Məhkəmə qərarları › İş №2-1(118)-610/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-610/2022

31.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-610/2022 31.01.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X3 oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Xaçmaz rayon Xudat Bələdiyyəsinə və Cavabdeh2 qarşı “Cavabdeh2 ilə Xudat bələdiyyəsi arasında daşınmaz əmlakın alqı-satqısına dair 16.03.2017-ci il tarixli AN-İ №0614333 saylı müqavilənin cavabdehin adına işlənmiş 07.02.2018-ci il tarixli çıxarışın və Xudat bələdiyyəsinin adına işlənmiş 12.01.2017-ci il tarixli çıxarışın ləğv edilməsi” barədə iddiasına dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ. İddiaçı cavabdehlər Xaçmaz rayon Xudat Bələdiyyəsinə və Cavabdeh2 qarşı “Cavabdeh2 ilə Xudat bələdiyyəsi arasında daşınmaz əmlakın alqı-satqısına dair 16.03.2017-ci il tarixli AN-İ №0614333 saylı müqavilənin cavabdehin adına işlənmiş 07.02.2018-ci il tarixli çıxarışın və Xudat bələdiyyəsinin adına işlənmiş 12.01.2017-ci il tarixli çıxarışın ləğv edilməsi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Xudat şəhəri, K.Zavod qəsəbəsi, yeni yaşayış massivi, T.İsmayılov küçəsində yaşadığı evinin qarşısında əvvəllər boş olmuş və ərazidəki sakinlərin zibilxana kimi istifadə etdikəri 0,02 ha torpaq sahəsinin 1997- 1998-ci illərdə öz zəhməti və vəsaiti hesabına yararlı hala gətirərək, orada bağ salmış, uzaq məsafədən həmin əraziyə su xətti çəkmiş və dəmir torlarla hasara alaraq şəxsi bağı kimi istifadə etmişdir. Qeyd olunan torpaq sahəsi uzun müddət yəni 1997-ci ildən etibarən istifadəsində olduğuna görə Xudat bələdiyyəsi yaradıldıqdan sonra dəfələrlə o torpaq sahəsini almaq üçün müraciətlər etmişdir. Lakin bələdiyyədən bildirilmişdir ki, torpaq sahəsi hələlik bələdiyyənin mülkiyyətində deyil, torpaq sahəsinin bələdiyyənin mülkiyyətinə rəsmiləşdirəndən sonra ona satıla bilər. Təxminən 20 il ərzində heç bir etiraz, pretenziya və ya iddia qaldırlmamış, torpaqdan şəxsi əmlakı kimi istifadəsinə heç bir etiraz hər hansı bir orqan tərəfindən, o cümlədən Xudat bələdiyyəsi tərəfindən bildirilməmişdir. Nəhayət, 12.01.2017-ci il tarixli çıxarış əsasında Xudat bələdiyyəsi iddiaçının istifadəsində olan 0,02 ha torpaq sahəsinə və Cavabdeh2 qaynanası Nailə Məmmədovanın istifadəsinə olan 0,02 ha torpaq sahəsinə bütövlükdə yəni 0,04 ha torpaq sahəsinə bələdiyyə mülkiyyəti kimi çıxarış almış və 16.03.2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqısına dair müqavilə əsasında 0,04 ha torpaq sahəsini Cavabdeh2 satmışdır. Qeyd olunan torpaq sahəsinin cavabdehə satılması qanunsuz olduğuna görə həmin alqı-satqı müqaviləsi ləğv edilməlidir. Belə ki, Xudat bələdiyyəsindən ünvanına göndərilmiş 02.03.2017- ci il tarixli 82 №-li bildiriş məktubundan görünür ki, bələdiyyə iddiaçının evinin qarşısında yerləşən istifadəsində olan 0,02 ha torpaq sahəsini bələdiyyəyə qaytarılmasını, əks halda müvafiq tədbir görüləcəyini bildirmişdir. Torpaq sahəsi iddiaçı tərəfindən bələdiyyəyə qaytarılmadığına görə və hazırda da istifadəsində olduğuna görə birinci növbədə bələdiyyə istifadəsində olan torpaq sahəsinin boşaldılaraq bələdiyyənin istifadəsinə qaytarılması barədə müvafiq iddia ilə müraciət etməli, yəni torpağı satış üçün boşaldılmasını təmin etməli, bundan sonra həmin torpağa bir neçə iddialı şəxs olduğuna görə hərraca çıxarmalı və hərrac vasitəsilə satmalı idi. Bələdiyyə cavabdehlə hansısa razılaşma əsasında iddiaçının xəbəri olmadan bütün bu işləri görmüş, nəticədə torpaq sahəsini qanunsuz olaraq cavabdehə satmışdır. Torpaq sahəsinin həqiqətən də uzun müddət iddiaçının istifadəsində olması Xudat şəhər İƏD-nin aparıcı mütəxəssisi Həmid Eldarovun qonşulardan İldırım Sədirovun və Munavər Yaqubovanm iştirakı ilə tərtib edilərək rəsmi qaydada təsdiqlənmiş 07.08.2018-ci il tarixli rəsmi aktla, Xudat şəhər İƏD-nin nümayəndəsinin 07.08.2018-ci il tarixli 1357 saylı rəsmi arayşı ilə tam təsdiqin tapır. Qeyd olunan sənədlərdə göstərilir ki, 0,02 ha torpaq sahəsi 1998-ci ildən bu günə qədər iddiaçının istifadəsindədir. “Torpaq bazarı haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən bələdiyyələr satışa çıxarılan sərbəst torpaq sahələri və yeni torpaqların mülki dövriyyəyə cəlb edilməsi proqramları barədə əhalini mütəmadi məlumatlandırır, ildə bir dəfə torpaqların dövriyyəsi və istifadə olması barədə məlumat əldə edirlər, satışa çıxarılan torpaq sahələrinə tələb təklifi üstələdiyi hallarda satış hərrac və ya müsabiqə yolu ilə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcələsinin 158.1-cı maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.2 əmlakdan istifadə hüququ; Həmin Məcələsinin 158.2 -ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsi nəzərə alınaraq araşdırılma aparılmışdır. Həmin maddəyə əsasən məhkəmə qaldırılan iddiada yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə iclasında iddiaçıya hüquqi yardım edilmiş, iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddiaçını dinləyərək belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Belə ki, iddiaçı Cavabdeh2 ilə Xudat bələdiyyəsi arasında daşınmaz əmlakın alqısatqısına dair 16.03.2017-ci il tarixli AN-İ №0614333 saylı müqavilənin cavabdehin adına işlənmiş 07.02.2018-ci il tarixli çıxarışın və Xudat bələdiyyəsinin adına işlənmiş 12.01.2017-ci il tarixli çıxarışın ləğv edilməsini istəyir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair 19 may 2014-cü il tarixli qərarındakı hüquqi mövqeyini nəzərə alaraq hesab edir ki, alqı-satqı müqaviləsi əsasında verilmiş çıxarış inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi kimi yox, hüquqi aktın qəbul edilməsi kimi qiymətləndirilməlidir. Müqavilənin etibarsızlığı tələbi isə inzibati məhkəmə icraatının predmeti ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda adı qeyd olunan qərarında qeyd olunmuşdur ki, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. Həmin qərarda qeyd olunur ki, daşınmaz əmlakın alqı-satqısı və dövlət qeydiyyatı ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli yalnız qaldırılmış iddia tələbinin hüquqi təbiətindən, onun mülkihüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi haqqında “20” fevral 2020-ci il tarixli qərarının 9-cu bəndinə əsasən “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 04 nömrəli Qərarına aşağıdakı əlavə və dəyişikliklər edilmişdir:

13. 17-ci bənd aşağıdakı redaksiyada verilsin: “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülkihüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilibkeçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır.” Habelə, məhkəmə iddia ərizəsində tələbin Cavabdeh2 qarşı irəli sürülməsi ilə bağlı qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1-ci maddəsinə əsasən həmin qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Göründüyü kimi inzibati hüquq münasibətlərində cavabdeh kimi mütləq qaydada inzibati orqan çıxış edir. Lakin iddiaçı fiziki şəxsləri cavabdeh olaraq göstərmişdir. Bundan əlavə məhkəmə araşdırması əsasında müəyyən edilmişdir ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəsinin icraatında iddiaçı X1 cavabdeh Xaçmaz rayon Xudat Bələdiyyəsinə qarşı cavabdeh tərəfindən torpaq sahəsinin üçüncü şəxs Cavabdeh2 satılmasına dair 09.03.2017-ci il tarixli, 04 saylı qərarın ləğv edilməsi barədə inzibati iş olmuş, məhkəmənin 2-1(085)-688/2019 saylı, 03.07.2019-cu il tarixli qərardadı ilə iddia tələbi mümkün sayılmamış, məhkəmə tərəfindən iddiaçının iddia tələbi üzrə subyektiv hüququnun olmadığı müəyyən edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia mümkün hesab edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏRARA ALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim: İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar