Məhkəmə qərarları › İş №2-1(118)-61/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-61/2023

28.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-61/2023 28.07.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X18 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı2 Ağamalı oğlunun və İddiaçı1 Ağamalı oğlunun cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Cavabdeh Abşeron rayonu, Məmmədli kəndində yerləşən, 2.17 ha torpaq sahəsinə dair İddiaçı2 Ağamalı oğlunun və İddiaçı1 Ağamalı oğlunun mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtina edilməsi əsassız hesab edilməklə, Abşeron rayonu, Məmmədli kəndində yerləşən, 2.17 ha torpaq sahəsi üzərində İddiaçı2 Ağamalı oğlunun və İddiaçı1 Ağamalı oğlunun mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması”na dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçılar İddiaçı2 Ağamalı oğlu və Baxşəliyev X16 rayonu, Məmmədli kəndində yerləşən, 2.17 ha torpaq sahəsi üzərində İddiaçı2 Ağamalı oğlunun və İddiaçı1 Ağamalı oğlunun mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçıların müraciətinin təmin edilməsindən imtina edilmişdir. Abşeron rayon Məmmədli bələdiyyəsi məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılır ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən ümumi sahəsi 2.17 ha olan torpaq sahəsi Abşeron Rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli 64 nömrəli Qərarına əsasən X2 və onun ailə üzvlərinin - X9, İddiaçı2 Ağamalı oğlu və İddiaçı1 Aağamalı oğlunun birgə istifadə və mülkiyyətinə verilmişdir. Dövlət Torpaq və Xəritəşəkmə Komitəsi tərəfindən xx.xx.2006-cı il tarixli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı JN-0357, kod 30800108 verilmişdir. Mülkiyyətçilərin birgə xx.xx.2006-cı il tarixli 594 qeydiyyat nömrəli ərizəsinə əsasən ümumi sahəsi 2.17 ha olan bu torpaq sahəsinə dair X6, X4, İddiaçı2 Ağamalı oğluna və İddiaçı1 Ağamalı oğluna ümumi birgə mülkiyyət hüququnun olması müəyyən edilmişdir. X2 xx.xx.2019-cu il tarixdə, anaları X10 isə xx.xx.2021-ci il tarixdə vəfat etdikdən sonra, Abşeron rayonu, 2 saylı Notariat ofisində vərəsəlik işi açılmış və uşaqları olan vərəsələrə torpaq sahəsinə dair 08 iyun 2021-ci il tarixində qanun üzrə 2V-113 və 2V- 114 reyestr N-li qanun üzrə vərəsəlik şəhadətnamələri verilmişdir. Vərəsəlik şəhadətnamələrindən görünür ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 2.17 ha torpaq sahəsi iddiaçılar arasında bölünmüş, hər birinin payı müvafiq olaraq 0.5425 ha artmış və hazırda hər birinə düşən torpaq sahəsi 1.085 ha olmaqla, ümumi 2.17 ha təşkil edir. Bundan sonra iddiaçılar İddiaçı2 və İddiaçı1 qeyd olunan torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatı üçün Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4saylı Abşeron Ərazi İdarəsinə müraciət etmişlər. Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2021ci il tarixli **********82 saylı məktubuna əsasən qeyd olunan torpaq sahsinə dair daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından İddiaçı1 Ağamalı oğluna, xx.xx.2021-ci il tarixli **********81 saylı məktubuna əsasən isə qeyd olunan torpaq sahasinə dair daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından İddiaçı2 Ağamalı oğluna imtina edilmişdir. Səbəb olaraq isə torpaq sahəsinin sənəd üzərində yerləşməsi ilə faktiki müraciət edilən yer arasında uyğunsuzluq olduğu, yerin guya 6500 m fərqli yerləşməsi müəyyən olunmuşdur. Buna əsasən də, cavabdeh tərəfindən “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinin müddəalarına əsasən ərizələrin icrasından imtina edilmişdir. İnzibati orqanın bu imtinası ilə razı olmayaraq, onu əsassız və qanunsuz hesab edirlər. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2009-cu il tarixli 116 saylı Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»də hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək; üzərində binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri və müəssisələr olan torpaq sahələrinin bir hissəsi üzərində hüquqların, həmin hüquqlar dövlət reyestrində dövlət qeydiyyatına alındıqdan sonra başqa şəxsə keçməsi və ya məhdudlaşdırılması (yüklənməsi) hallarında bu sahənin yeni planının və ölçüsünün çəkilməsini təmin etmək; tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin və müəssisələrin inventarlaşdırılmasmı həyata keçirmək DƏDRXnin vəzifəsi kimi müəyyən edilmişdir.( 9.11, 9.23 və 9.24-cü bəndlər). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Lakin, Cavabdeh bizə Abşeron Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli 64 nömrəli Qərarına və DTXK-nin xx.xx.2006-cı il tarixli, JN-0357 (KOD ********) saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına, həmçinin Abşeron Rayonu 2 saylı Notariat Ofisinin 2V-113 və 2V-114 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnamələri əsasında Abşeron rayonu, Məmmədli kəndində yerləşən, 2.17 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtina etdikdə həmin maddədə göstərilmiş heç bir hala əsaslanmamışdır. Bundan başqa, JN-0357(KOD ********) saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunmamış və ya ləğv edilməmiş bugünə kimi qüvvədədir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar, sənədlərin siyahısı, həmin sənədlərə dair tələblər, hüquqların dövlət qeydiyyatından imtina üçün əsaslar müəyyən olunmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli Qərarında mülkiyyət hüququnun obyekti kimi torpağın Konstitusiyada təsbit olunmuş xüsusi əhəmiyyətini və ondan səmərəli istifadə edilməsinin vacibliyini nəzərə alaraq Konstitusiya Məhkəməsi qeyd etməyi zəruri hesab etmişdir ki, torpaq üzərində hüquqların dövlət qeydiyyatı aparılarkən müvafiq icra hakimiyyəti orqanı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda göstərilən tələblərə daha diqqətlə yanaşmalı, təqdim olunan sənədlərin qanunvericilikdə göstərilən tələblərə uyğun olub- olmamasmm yoxlanılmasına xüsusi diqqət yetirməlidir. Hazırki iş üzrə isə mübahisələndirilən inzibati aktın qəbulunu istisna edən hər hansı qanuni hal mövcud deyil və ya cavabdeh bu kimi halların hansına istinad etməsini əsaslandırmır, sadəcə formal mülahizələrə əsasən iddiaçıların müraciətinin təmin olunmasından imtina etmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında iddiaçılar İddiaçı2 Ağamalı oğlu və İddiaçı1 Ağamalı oğlu iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddinaın təmin eidlmsini məhkəmədən xahiş etmişdirlər. Cavabdeh etirazında qeyd edir ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən, torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddiaçının 09 iyun 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciəti olmuşdur. Aparılan araşdırma zamanı, sözügedən torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə faktiki müraciət edilən yer arasında uyğunsuzluq olduğu, yerinin (6500 metr) dəyişdirildiyi aşkar edilmişdir. Belə ki, Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli, 64 nömrəli qərarı ilə ayrılmış 2,17 ha torpaq sahəsi JN-0357, KOD 30800108 nömrəli Dövlət Aktına əsasən müəyyən edilmiş koordinatlar sərhəddində istifadə olunmamış, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin veri sənəd üzrə koordinatlara uyğun olaraq müəyyən edilmiş yerdən 6500 metr uzaqlıqda yerləşməklə verinin dəyişdirildiyi aşkar olunmuşdur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İ, İİ, İİİ və İV hissələri). Mülkiyyət hüququ “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra - Konvensiya) 1 saylı Protokolunun 1-ci maddəsində də öz əksini tapmışdır. Məhkəmələrin mülkiyyət hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi ondan ibarətdir ki, bu hüququn məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2011-ci il tarixli Qərarı). Konstitusiyanın 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-cu və 146-cı maddələrinə müvafiq olaraq, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. Qanununun 8-ci maddəsinə əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdınlmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti (Azərbaycan Respublikasının müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur) və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar bu Qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti və digər müvafiq yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur) tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur) tərəfindən müəyyən edilən sənədlər əsaslar hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1- ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15- ci maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli qərarında torpaq üzərində hüquqların dövlət qeydiyyatı aparılarkən müvafiq icra hakimiyyəti orqanının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda göstərilən tələblərə daha diqqətlə yanaşmalı olması, təqdim olunan sənədlərin qanunvericilikdə göstərilən tələblərə uyğun olub-olmamasının yoxlanılmasına xüsusi diqqət yetirməsinin vacibliyi xüsusi olaraq qeyd edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Həmin Qanunun 15-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X15 iştirak etmiş, izahatında torpaq sahəsinin üst-üstə düşməsi ilə bağlı bir halın artıq mövcud olmadığını qeyd etmişdir. Abşeron rayon Məmmədli Bələdiyyəsi iddiaya münasibətində qeyd edir ki, Abşeron rayonu Məmmədli bələdiyyəsi ərazisində kənd təsərrüfatı təyinatlı, yaşayış məntəqələri torpaqları və ehtiyyat fond torpaqlarına aid dövlət aktları və dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinin çıxarışlarının torpaq sahəsinin plan ölçülərində və kadastr məlumatlarında təhriflər mövcuddur. Belə uyğunsuzluqları aradan qaldırılması və mülkiyyətçilərin mülkiyyət sənədlərinin istifadələrinə uyğunlaşdırılması, naturada yerləşən koordinatlar üzrə sənədlərin uçotu işi ƏMDK-in DƏDRK tərəfindən aparılır. Mülkiyyətçi X6, X4, İddiaçı1 Ağaməli oğluna və İddiaçı2 Ağamalı oğluna Abşeron rayonu Aqrar İslahat Komissiyasının 21 dekabr 1997-ci 15 saylı qərarı ilə ayrılmış torpaq sahəsi neft kəmərinin mühafizə ərazisində yerləşdiyi üçün daha sonra Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli 64 nömrəli qərarı ilə hal-hazırda istifadə olunan torpaq sahəsi ilə əvəzləşdirilmişdir. İddiaçıların mülkiyyət hüququnun “ÇİXARİŞ”-İa dövlət reyestində qeydiyyata alınmalı olan 2.17 ha torpaq sahəsinində ölçüləri yerində istifadə olunan koordinatlarla işlənib təsdiq edilmişdir. Aiddiyyatı üzrə 3.56 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi naturada ölçülüb qeyd edilmişdir. Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli qərarı ilə ayrılmış 2.17 ha torpaq sahəsinin iddiaçıların istifadələrində olan natura üzrə koordinatlarla qeydiyyata alınıb dövlət reyestrində “ÇİXARİŞ”-la rəsmiləşdirilib plan və ölçüsünün verilməsinə etiraz etmirlər. Üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı həmdə əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçıların hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və iddiaçılar məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişlər. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. İddia mahiyyəti baxımından isə aşağıda qeyd edilənlərə əsasən əsaslıdır. Belə ki, Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli, 64 nömrəli Qərarı ilə cizgidə göstərilən sərhəd daxilində 2.17 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə X13, X10, İddiaçı1 Ağaməli oğlu, İddiaçı2 Ağaməli oğlunun mülkiyyətinə verilmişdir. Bu barədə JN 357, KOD 30800108 Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı işlənmişdir. İş materilları ilə müəyyən olunur ki, İddiaçı1 və İddiaçı2 X5 və X3 qanun üzrə vərəsəsidir. İddiaçılar Abşeron rayonu, Məmmədli kəndində yerləşən, 2.17 ha torpaq sahəsinə dair İddiaçı2 Ağamalı oğlunun və İddiaçı1 Ağamalı oğlunun mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, aparılan araşdırma zamanı, sözügedən torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə faktiki müraciət edilən yer arasında uyğunsuzluq olduğu, yerinin (6500 metr) dəyişdirildiyi aşkar edilmişdir. Belə ki, Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli, 64 nömrəli qərarı ilə ayrılmış 2,17 ha torpaq sahəsi JN-0357, KOD 30800108 nömrəli Dövlət Aktına əsasən müəyyən edilmiş koordinatlar sərhəddində istifadə olunmamış, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin yeri sənəd üzrə koordinatlara uyğun olaraq müəyyən edilmiş yerdən 6500 metr uzaqlıqda yerləşməklə yerinin dəyişdirildiyi aşkar olunmuşdur. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmamışdır. Məhkəmə araşdırması zamanı iddiaçıların faktiki istifadəsində olan torpaq ahəsində digər şəxslərə məxsus torpaq sahəsi ilə üst-üstə düşmə halının olması ilə bağlı mütəxəsis rəyi tələb edilmiş, mütəxəssis rəyində üst-üstə düşmə halının olması qeyd edilmişdir. Lakin məhkəmə prosesi gedişində belə bir halın ortadan qalxdığı müəyyən edilmişdir. Beləki, Abşeron rayon Məmmədli Bələdiyyəsi məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmiş, bələdiyyə iddiaya münasibətində qeyd etmişdir ki, mülkiyyətçi X6, X4, İddiaçı1 Ağaməli oğluna və İddiaçı2 Ağamalı oğluna Abşeron rayonu Aqrar İslahat Komissiyasının 21 dekabr 1997-ci 15 saylı qərarı ilə ayrılmış torpaq sahəsi neft kəmərinin mühafizə ərazisində yerləşdiyi üçün daha sonra Aqrar İslahat Komissiyasının xx.xx.2005ci il tarixli 64 nömrəli qərarı ilə hal-hazırda istifadə olunan torpaq sahəsi ilə əvəzləşdirilmişdir. İddiaçıların mülkiyyət hüququnun “ÇİXARİŞ”-İa dövlət reyestində qeydiyyata alınmalı olan 2.17 ha torpaq sahəsinində ölçüləri yerində istifadə olunan koordinatlarla işlənib təsdiq edilmişdir. Aiddiyyatı üzrə 3.56 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi naturada ölçülüb qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı Abşeron rayonu, Məmmədli kəndi üzrə pay torpaq sahəsinə dair subyektlərin siyahısından X13 və onun ailə üzvlərinin adları qeyd olunmuş hissədən, eləcə də Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 15 saylı Qərarından çıxarışların, həmçinin qaz kəmərinin mühafizə zonasında yerləşdiyi üçün pay torpağının əvəzləşdirilməsinə dair Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli, 64 nömrəli Qərarı və onun işlənilməsinə əsas olmuş sənədlərin təsdiq olunmuş surəti məhkəməyə təqdim edilmişdir. (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Kadastr və Yerquruluşu Layihə-X26 Məsuliyyətli Cəmiyyətinin 19 iyun 2023-cü il tarixli, 3-21-3-60/2-1383/2023 saylı məktubu və Abşeron rayon Dövlət Arxivinin 12 iyul 2023-cü il tarixli, T/551 saylı məktubu) Təqdim edilmiş sənədlərdən görünür ki, X14 və X1 rayon Aqrar İslahat Komissiyasının 21 dekabr 1997-ci il tarixli, 15 saylı Qərarı ilə Məmmədli kəndi ərazisində uyğun olaraq JN 357 və JN 358 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə 3.60 ha və 2.17 ha olmaqla cəmi 5.77 ha torpaq sahəsi almışdırlar. Sonradan Qaradağ-Digah magistral qaz kəmərinin çəkilişi ilə əlaqədar olaraq onların pay torpaqları yüksək təzyiqli qaz kəmərinin mühafizə zonasına düşmüşdür. Odur ki, Abşeron rayon Aqrar islahat Komissiyasının 28 dekabr 2005-ci il tarixli, 64 saylı Qərarı ilə X7 məxsus olan 3.60 ha torpaq sahəsi və X8 məxsus olan 2.17 hektar pay torpaq sahələrinin eyni ölçülü və eyni keyfiyyətli bələdiyyə torpaqları ilə əvəz edilməsi qərara alınmışdır. Məhkəmə qeyd edir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarının hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun aradan qaldırılması barədə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərman imzalanmışdır. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: (2.3.1) torpaqlardan istifadədə mövcud uyğunsuzluqların şəhər, qəsəbə və kənd ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələri əsasında aradan qaldırılması; (2.3.2) torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi; (2.3.3) torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, torpaqların elektron kadastr uçotu informasiya sistemində zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməsi; (2.3.4) ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; (2.3.5) ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Həmin Fərmanın icrası ilə əlaqədar torpaqların istifadəsində mövcud olan uyğunsuzluqların və çatışmamazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması istiqamətində Məmmədli qəsəbəsi ərazisində aparılmış işlərin yekunlaşıb yekunlaşmaması, iddiaçılar İddiaçı1, İddiaçı2 JN-0357, KOD 30800108 nömrəli Dövlət Aktına əsasən birgə mülkiyyətində olan Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli, 64 nömrəli qərarı ilə ayrılmış Abşeron rayonu, Məmmədli kəndində yerləşən 2,17 ha torpaq sahəsinin hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə faktiki istifadədə olan torpağın məkan göstəriciləri arasında uyğunsuzluqların aradan qaldırılıb-qaldırılmaması ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılmış və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin 20 iyun 2023-cü il tarixli, 3-21-3-32/2-6884/2023 saylı cavab məktubunda qeyd edilmişdir ki, torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə naturada yerləşməsi arasında fərq mövcuddur və mübahisə predmeti olan torpaq sahəsinin yerləşdiyi ərazidə qeydiyyata alınmış faktiki koordinatları əsasında aparılan təhlillər və sistemləşdirilmə işləri başa çatdırılmamışdır, həmçinin faktiki torpaq sahəsində üst-üstə düşmə halı aşkarlanmamışdır. Faktiki torpaq sahəsində üst-üstə düşmə halının olmaması məhkəmə iclasında cavabdehin nümayəndəsi tərəfindən də təsdiqlənmişdir. Məhkəmə qeyd edir ki, torpaq sahəsinin hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə faktiki istifadədə olan torpağın məkan göstəriciləri arasında uyğunsuzluq olduğu halda həmin uyğunsuzluğu aradan qaldırılması cavabdeh orqanın səlahiyyətinə aid edilmiş məsələdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya digər öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə əsasən, Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. “Vətəndaşların qanuni istifadəsindəki torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən, vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir və fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən sənədlər və qanun normaları iddianın təmini üçün əsas təşkil edir. İddiaçılar 2.17 ha torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını istəyir. İş materillarına əlavə edilmiş qanun üzrə vərəsəlik haqqında şəhadətnamələrdən görünür ki, İddiaçı2 Ağamalı oğlu və Baxşəliyev X11 Ağaməli Sövdüm oğlu, X3 qanun üzrə vərəsələridir onların hər biri miras əmlakdan ½ irs almalıdır. Şəhadətnamələrdə mərhumların hər birinə 2.170002 ha torpaq sahəsindən 0.5425005 ha torpaq sahəsinin düşdüyü qeyd edilmişdir. Beləliklə məhkəmə qeyd edir ki, iddiaçıların 2.170002 ha torpaq sahəsindən paylı mülkiyyətçi kimi öz paylarına, habelə mərhumların hər birinə düşən 0.5425005 ha x2=1.085001 ha torpaq sahəsinə qanun üzrə vərəsə kimi mülkiyyət hüquqları vardır. Bu halda isə 2.17 ha torpaq sahəsi üzərində iddiaçıların paylı mülkiyyət hüququ yaranmış olur. Yuxarıda qeyd edilənlər iddianın əsaslı olduğunu göstərir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Ona görə də məhkəmə hesab edir ki iddia təmin edilməli, cavabdeh inzibati orqanın Abşeron rayonu, Məmmədli kəndində yerləşən, 2.17 ha torpaq sahəsinə dair İddiaçı2 Ağamalı oğlunun və İddiaçı1 Ağamalı oğlunun mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtinası əsassız hesab edilməli, Abşeron rayonu, Məmmədli kəndində yerləşən, 2.17 ha torpaq sahəsi (JN-0357, KOD 30800108 nömrəli Dövlət Aktına əsasən götürülməlidir) üzərində İddiaçı2 Ağamalı oğlunun və İddiaçı1 Ağamalı oğlunun mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh inzibati orqanın Abşeron rayonu, Məmmədli kəndində yerləşən, 2.17 ha torpaq sahəsinə dair İddiaçı2 Ağamalı oğlunun və İddiaçı1 Ağamalı oğlunun mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtinası edilməsi əsassız hesab edilməli, Abşeron rayonu, Məmmədli kəndində yerləşən, 2.17 ha torpaq sahəsi (JN-0357, KOD 30800108 nömrəli Dövlət Aktına əsasən götürülməlidir) üzərində İddiaçı2 Ağamalı oğlunun və İddiaçı1 Ağamalı oğlunun mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar