Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-6100/2025 07.11.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mahmudlu-Abbaszadə Mehriban Tapdıq qızının sədrliyi, məhkəmə iclas katibi Zalov Şahin Elmar oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tabeliyində Ərazi Tikinti- Planlaşdırma Mərkəzi publik hüquqi şəxsinə qarşı “tikiliyə istismara icazə verilməsi ilə bağlı kodun verilməsi” barədə iddia tələbi üzrə iş materiallarına ünvan 2qayıt Məhkəmə Kompleksinin (ünvan: ünvan 2qayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə: MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2qayıt şəhəri, 34-cü məhəllə, 20 Yanvar küçəsi boyunca 5/17 saylı 4 mərtəbəli binanın qarşısında olan 1 mərtəbəli 29 kv.metr sahədə yerləşən ticarət obyektinə tiktintinin istismara icazə verilməsi ilə bağlı tikintilərin dövlət reyestri tərəfindən kodun verilməsi öhdəliyinin AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tabeliyində Ərazi Tikinti-Planlaşdırma Mərkəzi PHŞ-in üzərinə vəzifə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, AR ünvan 2qayıt şəhər icra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli, 254 nömrəli Sərəncamı ilə X3 ünvan 2qayıt şəhəri, 34-cü məhəllə ərazsində 29 kv.m sahədə ticarət obyektinin tikintisinin layihələndirilməsinə icazə verilmişdir. Həmin Sərəncamda layihələndirilmə işi ilə əlaqədar ünvan 2qayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinə müvafiq tapşırıqlar verilmişdir. Bundan sonra, ünvan 2qayıt şəhər Memarlıq və Şəhərsalma idarəsi tərəfindən həmin yerdə ticarət obyektinin tikintisi dövlət orqanları ilə razılaşdırılmışdır. Bununla bağlı sənədlər ərizəyə əlavə edilmişdir. Müvafiq razılıqlar əldə edildikdən sonra qeyd olunan ticarət obyektinin tikintisi həyata keçirilmiş və təyinatına uyğun fəaliyyətə başlamışdır. Həmin ticarət obyekti İddiaçı xx.xx.2018-ci il tarixdə notarial müqavilə əsasında X2 69.000 (altmış doqqquz min) manata almışdır. X1 həmin tarixdə iddiaçıya 50 il müddətinə sözügedən ticarət obyektinə dair bütün hüquqları ona etibar etmişdir. Bundan sonra, bütün sənədləşdirmə işləri iddiaçı tərəfindən aparılmış və həmin vaxtdan obyektin sahibi iddiaçıdır. Sözügedən obyektə dair Dövlət Reyestrindən çıxarış əldə etmək üçün AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı ünvan 2qayıt Ərazi İdarəsinə müraciət etdikdə ona ticarət obyektinin layihəyə uyğunluğunun yoxlanılması tapşırıldı. Bununla bağlı iddiaçı ilə AR FHN Tikintidə Nəzarət Dövlət Agentliyinin “Azərdövlətlayihə” Dövlət Baş Lahiyə institutu arasında xx.xx.2023-cü il tarixli müqavilə bağlanmış və işlərin aparılmasına görə, iddiaçı tərəfindən 873 (səkkiz yüz yetmiş üç) manat məbləğində pul ödənmişdir. Daha sonra, bu razılıq da əldə olunmuş, FHN-nin xx.xx.2025-ci il tarixli, 05580 nömrəli rəyi ilə tikintinin istismara hazır olması bildirilmiş və qeyri-yaşayış təyinatlı tikinti obyekti icazə verilməsi ilə bağlı kodun təqdim olunması üçün cavabdeh təşkilata müraciət edilsə də, cavabdeh təşkilat obyektin vətəndaşların ümumi istifadəsi üçün nəzərdə tutulan yerdə yerləşərək gediş-gəlişə maneə yaratması bəhanə etməklə kodun verilməsindən imtina edilmişdir. İddiaçı cavabdeh təşkilatın imtinasını qanunsuz və əsasız hesab edir. Belə ki, bu imtina ona ticarət obyektinə Dövlət Reyestrindən çıxarış almağa mane olur. Cavabdehin qeyd etdiyi çatışmazlıqları aradan qaldırmaq üçün bina gərək ki, sökülsün və yenidən tikilsin. Bu isə mümkün deyil, çünki bu tikintiyə müvafiq orqanlar tərəfindən icazə verilib, tikinti başa çatdırılıb və obyekt artıq 11 ildir təyinatına uyğun fəaliyyət göstərir. Cavabdeh təşkilatın bu imtinası iddiaçının hüquqlarını məhdudlaşdırır. Ona görə də, iddiaçı məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdeh təşkilatın bəhanə etdiyi məsələlər FHN-nin fəaliyyət dairəsinə aiddir və onların təqdim etdiyi rəydə də belə bir nöqsan qeyd edilməmişdir.
3. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, iddiaçının iddiası əsassızdır və rədd edilməlidir. İddiaçı öz iddiasında əsaslandığı faktları və digər sübutetmə vasitələrini qeyd etməmiş, yalnız qanunvericiliyin bu işə heç bir aidiyyəti olmayan maddələrini sadalamaqla kifayətlənmişdir. Halbuki, bunun qeyd edilməsi çox vacibdir. İddiaçı əsaslandığı faktları və digər sübutetmə vasitələrini qəsdən öz iddiasına daxil etmir. İddiaçı məxsus tikinti obyektinə dair kodun verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin üzərinə qoyulması qeyri-mümkündür. Belə ki, Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında” 2019-cu il 19 mart tarixli 597 nömrəli Fərmanına ilə təsdiq edilmiş Nizamnaməsinə əsasən, Mərkəz şəhərsalma, ərazi planlaşdırılması və arxitektura sahələrində (Sifarişçinin sorğusu ilə Bakı şəhərinin ərazisində aparılacaq tikintinin icazə verilən parametrlərinin verilməsi, dövlətə və bələdiyyəyə məxsus torpaq sahəsinin ayrılması ilə bağlı tikinti niyyətinə dair rəy verilməsi, Bakı şəhərinin inzibati ərazisində yol və mühəndis-kommunikasiya təminatı sistemi üçün trasların müəyyənləşdirilməsi, təsdiq üçün təqdim edilən şəhərsalma əsaslandırılması layihələrinin yoxlanılması, tikintisinə icazə tələb olunan tikinti layihələrinin şəhərsalma sənədlərinə uyğunluğunun yoxlanılması, tikilinin istismarına icazə verilməsi ilə bağlı Bakı şəhərinin ərazisində yerləşən tikinti obyektlərinə baxış keçirilməsi, Bakı şəhərinin inzibati ərazisində tikintiyə icazənin müddətinin uzadılması ilə bağlı sənədlərin tərtibi, Mərkəzin arxivində saxlanılan sənədlərin surətlərinin verilməsi, Bakı şəhərinin inzibati ərazisində açıq sahələrdə əsaslı tikili olmayan iaşə obyektlərinin və səyyar ticarət obyektlərinin yerləşdirilməsinin və quraşdırılmasının uyğunluğunun müəyyənləşdirilməsi) xidmətlər göstərən, dövlət siyasətinin həyata keçirilməsində iştirak edən publik hüquqi şəxsdir. Yəni müvafiq Fərmandan da göründüyü kimi, Mərkəz tikinti obyektinə dair kodun verilməsi xidmətini göstərmir.
4. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinə uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir.
6. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinin tələbinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
II. İddianın mümkünlüyü
7. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s.) məruz qoyula bilər, amma ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.
8. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
9. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
10. Belə ki, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanunqüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir.
11. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015ci il tarixli № 05 qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
12. İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.
13. Məhkəmə ilk növbədə qeyd edir ki, cavabdeh Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsi olmalı olduğu halda, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tabeliyində Ərazi Tikinti-Planlaşdırma Mərkəzi publik hüquqi şəxsi qeyd edilmişdir. İddiaçının Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinə müraciətinin olub-olmaması barədə xx.xx.2025-ci il tarixli məhkəmə iclasında sual verilmiş, iddiaçının isə doğru cavabdehə yazılı müraciətinin olmaması bildirilmişdir.
14. Göründüyü kimi, iddiaçı tərəfindən iddia ərizəsindəki tələb ilə düzgün cavabdehə müraciət edilməsi halı müəyyən edilmir.
15. Göstərilənlərə əsasən, işin hallarına qiymət verərək məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən iddia ərizəsində göstərilən tələblə doğru cavabdehə müraciət edilməsi halı mövcud olmaması səbəbindən iddiaya baxılması mümkün deyildir.
16. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
17. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmır. Qərardaddan rəsmi qaydada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində ünvan 2qayıt İnzibati Məhkəməsi vasitəsilə ünvan 2qayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 2qayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər.
X5-Abbaszadə