Məhkəmə qərarları › İş №2-1(118)-608/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-608/2020

06.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-608/2020 06.11.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibat Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X2 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 1 saylı X5 (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinə) qarşı “Əmək kitabçasında qeyd olunan dövrlərin, xx.xx.1992-ci ildən xx.xx.2006-cı ilədək olan dövrlərin sosial sığorta stajı kimi nəzərə alınaraq İİ qrup əlil kimi əmək pensiyasının təyin edilməsi”nə dair işə Sumqayıt İnzibatiMəhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçünAzərbaycan Respublikası Əmək və Əhalinin Sosial Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron şöbəsinə müraciət etmiş, lakin cavabdehin xx xxx 2020-ci il tarixli, **********0 saylı məktubu ilə müraciətin təmin edilməsindən imtina edilmişdir. İmtinanın əsası kimi göstərilmişdir ki, vətəndaşın təqdim etdiyi sənədlərə əsasən onun iş stajı 06 il 05 ay 13 gün təşkil etdiyindən, tələb olunan sosial sığorta stajı və pensiya kapitalı toplanmadığından qanunvericiliyə əsasən əmək pensiyası hüququ yaranmır. İddiaçı narazı qalaraq məhkəməyə müraciət etmiş, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 1 saylı X5 (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinə) qarşı iddia qaldıraraq, “1976-cı ilin sentyabr ayından xx.xx.2006-cı ilə qədər olan müddətin iş stajı kimi müəyyən edilməsinə ”ni məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddiasını dəqiqləşdirərək əmək kitabçasında qeyd olunan dövrlərin, xx.xx.1992-ci ildən xx.xx.2006-cı ilədək olan dövrlərin sosial sığorta stajı kimi nəzərə alınaraq İİ qrup əlil kimi əmək pensiyasının təyin edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. “Azərsənayetikinti” Səhmdar Cəmiyyəti (2 №li müəssisə) məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki,iddiaçı xx.xx.1961-ci ildə Zəngilan rayonunda anadan olmuşdur. 1976-cı ildə Sumqayıt politexnuk texnikumunun əyani şöbəsinə qəbul olmuş, 1980-ci ilin aprel ayında həmin texnikumu bitirərək Sumqayıt şəhəri 1 saylı tikinti trestinin UMOR-14 tikinti idarəsində təyinatla işə qəbul olunmuş və orada avqust ayının ortalarına qədər suvağçı işləmişdir. 1980-ci ilin sentyabr ayından 1985-ci ilin iyun ayına qədər Rusiya Federasiyasının kuybışev inşaat Mühəndisləri İnustutunda əyani təhsil alandan sonra xx.xx.1985-ci ildə Sumqayıt şəhər 2 №-li trestin EMD-20-də usta vəzifəsinə qəbul olunmuşdur. Həmin müəssədə xx.xx.2006-cı ilə qədər işləmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. xx xxxxxxxx 2020-ci il tarixdəki “Azərsənayetikinti” Səhmdar Cəmiyyəti (2 №li müəssisə) məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmiş, iddiaçıdan həmin müəssisəsnin ünvanı barədə məlumat verilməsi, iddiaçıya müvafiq arayışlar vermiş səlahiyyətli şəxsin məhkəmədə iştirakının təmin edilməsi təklif edilmişdir. Lakin İddiaçı növbəti iclaslarda iştirak etməmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinə xx.xx.2019-cu il tarixdə İİ qrup əlil kimi əmək pensiyasının təyin edilməsi üçün ərizə ilə müraciət etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsində əmək pensiyası təyin edən komisiyanın xx.xx.2019cu il tarixli qərarı ilə tələb olunan sosial sığorta stajı təsdiq olunmadığı üçün ərizəsi təmin edilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 12.1 maddəsinə əsasən əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığorta olunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. 2-ci və 3-cü qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minumum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. İddiaçıya əlilliyə görə əmək pensiyası üçün 14301.21 manat pensiya kapitalı tələb olunur. “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 4.2.7-ci maddəsinə əsasən zəruri hesab olunan hallarda sənədlərin yerində qarşılıqlı yoxlanılması həyata keçirilir. İddiaçı Mayis oğlunun əmək kitabçasında qeyd olunmuş Sumqayıt şəhərində yerləşən 2№ -li Trestin nəzdində olan PMK-20 və “Sənayekommunaltikinti” birliyinin 3№ -li THC-də xx.xx.1992-ci ildən xx.xx.2006-cı ilədək işlədiyi dövrün yoxlamaq zərurəti yaranmış və DSMF-nin Sumqayıt şəhərinə sorğu edilmişdir. Lakin müəssisənin sənədlərinin saxlanıldığı hüququ ünvan məlum olmadığından, yoxlanılması mümkün olmamışdır. Bu səbəbdən də həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınması qanunvericiliklə mümkün deyildir. Cavabdeh etiraza əlavəsində qeyd edir ki, iddiaçı iddia ərizəsində 1976-cı ilin sentyabr ayından xx.xx.2006-cı ilə qədər olan müddəti iş stajı kimi müəyyən edilməsini məhkəmədən tələb edir. Cavabdeh hesab edir ki, iddiaçının iddia tələbi əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir: Əvvəlcə məhkəmənin nəzərinə çatdırır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinə xx.xx.2019- cu il tarixdə İİ qrup əlil kimi əmək pensiyasının təyin edilməsi üçün ərizə ilə müraciət etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsində əmək pensiyası təyin edən komissiyanın xx.xx.2019cu il tarixli qərarı ilə tələb olunan sosial siğorta stajı təsdiq olunmadığı üçün ərizəsi təmin edilməmişdir. Cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, iş materiallarından göründüyü kimi iddiaçıya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının (bundan sonra - “TSEK”) xx.xx.2018-ci il tarixli qərarı ilə əlillik səbəbi - “Ümumi xəstəliklə əlaqədar” olmaqla 5 il müddətinə (05 06.2023-cü il tarixədək) İİ dərəcəli əlillik müəyyən edilmiş və o, əlillik statusu qazanmışdır. Bundan sonra iddiaçı “Əmək pensiyaları haqqında” qanuna uyğun olaraq əlilliyə görə əmək pensiyasının təyin olunması üçün cavabdeh inzibati orqana ərizə ilə xx.xx.2019-cu ildə müraciət etmişdir. Cavabdeh isə ona pensiyanın təyin olunmasından imtina barədə qərar qəbul etmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 12.1 -ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Burada qanunun qeyd edilən müddəasına əsasən, İİ qrup əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyasının təyin olunması üçün xx xxxx 2017-ci il tarixindən etibarən (bu tarixdə maddəyə dəyişiklik edilərək yeni redaksiyada verilib) 2 şərtə uyğun gəlməsi tələb olunur 1) 5 ildən az olmamaq şərtilə və əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 av sığorta stajı olduqda, 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə. Bu iki şərti eyni zamanda mövcud olmalı, başqa sözlə qeyd olunan şərtlərdən birinə cavab verməyən ərizəçiyə DSMF-in İİ qrup əlilliyə görə əmək pensiyasının təyinindən imtinası qanuni və əsaslı olacaq. AR Əmək Məcəlləsinin 42-ci maddəsinin 3-cü hissəsinə əsasən, on beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. İddiaçıya münasibətdə tələb olunan sığorta stajı: 59 il (yaş) - 15 il (əmək qabiliyyəti olmadığı yaş dövrü) = 44 il (əmək qabiliyyətli yaş dövrü) 44 il x 4 ay (əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün) = 176 ay 176 ay : 12 ay = 14 il 6 ay “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 4.2.7- ci maddəsinə əsasən zəruri hesab olunan hallarda sənədlərin yerində qarşılıqlı yoxlanılması həyata keçirilir. Vətəndaşın əmək kitabçasında qeyd olunmuş Sumqayıt şəhərində yerləşən 2 N-li Trestin nəzdində olan PMK-20 və “Sənayekommunaltikinti”birliyinin 3 N-li THC-də işlədiyi dövrü yoxlamaq zərurəti yaranmış və DSMF Sumqayıt şəhərinə sorğu edilmişdir. Lakin müəssisənin sənədlərinin saxlanıldığı ünvan məlum olmadığından, yoxlanılması mümkün olmamışdır. Bu səbəbdən iddiaçının pensiya hüququnun yaranması üçün tələb olunan siğorta stajının hesablanması zamanı həmin illərin (xx.xx.1985-xx.xx.2006) qeydə alınması mümkün olmadığından yuxarıda göstərilən şərtlərdən ilkinə cavab verməmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsində qeyd olunan şərtlərdən birinə cavab verməyən ərizəçiyə DSMF-in İİ qrup əlilliyə görə əmək pensiyasının təyinindən imtinası qanuni və əsaslıdır. Göründüyü kimi iddiaçının əmək pensiya hüququ yaranmadığından iddiaçıya İİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilməmişdir. İddiaçı xx.xx.2020-ci il tarixində məhkəməyə “1976-cı ilin sentyabr ayından xx.xx.2006-cı ilə qədər olan müddəti iş stajı kimi müəyyən edilməsi’llə bağlı iddia ərizəsiylə müraciət etmişdir. Ərizəyə sənədlər qismində əmək kitabçası və müəssisə tərəfindən verilmiş əmr əlavə olunmuşdur. Əmrdə işçinin işə qəbulu ilə bağlı olan hissəsini təsdiq edən möhür həmin dövrün tələblərinə uyğun deyildir (latın qrafikasında yazılmışdır) və bu da həmin sənədin sonradan hazırlanmasına, saxta sənəd olmasına dəlalət edir. xx.xx.2020-ci ildə Sumqayıt şəhər şöbəsi işi hərtərəfli araşdırmaq üçün həmin müəssisənin direktorunun iştirakı ilə qarşılıqlı yoxlama həyata keçirmişdir. Yoxlama zamanı müəyyən edilib ki, vətəndaşın həmin müəssisədə işlədiyini iddia etdiyi dövrlər üçün olan əmək haqqı cədvəllərində və T-2 şəxsi vərəqəsində ad,soyad qaydasında qaraltı və düzəlişlər aşkar edilmişdir. Müəssisənin direktoru X1 akta imza etməkdən imtina etmişdir. Göründüyü kimi işin materiallarında göstərilən sənədlər gerçəkliyi əks etdirmədiyindən sübut qismində çıxış edə bilməzlər. Buna uyğun olaraq iddia tələbi əsassız və qanunsuz olduğundan məhkəmə tərəfindən təmin edilməməlidir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş edir. xx xxxxxxx 2020-ci il tarixli məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iştirak etmiş, iddiaya etirazı müdafiyə etmiş və iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyə cavabdeh tərəfindən göndərilmiş xx xxx 2020-ci il tarixli məktubda qeyd olunur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 12.1 maddəsinə əsasən əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. 2-ci və 3-cü qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minumum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Vətəndaş İddiaçı Mayis oğluna əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün 14301.21 manat pensiya kapitalı və ya xx.xx.2006-cı ilədək 20 il 05 ay sığorta stajı tələb olunur. “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 4.2.7- ci maddəsinə əsasən zəruri hesab olunan hallarda sənədlərin yerində qarşılıqlı yoxlanılması həyata keçirilir. İddiaçı Mayis oğlunun əmək kitabçasında qeyd olunmuş Sumqayıt şəhərində yerləşən 2№li Trestin nəzdində olan PMK-20 və “Sənayekommunaltikinti” birliyinin 3№li THC-də xx.xx.1992-ci ildən xx.xx.2006-cı ilədək işlədiyi dövrün yoxlamaq zərurəti yaranmış və DSMF-nin Sumqayıt şəhər şöbəsinə sorğu edilmişdir. Sorğuya gələn xx.xx.2019-cu il tarixli **********3 saylı cavab məktubunda müəssisənin arxiv sənədlərinin saxlanıldığı hüququ ünvan məlum olmadığından, yoxlanılması mümkün olmamışdır. Bu səbəbdən də həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınması qanunvericliklə mümkün deyildir. Vətəndaşın təqdim etdiyi sənədlərə əsasən onun iş stajı 06 il 05 ay 13 gün təşkil etdiyindən, tələb olunan sosial sığorta stajı və pensiya kapitalı toplanmadığından qanunvericiliyə əsasən əmək pensiyası hüququ yaranmır. Əsaslandırma hissəsi: Məhkəməiş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyil. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 12.1 -ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Qeyd olunan normadan göründüyü kimi İİ qrup əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyasının təyin olunması üçün 2 şərt tələb olunur 1) 5 ildən az olmamaq şərtilə və əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı ; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçının İİ qrup əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün qanunla müəyyən edilən sığorta stajı mövcud deyildir. Belə ki, cavabdeh tərəfindən müəyyən edilmişdir ki, İddiaçı əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün 14301.21 manat pensiya kapitalı və xx.xx.2006-cı ilədək 20 il 05 ay sığorta stajı tələb olunur. İddiaçı əmək kitabçasında qeyd olunmuş Sumqayıt şəhərində yerləşən 2№-li Trestin nəzdində olan PMK-20 və “Sənayekommunaltikinti” birliyinin 3№ -li THC-də xx.xx.1992-ci ildən xx.xx.2006-cı ilədək işlədiyi dövrün yoxlamaq zərurəti yaranmış və DSMF-nin Sumqayıt şəhər şöbəsinə sorğu edilmiş, lakin müəssisənin sənədlərinin saxlanıldığı hüququ ünvan məlum olmadığından, yoxlanılması mümkün olmamışdır. Bu səbəbdən də cavabdeh tərəfindən həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınması qanunvericiliklə mümkün olmamışdır. Cavabdeh tərəfindən vətəndaşın əmək kitabçasında qeyd olunmuş Sumqayıt şəhərində yerləşən 2 N-li Trestin nəzdində olan PMK-20 və “Sənayekommunaltikinti”birliyinin 3 N-li THC-də işlədiyi dövrü yoxlamaq zərurəti yaranmış və DSMF Sumqayıt şəhər şöbəsinə sorğu edilmişdir. Lakin müəssisənin sənədlərinin saxlanıldığı ünvan məlum olmadığından, yoxlanılması mümkün olmamışdır. Bundan əlavə cavabdeh qeyd edir ki, xx.xx.2020-ci ildə Sumqayıt şəhər şöbəsi işi hərtərəfli araşdırmaq üçün həmin müəssisənin direktorunun iştirakı ilə qarşılıqlı yoxlama həyata keçirmişdir. Yoxlama zamanı müəyyən edilib ki, vətəndaşın həmin müəssisədə işlədiyini iddia etdiyi dövrlər üçün olan əmək haqqı cədvəllərində və T-2 şəxsi vərəqəsində ad, soyad qaydasında qaraltı və düzəlişlər aşkar edilmişdir. Müəssisənin direktoru X1 akta imza etməkdən imtina etmişdir. Azərsənayetikinti” Səhmdar Cəmiyyəti (2 №li müəssisə)üçüncü şəxs kimi məhkəmə icraatına cəlb edilmiş, iddiaçıya təklif edilmişdir ki, üçüncü şəxsin məhkəmədə iştirakını və ya mübahisəli dövrlərə aid sənədlərin yoxlanması üçün müvafiq sənədlərin məhkəməyə təqdim edilməsini təmin etsin. Lakin iddiaçı və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş, lazım olan sənədlər məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi hazırki şərtlərdə və mövcud olan sənədlər əsasında iddiaçının əmək pensiya hüququ yaranmadığından iddiaçıya İİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilə bilməz. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki,cavabdeh inzibati orqanın iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsindən imtinası qanuni olmuşdur, hazırkı şərtlərdə və təqdim olunan sənədlər əsasında iddiaçının pensiya hüququnun yarandığı müəyyən olunmur və iddia rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68,69,73,75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 4 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar