Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-6081/2025 16.12.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə (Açar sözlər: əlilliyin müəyyən edilməsi) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin müəyyən olunması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı, cavabdehin 04 may 2025-ci il tarixli qərarının ləğv edilməsi, iddiaçıya xx.xx.2025-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar orqanizmin funksiyasının 65-80 faiz pozulmasına dair ikinci qrup əlilliyin təyin edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. (iddia tələbi dəqiqləşdirilmişdir) İddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi -Sosial Ekspert Komissiyası xx.xx.2025-ci il sonuncu mayinəyə dair məlumatda əlil və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsindən imtina edilmişdir.Səbəb diaqnoz əlillikəlillik əlaməti təyin edilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 06.2023-cü il tarixli 6140 N-li Xəstəlik haqqında Şəhadətnaməsində qeyd edilmişdir: Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsinin rəisinin 01,05.2023-cü il tarixli 23 nömrəli göndərişi ilə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmişdir. X4 xx.xx.2020-xx.xx.2021-ci il tarixədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmət keçib. Hərbi rütbəsi ehtiyatda olan əsgər hərbi-uçot ixtisası atıcı. Hərbi hissəsi: SHXÇDX-nin Sumqayıt şəhər Baş idarəsində qeydiyyatdadır, (h/h 191) SHXÇDX-nin Sumqayıt şəhər Baş idarəsi tərəfindən xx.xx.2020-ci il tarixde hərbi xidmətə çağırılmışdır (könüllü daxil olmuşdur) Boyu 177 sm. Bədən çəkisi 80 kq Döş qəfəsinin çevrəsi (sakit vəziyyətdə) 98 sm. Şikayətləri gözlərində olan ağrıdan, baş ağrısından, əsəbilikdən, gərginlikdən, yuxunun vəyaddaşın pozulmasından, sağ aşağı ətarfda olan ağrılardan, şişkiniikdən, sağ diz oynağında hərəkət məhdudluğundandır. Anamnezi anamnezindən məlumdur ki, irsiyyəti ruhi-əsəb xəstəliklərlə ağırlaşmayıb. Erkən psixi inkişafı adi olub. Məktəbə vaxtında gedib. 11-ci sinfi bitirib. Ali təhsillidir. Subaydır, işləmir. xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Kəlbəcər rayonu istiqamətində gedən döyüşlərdə düşmən tərəfindən atılan mərminin yaxınlığında partlaması nəticesir.de "Partlayış travması (xx.xx.2020) sağ bud sümüyünün açıq sınığı ilə müşaiyət olunan sağ aşağı ətrafın çoxsaylı qəlpə yaralanması xəsarətini almışdır (asas: N nömrəli hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli, 113 nömrəli travma haqqında arayışı). İlk tibbi yardım göstərildikdən sonra X2 göndərilmiş, orada "Yaraların birincili cərrahi işlənməsi (xx.xx.2020). gips longeti ile immobilizasiyası cərrahi əməliyyatı icra edilərək xx.xx.2020-ci il tarixdə Göygöl RMX-na köçürülmüş, xx.xx.2020- 07.10,2020-ci il tarixədək "Sağ qamış sümüyünün yuxan 1/3-nin qəlpəli sınığı, sınıq daxilində qəlpə diaqnozu ilə stasionar müalicədə olmuşdur (əsas: çıxarış epikrizi) xx.xx.2020-ci i) tarixdə N nömrəli hərbi hissədə şəhadətləndirilərək N (altmış) gün. xx.xx.2020-cı il tarixdə 15 (on beş) gün müddətinə məzuniyyət verilmişdir (asas: 3242, 6100 nömrəli arayışlar), xx.xx.2021, xx.xx.2021, xx.xx.2021-ci il tarixlərdə MN МНР-da şəhadətləndirilərək hər dəfə 30 (otuz) gün müddətinə məzuniyyət verilmişdir (esas 390, 5099, 7466 nömrəi arayışlar)/Davamı var. 01.10 2020-03 10.2020-X1; xx.xx.2020-xx.xx.2020-Göygöl RMX-da: xx.xx.2020. 25.12. 2020-N nömrəli hərbi hissədə, xx.xx.2021. xx.xx.2021, xx.xx.2021-MN MHP-da:29 05 2021-xx.xx.2021-MN BKH-da, xx.xx.2021-23.-11.2021-Sumqayıt şəhər Psixiatriya Xəstəxanasında. xx.xx.2023-xx.xx.2023-SN Respublika Psixiatriya Xəstəxanasında xx.xx.2023-MN МНР-da müayinə və müalicədə olmuşdur. Obyektiv müayinənin məlumatları: düzgün bədən quruluşludur. Dəri örtüyü və görünən selikli qişaları adi rəngdədir. Dərialtı piy qatı kafi inkişaf etmişdir. Periferik limfa düyünləri böyüməmişdir. Dayaq- hərəkət sistemində gözlə görünən patologiya aşkar olunmur. Perkııssiyada ağciyərlər üzərində aydın ağciyər səsi, auskultasiyada vezikulyar tənəffüs eşidilir. Nəbzi ritmik, dəqiqədə sayı 76 vurğudur, A/T 110/70 mm.c.st. Ürəy in nisbi hüdudları norma daxil indədir. Ürək İonian aydındır. Dili nam, təmizdir. Qamı yumşaq, palpasiya zamanı ağrısızdır. Qaraciyər və dalaq böyüməyib. Bel nahiyəsində döyəcləmə simptomu har iki tərəfdə mənfidir. Fizioloji aktlar sərbəstdir. Status localis: sağ aşağı ətrafda bərkimiş dəri çapığı var. Sağ diz oynağı cüzi şişkindir, palpasiyada ağrılıdır. Sağ diz oynağınmda kontraktura hesabına hərəkət məhduddur, bükme-N". açma-175. Sağ aşağı ətrafda dərialtı venaların varikoz genişlənməsi baldırda şişkinlik var. Psixİ status bələdliliyi bütün növlər üzrə saxlanılıb Emosional dəyişkəndir, ünsiyyətə həvəssiz daxil olur, verilən suallara qısa, əsəbi cavab verir. İntellekti aldığı təhsilə uyğundur. Davranışı qeyi-adekvatdır. Əhval-ruhiyəsi dəyişkəndir Pıçıltı nitqini eşitməsi hər iki qulaqda 6 metr məsafədəndir Xüsusi müayinelerin (rentgenoloji, laborator, instrumental və s) nəticələri. qanın ümumi kliniki analizi (xx.xx.2023 Hb-161 ql. Leyk-5.06 xlO/ul RBC-5.00 x 10/ul EÇS mm/saat. Sidiyin ümumi analizi (xx.xx.2023): xüsusi çəkisi - 1018. rangi-sarı reaksiyası-turş zülal yoxdur, şəkər- yoxdur. EKQ (xx.xx.2023) sinus ntmi, ÜEO üfüqi vəziyyətdədir Abdominal L'SM (xx.xx.2023). Sol böyrəkdə 3 mm ölçüdə mikrolit va iri duz kristalları var. Sağ böyrəkdə iri duz kristalları izlənildi. Qaraciyər, mədealtı vəzi, öd kisəsi, dalaq patologiyas izdir. DQOF (08.05 2023) ürək, ağciyərlər normadadır. Sağ aşağı ətrafın venoz ve arterial sisteminin Rəngli Doppler USM-si (xx.xx.2023: sağ uşağı ətraf dərin venalarında posttrombolik qapaq çatışmazlığı Diaqnoz və xəsarətin (yaralanmanın, travmanın, kontuziyanm), xəstəliyin səbəb əlaqəsi haqqında HHK-nin qərarı: Orta (mülayim) dərəcədə ifadə olunmuş davamlı şəxsiyyat dəyişikliyi. Partlayış travması (xx.xx.2020), sağ aşağı ətrafın kor qəlpə yaralanması, sağ qamış sümüyünün proksimal metafizinin açıq, yerdəyişmiş sınığına görə aparılmış yaralanın birincili cərrahi işlənməsi, gips immobilizasiyasından sonrakı kafi bitişmiş sınığı, yumşaq toxumaların yad cismi (metal qalpe). sağ diz oynağının kontrakturası. funksiyanın cüzi dərəcədə pozulması ilə. Sağ aşağı ətrafın dərin venalarının İİ dərəcəli xroniki vena çatışmazlığı əlamətləri ilə müşayiət olunan postrombotik xəstəliyi. Gərginlik tip baş ağrısı. HHK-nın hərbi xidmətə, hərbi-uçot ixtisası üzrə xidmətə və s. yararlılıq haqqında qərarın "Xəstəliklər cədvəli"nin 18b, 450, 65c maddəsinin İİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"yə qoşma) əsasən. Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır MƏRKƏZİ HƏRBİ HƏKİM KOMİSSİYASİNİN QƏRARİ: DİAQNOZ: "Orta (mülayim) dərəcədə ifadə olunmuş davamlı şəxsiyyət dəyişikliyi. Partlayış travması (xx.xx.2020), sağ aşağı ətrafın kor qəlpə yaralanması, sağ qamış sümüyünün proksimal metafizinin açıq, yerdəyişmiş sınığına görə aparılmış yaraların birincili-cərrahi işlənməsi, gips longeti ilə immobilizasiyasından sonrakı kafi bitişmiş sınığı, yumşaq toxumaların yad cismi (metal qəlpə), sağ diz oynağının kontrakturası, funksiyanaın cüzi dərəcədə pozulması ilə. Gərginlik tip baş ağrısı". "HƏRBİ TRAVMADİR. AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR" DİAQNOZ”u Sağ aşağı ətrafın dərin venalarının İİ dərəcəli xroniki vena çatışmazlığı əlamətləri ilə müşayiət olunan posttrombotik xəstəliyi""XƏSTƏLİKDİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR"səbəb əlaqəsi ilə "TƏSDİQ OLUNUR" Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 24503 nömrəli xəstəlik haqqında şəhadətnamə qüvvədən düşmüş hesab edilsin. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının sədri 06 iyun 2023-cü ildə ehtiyatda olan əsgər İddiaçı SHXÇDX- nin Sumqayıt şeher Baş idarəsi tərəfindən xx.xx.2020-cı il tarixdən... 29.05 2021-xx.xx.2021-ci il tarixədək MN BKH-da Partlayış travması. (01 10 2020), sağ aşağı ətrafın kor qəlpə yaralanması, sağ qamış sümüyünün proksimal metafizinin açıq, yerdəyişmiş sınığına görə aparılmış yaraların binicili-cərrahi işlənməsi. gips lonegti ilə immobilizasiyasından sonrakı kafi bitişmiş sınığı, yumşaq toxumanın yad cisimləri (metal qəlpələr). Sağ aşağı ətrafın dərin venalarının segmentar xroniki dövr trombozundan sonrakı vəziyyət diaqnozu stasionar müalicədə olmuşdur (əsas: 3713 nömrəli xəstəlik tarixindən çıxarış epikrizi). xx.xx.2021-ci il tarixdə ordu sıralarından tərxis olunmuşdur. xx.xx.2021-xx.xx.2021-ci il tarixədək Sumqayıt şəhər Psixiatriya Xəstəxanasında "Uzunmüddətli posttravmatik stress pozuntusu. Depressiv əlamətlərlə diaqnozu ilə stasionar müalicədə olmuşdur (əsas: ******* nömrəli xəstəlik tarixindən çıxarış epikrizi). MN Mərkəzi Hərbi Poliklinika rəisinin sərəncamına əsasən hərbi-həkim komissiyasından keçirilmişdir. MN BKH-nın travmatoloqu və ürək-damar cərrahı ilə konsultasiya olunmuşdur. xx.xx.2021-ci il tarixdə MN МНР-da şəhadətləndirilərək "Xəstəliklər cədvəli"nin 17b. 45c, 65c maddəsinin İİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbihəkim ekspertizası haqqında Əsasnamə"yə qoşma) əsasən "Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır qərarı verilmişdir (esas: 24503 nömrəli xəstəlik haqqında şəhadətnamə). xx.xx.2023-xx.xx.2023-cü il tarixədək SN Respublika Psixiatriya Xəstəxanasında "Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi F62.0" diaqnozu ilə stasionar müalicədə olmuşdur (əsas: 10140907 nömrəli xəstəlik tarixindən çıxarış epikrizi). xx.xx.2023-cü, il tarixdə SN Respublika Psixiatriya Xəstəxanasında Həkim Psixiatr Komissiyasında "Fəlakət (müharibə) keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi F62.0" diaqnozu təyin edilmişdir (esas: xx.xx.2023-cü il tarixli. 5031 nömrəli tibbi rəy). Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş idarə rəisi tərəfindən hərbi həkim komissiyasına göndərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ******* N-li Ambulator Kitabçadan (Xəstəlik tarixindən) Çıxarışında qeyd edilmişdir: Xəstəliyin başlama tarixi: xx.xx.2020 İrsiyyəti ruhi xəstəlikləri ilə ağırlaşmayıb. İlkin psixo-fiziki inkişafı adi olub. Ailəlidir. Ali təhsillidir. Hərbi Xidmət dövrü 2-ci Qarabağ müharibəsi dövrünə düşüb. xx.xx.2020-ci il tarixdə Kəlbəcər rayonu istiqaməti yaxınlığında mərmi partlayışı nəticəsində xəsarət alıb. Travma haqqında arayış təqdime dib. zədə aldığını bildirir. Əsəbilik, yuxusuzluq, baş ağrıları, hövsələsizlikdən əziyyət çəkir. Son vaxtlar vəziyyəti pisləşdiyinə görə AR SN RPXna qəbul olunub. xx.xx.2023-cü il tarixdə Həkim Məsləhət Komissiyasına təqdim olunub." UZUNGEDİŞLİ POSTTRAVMATİK STRESS POZUNTUSU." diaqnozu təyin olunub. Pasiyentin vəziyyəti: Xəstə zahirən narahat və gərgindir. Düşüncəsi aydındır. Bələdliyi saxlanılıb. Ünsiyyətə həvəs göstərmir. Sualları qısa, əsəbi şəkildə cavablandırır. Əsəbidir. Yuxusu pozulub. Münaqişəyə meyllidir. Davranışları qeyri-adekvatdır. Maraqları daralıb. Emosional reaksiyaları qeyri-stabildir. Tənqidi formaldır. xx.xx.2022- Ekspert rəyindən müəyyən edilir ki, iddiaçı canlı müayinə olunmaqla onda "Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonra astenonevrotik təzahürlər” diaqnozu, sonrakı dövrlərdə Respublika Psixiatriya Xəstəxanasında 07.09-xx.xx.2022-ci il tarixlərdə müalicəsi və həkim psixiatr komissiyasının xx.xx.2022-ci il tarixli " Fəlakət (müharibə) keçirdikdən sonra şəxsiyyət dəyişikliyi. Üzvi mənşəli (qapalı kəllə-beyin travması) stres pozuntusu” diaqnozu öz təsdiqini tapmışdır. Hesab edir ki, inzibati icraat çərçivəsində inzibati aktın qəbulundan imtina, "inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsindən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi pııblik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir.. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, qanunun analogiyasından istifadə zəruridir. Formalaşmış məhkəmə qənaətinə görə inzibati məhkəmə icraatında "öhdəliyin icrası haqqında” İddialarda da İPM-in 73.1 -ci maddəsi tətbiq oluna bilər. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, xx.xx.2025-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və xx.xx.2025-ci il tarixdə diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnozun əlillik əlamətləri aşkar edilmir. məzmunlu qərar qəbul edilmişdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iştirak etmiş, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: 06 iyun 2023-cü il tarixli 6140 saylı xəstəlik haqqında şəhadətnamədən görünür ki, Diaqnoz və xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın), xəstəliyin səbəb əlaqəsi haqqında HHK-nin qərarı: Orta (mülayim) dərəcədə ifadə olunmuş davamlı şəxsiyyat dəyişikliyi. Partlayış travması (xx.xx.2020), sağ aşağı ətrafın kor qəlpə yaralanması, sağ qamış sümüyünün proksimal metafizinin açıq, yerdəyişmiş sınığına görə aparılmış yaralanın birincili cərrahi işlənməsi, gips immobilizasiyasından sonrakı kafi bitişmiş sınığı, yumşaq toxumaların yad cismi (metal qalpe). sağ diz oynağının kontrakturası. funksiyanın cüzi dərəcədə pozulması ilə. Sağ aşağı ətrafın dərin venalarının İİ dərəcəli xroniki vena çatışmazlığı əlamətləri ilə müşayiət olunan postrombotik xəstəliyi. Gərginlik tip baş ağrısı. HHK-nın hərbi xidmətə, hərbi-uçot ixtisası üzrə xidmətə və s. yararlılıq haqqında qərarın "Xəstəliklər cədvəli"nin 18b, 450, 65c maddəsinin İİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"yə qoşma) əsasən. Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır. MƏRKƏZİ HƏRBİ HƏKİM KOMİSSİYASİNİN QƏRARİ: DİAQNOZ: “Orta (mülayim) dərəcədə ifadə olunmuş davamlı şəxsiyyət dəyişikliyi. Partlayış travması (xx.xx.2020), sağ aşağı ətrafın kor qəlpə yaralanması, sağ qamış sümüyünün proksimal metafizinin açıq, yerdəyişmiş sınığına görə aparılmış yaraların birincili-cərrahi işlənməsi, gips longeti ilə immobilizasiyasından sonrakı kafi bitişmiş sınığı, yumşaq toxumaların yad cismi (metal qəlpə), sağ diz oynağının kontrakturası, funksiyanaın cüzi dərəcədə pozulması ilə. Gərginlik tip baş ağrısı”. "HƏRBİ TRAVMADİR. AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR" DİAQNOZ”u Sağ aşağı ətrafın dərin venalarının İİ dərəcəli xroniki vena çatışmazlığı əlamətləri ilə müşayiət olunan posttrombotik xəstəliyi""XƏSTƏLİKDİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR" səbəb əlaqəsi ilə "TƏSDİQ OLUNUR" Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 24503 nömrəli xəstəlik haqqında şəhadətnamə qüvvədən düşmüş hesab edilsin. Respublikası Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli 340 saylı və xx.xx.2024-cü il tarixli 3569 saylı rəylərində İddiaçı F 62.0 diaqnozu müəyyən edildiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi 191 saylı Hərbi Hissə tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 113 saylı arayışda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2020ci il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda Kəlbəcər rayonu istiqamətində gedən döyüşlər zamanı düşmən tərəfindən alınan mərminin yaxınlığında partlaması nəticəsində partlayış travması, sağ bud sümüyünün açıq sınığı ilə müşayiət olunan sağ aşağı ətrafın çoxsaylı qəlpə yaralanması xəsarətini almışdır. 19 aprel 2025-ci il tarixli Forma 88 arayışında İddiaçı əsas diaqnoz F62.0 Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, Fəlakət(İİ Qarabağ müharibəsi)keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi,tez-tez baş verən dekompensasiyalar,depressiv epizodlar,intihar fikirləri ilə diaqnozu müəyyən edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli 3568 saylı ambulator məhkəmə psixiatrik ekspert rəyində qeyd edilmişdir ki, yoxlanılan şəxs İddiaçı hal-hazırda “Fəlakət keçirdikdən sonra davamli şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalarla, anamnezində intihar cəhdi ilə” (F 62.0) aşkar edilir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırki iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı qismən əsaslıdır. Belə ki, iddiaçı ona əlilliyin müəyyən edilməsini istəyir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əsasən: Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarına əsasən: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-N faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. 06 iyun 2023-cü il tarixli 6140 saylı xəstəlik haqqında şəhadətnamədən görünür ki, diaqnoz: “Orta (mülayim) dərəcədə ifadə olunmuş davamlı şəxsiyyət dəyişikliyi. Partlayış travması (xx.xx.2020), sağ aşağı ətrafın kor qəlpə yaralanması, sağ qamış sümüyünün proksimal metafizinin açıq, yerdəyişmiş sınığına görə aparılmış yaraların birincili-cərrahi işlənməsi, gips longeti ilə immobilizasiyasından sonrakı kafi bitişmiş sınığı, yumşaq toxumaların yad cismi (metal qəlpə), sağ diz oynağının kontrakturası, funksiyanaın cüzi dərəcədə pozulması ilə. Gərginlik tip baş ağrısı” səbəbli əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” olaraq müəyyən edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli 3568 saylı ambulator məhkəmə psixiatrik ekspert rəyində qeyd edilmişdir ki, yoxlanılan şəxs İddiaçı hal-hazırda “Fəlakət keçirdikdən sonra davamli şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalarla, anamnezində intihar cəhdi ilə” (F 62.0) aşkar edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarının XBT 10 kodu F62.0 fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi 7.7.1.1. bəndinə əsasən ərdin fəaliyyətinə (özünü necə hiss etməsi, insanlarla qarşılıqlı əlaqəsi, davranışa nəzarət) mənfi təsir edən tez-tez (ildə 3 dəfədən çox) və/və ya uzunmüddətli periodlar (3 aydan çox davam edən dekompensasiyalar); münaqişəli, yayınma və ya yüksək dərəcəli asılılıqla ətrafdakılarla münasibət, ailə, peşə və sosial dezadaptasiya, özünə və ya ətrafa zərər yetirmə riski orqanizmin funksiyalarının 35-N faiz pozulması 2 il müddətinə əlilliyin təyini üçün əsas müəyyən edilmişdir. İddiaçı ona xx.xx.2025-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar orqanizmin funksiyasının 65-80 faiz pozulmasına dair ikinci qrup əlilliyin təyin edilməsini istəsə də məhkəmə hesab edir ki, ekspert rəyinə əsasən iddiaçıya “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” orqanizmin funksiyalarının 35-N faiz pozulmasına görə iki il müddətinə əlillik müəyyən edilməlidir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-cü maddəsinin imperativ göstərişinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. İş materiallarından görünür ki, iddiaçı barəsində tibb müəssisəsinin sonuncu göndərişi əsasında iddiaçıya əlilliyin təyin olunmasından imtina haqqında cavabdehin sonuncu qərarı xx.xx.2025-ci il tarixdə qəbul olunmuşdur. Oxşar işlər üzrə Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə görə müvafiq əsaslar olduğu hallarda əlillik, imtina haqqında sonuncu qərarın qəbulu tarixindən (imtina haqqında əvvəlki qərarlar mübahisələndirilmədiyi hallarda) təyin olunmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)- 185/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 2-1(102)-1164/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 2-1(102)-3050/2024 nömrəli qərarları). Bu baxımdan hazırkı mübahisəyə münasibətdə iddiaçıya müvafiq əlillik sonuncu imtina tarixindən təyin edilməlidir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olmuş, cavabdehin dəlilləri əsassız olmaqla formal xarakter daşımışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. İddiaçı imtina haqqında sonuncu qərarın qəbul edildiyi 04 may 2025-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar orqanizm funksiyalarının 35-N faiz pozulmasına görə iki il müddətinə əlilliyin müəyyən olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə vəzifə olaraq qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova
Məhkəmə qərarları › İş №2-1(118)-6081/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-6081/2025
16.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver