Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-607/2022 12.01.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı, Üçüncü şəxs X7 iştirakları ilə, İddiaçı cavabdeh Sumqayıt Şəhər Polis İdarəsinə qarşı “Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, ev 10/9A, 6 nömrəli mənzildə qeydiyyatda olan X7 pasport qeydiyyatından çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, ev 10/9a mənzil 6-da yerləşən və yaşayış sahəsi 41,0 kv.m. olan 3 otaqdan ibarət mənzil üzərində mülkiyyət hüquqlarm DƏDRX-in 2 saylı ərazi idarəsində 31.01.2010-cu ildə qeydə alınmış və onun adına seriya MA ******* nömrəli çıxarış verilmişdir. 2012-ci ildə oğlu X1 Vəfa Azər qızı ilə ailə həyatı qurmuş və 2012-ci ildə mülkiyyətində olan mənzilə qeydiyyata düşmüşdür. Oğlu ilə birgə nigahdan onların 2013-cü il təvəllüdlü Yunis, 2015-ci il təvəllüdlü Süleyman adlı 2 övladları anadan olmuşdur. Vəfa 2019-cu ilin sentyabr ayında uşaqları ilə birlikdə mənzili tərk edərək getmiş, həmin vaxtdan bu mənzildə yaşamır. iddiaçı Vəfanın mülkiyyətində olan mənzilə istifadə hüququna xitam verilməsi və əmlakları ilə mənzildən çıxarılması barədə məhkəmədə iddia qaldırmış və Sumqayıt Şəhər Məhkəməsinin 30.11.2020-ci il tarixli qətnaməsinə əsasən iddiası qismən təmin edilmiş, ona məxsus olan əmlakların mənzildən çıxarılması qət edilmiş, Vəfa Süleymanovanın mənzilə istifadə hüququnun tanınması və köçürülməsi barədə iddiası rədd edilmişdir. Məhkəmə qətnaməsindən qarşı tərəf apellyasiya şikayəti vermiş, lakin onun şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin 17.03.2021-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, qətnamə qüvvədə saxlanılmışdır. Məhkəmə qətnaməsi icraya yönəldilmiş və V.Süleymanovaya məxsus olan əmlaklar onun mənzilindən çıxarılmışdır. V.Süleymanovanın mənzilindən qeydiyyatdan çıxarılması ilə bağlı ərizə ilə cavabdeh təşkilata müraciət etmiş, lakin cavabdeh 18.11.2021-ci il tarixli məktubu ilə onun xahişini təmin etməmiş və bu barədə məhkəməyə müraciət etməli olduğunu qeyd etmişdir. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, o məhkəmə iclasına nümayəndəsinin gəlməsini təmin etməmiş, lakin cavabdeh məhkəməyə məktubla müraciət edərək, məhkəmə iclasına işin çoxluğunu nəzərə alaraq gələ bilmədiklərini, işə onların iştirakları olmadan baxılmasını və məhkəmənin qanuni qərar çıxartmağı ilə razılaşdıqlarını bildirmişlər. Üçüncü şəxs X9 məhkəmədə izahat verərək bildirmişdir ki, onun qeyd olunan mənzildən başqa qeydiyyata düşməyə yeri yoxdur. Müvafiq qurumlara müraciət edərkən, həmin mənzildə pasport qeydiyyatında qalması vacib amillərdən biridir. Qeyd olunanalara əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən verilmiş 123-42386Y-3221 nömrəli, 18 noyabr 2021-ci il tarixli imtina məktubu, Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş **********61-05101-093023 reyestr nömrəli çıxarışın surəti, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5855/2020 nömrəli, 30.11.2020-ci il tarixli qətnaməsi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci və 5-ci bəndlərinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. İşin araşdırılan hallarından görünür ki, X11 və X8 mübahisə predmeti olan mənzildə pasport qeydiyyatında olmasına baxmayaraq, mənzildə istifadə hüququları yoxdur. Nəzərə alınmalıdır ki, X2 mənzilə pasport qeydiyyatına düşməsi onun həmin mənzildə istifadə hüququnun yaranmasına əsas ola bilməz. Qeyd olunan mənzil İddiaçı övladı olan Elvin Süleymanovun mülkiyyətində olduğu tədqirdə 3-cü şəxs olan X7 həmin mənzildə istifadə hüququ Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaranmış olardı. X4 pasport qeydiyyatına düşdüyü mənzil keçmiş qaynanasının mülkiyyətində olduğuna görə onun həmin mənzilə istifadə hüququ Mülki Məcəllənin 228.1ci maddəsinə əsasən yaranmalı idi. Qeyd olunan Məcəllənin 228.1-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçinin notarial qaydada verdiyi razılıq ərizəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı vaxtdan şəxsin məzildə istifadə hüququ yaranır. İşin araşdırılan hallarından məlum olmuşdur ki, istifadə hüququnun yaranması üçün tələb edilən razılıq ərizəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Ona görə də məhkəmə hesab edir ki, X7 mübahisəli mənzildə istifadə hüququnun olmaması səbəbindən mülkiyyətçinin iradəsinə zidd olaraq mənzildə pasport qeydiyyatında qalması yolverilməzdir. Bundan başqa o da nəzərə alınmalıdır ki, Sumqayıt Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(060)-5855/2020 nömrəli, 30.11.2020-ci il tarixli qətnaməsi ilə Vəfa Süleymanovanın mənzildə istifadə hüququnun olmaması səbəbindən, həmin mənzildən çıxarılması qət edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X3 Zeynəb İkram qızının mülkiyyətində olan Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, ev 10/9A, 6 nömrəli mənzil üzərində hər hansı hüquqa malik olmadığı tədqirdə iddiaçının iddia tələbi qanuni və əsaslı hesab edilərək təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. X7 İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, ev 10/9A, 6 nömrəli mənzildən pasport qeydiyyatından çıxarılması vəzifəsi Sumqayıt Şəhər Polis İdarəsinə həvalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-607/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-607/2022
12.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver