Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-607/2020 12.11.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştrakları ilə, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Quba X1rşı “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X9 və Bərpası Müəssisəsinin xx xxx 2009-cu il tarixli əmrinin ləğv edilməsi tələbinə” dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı xx xxxxxxx 1986-cı il tarixdə keçmiş Quba rayonu, SSRİ -nin 50 illiyi adına sovxoza fəhlə qəbul edilməklə əmək fəaliyyətinə başlamış, bundan sonra müxtəlif təşkilatlarda işləyib xx xxxxxx 1995-ci il tarixdə X8 X7 5 nömrəli meşə dolayısına meşə gözətçisi vəzifəsinə təyin olunmuş, həmin vəzifədə xx xxxxxx 2001-ci il tarixə kimi işləmişdir. Bundan sonra xx xxxxxx 2002-ci il tarixdə Alpan meşəçiliyinin 10 nömrəli meşə dolayısına meşə gözətçisi təyin olunmuş, xx xxx 2009-cu il tarixdə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin c bəndinə əsasən əmək müqaviləsinə xitam verilmiş və xx xxxxxxxx 2009-cu il tarixdə yenidən Alpan meşəçiliyinin 10 nömrəli meşə dolayısına meşə gözətçisi vəzifəsinə qəbul edilmiş və xx xxxx 2011-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. O, hal-hazırda Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X9 və Bərpası Müəssisəsinə işə qəbul olunmaq istəyir, həmin müəssisədə ona bildirdilər ki, o həmin müəssisənin Alpan meşəçiliyinin 10 nömrəli meşə dolayısına meşə gözətçisi vəzifəsindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-cı maddəsinin "ç" bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsini əsas gətirərək işə qəbul etmirlər, o həmin əmrin ləğv edilməsi təqdirdə işə qəbııl edilməyi mümkün olduğunu bildirdilər, bildirmək istəyir ki, ETS X9 və Bərpası Müəssisəsi xx xxx 2009-cu il tarixli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə əmək müqaviləsinə xitam verərkən Alpan meşəçiliyinin 10 nömrəli meşə dolayısından 10,39 kubmetr həcmində 136,88 manat 4 ədəd fıstıq ağacının qanunsuz kəsilməsinə yol verməyini əsas tutaraq əmək fəaliyyətinə xitam vermişdi, sonradan onun ərizəsinə əsasən təkrar yoxlama aparıldı, kəsilmiş ağacların onun təqsiri olmadan kəsilməsi müəyyən olundu, onu idarə həmkarlar ittifaqı komitəsinin qərarı ilə xx.xx.2009-cu il tarixdə yenidən öz işinə bərpa etdilər, lakin onun işə qaytarılmağı barədə həmkarlar ittifaqı komitəsinin qərarı saxlanmadığı üçün işdən azad olunmağı barədə xx.xx.2009-cu il tarixli əmrin ləğv edilməsini istəyirlər, ona görə də məhkəməyə müraciət etməli olmuş, əgər qeyd olunan xx.xx.2009-cu il tarixli əmr ləğv olunarsa onun Azərbaycan Respublikası Konstitusiyası ilə təsbit olunan hüquqları bərpa ediləcəkdir. Sonradan iddiaçı iddia ərizəsinə dəqiqləşdirmə verərək, cavabdeh qismində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X10 Təsərrüfatı Mərkəzinin qoyulmasını məhkəmədən xahiş etmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştrak edən iddiaçı eyni məzmunlu ifadə verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan məhkəmənin sorğusuna əsasən bildirmişdir ki, İddiaçı Quba MM və BM-də xx.xx.2009-cu il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunması, xx.xx.2009-cu ildə yenidən müəssisəyə gözətçi təyin edilməsi ilə bağlı X12 Müfafizə və Bərpası Müəssisəsinin xx.xx.2009-cu il tarixli 76 saylı əmrinə heç bir qoşma arxiv sənədi aşkar olunmamışdır. İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X11 və Bərpası Müəssisəsinin xx xxx 2009-cu il tarixli əmrinin ləğv edilməsinə dair idarənin etirazı yoxdur. Məhkəmə prosesində iştrak edən cavabdehin nümayəndəsi eyni məzmunlu izahat verərək, bildirmişdir ki, təmsil etdiyi müəssisənin keçmiş rəhbərliyinin hansı əsasla iddiaçını vəzifədən azad etməsi və sonradan onu yenidən işə bərpası barədə heç bir sənəd mövcud deyil. Ona görə də, təmsil etdiyi idarənin iddia tələbinin təmin edilməsinə etirazı yoxdur. Müddətin keçməsi ilə bağlı özləri mübahisləndirilən qərarı ləğv etmək səlahiyyətində deyillər. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X11 və Bərpası Müəssisəsi sonradan adı dəyişdirilərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Quba X2muşdur. Bu səbəbdən də, Məhkəmə zərurət yarandığından, cavabdehi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X10 Təsərrüfatı Mərkəzi ilə əvəz etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X9 və Bərpası Müəssisəsinin xx.xx.2009-cu il tarixli 76 saylı əmrinin surəti, X10 Təsərrüfatı Mərkəzinin xx.xx.2020-ci il tarixli, 668 nömrəli məktubu, ИТ-İ №1746197 nömrəli əmək kitabçasının notarial qaydada təsdiqlənmiş surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsassızdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İş materiallarında olan ИТ-İ №1746197 nömrəli əmək kitabçasının notarial qaydada təsdiqlənmiş surətindən müəyyən olunur ki, iddiaçı bir sıra müəssisələrdə işləmiş və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X9 və Bərpası Müəssisəsi tərəfindən xx.xx.2009-cu il tarixində 76 saylı əmrlə əmək müqaviləsinə xitam verilmişdir. Sonradan iddiaçı həmin müəssisədə müxtəlif vaxtlarda yenidən işə qəbul olunmuş və işdən azad olunmuşdur. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X10 Təsərrüfatı Mərkəzi tərəfindən təqdim edilmiş məktuba əsasən müəyyən olunmuşdur ki, müəssisənin xx.xx.2009-cu il tarixli 76 saylı əmrinə heç bir qoşma arxiv sənədi aşkar olunmamış və həmçinin təşkilat müvafiq əmrin ləğv edilməsinə etirazlarının olmamağını bildirmişdir. Göründüyü kimi cavabdeh təşkilat xx.xx.2009-cu il tarixli 76 saylı əmrini verərkən iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsinə xitam verilir. Həmin Məcəllənin 71.1-ci maddəsinə əsasən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşin müəyyən edilən hallarından da göründüyü kimi iddiaçının mübahisələndirdiyi əmrin verilməsinə əsas kimi onun tərəfindən qanunsuz ağacların kəsilməsi və əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi göstərilmiş və qeyd olunan səbəblərə görə İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutuduğu vəzifədən azad edilmişdir. Sonradan İddiaçı həmin idarənin 111 saylı xx xxxxxx 2014-cü il tarixli əmri ilə yenidən meşə gözətçisi vəzifəsinə təyin olunmuşdur. Əmək Məcəlləsinin 71.1-ci maddəsininin tələbləri baxımından işçi Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndi ilə yalnız maddəninin özündə göstərildiyi zəruri hallar olduğu tədqirdə tutduğu vəzifədən azad oluna bilər. Lakin cavabdeh təşkilat mübahisələndirilən 76 saylı xx xxx 2009-cu il tarixli əmrdə İddiaçı tərəfindən əmək qanunvericiliyinin normalarının kobud şəkildə pozmasını qeyd etməsinə baxmayaraq, həmin kobud qanun pozuntusunun nədən ibarət olmasına dair sənədləri məhkəməyə təqdim edə bilməmişdir, daha dəqiq desək həmin əmrin qəbul edilməsi üçün əsas olmuş sənədlər cavabdeh təşkilatda yoxdur. Bundan başqa cavabdeh təşkilat Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndi ilə İddiaçı vəzifəsindən azad etməsinə baxmayaraq, onun yenidən 111 saylı xx xxxxxx 2014-cü il tarixli əmri ilə həmin vəzifəyə təyin etmişdir. Bu isə bir daha onu təsdiq edir ki, cavabdeh təşkilat tərəfindən verilmiş 76 saylı xx xxx 2009-cu il tarixli əmr əhəmiyyətsizdir. Nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işçinin tutuduğu vəzifədən azad olunması üçün həmin Məcəllənin 72-ci maddəsində göstərilmiş halların olması gələcəkdə işçinin başqa işlə təmin edilməsi zamanı bir çox problemlərin yaranmasına gətirib çıxarda bilər, bu isə işçinin konstitusion hüquqlarının məhdudlaşdırılmasına zəmin yarada bilər. Ona görədə hesab olunur ki, İddiaçı tərəfindən edilən kobud qanun pozuntusunun nədən ibarət olması öz təsdiqini tapmadığına görə onun barəsində qəbul edilən 76 saylı xx xxx 2009-cu il tarixli əmr ləğv olunmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt—inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Məhkəmə qeyd edir ki, mübahisələndirmə haqqında iddianın səciyyəvi xüsusiyyətlərindən biri odur ki, iddiaçı onu əlverişsiz vəziyyətə salan, yəni onun hüquqi sferasına müdaxilə edən inzibati aktın ləğv edilməsini və ya dəyişdirilməsini məhkəmədən tələb edir. Bu zaman iddia o halda əsaslı sayılır ki, mübahisələndirilən inzibati akt qanuna zidd olsun və bunun nəticəsində iddiaçının hüquqları pozulsun. Bununla yanaşı İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqan iddiaçı barəsində verilmiş əmrin ləğv edilməsini təsdiq edən sübutu məhkəməyə təqdim edə bilmədi. Bununla bağlı məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X9 və Bərpası Müəssisəsi tərəfindən xx.xx.2009-cu il tarixində 76 saylı əmri ləğv edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1 maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Quba X1rşı “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X9 və Bərpası Müəssisəsinin xx xxx 2009-cu il tarixli əmrinin ləğv edilməsi tələbinə” dair iddiası təmin edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-607/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-607/2020
12.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver