Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-609/2022 25.04.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X5 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “cavabdehin 18 oktyabr 2021-ci il tarixli imtinasının qanunsuz hesab olunması və Şabran rayonu Çölquşçu Bələdiyyəsinin 05 may 2014-cü il tarixli qərarı ilə ona, Şabran rayonu Çölquşçu bələdiyyəsinin ərazisindən ev tikmək məqsədilə ayrılmış 0.12 ha torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Şabran rayonu Çölquşçu Bələdiyyəsinin 05 may 2014-cü il tarixli qərarı ilə ona, Şabran rayonu Çölquşçu bələdiyyəsinin ərazisindən ev tikmək məqsədilə ayrılmış 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, inzibati orqan tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Şabran rayonu Çölquşçu bələdiyyəsi məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ailəsi ilə birlikdə Şabran rayonunda ev tikdirmək qərarına gəlmiş, bunun üçün Şabran rayonu, Çölquşçu bələdiyyəsinə müraciət etmişdir. Həmin Bələdiyyənin 05 may 2014-cü il tarixli qərarı ilə ona Şabran rayonu, Çölquşçu bələdiyyəsinin ərazisindən ev tikmək məqsədilə 0.12 ha torpaq sahəsinin satılması qərara alınmışdır. Qeyd olunan torpaq sahəsinə dair onunla Şabran rayonu, Çölquşçu bələdiyyəsi arasında alqı-satqı müqaviləsi də bağlanmışdır, ləğv olunmuş DTXK Şabran rayon şöbəsi tərəfindən də imzalanıb möhürlənmişdir. Ləğv olunmuş DTXK Şabran rayon şöbəsi tərəfindən 20.05.2013-cü il tarixdə rəy verilmişdir ki, həmin torpaq sahəsinin satış məqsədilə açıq hərrac və ya müsabiqəsinə çıxarılması qanunamüvafiqdir. Şabran rayonu, Çölquşçu bələdiyyəsi tərəfindən həmin X10ı da hazırlanıb iddiaçıya təhvil verilmişdir. Şabran rayon İcra Hakimiyyətinin Tikinti və Memarlıq şöbəsi tərəfindən həmin torpaq sahəsinin ayrılmasının məqsədəmüvafiq hesab etdiyi rəy də verilmişdir. Ona ayrılmış torpaq sahəsinin dövlət rüsumunu da Bələdiyyənin hesabına kassa mədaxil orderinə qəbzlə ödəmişdir. İddiaçı hesab edir ki, həmin torpaq sahəsinin ayrılması tam qanun vericilikdə nəzərdə tutulmuş qaydada həyata keçmişdir. Əvvəllər Şabran rayon sakini X7 hazırkı torpaq sahəsinə iddia etsə də, Sumqayıt İnzibati Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2-1(1181 38/2021 saylı qərarı ilə onun iddiası rədd edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, X4 iddia elədiyi yer iddiaçının yeri ilə üst-üstə düşmədiyi üçün iddia rədd edilməlidir. Qeyd olunan torpaq sahəsinə çıxarışın verilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdeh müraciətinin təmin olunmasından imtina etmişdir. Cavabdehin imtina məktubu onunla əsaslandırılmışdır ki, bələdiyyə ilə iddiaçı arasında alqı-satqı müqaviləsi yoxdur. Halbuki, müraciətə əlavə olunan sənədlərə torpaqların alqı-satqısına dair akt əlavə etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, İddiaçı Şabran rayonu, Çölquşçu kəndi ərazisində yerləşən 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və X10ı və ölçüsünün hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi idarəsinə 14.10.2021-ci il tarixində daxil olmuş ərizə ilə müraciət etmişdir. Ərizəyə 18.10.2021-ci il tarixli **********56 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, “Sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyatına alınması ilə bağlı ərizənizə əlavə edilmiş Şabran rayonu, Çölquşçu bələdiyyəsinin 05.05.2014-cü il tarixli 05 saylı qərarı əsasında satılmış torpaq sahəsinə dair müqavilə təqdim edilməmişdir. Nəzərinizə çatdırırıq ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinə əsasən bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizənizin İcrası tərəfimizdən mümkün olmamışdır." Həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 146-cı maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində bağlanmış əqdlər etibarsız sayılır. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. Vətəndaş tərəfindən yuxarıda qeyd olunan qanuna müvafiq olaraq sənədlərin və ərizənin təqdim olunmaması səbəbindən daşınmaz əmlakın müayinəsi keçrilməmiş, həmin torpaq sahəsinin digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üstüstə düşüb-düşməməsi müəyyən edilməmişdir, ərizəyə dair texniki hissə ilə heç bir münasibət bildirilməmişdir. Cavabdeh iddiaya əlavə münasibətində bildirmişdir ki, Şabran rayonu, Çölquşçu bələdiyyəsinin 05.05.2014-cü il tarixli 05 saylı qərarı əsasında satılmış torpaq sahəsinə dair müqavilə təqdim edilməmişdir. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinə əsasən bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Həmin vaxt qüvvədə olan “Torpaq bazarı haqqında Azərbaycan Respublikasının Qanunun 9-cu maddəsinə əsasən əsasən fərdi yaşayış evinin tikintisi üçün bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələrinə dair müqavilə bağlanılır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında X8 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs iddiaya münasibətində bildirmişdir ki, torpaq sahəsi İddiaçı Təvəkkül oğlu tərəfindən hasara alınmış və bu günə qədər bələdiyəyə həmin torpaq sahəsinə görə torpaq vergisi ödənilməmişdir. O cümlədən 2014-cü ilə qədər bütün sənədlər dövrün bələdiyyələr haqqında qanununa əsasən bibaşa vətəndaş adına rəmiləşdirilirdi. Bələdiyyənin dövlət aktı olmadığı üçün vətəndaş öz adına çıxarış ala bilmir. 2015-ci ildən isə yeni qanunvericiliyə əsasən bələdiyyələr, bələdiyyənin torpaq üzərində mülkiyyət hüququ tanındıqdan sonra torpaq sahəsinə bələdiyyə adına çıxarış ala bilər. Bütün bunları nəzərə alaraq bildirmək istəyir ki, 2014-cü ildə verilmiş həmin torpaq sahəsi Daşınmaz Əmlakın Kadastırı və Ünvan Reyesteri Xidmətinin tabeliyində “Kadastr və Yer Qurluşu Layihə Tədqiqat Mərkəzi” tərəfindən qeydə alınmamışdır. Çölquşçu bələdiyyəsi yalnız Çölquşçu bələdiyyəsinin adına olan Çıxarış və X10 və Ölçü sənədini ala bilər. Ölkə Prezdentinin sərəncamına əsasən sənədsiz tikililərin sənədləşməsini Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Əmlak Xidmətinin tabeliyində Dövlət Reyesteri Xidməti tərəfindən aparılır. Hal-hazırda natamam sənədlər 2 ilə yaxındır ki, Şabran Reyester Xidməti tərəfindən qeydiyyata alınır. Bunun üçün vətəndaş sənədlərini Reyesteri xidmətinə təqdim etməlidir. Bələdiyyə yeni verilən torpaqlara bələdiyyə adma çıxarış ala bilir və notariat qaydada alqı- satqı eldikdən sonra vətəndaş adına çıxarış gələ bilər. Üçüncü şəxs məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı həmdə əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. İddia mahiyyəti baxımından isə aşağıda qeyd edilənlərə əsasən əsaslıdır. Belə ki, iddiaçı Şabran rayonu Çölquşçu Bələdiyyəsinin 05 may 2014-cü il tarixli qərarı ilə ona, Şabran rayonu Çölquşçu bələdiyyəsinin ərazisindən ev tikmək məqsədilə ayrılmış 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını istəyir. İş materialları ilə müəyyən olunur ki, Şabran rayonu İcra Hakimiyyətinin Tikinti və Memarlıq Şöbəsinin 62 nömrəli, 26 aprel 2013-cü il tarixli rəyi ilə Şabran rayon Çölquşçu bələdiyyəsinə məxsus torpaq sahəsindən fərdi mənzil tikintisi məqsədilə ayrılması nəzərdə tutulan torpaq sahəsinə dair sənədlərə baxılmış və sənədlərə əlavə olunmuş situasiya sxeminə uyğun satılan 1200 kv.m torpaq sahəsinin ayrılması məqsədəmüvafiq hesab edilmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şabran rayon şöbəsinin 149 nömrəli 20 may 2013-cü il tarixli rəyi ilə həmin torpaq sahəsinin satış məqsədilə açıq hərrac və ya müsabiqəsinə çıxarılması qanunamüvafiq hesab edilmişdir. Şabran rayon Çölquşçu bələdiyyəsinin 05 may 2014-cü il tarixli, 05 saylı iclas protokolu qərarından çıxarışdan görünür ki, Şabran rayon Çölquşçu bələdiyyəsinin alqısatqı predmeti olan kənd daxilindəki torpaq sahəsindən alqı-satqı qaydasında son 5 ildə daimi qeydiyyatı Çölquşçu kəndində olan İddiaçı Təvəkkül oğluna fərdi mənzil tikintisi məqsədilə 0.12 ha torpaq sahəsi satılması qərara alınmışdır. Bundan sonra 12 may 2014-cü il tarixdə alqı-satqı aktı tərtib edilmiş, akt Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şabran rayon şöbəsinin və Şabran rayon Çölquşçu bələdiyyəsinin möhürü ilə təsdiq edilmişdir. 03 saylı ödəniş qəbzindən görünür ki, torpaq sahəsinin dəyəri tam şəkildə ödənilmişdir. Həmçinin X10ıda mövcuddur. Habelə məhkəmə araşdırması ilə müəyyən olunmuşdur ki, Sumqayıt İnzibati Məhkəməsinin icraatında iddiaçı X2 Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Şabran rayonu, Çölquşçu kəndi ərazisində yerləşən 0.06 ha torpaq sahəsi iddiaçının mərhum nənəsi X1 adına plan ölçü və çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”na dair inzibati iş olmuş, İddiaçı məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmənin 29.06.2021-ci il tarixli, 2-1(118)-38/2021 saylı Qərarı ilə iddia tələbi rədd edilmişdir. Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8.0 və 8.0.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qeyd olunan normanın mənasından göründüyü kimi bələdiyyə orqanları tərəfindən müvafiq olaraq bələdiyyələrə mülkiyyət hüququ ilə məxsus daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. İddiaçıya səlahiyyətli orqanın rəyi əsasında torpaq sahəsinin satılmasına hüququ olan orqan tərəfindən torpaq sahəsi ayrılmış və satılmışdır, həmin qərarın və alğı- satqının hansısa səlahiyyətli qurum və ya məhkəmə tərəfindən ləğv edilməsi müəyyən olunmur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə hesab edir ki, hazırki işdə cavabdeh inzibati orqan tərəfindən iddiaçının sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina edilməsi, onun yuxarıda qeyd olunan hüquqlarının pozulması ilə nəticələnmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinasında və iddiaya etirazında qeyd etdiyi çatışmamazlıqlar iddianın rədd edilməsi üçün əsas təşkil etmir. Cavabdeh inzibati orqan qeyd edir ki, Şabran rayonu, Çölquşçu bələdiyyəsinin 05.05.2014-cü il tarixli 05 saylı qərarı əsasında satılmış torpaq sahəsinə dair müqavilə təqdim edilməmişdir. Bununla bağlı məhkəmə tərəfindən müvafiq araşdırma aparılmış, Şabran rayon Dövlət Arxivi 30 mart 2022-ci il tarixli 15 saylı məktubunda bildirmişdir ki, Şabran rayon Çölquşçu Bələdiyyəsinin fəaliyyətdə olduğu dövrdə rayon arxivinə heç bir sənəd verilməmişdir. Hər bir halda məhkəmə hesab edir ki, faktiki olaraq torpaq sahəsi iddiaçının istifadəsindədir. Səlahiyyətli orqan tərəfindən müvafiq rəy verilmiş, torpaq sahəsinin alqısatqısı həyata keçirilmiş, dəyəri tam şəkildə ödənilmişdir. X10-ölçü sənədi mövcuddur. Həmçinin cavabdeh qeyd edir ki, torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmamışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli Qanununun 9-cu maddəsinə əsasən “bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər”. Göründüyü kimi bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilməsinin istisnalarıda vardır, bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması bunun istisnasını təşkil edir. İddiaçıya torpaq sahəsi ayrılan zaman səlahiyyətli orqan olan AR DTXK-nin Abşeron rayon şöbəsinin müvafiq rəyi alınmışdır. "X10ı və ölçüsü" sənədi mövcuddur. Göründüyü kimi torpaq sahəsi bələdiyyə mülkiyyətində olan torpaqlardan həmin dövrdə salahiyyətli olan orqanın rəyi nəzərə alınaraq satılmışdır. Hazırda da mübahisə predmeti olan torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olan torpaqlardan ayrılması mübahisə olunmur. Bu qeyd edilənlər imtinanın həmin hissədədə əsaslı olmadığını göstərir. Beləliklə qeyd edilən hallar iddianın təmin edilməsi üçün əsas təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Şabran rayonu Çölquşçu Bələdiyyəsinin 05 may 2014-cü il tarixli qərarı ilə İddiaçı, Şabran rayonu Çölquşçu bələdiyyəsinin ərazisindən ev tikmək məqsədilə ayrılmış 0.12 ha torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Şabran rayonu Çölquşçu Bələdiyyəsinin 05 may 2014-cü il tarixli qərarı ilə İddiaçı, Şabran rayonu Çölquşçu bələdiyyəsinin ərazisindən ev tikmək məqsədilə ayrılmış 0.12 ha torpaq sahəsi üzərində hüquqlarının(mülkiyyət hüququ) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-609/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-609/2022
25.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver