Məhkəmə qərarları › İş №2-1(118)-6082/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-6082/2025

07.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-6082/2025 07.11.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X5rşı iş üzrə (Açar sözlər: abonent kodunun dəyişdirilməsi) GİRİŞ HİSSƏ X6-Abbaszadə Tapdıq qızının sədrliyi, məhkəmə iclas katibi Zalov Şahin Elmar oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X5rşı “abonent kodunun dəyişdirilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 07 noyabr 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X5rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh təşkilat tərəfindən abonentin qeyd olunduğu ünvan olan Xəzər bağları, ev 334A-ə dair **********000 saylı abonent kodunun onun adına dəyişdirilməsinin cavabdeh təşkilatın öhdəsinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2001-ci il tarixindən ünvan 4 ünvanında, faktiki həyat yoldaşı X1 adına olan bağ evində onunla birlikdə yaşamış, hazırda da həmin ünvanda yaşayır. Həyat yoldaşı 2023-cü ilin 16 mart tarixində vəfat etmiş, hələ sağlığında, 2023-cü ilin yanvar ayında bağ sahəsini iddiaçının adına keçirmişdir. Həmin bağa dair bütün kommunal ödənişləri iddiaçı ödəyir. Qaz sərfinə görə də abonent kimi qeydiyyat Sumqayıt ASAN-da iddiaçının adına dəyişdirilmişdir. Hazırda Sumqayıt ASAN və Sumqayıt şəhər Sukanal idarəsinə dəfələrlə müraciət etsə də, suya görə abonent kimi qeydiyyatda olan Y.Məmmədovun adından abonentliyi iddiaçının adına keçirilmir. Bildirirlər ki, bağ sənədi kifayət deyil, ya gərək evin çıxarışı, ya da nikah haqqında şəhadətnamə olmalıdır, lakin onların hərəkəti qanunsuzdur, fakt odur ki, həmin ünvanda iddiaçı və həyat yoldaşından başqa heç vaxt heç kim yaşamamışdır, sayğac qoyulana qədər 2 nəfərə görə su haqqı ödənmişdir. İddiaçının həmin sahədə 2001-ci ildən yaşamağına dair arayışlar vardır və bağ sahəsi də iddiaçının adınadır. Ona görə də, həmin ünvana dair abonentliyin dəyişib iddiaçının adına keçirilməsini xahiş etmişdir. Müraciəti təmin olunmadığı üçün cavabdeh təşkilata müraciət etmişdir. Cavabdeh isə 8 may 2025-ci il tarixli məktubla cavab vermişdir ki, abonent kodu mülkiyyətə dair sənədin surəti, sərəncam, bələdiyyə qərarı, order, icarə müqaviləsi, və s. əsasında, həmçinin nikah haqqında şəhadətnamə əsasında başqa ada keçə bilər. Halbuki, bağ sahəsi iddiaçının adınadır, həmin ərazidə-Xəzər bağlarında mülkiyyət sənədi mövcud deyildir. Bu bağlar da bələdiyyəyə aid olan sahələrdir. Bağa dair sənədi qanuni sənəd saymamaq düzgün deyildir. Cavabdehin digər əsas kimi tələb etdiyi icarə müqaviləsini də cavabdeh təşkilatın yerli orqanları bağ sahibi ilə özləri bağlamalıdı, bağlamasalar, icarə müqaviləsi birtərəfli qaydada tərtib oluna bilməz. Beləliklə, bu formal mülahizələrə və özlərinin müəyyən etdiyi natamam, hər bir faktiki halı əhatə etməyən yarımçıq qaydalara görə, cavabdeh təşkilat iddiaçının hüququnu pozur. Ona görə də, məhkəməyə müraciət etmişdir. Onu da qeyd edir ki, abonent saldosunda abonentin ünvanı Xəzər bağları, ev 334A kimi, kod isə **********000 göstərilmişdir.

3. Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-53-3/2-S-24xx-xx/4121/2025 ərizəsində bildirmişdir ki, məlum olduğu kimi su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə, hesabat Azərbaycan Respublikasının 28 oktyabr 1999-cu il tarixli, 723-İQ nömrəli “Su təchizatı və tullantı suları haqqında Qanun”una və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 nömrəli qərarı ilə təsdiq edilmiş “X4”na əsasən həyata keçirilir. Müraciətə əsasən bildirilir ki, sözügedən Qaydaların 8.4-cü bəndinə əsasən, su və çirkab suyun axıdılması xidmətlərinə görə son hesablaşma aparılaraq əvvəlki istehlakçı ilə bağlanmış müqavilə ləğv edilir, yeni istehlakçı tərəfindən aidiyyəti sənədlər (mülkiyyətə dair sənədin surəti, sərəncam, bələdiyyə qərarı, order, notarial qaydada təsdiq olunmuş alqı-satqı, icarə müqaviləsi, bağışlama, vərəsəlik haqqında şəhadətnamə, ailə tərkibi haqqında arayış, şəxsiyyət vəsiqəsinin surəti və s.) təqdim edilir və onunla müqavilə bağlanılır. Məlumat üçün bildirilir ki, bununla bağlı “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzlərində istehlakçılara və vətəndaşlara göstərilən xidmətlərin təsdiq edilmiş reqlamentində zəruri sənədlərin təqdim edilməsi ilə bağlı məlumatlar öz əksini tapmışdır. Eyni zamanda, bildirilir ki, mülkiyyət sənədi olmadığı halda, abonent kodu adına olan şəxs vəfat etdikdə ona məxsus abonent kodu ölüm və nikah haqqında şəhadətnamə təqdim olunmaqla arvadın (ərin) adına keçirilə bilər. Müraciətə baxılması üçün qeyd edilən zəruri sənədlərin tərəfinizdən təqdim edilməsi tələb olunur.

4. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.

6. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

II. İddianın növü və mümkünlüyü

7. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir.

8. Əlavə olaraq məhkəmə vurğulamağı zəruri hesab edir ki, hazırki mübahisə üzrə cavabdeh qismində çıxış edən İri Şəhərlərin Su Təchizatı Xidməti inzibati orqan hesab olunmasa belə (səhmlərin 100 faizinin dövlətə məxsus olmasına, həmin müəssisənin rəhbərinin dövlət orqanı (dövlət orqanının vəzifəli şəxsi) tərəfindən təyin olunması, habelə həmin müəssisəsinin bazarda inhisarçı statusa malik olmaması), hazırki mübahisə üzrə tərəflər arasında müqavilə münasibətləri olmadığından, mübahisəyə baxılması inzibati məhkəmə tərəfindən həyata keçirilir. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 №-li qərarının 14-cü bəndində qeyd edilmişdir ki, “Tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun inzibati məhkəmə icraatı qaydasında məhkəmələr tərəfindən baxılır”. Qeyd olunan qərarın hazırki işə tətbiqi baxımından məhkəmə hesab edir ki, cavabdeh İri Şəhərlərin Su Təchizatı Xidməti baş sutəmizləyici qurğular, magistral borular, su kəməri şəbəkəsi və onların üzərindəki təzyiq və tənzimləyici qurğuların istismarı, kanalizasiya təsərrüfatında aerasiya, mexaniki təmizləmə stansiyaları, nasosxanalar, baş və yağış kollektorları və kanalizasiya xətlərinin istismarı sahəsində inhisar subyekti olduğundan, həmçinin tərəflər arasında müqavilə münasibətləri olmadığından, iddiaçı doğru olaraq İri Şəhərlərin Su Təchizatı Xidmətinə qarşı Sumqayıt İnzibati Məhkəməsində iddia qaldırmışdır.

İİİ. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar:

9. Sumqayıt bələdiyyəsi “Xəzər” Bağçılıq Cəmiyyəti üzrə 1 saylı məhəllə komitəsi tərəfindən verilmiş 103 nömrəli, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Narlı bağ küçəsində mərhum abonent X1 abonent saldosunda qeyd olunmuş ünvan olan Sumqayıt şəhəri, Xəzər bağları, ev 334A, abonent kodu **********000 kodu “ünvan 7 ünvanda İddiaçı qeydiyatsız yaşayır.

10. AZ-İİ 318239 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X2 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir.

11. Bağçının üzvlük kitabçasının əslindən görünür ki, İddiaçı Xəzər” Bağçılıq Cəmiyyəti üzvlərinin xx.xx.2023-cü il tarixli, 3 nömrəli protokoluna əsasən, bağçılıq cəmiyyətinə üzv qəbul edilmişdir.

12. 29.03.2023-cü il tarixli aktdan görünür ki, Sumqayıt şəhəri, Xəzər bağları 783a saylı bağ evində yaşayan X2 2001-ci il tarixindən həmin evdə həyat yoldaşı İddiaçı ilə birlikdə yaşamışdır. Həmin bağ sahəsində başqa şəxs olmamış və burada onlardan başqa heç kim yaşamamışdır. Məmmədov Yaşar 16 mart 2023-cü il tarixində rəhmətə getmişdir. Onun dəfn və bütün yas mərasimlərinin təşkili və həyata keçirilməsi hazırki vaxtadək İddiaçı tərəfindən həmin bağ sahəsində icra edilməkdədir.

IV. Tətbiq edilən hüquq

13. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanunun: 1.Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: su təchizatı sistemi - suyu mənbədən götürən, təmizləyən və istehlakçıya çatdıran bir və ya bir qrup qurğu, o cümlədən magistral (ümumiləşdirilmiş) və paylayıcı (daxili) su kəmərləri (xətləri) şəbəkəsidir; su təchizatı və kanalizasiya müəssisələri (su təchizatı müəssisələri, kanalizasiya müəssisələri) - mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq müəyyən ərazi (zona) hüdudlarında su təchizatının və tullantı sularının axıdılmasını təmin edən hüquqi şəxsdir; istehlakçı - su təchizatı və kanalizasiya müəssisəsinin xidmətlərindən istifadə edən hüquqi və fiziki şəxsdir; su təchizatı və tullantı sularının axıdılması obyektləri (su təchizatı obyekti, tullantı sularının axıdılması obyekti, obyekt) - daxili (paylayıcı) su kəmərləri və kanalizasiya şəbəkəsi ümumi (magistral) su təchizatı və kanalizasiya sistemlərinə qoşulmuş və ya qoşulmalı olan hər hansı müəssisə, idarə, təşkilat, yaşayış binası, torpaq sahəsi, qurğu, binadır; Maddə 5. Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin göstərilməsi prinsipləri:

1. Su təchizatı və kanalizasiya müəssisələri öz vəzifələrini həyata keçirərkən aşağıdakı prinsiplərə əsaslanırlar: a) su təchizatı, tullantı sularının axıdılması və tullantıların atılması xidmətlərinin göstərilməsində öz xərcinin çıxarılması; b) istehlakçıların müvafiq keyfiyyətli və lazımi miqdarda su ilə, ilk növbədə içməli su ilə təmin olunması; c) su ehtiyatlarından səmərəli istifadə olunması; ç) tullantı suları və tullantıların təmizlənməsi və atılmasının etibarlı sisteminin yaradılması.

2. Su təchizatı və kanalizasiya müəssisələri öz hüquqlarını, səlahiyyətlərini və vəzifələrini qanunvericiliyə və bu maddənin 1-ci bəndinin “a” yarımbəndində nəzərdə tutulan xidmətlərin göstərilməsi haqqında istehlakçılar və ya müvafiq icra hakimiyyəti orqanı (bələdiyyə) ilə bağladıqları müqavilə şərtlərinə riayət etməklə həyata keçirirlər.

3. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqı müqaviləsinin nümunəsi, suyun qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, suyun keyfiyyəti, suyun dəyərinin ödəmə şərtləri və digər məsələlər X4 ilə tənzimlənir. X4 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş X4nın: 1.6. STKM tərəfindən göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün istehlakçı ilə STKM arasında bağlanılmış alqı-satqı müqaviləsinə (bundan sonra – müqavilə) əsasən həyata keçirilir. 1.7. Müqavilələr fiziki şəxslərlə bu Qaydaların 1 nömrəli əlavəsinə, hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə isə bu Qaydaların 2 nömrəli əlavəsi ilə müəyyən edilmiş formalara uyğun bağlanılmalıdır. Müqaviləyə STKM ilə istehlakçı arasında su təchizatı və kanalizasiya sisteminin balans mənsubiyyəti sərhədini müəyyən edən və bu Qaydaların 3 nömrəli əlavəsi ilə müəyyən edilmiş formaya uyğun tərtib edilən akt əlavə edilir. 2.1.2. istehlakçını müqavilədə göstərilən keyfiyyətdə və həcmdə su ilə təmin etmək STKM-in vəzifəsidir. 4.1.1-4.1.2. su təchizatı və kanalizasiya xidmətlərindən və sudan istifadə etmək üçün STKM ilə müqavilə bağlamaq; STKM ilə bağlanılmış müqavilənin şərtlərini yerinə yetirmək istehlakçıların vəzifəsidir. 7.2. STKM smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Su sərfi haqqında məlumatın təqdim edilməsini STKM ilə bağlanılmış müqaviləyə əsasən istehlakçının özü də həyata keçirə bilər. 7.20. STKM suölçən cihaz quraşdırılmış hər bir istehlakçının adına, müqavilə bağlanıldığı gündən fərdi hesab açır.

IV. Məhkəmənin mövqeyi

15. Məhkəmə tərəflərin mövqelərini nəzərə alaraq, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.

16. Məhkəmə qeyd edir ki, iddiaçı 2001-ci il tarixindən ünvan 4 ünvanında, faktiki həyat yoldaşı X1 adına olan bağ evində onunla birlikdə yaşamış, hazırda da həmin ünvanda yaşayır. Həyat yoldaşı 2023-cü ilin 16 mart tarixində vəfat etmiş, hələ sağlığında, 2023-cü ilin yanvar ayında bağ sahəsini iddiaçının adına keçirmişdir. Həmin bağa dair bütün kommunal ödənişləri iddiaçı ödəyir. Qaz sərfinə görə də abonent kimi qeydiyyat Sumqayıt ASAN-da iddiaçının adına dəyişdirilmişdir.

17. Yuxarıda qeyd edilən qanunvericiliyin müddəalarından görünür ki, su təchizatı və kanalizasiya müəssisələri ilə istehlakçı arasında münasibətlər məhz suyun alqı-satqısı müqaviləsi bağlandığı andan yaranır. Su təchizatı və kanalizasiya müəssisələri hər bir istehlakçının adına alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır. Nəzərə alınmalıdır ki, müqavilə üzrə tərəflər, yəni su təchizatı və kanalizasiya müəssisə ilə istehlakçı bir-birləri qarşısında üzərlərinə götürdükləri öhdəlikləri icra etməlidirlər.

18. İş materiallarına əlavə edilmiş Sumqayıt bələdiyyəsi “Xəzər” Bağçılıq Cəmiyyəti üzrə 1 saylı məhəllə komitəsi tərəfindən verilmiş 103 nömrəli, xx.xx.2025-ci il tarixli arayışa əsasən, Narlı bağ küçəsində mərhum abonent X1 abonent saldosunda qeyd olunmuş ünvan olan Sumqayıt şəhəri, Xəzər bağları, ev 334A, abonent kodu **********000 kodu “ünvan 7 ünvanda İddiaçı qeydiyyatsız yaşayır. Bağçının üzvlük kitabçasına əsasən, İddiaçı Xəzər” Bağçılıq Cəmiyyəti üzvlərinin xx.xx.2023-cü il tarixli, 3 nömrəli protokoluna əsasən bağçılıq cəmiyyətinə üzv qəbul edilmişdir.

19. AZ-İİ 318239 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X2 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir.

20. 29.03.2023-cü il tarixli akta əsasən, Sumqayıt şəhəri, Xəzər bağları 783a saylı bağ evində yaşayan X2 2001-ci il tarixindən həmin evdə həyat yoldaşı İddiaçı ilə birlikdə yaşamışdır. Həmin bağ sahəsində başqa şəxs olmamış və burada onlardan başqa heç kim yaşamamışdır. Məmmədov Yaşar 16 mart 2023-cü il tarixində rəhmətə getmişdir. Onun dəfn və bütün yas mərasimlərinin təşkili və həyata keçirilməsi hazırki vaxtadək İddiaçı tərəfindən həmin bağ sahəsində icra edilməkdədir.

21. Göründüyü kimi, iddiaçının iddia olunan mənzil üzərində mülkiyyət hüquqları qeydə alınmasa da, onun həmin əmlaka münasibətdə hüquqları yaranmışdır.

22. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdehin hərəkətsizliyi iddiaçının hüquqlarının tam şəkildə həyata keçirməsini məhdudlaşdırmışdır.

23. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

NƏTİCƏVİ HİSSƏ

24. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 52, 58.7, 69, 75, 78-79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. Sumqayıt şəhəri, Xəzər bağları ünvanında yerləşən 334A nömrəli evə dair **********000 saylı abonent kodunun İddiaçı adına dəyişdirilməsi öhdəliyi cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7 üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

X6-Abbaszadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar