Məhkəmə qərarları › İş №2-1(118)-6102/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-6102/2024

22.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-6102/2024 22.10.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu, Qobu qəsəbəsinin bələdiyyə ehtiyat fondundan bələdiyyə qərarı ilə mənə ayrılmış 0,08 ha 1193 saylı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarımın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, torpağa aid olan-ölçünün və digər texniki sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddiasına dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı adından X3 yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Abşeron rayonu X2 12 fevral 2007-ci il tarixli,03 saylı Qərarına əsasən İddiaçı Abşeron rayonu Qobu qəsəbəsinin bələdiyyə ehtiyat fondunun alqı-satqı predmeti torpaq sahəsindən fərdi mənzil tikintisi məqsədilə alqı-satqı qaydasında 0,08 ha torpaq sahəsi ayrılmışdır. 0,08 ha 1193 saylı torpaq sahəsinə aid Qobu Bələdiyyəsinin nümayəndələri tərəfindən Cizgi aktı tərtib edilmiş, torpaq yerində ölçülüb ayrılmış, bütün sərhəd dönüşlərində nişangahlar qoyulmuş və torpaq sahəsi 12 fevral 2007-ci il tarixdə təhvil verilmişdir. Təhvil verilmə aktı Bələdiyyə nümayəndələri tərəfindən imzalanmış, Abşeron Rayon İcra Hakimiyyəti Memarlıq Tikinti Şöbəsinin müdiri və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin müdiri ilə razılaşdırılmaqla Qobu Bələdiyyəsinin sədri tərəfindən təsdiq edilmişdir. Kapital bank vasitəsilə torpağın dəyəri ödənilmişdir. Torpaq sahəsi üzərində hüquqların qeydə alınması üçün 25 may 2024-cü ildə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmişdir, 16.08. 2024-cü il tarixində əsassız olaraq ərizəmin icrasından imtina edilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq baxılması mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi kimi özünü təqdim edən X3 iştirak etmiş, lakin onun iddiaçını təmsil etmək səlahiyyəti olmadığından həmin şəxs proses iştirakçısı kimi qəbul edilməmişdir. Məhkəmə tərəfindən izah edilmişdir ki, hazırki işdə iddia ərizəsini imzalayan X1 verilmiş etibarnamədə ona, iddia ərizəsini imzalamağa səlahiyyət verilməsi xüsusi olaraq göstərilməmiş, iddiaçı ilə yaxın qohum olması müəyyən olunmamışdır. Beləliklə, hazırki iddia ərizəsi buna səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında proses iştirakçılarının vəkillə və ya səlahiyyətli nümayəndə ilə təmsil olunmaq hüququ vardır. Həmin Məcəllənin 1.2-ci maddəsinə əsasən həmin Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Həmin Məcəllənin 69.1-1-ci maddəsinə əsasən, fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 74.2-ci maddəsinə əsasən, iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia mümkün hesab edilməməlidir. İddiaçıya izah edilsin ki, etibarnamədə nümayəndəyə (onun yaxın qohumu və ya vəkil) iddia ərizəsini imzalamağa səlahiyyət verilməsi xüsusi olaraq göstərilməli, inzibati məhkəmə icraatı ilə bağlı işlər üzrə məhkəmələrdə təmsil etmək səlahiyyəti qeyd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar