torpaq üçün sotu 5000 AZN olmaqla 20000 AZN ödənilməsini, 23 metr eni 2 metr hündürlükdə olan hasar üçün 700 AZN və 2 badam ağacı üçün 500 AZN, ümumilikdə 21200 AZN-ni Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən tutularaq ona verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Saray qəsəbəsində mənə məxsus olan 0.15 ha (15 sot) ərazinin 0.11 ha hissəsinin Yol çəkilişləri ilə əlaqədar olaraq plana düşdüyü üçün mənə iddiaçıyakompensensasiya ödənilmişdir. Bir müddət sonra onun istifadəsində qalan 0.03972 ha ərazini yenidən sənədləşdirmək üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək yeni çıxarış almışdır. Daşınmaz əmlakın reyestr nömrəsi **********57). Ona məxsus olan torpağın dəqiq sərhədlərini bilmək üçün, idarədən mütəxəssislər gəlmiş və gps vasitəsilə ölçüm aparan zaman məlum olmuşdur ki, iddiaçıya məxsus olan 0.15 ha torpaq sahəsinin hamısı yola düşmüş istifadəsində torpaq sahəsi qalmamışdır. Hal hazırda həmin ərazidə 1-ci dərəcəli yol torpaqlarının bazar qiyməti 5000 AZN dəyərindədir. Eyni zamanda iddiaçıya məxsus olan 0.03972 ha torpaq sahəsində 23 metr eninde 2 metr hündürlüyündə (bir tərəf) hasar və 2 ədəd badam ağacı olmuşdur. iddiaçıya məxsus olan yerdə qalmış torpaq sahəsi bildiriş verilmədən, heç bir xəbəri olmadığı halda plana salınmışdır. Kompensasiya ödənişləri ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində sədrin qəbulunda olarkən, torpağının qalan hissəsinin həqiqətən su kollektoru tikintisi ilə əlaqədar olaraq plana düşdüyünü bildirdilər. Lakin Bilgəh-Sumqayıt avto yolunun çəkilməsinin dayandırıldığı, layihənin nə zaman başlanacağının bilinmədiyini, bu yolla bağlı onların büdcəsində pul olmadığı üçün iddiaçıya Sumqayıt 2 saylı İnzibati məhkəməsinə müraciət etməsi bildirilmişdir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini məhkəmədən edir. İddiaçı məhkəmə iclasına dəvət edilsədə, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri ararşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, qanunvericilikdə inzibati məhkəmə icraatı qaydasında müəyyən növ iddialara baxılması üçün mümkünlük şərtləri nəzərdə tutulmuşdur ki, bu şərtlərə əməl olunmadan məhkəmədə iddia qaldırılması həmin iddiaya baxılmasının mümkünsüzlüyünə səbəb olur. Hazırki iddia da İPM-nin 2.2.7-ci maddəsinə uyğun olaraq inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsindən ibarətdir ki, həmin növ iddiaya mahiyəti üzrə baxılması üçün də müəyyən şərt nəzərdə tutulmuşdur. Bu şərt isə ziyana görə kompensasiyanın ödənilməsi üçün müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət edilməsindən ibarətdir. Lakin hazırki işdə iddiaçı tərəfindən ona vurulmuş ziyanın ödənilməsi ilə bağlı inzibati orqana müraciət edilməsi ilə əlaqədar məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Halbuki, İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanununun 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Yuxarıda qeyd olunanlardan göründüyü kimi inzibati orqan tərəfindən kompensasiyanın ödənilməsi üçün məhkəməyə müraciət etməzdən əvvəl inzibati orqana rəsmi qaydada müraciət edilməsi qanunvericiliklə müəyyən edilmişdir. Hazırki işdə isə, iddiaçının inzibati orqana kompensasiyanın ödənilməsi ilə bağlı müraciət etməsi müəyyən olunmur. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçıya izah olunsun ki, məhkəmədə inzibati orqandan hansı məbləğdə ziyanın əvəzi tələb edilərsə, eyni məbləğ ilkin olaraq həmin inzibati orqandan rəsmi qaydada tələb edilməlidir.(İnzibati orqana müraciətlə bağlı sübut olmalıdır).Bu müraciətin nəticəsinə uyğun olaraq məhkəmədə iddia qaldırması istisna edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-605/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-605/2020
14.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver