Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-6069/2025 25.09.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mahmudlu-X1, məhkəmə iclas katibi Zalov Şahin Elmar oğlunun katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı “sertifikasiyaya buraxılmaq öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə iş materiallarına ünvan 2qayıt Məhkəmə Kompleksinin (ünvan: ünvan 2qayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun “plastik cərrahiyyə” ixtisası üzrə peşə hazırlığı keçərək sertifikasiya olunmağı üçün peşə hazırlığını təşkil etmək və sertifikasiyaya buraxılmağı barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyininin üzərinə öhdəliyin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2006-cı ildə Azərbaycan Tibb Universitetinə qəbul olmuşdur. Təhsil aldığı müddətdə tədris olunan fənləri yüksək səviyyədə mənimsəmiş, bunun məntiqi nəticəsi olaraq Universitet tərəfindən təşkil olunmuş imtahanlarda yüksək nəticələr əldə etmişdir. 2012- ci ildə həmin Universitetdən məzun olmuş, bu münasibətlə BB-İ seriyalı, 020036 nömrəli fərqlənmə diplomu təqdim olunmuşdur. Daha sonra ali təhsilin rezidentura səviyyəsində təhsil almaq Bakalavr təhsilini bitirdiyi ildə, yəni 2012-ci ildə Universitetdə rezidentura təhsili almağa başlamışdır. 2017-ci ildə rezidentura təhsilini bitirməyi münasibəti ilə Universitet tərəfindən 000716 nömrəli fərqlənmə diplomu təqdim olunmuşdur. Bununla da o, ümumi cərrahiyyə ixtisası üzrə həkim-mütəxəssis ali peşə ixtisas dərəcəsinə yiyələnmişdir. Təhsil müddətində qazandığı biliklər və təcrübə ölkəmizin səhiyyə sistemində yüksək keyfiyyətli xidmət göstərmək üçün geniş imkanlar yaratmışdır. Təhsilini bitirdikdən sonra ixtisası üzrə ilk olaraq ünvan 2qayıt şəhər 1 Nömrəli Şəhər xəstəxanasında həkim-cərrah vəzifəsində çalışmaqla başlamışdır. 2019-2023-cü illərdə ünvan 2qayıt Şəhər Tibb Mərkəzi 4 nömrəli vəzifəsində həkim-cərrah xəstəxanasında çalışmışdır. 2021-ci il tarixindən ünvan 2qayıt şəhəri Unikal klinikada həkim-cərrah vəzifəsində çalışır. Hazırda plastik cərrahiyyə sahəsində fəaliyyət göstərmək istəyir, çünki bu sahə müasir tibbin ən dinamik və innovativ istiqamətlərindən biridir. Plastik cərrahiyyə, xəstələrin həyat keyfiyyətinin artırılması, estetik və funksional problemlərin aradan qaldırılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu sahədə ixtisaslaşmaq şəxsi peşəkar inkişafı və ölkənin səhiyyə sisteminə töhfə vermək məqsədi ilə birbaşa bağlıdır. Məqsədi plastik cərrahiyyə ixtisası üzrə peşə hazırlığı keçərək bu sahədə beynəlxalq standartlara uyğun tibbi xidmət göstərməkdir. Bunun üçün zəruri olan əlavə təhsil və təcrübə proqramlarına cəlb olunmağı üçün ona köməklik göstərilməyini xahiş edirəm. Bu hazırlıq prosesində iştirakı həm fərdi peşəkar inkişafında, həm də səhiyyə sahəsində ölkənin irəliləyişinə dəstək olmağında mühüm rol oynayacaqdır. Azərbaycan Respublikası qanunvericiliyinə əsasən mövcud sahədə ixtisas dəyişikliyi mümkündür. Bu məqsədlə şəxsin yeni ixtisası üzrə peşə hazırlığı keçməsi və sertifikasiya olunması qanunvericilikdə mütləq tələb kimi nəzərdə tutulmuşdur. Yalnız bu tələblərə riayət etməklə həkim öz ixtisasını dəyişərək digər tibb ixtisası üzrə praktiki tibb fəaliyyətinə buraxıla bilər. Peşə hazırlığının təşkili, həkimlərin bilik və təcrübi vərdişlərinin təkmilləşdirilməsi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin vəzifəsidir. Bu baxımdan ixtisasımı dəyişərək “plastik cərrahiyyə” ixtisası üzrə peşə hazırlığı keçməyinə köməklik göstərilməsi məqsədilə daha əvvəl - xx.xx.2025-ci il tarixində ərizə ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə müraciət etmiş, lakin bugünkü günə qədər cavabdeh müraciətinə rəsmi şəkildə münasibət bildirməmişdir. Cavabdeh hərəkətsizlik nümayiş etdirdiyi üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
3. Məhkəmə hesab edir ki, iddia geri götürülmüş sayılaraq iş üzrə icraata xitam verilməlidir.
4. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişdirlər.
6. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir.
İddianın geri götürülmüş sayılması
7. İPM-in 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir.
8. İPM-in 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz.
9. İş üzrə hazırlıq icraatı mərhələsində məhkəmə iclasları xx.xx.2025 və xx.xx.2025-ci il tarixlərə təyin edilmiş və tərəflərə məhkəmə iclaslarının vaxtı və yeri barədə məhkəmə bildirişləri və sms xəbərdarlıq göndərilmiş, lakin iddiaçı təyin edilmiş məhkəmə iclaslarında iştirakını təmin etməmişdir.
10. Məhkəmə həmçinin qeyd edir ki, iş üzrə xx.xx.2025-ci il tarixli sərəncama əlavə edilmiş prosessual hüquq və vəzifələrin izahına dair bildiriş və xx.xx.2025-ci il tarixli məhkəmə bildirişində qeyd edilmişdir ki, Azərbaycan Respublikası inzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir.
11. Məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddiaçının məhkəmə icraatından yayınmasının passiv formasını müəyyən edir və iddiaçının iddiaya prosessual marağının olmamasını ifadə edir.
12. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin X3 şikayətinə dair 8 iyul 2013-cü il tarixli Qərardadı ilə inzibati-iqtisadi məhkəmələr tərəfindən Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 55.3-cü maddəsi ilə müəyyən olunmuş qaydada iddianın geri götürülmüş sayılması və həmin Məcəllənin 55.5-ci maddəsinə əsasən, bu barədə qərardadın mübahisələndirilməsinin qanunvericilikdə nəzərdə tutulmamasının, iddiaçının yenidən bu məsələyə mahiyyəti üzrə baxılması barədə müraciət etmək hüququnu istisna etməməsi qərara alınmışdır.
13. “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 aprel 2014-cü il tarixli qərarının: ...İddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. (Konstitusiya Məhkəməsi Plenumunun “X3 şikayətinə dair” 8 iyul 2013-cü il tarixli Qərardadı).
14. İddiaçıya izah olunur ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəfə qarşı, eyni əsaslarla və eyni predmet barədə təkrarən məhkəməyə müraciət etməsini istisna etmir.
15. İddianın geri götürülmüş sayılması mübahisənin mahiyyəti üzrə həlli ilə nəticələnmədiyindən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Burada nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək hüququ yalnız icraatın başlanmasını əhatə etmir, o həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Fərdlərə məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi (Avropa Məhkəməsinin Kutic Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərarı, § 25).
16. Həmin məhdudlaşdırmanın Konstitusiyaya uyğun olub-olmamasını isə qeyd edildiyi kimi legitim məqsədlərə nail olmağın və məhdudiyyətin mütənasibliyinin təhlilindən sonra müəyyən etmək mümkündür.
17. İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır...
18. ...İPM-in 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq, İPM-in 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyri-mümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, İPM-in 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında İPM-in 55.3-cü maddəsi göstərilməmişdir...
19. ....Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilənlərə və Konstitusiyanın 60-cı maddəsinin İ hissəsindən irəli gələn tələblərə uyğun olaraq hesab edir ki, İPM-in 55.3-cü maddəsi həmin Məcəllənin 55.5-ci maddəsi ilə birlikdə deyil, İPM-in 81.1-ci və 83.3-cü maddələri ilə sistemli şəkildə tətbiq olunmaqla maraqlı şəxsin apellyasiya şikayətinin verilməsi hüququ təmin edilməlidir.
20. Göstərilənlərə əsasən və İPM-in 55.3, 81.1, 83.1 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə R A R A A L D İ:
İddia geri götürülmüş sayılsın. İş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində ünvan 2qayıt İnzibati Məhkəməsi vasitəsilə ünvan 2qayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 2qayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər.
X4-Abbaszadə