Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-608/2021 27.01.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İş № 2-1(118)-608/2021 Azərbaycan Respublikası Sumqayıt İnzibati Məhkəməsi QƏRARDAD xx xxxxxx 2021-ci il Sumqayıt şəhəri Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X3 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh «Cavabdeh» İstehsalat Birliyinə qarşı “cavabdeh tərəfindən xx xxxxxx 2020-ci il tarixində qəbul edilmiş, ******* saylı Aktın qanunsuz və əsassız hesab edilməsi, cavabdeh tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli ,0280504 saylı Aktın ləğv edilməsinə” dair iddiasına inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «Cavabdeh» İstehsalat Birliyinə qarşı “cavabdeh tərəfindən xx xxxxxx 2020-ci il tarixində qəbul edilmiş, ******* saylı Aktın qanunsuz və əsassız hesab edilməsi, cavabdeh tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli ,0280504 saylı Aktın ləğv edilməsinə” dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçıya hüquqi yardım edilməsi üçün məhkəməyə dəvət edilmiş, xx xxxxxx 2021ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iştirak etmiş, məhkəmə tərəfindən iddiaçının nümayəndəsinə hüquqi yardım edilərək izah edilmişdir ki, cavabdehin inzibati orqan olmaması ilə yanaşı tərəflər arasındakı mübahisə də Cavabdeh publik hüquq sahəsindəki fəaliyyəti ilə bağlı deyil və mülki məhkəmə icraatı qaydasında hüquqi müdafiyə vəsitəsindən istifadə edilə bilər. İddiaçı tərəf müvafiq ümumi məhkəməyə müraciət edəcəyini bildirmiş və ərizə təqdim edərək iddia ərizəsinin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsinə əsasən həmin Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Məhkəmə hesab edir ki, inzibati məhkəmə icraatının mahiyyəti və məqsədi fiziki və hüquqi şəxslərlə inzibati akt qəbul etmək səlahiyyəti olan orqanlar arasında yaranmış mübahisənin həllindən ibarətdir. İnzibati məhkəmə icraatı qaydasında işə baxıla bilməsi üçün ilk növbədə iddiaçı ilə inzibati orqan arasında mübahisə olmalı və iddiaçının həmin mübahisəni inzibati məhkəmə icraatı qaydasında davam etdirmək iradəsi mövcud olmalıdır. Lakin hazırkı işdə iddiaçıların iddia ərizəsinin geri qaytarılmasını xahiş etməsi onun bu iradəsinin olmadığını göstərir. Buna görə də məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddiaçıya izah edilsin ki, yenidən məhkəməyə müraciət etmək hüququ istina edilmir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, QƏRARA ALDİ: İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-608/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-608/2021
27.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver