Məhkəmə qərarları › İş №2-1(118)-605/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-605/2021

13.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-605/2021 13.12.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil (Sumqayıt şəhər hüquq məsləhətxanasının vəkili, Sumqayıt şəhəri, 1-ci məhəllə, ev 23/5, mənzil 5-də yaşayan), Cavabdehin nümayəndəsi X1 (2 saylı Ərazi Vergilər Departamentində hüquqşünas işləyən, Bakı şəhəri, Xətai prospekti, ev 33, mənzil 20-də yaşayan) iştirakı ilə İddiaçı "xxxx" MMC-nin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Vergilərin,sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 29.12.2020-ci il tarixli **********509300 nömrəli qərarın ləğv edilməsi tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı "xxxx" MMC cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Vergilərin,sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 29.12.2020-ci il tarixli **********509300 nömrəli qərarın ləğv edilməsi və şəxsi hesab vərəqəsində öz əksini tapan 189441,40 manat kameral vergi yoxlanılmalı məbləğin silinməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, “Vergilərin,sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 29.12.2020-ci il tarixli **********509300 nömrəli qərarın ləğv edilməsi və şəxsi hesab vərəqəsində öz əksini tapan 189441,40 manat kameral vergi yoxlamalı məbləğinin silinməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Vergilərin,sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 29.12.2020-ci il tarixli **********509300 nömrəli qərarın ləğv edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ''NAZLİ” MMC-yə "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" 25.09,2020-cı il tarixli **********613500 nömrəli Qərara əsasən 2019-cu ilin mənfəət vergisi üzrə 205949,40 manat əlavə vergi məbləği hesablanmışdır. Həmin qərarlarda hesablamaya əsas kimi cəmiyyət tərəfindən 2019-cu il üzrə təqdim edilmiş Mənfəət vergisi bəyannaməsində gəlirlərin əldə edilməsi sətrində öz əksini tapan 8160333,0 manat məbləğ ilə həmin bəyannamənin 1 nömrəli Əlavəsinin "Ehtiyatlar" sətrində göstərilən 8468622,60 manat məbləğ arasında 308289,60 manat fərqin yaranması göstərilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş mənfəət vergisi bəyannaməsində il ərzində malların təqdim edilməsindən gəlir 8 609 117,7 manat, gəlirdən çıxılan xərclər 8 522 587,54 manat, o cümlədən əmək haqqı 12360 manat, MDSS haqları 2711,0 manat, malın dəyəri, yəni alman neft məhsulları 7 414 634,03 manat, idxal olunan mallar 1 092 882,51 manat, bank xidməti üzrə xərclər 1000 manat, mənfəət 86 530,16 manat, mənfəət vergisi isə 17306,03 manat bəyan edilmişdir. Bəyannamənin 1 nömrəli Əlavəsinin "Ehtiyatlar" sətrində dövr ərzində daxil olan ehtiyatların həcmi 8 507 516,54 manat (alınan neft məhsulları 7 414 634,03 manat, idxal olunan mallar 1 092 882,51 manat) əks edirilmişdir.Göründüyü kimi, cavabdeh vergi orqanının vergilərin hesablanması üçün gətirdiyi dəlil tamamilə əsassız və yanlışdır. Belə ki, qərarda göstərilən göstəricilər vergi bəyannaməsində öz əksini tapan göstəricilərdən fərqlidir. 2019-cu ilin yanvar-dekabr ayları üzrə təqdim edilmiş ƏDV bəyannamələrində öz əksini tapan vergiyə cəlb edilən ümumi dövriyyə də mənfəət vergisində göstərici ilə eynilik (ümumilikdə 8 609 117,7 manat) təşkil edir və həmin dövriyyə vergi orqanı tərəfindən kameral vergi yoxlaması ilə təsdiq edilmişdir. Bundan başqa cəmiyyətin şəxsi hesab vərəqəsində 202317,16 manat kameral yoxlanılmalı məbləğ mövcuddur. Həmin borcun silinməsi ilə bağlı vergi orqanına müraciət edilsə də, cavabdeh vergi orqanı həmin müraciəti təmin etməmişdir. Məhkəmə iclasında iddiaçınn nümayəndəsi Vəkil iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin məhkəməyə ünvanladığı etiraz ərizəsidə bildirilmişdir ki, Vergi Məcəlləsinin 67.1-ci, 67.1.3-cü, 67.1.6-cı və 67.1.9-cü maddələrinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri və vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlardan, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır.Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir.Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır.Lakin vergi ödəyicisi tərəfindən qeyd edilən məktuba heç bir əsaslı münasibət bildirilmədiyi üçün tərəfimizdən 2020-ci il mənfəət vergisi bəyannaməsi üzrə 198711,17 manat kameral vergi məbləği hesablanılmış və vergi ödəyicisinə 15.05.2020-ci il tarixli **********474900 nömrəli elektron kameral hesablama barədə qərar göndərilmişdir.Vergi ödəyicisi tərəfindən 19.05.2020, 21.05.2020, 09.06.2020, 08.07.2020, 13.08.2020, 14.08.2020, 19.08.2020, 01.09.2020, 07.09.2020 və 09.12.2020-ci il tarixlərdə dövr üzrə dəqiqləşdirilmiş bəyannamələr təqdim edilərək dövr üzrə hesablanmış kameral vergi məbləği əsassız olaraq azaldıldığından tərəfimizdən kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləği bərpa edilmiş və yenidən vergi ödəyicisinə 188843,37 manat kameral vergi məbləği üzrə 29.12.2020-ci il tarixli **********509300 nömrəli elektron kameral hesablama barədə qərar göndərilmişdir. Uçot-baza məlumatlarına əsasən əsas fəaliyyət növünüzün yanacağın topdan satışı olmasına baxmayaraq, e-qaimə faktura üzrə iddiaçının təqdim etdiyi mallarla (dizel, nəqliyyat xərcləri, təbii dolğu çınqılı, qırmadaş (şeben) 5-15 fraksiyalı və s.) e-qaimə faktura üzrə əldə etdiyi və idxal əməliyyatları ilə aldığı mallar (profil, dizel, benzin, müxtəlif tikinti materialları, blaknot, divar saatları, kağızdan çap olunmuş etiketlər və s.) arasında çeşid fərqliliyi aşkar edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” nın 3.1.1ci bəndində vergi ödəyicilərinin təqdim etdiyi e-qaimə fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə vergi ödəyicisinin apardığı əməliyyatlar riskli əməliyyatlar hesab olunur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddianı qəbul etməyərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi və əlavə olaraq izah etdi ki, mənfəət vergisi bəyannamənin xərclər hissəsində malın dəyəri sətrində 2019-cu il ərzində idxal edilmiş 7.446.182,29 manat və e-qaimə faktura ilə əldə edilmiş 1.095.732,64 manat, cəmi 8.541.914,93 manat malın dəyəri toplanaraq xərcə yazılır. Gəlirlər hissəsində 2019-cu il ərzində əldə edilmiş Aİ-92 benzini üzrə 9% ticarət əlavəsi (Qiyməti dövlət tərəfindən tənzimlənən məhsul olduğundan standart rentabellik normasına əsasən) nəzərə alınmaqla yaranmış dövriyyə (5.092.235,62 manat+9%)=5.550.536,83 manat, əldə edilmiş dizel yanacağı üzrə 15% ticarət əlavəsi (Qiyməti dövlət tərəfindən tənzimlənən məhsul olduğundan standart rentabellik normasına əsasən) nəzərə alınmaqla yaranmış dövriyyə (2.322.398,41+15%)=2.670.758,17 manat, əldə edilmiş Profil C və lövhələrin alış dəyərinə 20% rentabellik (Nazirlər Kabinetinin 2001ci il 1 mart tarixli 55 nömrəli qərarına əsasən şərti rentabellik norması) əlavə ediiərək yaradılacaq dövriyyə (30.180,88+20%)=36.217,06 manat, idxal edilmiş inşaat materialları üzrə 20% rentabellik (Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarına əsasən şərti rentabellik norması) əlavə edilərək yaranmış dövriyyə (1.095.732,64+20%)=1.314.879,17 manat və təqdim edilmiş 17.341,50 manat qırma daş olmaqla ümumilikdə 9.589.732,73 manat gəlir məbləği yaranmışdır. Beləliklə 9.589.733 manat gəlir məbləği - 8.541.915 manat malın dəyəri - 12.360 manat əmək haqqı - 2.711 manat sosial müdafiə xərcləri - 3000 manat bank xərci = 9.589.733 - 8.559.986=1.029.747*20%=205.949,40 manat vergi məbləği yaranmışdır. İş materiallarına əlavə edilmiş 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı 29 dekabr 2020-ci il tarixli **********509300 nömrəli “Vergilərin, sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə” qərarından görünür ki, iddiaçıya 2019-cu il üçün mənfəət vergisi üzrə 188843.37 manat vergi borcu hesablanmışdır. İş materiallarında olan kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında 13.04.2020-ci il tarixli və 16 sentyabr 2020-ci il tarixli məktublardan görünür ki, iddiaçıdan 5 iş günü ərzində əsaslandırılmış yazılı izahatı və zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin : -23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanını hüquqlarına aid edilmişdir. -37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən, vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.3 Kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düz gün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə , vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisi nin bu Məcəllənin 62ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. 130.1 Vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlıvaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövr lərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınm alıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Resp ublikasının müvafiq qanunvericiliyinə uyğuyn olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. Məhkəmə araşdıması zamanı müəyyən edildi ki, Baş idarədə vergi ödəyicisi kimi qeydiyyatda olan "xxxx" MMC- yə (VÖEN: **********) 2019-cu il mənfəət vergisi bəyannaməsi üzrə kameral vergi yoxlaması ilə 188843,37 manat vergi məbləği hesablanmışdır. Vergi ödəyicisi tərəfindən hesablama metodu üzrə təqdim edilmiş mənfəətdən vergi bəyannaməsinin gəlirlər bölməsində əks etdirilmiş 7390225,26 manat məbləğlə, təqvim ili üzrə təqdim edilən ƏDV bəyannamələrinin 305-ci sətirlərində "Dövriyyə məbləği (ƏDV nəzərə alınmadan)" sütunlarında göstərilmiş 8594297,20 manat məbləğ arasında fərq və uçot-baza məlumatlarına əsasən bəyannamənin aid olduğu ilin müvafiq dövrlərində vergi ödəyicisi tərəfinizdən 8468622,60 manat məbləğində mallar idxal edilməsinə və e-qaimə əsasında mallar (işlər, xidmətlər) alınmasına baxmayaraq, bəyannamənin “Aktivlər, öhdəliklər və kapitallar barədə” 1 N-li Əlavəsinin 1.1 kodlu (Əsas vəsaitlərinin dəyəri) və 1.3 kodlu (Ehtiyatlar) sətirlərinin “Dövr ərzində daxil olmuşdur” xanalarındakı göstəricilərin cəmi (7285853,19 manat) Dövlət Vergi Xidmətinin məlumat bazasında olan göstəricilərin cəmindən 1182769,41 manat az əks etdirildiyindən kənarlaşma aşkar edilmişdir. Cavabdeh vergi orqanı vergi ödəyicisinin təqdim etdiyi hesabatlarda yaranmış uyğunsuzluqla bağlı məktub göndərmişdir. Lakin vergi ödəyicisi tərəfindən həmin uyğunsuzluq aradan qaldırılmamışdır. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 saylı Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı hallarla mənfəətin hesablanması” Qaydaları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 101.3-cü maddəsinə görə ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla qiymətləndirilir. Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia t\min edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar