Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-608/2022 08.12.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X7 Ramiz qızının katibliyi, İddiaçı (ünvan 1 ünvanında yaşayan), Cavabdehin nümayəndəsi X6 (Dövlət Tibbi-Sosial Ekspertiza və X3 Nəzarət və Audit şöbəsinin aparıcı mütəxəssis işləyən, ünvan 2 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1995-ci il təvəllüdlüdür. xx.xx.2008-ci il tarixdən “Sol aşağı ətrafın angiodisplaziyası, anadangəlmə ailəvi irsi vazoangiopatiya, xroniki anemiya” xəstəliyinin daşıyıcısıdır. Qeyd edilən xəstəliyə görə ona xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ümumi xəstəliklə əlaqədar 3-cü dərəcəli əlillik verilmişdir. Növbəti əlilliyin təyin edilməsi müddəti zamanı xx.xx.2013-cü ildə qeydiyyatda olduğu Sumqayıt şəhər 3 saylı poliklinikası tərəfindən xəstəlik durumu ilə əlaqədar TQS 088 formalı Tibbi Sosial Ekspeet Komissiyasına göndəriş ünvanlanmışdır. Onun xx.xx.2018- xx.xx.2018-ci ilədək, xx.xx.2018-ci ildən xx.xx.2018-ci il tarixədək və xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tartixədək xəstə olmasını təsdiq edən vərəqləri vardır. xx.xx.2020-ci ildə göndəriş rəsmişləşdirilmiş, lakin cavabdeh göndərişdən imtina etmişdir. İmtinaya səbəb kimi “Dopler və bel tesn müayinələrinin olmaması” qeyd edilmişdir”, xx.xx.2021-ci il tarixdə göndəriş yenidən rəsmiləşdirilmiş, bu dəfə isə göndərişin natamam doldurulması əsas kimi göstərilərək imtina cavabı verilmişdir. Bundan başqa səbəb kimi “əlavəyə müalicəyə ehtiyacın olması və müalicə müddətinin yetərli olmaması qeyd edilmişdir”. Təkrarən 88 Nli forma arayışı qiymətlənidrərkən imtinaya səbəb kimi “Diaqnoz və müayinələr əlillik təyininə əsas vermir” göstərilmişdir. Beləliklə, cavabdeh eyni gündə müxtəlif əsaslarla ona imtina cavabları vermişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edi və iddia ətizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi N.Ələkbərov iddainı qəbul etməyərək izah etdi ki, İddiaçı əlillik vəziyyətinə Sumqayıt 2 saylı Uşaq poliklinikasının xx.xx.2008-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Sağlamlıq imkanları məhdud uşaqlar; X2 : İİİ Sinif - Qan, qanyaradıcı orqanların xəstəlikləri və immun mexanizmin prosesə cəlb olunması ilə gedən ayrı-ayrı pozğunluqlar => D55-D59 - Hemolitik anemiyalar => D58 - Digər irsi hemolitik anemiy...; Diaqnozun mətni: Anadangəlmə ailəvi irsi vazoangiopatiya diffuz şəkildə yayılmış venodisplaziya; Meyar: 2. İki il müddətinə: => DİGƏR” səbəbi ilə iki il müddətinə əlillik dərəcəsi verilmişdir. Sumqayıt 3 saylı şəhər poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X2: İİİ Sinif- Qan, qanyaradıcı orqanların xəstəlikləri və immun mexanizmin prosesə cəlb olunması ilə gedən ayrı-ayrı pozğunluqlar => D55-D59 - Hemolitik anemiyalar => D58 - Digər irsi hemolitik anemiy...; Diaqnozun mətni: Sol a/ə angiodisplaziyası. Anadangəlmə ailəvi irsi vazoangiopatiya. Xroniki anemiya. Virus hepatiti. "B" daşıyıcısı. OU-zəif miopiya. XVÇ-İİ dər; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: 2.3” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X2 : İİİ Sinif - Qan, qanyaradıcı orqanların xəstəlikləri və immun mexanizmin prosesə cəlb olunması ilə gedən ayrı-ayrı pozğunluqlar => D55-D59 - Hemolitik anemiyalar => D58 - Digər irsi hemolitik anemiy...; Diaqnozun mətni: Sol a/ə angiodisplaziyası. Anadangəlmə ailəvi irsi vazoangiopatiya. Xroniki anemiya. Virus hepatiti. "B" daşıyıcısı. OU-zəif miopiya. XVÇ-İİ dər; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: 2.3” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Sumqayıt 1 nömrəli xəstəxananın poliklinika şöbəsinin xx.xx.2020-ci il tarixli 0531003AAJQ5 saylı göndərişi əsasında baxılmış və “X2 : XVİİ Sinif - Anadangəlmə anomaliyalar [inkişaf qüsurları], deformasiyalar və xromosom pozğunluqları => Q20-Q28- Qan dövranı sisteminin anadangəlmə anomaliyaları [inkişaf qüsurları] => Q27 - Periferi...; Diaqnozun mətni: Q27 Periferik damar sisteminin digər anadangəlmə anomaliyaları, Anadangəlmə ailəvi-irsi Vazoangiopatiya.Diffuz şəkildə yayılmış Venodisplaziya. Ağırlaşma H90.0 Eşitmənin konduktiv tipli ikitərəfli itirilməsi, Konduktiv tip ağır eşitmə. Ağırlaşma İ87.2 (Xroniki) (periferik) venoz çatmamazlıq, Xroniki venoz çatmamazlıq İİİ dər. Ağırlaşma R26 Hərəkətin və yerişin pozulmaları, Ağırlaşma İ89.0 Digər rubrikalarda təsnif olunmayan limfa ödemi, Hər iki aşağı ətrafda ikincili limfostaz. Yanaşı xəstəliklər H52.1 Miopiya, OU- Zəif miopiya. Yanaşı xəstəliklər H65.0 Kəskin seroz orta otit, Sağ tərəfli xroniki otit. Yanaşı xəstəliklər S02.2 Burun sümüklərinin sınığı, Burun çəpərinin əyriliyi. Yanaşı xəstəliklər G90.8 Vegetativ [avtonom] sinir sisteminin digər pozğunluqları, Asteno-nevrotik sindrom Yanaşı xəstəliklər D50 Dəmir defisitli anemiya, Xroniki anemiya. Yanaşı xəstəliklər İ50 Ürək çatmamazlığı, Xroniki Ürək catmamazlığı.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması-Səbəb: İxtisaslaşdırılmış müalicəni davam etdirmək məsləhət görülür” səbəbi ilə imtina verilmişdir. Sumqayıt 1 nömrəli xəstəxananın poliklinika şöbəsinin xx.xx.2021-ci il tarixli 0531003AAJWR saylı göndərişi əsasında baxılmış və “X2 : XVİİ Sinif - Anadangəlmə anomaliyalar [inkişaf qüsurları], deformasiyalar və xromosom pozğunluqları => Q20-Q28 - Qan dövranı sisteminin anadangəlmə anomaliyaları [inkişaf qüsurları] => Q27 - Periferi...; Diaqnozun mətni: Q27 Periferik damar sisteminin digər anadangəlmə anomaliyaları, Anadangəlmə ailəvi-irsi Vazoangiopatiya.Diffuz şəkildə yayılmış Venodisplaziya. Ağırlaşma R26 Hərəkətin və yerişin pozulmaları,. Ağırlaşma H90.7 Birtərəfli qarışıq konduktiv və neyrosensor tipli agır eşitmə,, sağ tərəfli konduktiv tip ağır eşitmə. Ağırlaşma İ87.2 (Xroniki) (periferik) venoz çatmamazlıq, Xroniki venoz çatmamazlıq İİİ dər. Ağırlaşma İ89.0 Digər rubrikalarda təsnif olunmayan limfa ödemi, Hər iki aşağı ətrafda ikincili limfostaz. Yanaşı xəstəliklər G90.8 Vegetativ [avtonom] sinir sisteminin digər pozğunluqları, Asteno-nevrotik sindrom Yanaşı xəstəliklər H65.0 Kəskin seroz orta otit, Sağ tərəfli xroniki otit. Yanaşı xəstəliklər İ50 Ürək çatmamazlığı, Xroniki Ürək catmamazlığı. Yanaşı xəstəliklər D50 Dəmir defisitli anemiya. Xroniki anemiya.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Xəstənin ağırlıq dərəcəsi, funksional pozğunluğu və ekspertiza üçün əhəmiyyətli olan digər xüsusiyyətləri qeyd edilməmişdir” səbəbi ilə imtina verilmişdir. Sumqayıt 1 nömrəli xəstəxananın poliklinika şöbəsinin xx.xx.2021 -ci il tarixli 05310Q3AAJ1Z saylı göndərişi əsasında baxılmış və “X2: XVİİ Sinif-Anadangəlmə anomaliyalar [inkişaf qüsurları], deformasiyalar və xromosom pozğunluqları => Q20-Q28 - Qan dövranı sisteminin anadangəlmə anomaliyaları [inkişaf qüsurları] => Q27-Periferi...; Diaqnozun mətni: Əsas diaqnoz Q27 Periferik damar sisteminin digər anadangəlmə anomaliyaları, Anadangəlmə ailəvi-irsi Vazoangiopatiya.Diffuz şəkildə yayılmış Venodisplaziya. Ağırlaşma R26 Hərəkətin və yerişin pozulmaları,. Ağırlaşma H90.7 Birtərəfli qarışıq konduktiv və neyrosensor tipli agır eşitmə,, sağ tərəfli konduktiv tip ağır eşitmə. Ağırlaşma 187.2 (Xroniki) (periferik) venoz çatmamazlıq, Xroniki venoz çatmamazlıq.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması- Səbəb: Xəstənin adina əmək müqaviləsi olduğu halda. Xəstəlik vərəqələrinin günləri reyestrdə göstərilməyib. Dəqiqləsdirilsin” səbəbi ilə imtina verilmişdir. Sumqayıt 1 nömrəli xəstəxananın poliklinika şöbəsinin xx.xx.2021-ci il tarixli 0531003AAKR4 saylı göndərişi əsasında baxılmış və “X2: XVİİ Sinif - Anadangəlmə anomaliyalar [inkişaf qüsurları], deformasiyalar və xromosom pozğunluqları => Q20-Q28-Qan dövranı sisteminin anadangəlmə anomaliyaları [inkişaf qüsurları] => Q27 -Periferi...; Diaqnozun mətni: Əsas diaqnoz Q27 Periferik damar sisteminin digər anadangəlmə anomaliyaları, Anadangəlmə ailəvi- irsi Vazoangiopatiya.Diffuz şəkildə yayılmış Venodisplaziya. Ağırlaşma İ89.0 Digər rubrikalarda təsnif olunmayan limfa ödemi, Hər iki aşağı ətrafda ikincili limfostaz. Ağırlaşma H90.7 Birtərəfli qarışıq konduktiv və neyrosensor tipli agır eşitmə,, sağ tərəfli konduktiv tip ağır eşitmə. Ağırlaşma R26 Hərəkətin və yerişin pozulmaları, . Ağırlaşma İ87.2 (Xroniki) (periferik) venoz çatmamazlıq, Xroniki venoz çatmamazlıq İİİ dər. Yanaşı xəstəliklər D50 Dəmir defisitli anemiya, Xroniki anemiya. Yanaşı xəstəliklər S02.2 Burun sümüklərinin sınığı, Burun çəpərinin əyriliyi. Yanaşı xəstəliklər H52.1 Miopiya, OU-Zəif miopiya. Yanaşı xəstəliklər H65.0 Kəskin seroz orta otit, Sağ tərəfli xroniki otit. Yanaşı xəstəliklər G90.8 Vegetativ [avtonom] sinir sisteminin digər pozğunluqları, Astenonevrotik sindrom; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması-Səbəb:-Xəstənin adina əmək müqaviləsi olduğu halda(Operator, kompüterQÜVVƏDƏDİRxx.xx.2017). Xəstəlik vərəqələrinin günləri reystrdə göstərilməyib dəqiqləsdirilsin.” səbəbi ilə imtina verilmişdir. Sumqayıt 1 nömrəli xəstəxananın poliklinika şöbəsinin xx.xx.2021-ci il tarixli 0529003AAHK6 saylı göndərişi əsasında baxılmış və “Səbəbi : Ümumi xəstəlik; X2 : XVİİ Sinif-Anadangəlmə anomaliyalar [inkişaf qüsurları], deformasiyalar və xromosom pozğunluqları => Q20-Q28 - Qan dövranı sisteminin anadangəlmə anomaliyaları [inkişaf qüsurları] => Q27 - Periferi...; Diaqnozun mətni: Anadangəlmə ailəvi- irsi Vazoangiopatiya.Diffuz şəkildə yayılmış Venodisplaziya.Xroniki venoz çatmamazlıq llldərəcə. Hər iki aşağı ətrafda ikincili limfostaz. sağ tərəfli konduktiv tip ağır eşitmə. Hər iki aşağı ətrafda ikincili limfostaz. Xroniki venoz çatmamazlıq İİİ dərəcə. Yerişin pozulması. Sağ tərəfli xroniki otit."Sağ tərəfli radikal mastoidektomiya" cərrahi əməliyyatından sonrakı vəziyyət. Xroniki anemiya. OU-Zəif dərəcəli miopiya. VİZUS OU- 0.4 k/ilə-1.OD =1.0. Burun çəpərinin əyriliyi. Asteno- nevrotik sindromu” diaqnozu və aparılmış müayinələr əlillik təyininə əsas verməməsi səbəbi ilə imtina verilmişdir İş materiallarında olan : - iddiaçıya məxsus AA № ******* seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, o, xx.xx.1995-ci il təvəllüdlüdür. - TSEK tərəfindən verilmiş xx.xx.2021-ci il xx.xx.2021-ci il xx.xx.2021-ci il tarixli bildirişlərdən görünür ki, ona əlilliyinin təyin edilməsindən imtina edilmişdir. -Sumqayıt 3 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş 0531003AALBS nömrəli göndərişdən görünür ki, İddiaçı əlillik vəziyyəti ilə bağlı Tibbi Sosial Ekspert Komissiyasına göndəriş verilmişdir. - T.Quliyevin adına Sumqayıt şəhər Təcili Tibbi yardım xəstəxanası publik hüquqi şəxs tərtib edilmiş xəstənin ambulator kitabından (xəstəlik tarixindən) çıxarışlardan görünür ki, o, xx.xx.2020-xx.xx.2020-ci il və xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə “ Sol aşağı ətrafın angiodisplaziyası “ diaqnozu ilə müalicə edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Ekspertizası və X5 t/429 saylı xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsində tərtib edilmiş Forma 88 saylı göndərişdə qeyd edilən “anadangəlmə ailəvi-irsl vazoangıbpatıya, diffuz şəkildə yayılmış venodisplaziya, xroniki venoz çatmamazlı, dərəcə, hər iki aşağı ətrafda ikinci)i iimfostaz, sağtərəfii konduktiv tip ağır eşitmə, hər iki aşağı ətrafda ikincili limfbstaz, xroniki venoz çatmamazlıq İİİ dərəcə, verişin pozulması, sağ tərəfi xroniki otit, “sağ tərəfli radikal mastoidektomiya”.cərrahi əməliyyatdan sonrakı vəziyyət, xroniki anemiya,zəif dərəcəli miopıya, burun çəpərinin əyriliyi, asteno-nevrotik sindrom ,diaqnozu nəzərə alınmaqla şəxsin əyani müayinəsində aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyinə görə ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 413 sayh qərarı ilə təsdiq edilmiş Əlilliyinin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin maddələrini aid etmək mümkün deyildir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun : 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza üayinəsinə göndərişlərin verilməsi” Qaydasının 1.3-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. Qaydaların 2.1ci bəndinə əsasən göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi-həkim-məsləhət komissiyasına müraciət edir. Həmin Qaydaların 2.2-ci bəndinə əsasən Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. Həmin Qaydaların 2.6-cı bəndinə əsasən tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilir və şəxsə bu barədə yazılı və ya electron qaydada məlumat verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Qaydaların 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Həmin Qaydaların 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Qaydaların 3.1.2-ci bəndinə əsasən göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda əlilliyin səbəbi Agentlik tərəfindən dəyişdirilir. Həmin Qaydaların 3.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İzibati icraat haqqıda” Azəbaycan Respublikası Qanununa və Azəbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və(vəya) məhkəməyə verilir. Yuxarıda qeyd olunan Nazirlər Kabinetinin 11 və 12 saylı 16 yanvar 2020-ci il tarixli Əsasnamələrin tələbləri baxımından müəyyən olunur ki, şəxsə əllillik dərəcəsinin təyin edilməsi məqsədi ilə özü və ya müalicə həkimi Həkim Məsləhət Komissiyasına müraciət edir. X9 şəxsin tibbi müayinəsini həyata keçirir, xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Sonra Komisiya tərəfindən həmin nəticələr siyahısı müəyyən edilmiş tibb müəssisələrinə göndərilir və həmin tibb müəssisələri müayinə olunmuş şəxin xəstəlikləri barəsində göndərilmiş məlumatlar əsasında Forma 88 adlı sənədi tərtib edərək “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edir. Qeyd olunan Forma 88 adlı arayışın əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-sosial ekspert komisiyası (TSEK) şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Tibbi müəssisələri tərəfindən verilmiş göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda əlilliyin səbəbi Agentlik tərəfindən dəyişdirilir. İddiaçının iddia tələbi araşdırılarkən müəyyən edilmişdir ki, iddiaçı uşaqlıqdan qandamar xəstəliklərindən əziyyət çəkir və onun məruz qaldığı diaqnozlar forma N 88-də X1 uyğunlaşdırılaraq qeyd olunmuşdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-sosial ekspert komisiyası (TSEK) tərəfindən iddiaçının barəsində keçirilmiş müayinənin nəticəsində verilmiş imtinası qanunsuz hesab edilməli və X8 Əmək və Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əlillik təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilməmişdir.__ Azərbaycan Respublikası İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildir. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı əlilliyin təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı əlilliyin təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun . Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-608/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-608/2022
08.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver