Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-6075/2025 21.07.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ X5 Təşəkkül oğlunun sədrliyi, X2 oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Xidmətinin Abşeron rayon şöbəsinə qarşı “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin onun hərbi xidmətə yararlı hesab edilməyi barədə qərarının ləğv edilməsi və onun hərbi xidmətə yararsız hesab edilməsi, müvafiq hərbi biletin verilməsi öhdəliyinin cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış Xidmətinin Abşeron rayon şöbəsinin üzərinə qoyulması” tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Xidmətinin Abşeron rayon şöbəsinə qarşı “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin onun hərbi xidmətə yararlı hesab edilməyi barədə qərarının ləğv edilməsi və onun hərbi xidmətə yararsız hesab edilməsi, müvafiq hərbi biletin verilməsi öhdəliyinin cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış Xidmətinin Abşeron rayon şöbəsinin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbindən görünür ki, iddiaçı iki müxtəlif cavabdehə qarşı fərqli iddia növlərinə dair tələb irəli sürmüşüdür. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxmışdır. İş yükünün çoxluğunu nəzərə alan məhkəmə iddia tələbinə mahiyyəti üzrə baxıb qərar qəbul edilməsini məqsədəmüvafiq hesab etdi. Məhkəmə prosesində iştirak edən cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X3 izahat verərək ərizənin əsassız olduğunu nəzərə alıb təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur.Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibat Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü həmin məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçının tələbi iki ayrı-ayrı inzibati orqana qarşı yönəldilmişdir. Hüquqi yardımın edilməsi çərçivəsində iddiaçı məhkəmə iclasına dəvət edilsə də prosesdə iştirak etməmişdir. Həmçinin, məhkəməyə təqdim edilmiş cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Xidmətinin Abşeron rayon şöbəsinin xx.xx.2025-ci ildə məhkəməyə daxil olmuş məktubundan müəyyən edilir ki, İddiaçı xx.xx.2025-ci ildə təyin olunmuş hərbi hissəyə müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. Göründüyü kimi iddiaçı artıq həqiqi hərbi xidmətdədir və hal-hazırda onun hüquqi marağı artıq mövcud deyildir. Nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən bir iddia ərizəsində bir-biri ilə tabeçilik prinsipi olmayan bir neçə inzibati orqanlara qarşı müxtəlif iddia növlərinə dair iddia tələbinin qaldırılması yolverilməzdir. Bu səbəbdən də müvafiq iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələblərinə görə iddiaçı iddia ilə məhkəməyə ancaq hər hansı bir hüququnun pozulmasının ehtimalı halında müraciət edə bilər. İddia qaldıran şəxsin subyektiv hüququnun pozulması iddianın mümkünlüyu şərtlərindən biridir və bu pozulmanın olmaması iddianın mümkünsüz hesab edilməsinə əsas verir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22-ci, 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Xidmətinin Abşeron rayon şöbəsinə qarşı “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin onun hərbi xidmətə yararlı hesab edilməyi barədə qərarının ləğv edilməsi və onun hərbi xidmətə yararsız hesab edilməsi, müvafiq hərbi biletin verilməsi öhdəliyinin cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış Xidmətinin Abşeron rayon şöbəsinin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra, ondan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanda yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. X6
Məhkəmə qərarları › İş №2-1(118)-6075/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-6075/2025
21.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver