Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-6072/2023 29.12.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə qarşı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə və Azərbaycan Respublikası Baş Prokurorluğuna 28 aprel 2003-cü il tarixli şikayət ərizəsi əsasında Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsinin əməkdaşı Yusuf Novruzovun qəbul etdiyi qərarın ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasının mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə və Azərbaycan Respublikası Baş Prokurorluğuna 28 aprel 2003-cü il tarixli şikayət ərizəsi əsasında Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsinin əməkdaşı Yusuf Novruzovun qəbul etdiyi qərarın ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə işin aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 28 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsunə və Azərbaycan Respublikası Baş Prokurorluğuna ərizə ilə müraciət etmişdir. O, ərizəsində əmisi oğlu X1 tərəfindən bilərəkdən etibarından sui-istifadə nəticəsində aldadıldığını və ona vurulmuş maddi ziyanın ödənilməsini tələb etdiyini göstərmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə ünvanladığı ərizəsi araşdırılması üçün Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilmişdir. Araşdırmanın nəticəsində həmin idarənin əməkdaşı Yusuf Novruzov tərəfindən qərar qəbul edilmişdir. Lakin müxətlif instansiyalara çoxsaylı müraciətərinə baxmayaraq həmin qərar hazıradək iddiaçıya təqdim edilməmişdir. Cavab olaraq ona yalnız məktub təqdim edilmişdir ki, onun göstərdiyi xüsusatlar öz təsdiqini tapmamışdır. Narazı qaldığı təqdirdə yuxar dövlət orqanına və ya məhkəməyə şikayət verə bilər. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin dəlillərinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq, iddiaçının izahatını dinləyərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddia ərizəsinin məzmunundan göründüyü kimi İddiaçı tələbi cinayət təqibi ilə bağlıdır və cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun qaydada araşdırılmalıdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu inzibati orqanlar tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. İnzibati mübahisələrin səciyyəvi xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, onun tərəfləri əvvəlcədən qeyri bərabərdirlər, onlardan biri suverenlik daşıyıcısıdır və həmin tərəf (inzibati orqan) digərinə (fiziki və ya hüquqi şəxs) münasibətdə hakimiyyət səlahiyyətlərinə malikdir. İnzibati Prosessual Məcəllə inzibati orqanlarla fiziki və ya hüquqi şəxslər arasında inzibati hüquq münasibətləri ilə bağlı yaranan mübahisələrə məhkəmə tərəfindən baxılması və həll edilməsi prosesini tənzimləyir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun inzibati orqanların: 3.2.1. cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə; 3.2.2. inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Məhkəmə hesab edir ki, tərəflər arasında mövcud mübahisənin mahiyyəti cinayət təqibindən yarandığından hazırki işə inzibati məhkəmə icraatı qaydasında baxılmalı deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 442.2-ci maddəsi məhkəmə nəzarətinin obyektini müəyyən edərək göstərir ki, məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmə aşağıdakılara baxır: hər kəsin azadlıq, mənzil toxunulmazlığı, şəxsi toxunulmazlıq, mülkiyyət hüququnu, şəxsi sirrinin (o cümlədən ailə həyatının, yazışmaların, telefon danışıqlarının, poçt, teleqraf və başqa məlumatların) saxlanılması hüququnu məhdudlaşdıran, habelə dövlət, peşə və ya kommersiya sirrini özündə əks etdirən məlumatları ilə bağlı istintaq hərəkətlərinin məcburi aparılmasına, prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsinə və ya əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair məsələlərlə bağlı vəsatət və təqdimatlara, bununla yanaşı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı Qərarının 15.3-cü bəndinə görə mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə qarşı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə və Azərbaycan Respublikası Baş Prokurorluğuna 28 aprel 2003-cü il tarixli şikayət ərizəsi əsasında Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsinin əməkdaşı Yusuf Novruzovun qəbul etdiyi qərarın ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi mümkün sayılmamalı, iddiaçıya müvafiq ərizə ilə məhkəmə nəzarəti qaydasında ümumi məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə qarşı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə və Azərbaycan Respublikası Baş Prokurorluğuna 28 aprel 2003-cü il tarixli şikayət ərizəsi əsasında Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsinin əməkdaşı Yusuf Novruzovun qəbul etdiyi qərarın ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-6072/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-6072/2023
29.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver