Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-611/2021 19.08.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X5 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçının nümayəndələri X2, X3, iddiaçının vəkili və nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı İddiaçı “Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 10 dekabr 2020-ci il tarixli **********4013 nömrəli qərarın və qərar əsasında əsassız hesablanmış vergi borclarının ləğv edilməsi” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı məhkəməyə müraciət edərək, FOOD TRADE” Məhdud Məsuliyyətli Cəmiyyətinin “Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 10 dekabr 2020-ci il tarixli **********4013 nömrəli qərarın və qərar əsasında əsassız hesablanmış vergi borclarının ləğv edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı (bundan onra Cəmiyyət) barəsində aparılan operativ vergi nəzarətinin nəticələrinə uyğun olaraq seriya )VX №001113 nömrəli akt (ilkin düzəliş variantı ilə sonrakı variantı arasında tarix fərqləri növcud olan) əvvəl 1 rəqəmi 2 rəqəminə və 3 rəqəmi 1 rəqəminə düzəlişlərlə yazılan, yəni İkin 13 oktyabr 2020-ci il tarixə olan sonra isə 21 oktyabr 2020-ci il tarixə düzəlişlər edilən, lüzəlişə digər yanaşmada 23 oktyabr 2020-ci il kimi oxunan (yoxlamanın müddəti 21 oktyabr !020-ci il tarixdə bitib) seriya DVX Xe 001119 nömrəli akt tərtib olunmuşdur. Tərtib olunan seriya DVX №001119 nömrəli akta əsasən Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi X12 Məsuliyyətli Cəmiyyəti barəsində vergi qanunvericiliyinin pozulmasına görə nəsuliyyətə cəlb edilməsi haqqında 10 dekabr 2020-ci il tarixli **********4013 nömrəli qərar qəbul edilmişdir. Aşağıdakılara əsasən iddiaçı hesab edir ki, İddiaçı barəsində vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqmda 10 dekabr 2020ci il tarixli **********4013 nömrəli qərar əsassız və qanunsuz olduğu üçün ləğv edilməlidir. 10 dekabr 2020-ci il tarixli **********4013 nömrəli qərarın qəbul edilməsinin əsasını təşkil edən seriya DVX N° 001119 nömrəli akt ərizənin əvvəlində qeyd edildiyi kimi aktın tərtib edilmə tarixinin, düzəlişlərlə, əlavələrlə tərtib edilməsinin və bu əsaslarla yoxlama ilə müəyyən olunan aktın qəbul edilmə müddətininin pozulması ilə nəticələnib. 2 saylı Ərazi Vergilər Baş İdarəsinin **********075 nömrəli 21 sentyabr 2020-ci il tarixli qərarına əsasən İddiaçı MMC-də Operativ vergi nəzarətinin həyata keçrilməsi qərara alınmışdır. İddiaçı fəaliyyətinin əsasını ərzaq, qida və yeyinti məhsullarının xarici Ölkələrdən Ölkəmizə idxalı və idxal olunan məhsulların satışı ; ektron qaimə fakturalarla və pərakəndə satışı isə mağazamızda əvvəlcədən dəyəri ödənilməklə "əzarət-kassa aparatı vasitəsi ilə icra edilir, sonra isə qaydalara uyğun olaraq nəzarət-kassa araratının çeki təqdim olunmaqla satışdan əldə olunan pul məbləği Cəmiyyətin bank hesabına yerləşdirilir. Bir sözlə X12 Məsuliyyətli Cəmiyyətinin pərakəndə satış fəaliyyəti Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.62-ci maddəsinə əsasən pərakəndə satış - malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə təqdim edilməklə həyata keçirilməsi üzrə rcarət fəaliyyəti ilə icra edilmişdir. Pərakəndə satış əvvəlcədən sifariş verilmədən mallar dərhal təqdim edilməklə, dəyərinin kassa ödənişi əsasında satışı həyata keçirilir. 2 saylı Ərazi Vergilər Baş İdarəsinin **********075 nömrəli 21 sentyabr 2020-ci il tarixli qərarı X12 Məsuliyyətli Cəmiyyətinin mağazasında sair məhsulların rərakəndə satışının Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən əsaslarla yoxlanılması təşkil edib. Bu əsaslarla operativ vergi nəzarətinin həyata keçrilməsinin nəticələrinə uyğun əsaslı laraq 21 oktyabr 2020-ci il tarixdə seriya DVX N° 001113 nömrəli akt tərtib olunmuşdur, bu akt və akta əlavə olunan sənədlər Cəmiyyətə onlayn karguzarlıq və Cəmiyyətin hüquqi ünvanına poçtla göndərilmişdir. Aktın nəticələrinə uyğun olaraq Cəmiyyətin fəaliyyətində hər hansı qüsur, nöqsan və çatışmamazlıq aşkar olunmadı. Vergi orqanın X12 Məsuliyyətli Cəmiyyətinə qarşı qərəzli mövqe tutaraq, saxta akt və saxta akta tarixlər və Vergi Məcəlləsinin istinad olunan 58.13 maddəsinin yazılışına düzəlişlər etməklə DVX N° 001119 seriyalı akt tərtib etməklə Cəmiyyət üçün əsassız və qanunsuz olaraq vergi öhdəliyi yaratmışlar. Akta düzəlişlər və ya əlavələr edilməsi barədə həmçinin qanunvericiliyin və aktın tələblərinə uyğun aktda hər hansı qeyd və məlumat göstərilməyib. DVX №001119 seriyalı aktdan verilən şikayət və 26 oktyabr 2020-ci il tarixli **********638300 nömrəli bildiriş əsasında 23 noyabr 2020-ci il tarixdə barəmizdə qəbul ediləcək qərar üzrə materiallara baxılmasında baş idarənin müavinin, şöbə müdirinin, Cəmiyyətin rəhbəri kimi iddiaçının və Cəmiyyətin mühasibinin iştirakı ilə aparılan araşdırmalarda iştirak etmişdirlər, vergi orqanı onlar tərəfindən tərtib edilən aktın və qəbul ediləcək qərarın qanuniliyini və əsaslılığını heç cür əsaslandıra bilməmişdir. Topdansatış və pərakəndə satışın hansı əsaslarla və qaydalara müyyən edilməsini və onların satış parametrlərinin fərqləndirilmsini də izah edə bilməmişdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 73.2-ci maddəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə zidd olaraq Malların - Təsərrüfatdaxili yerdəyişməsinin 10 dekabr 2020-ci il tarixli **********4013 nömrəli qərarı də “‘Food Trade’" Məhdud Məsuliyyətli Cəmiyyəti əlavə və əsassız vergi ödənişlərini ödəməyə məcbur edilmişdir. 2 saylı Ərazi Vergilər Baş İdarəsi 10 dekabr 2020-ci il tarixli **********4013 nömrəli qərarı qəbul edilərkən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3-cü maddəsinin yəni, vergilərin müəyyən edilməsinin və tutulmasının əsaslarını və tələblərini kobud və qərəzli səkildə bilərəkdən pozmuşdur. Cavabdeh tərəfindən həyata keçirilən pərakəndə satış sahibkarlıq fəaliyyətilə bağlı olmayan, şəxsi, ailə, məişət və bu kimi məqsədlər üçün malların satışını həyata keçirən ticarət fəaliyyətidir. Satışın həcmini, əvvəldə qeyd edilən istehlakçıların alış qabiliyyətini və alıcılara nəzarət kassa aparatı vasitəsilə təqdim edilən kassa çeklərinin orta həcmi 150 - 1200 manat təşkil edir. Alışın inzibati və təcrid olunmuş ərazidə mağazada həyata keçrilməsi və alıcılıq qabiliyyətinin yüksək olmasına səbəb satışa çıxarılan malların qiymətinin digər satış müəssisələrindən-marketlərdən ucuz təklif olunmasıdır. Bura daşıma, satış nümayəndələrinə və marketlərin fəaliyyəti üçün əlavə təqdim etdikləri qiymətlərdən əlavə qiymətlərin müəyyən edillmə xərcləri daxil olmadığından, ona görə də pərakəndə satışa təqdim edilən məhsullar real qiymətə və maya dəyəri qiymətinə təklif olunur. Maya dəyərinə satış dedikdə malların istifadə müddətinin bitməsinə az müddət qalmış malların satışı təşkil edir, bəzən bu əsaslı satışlarda mallar maya dəyəri qiymətinə təklif olunur. 2020-ci ilin əvvəlindən Ölkəmizdə COVİD-19-la bağlı davam edən pandemiya vəziyyətinin və mərhələrlə sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq ediliməsi səbəbindən alıcıların yeyinti, qida və ərzaq məhsullarının alıcılıq qabiliyyətində mütamadi və davam edən artımlar müşahidə edilmişdir. Bu halları gündəlik həyatımızda və kütləvi informasiya vasitələrində yayılan xəbərlərdə və məlumatlarda da müşahidə edirik. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin tövsiyə və tapşırıqlarına uyğun olaraq əvvəlki illərdə olduğu kimi Pandemiya dövründə də Ölkə əhalisinin keyfiyyətli qida, ərzaq və yeyinti məhsulları təmin olunmasına bir sahibkar kimi mütamadi və daimi əməlimlə dəstək verməkdə davam edirəm. Erməni düşmənlərinə qarşı davam edən vətən müharibəsində X12 Məsuliyyətli Cəmiyyətinin 10 (on) nəfərdən artıq işçisi könüllü döyüşlərdə iştirak etmiş, döyüşlərdə iştirak edən işçilərin iş yeri ilə yanaşı aylıq əmək haqqısı saxlanılmış, işçilərin aylıq əmək haqqıları onların üzvlərinə tam məbləğdə ödənilmiş, bundan əlavə döyüşdə olan işçilərmizin ailələrinə maddi və ərzaq yardımları edilmişdir. X12 Məsuliyyətli Cəmiyyəti özünə maddi və mənəvi borc bilərək cəbhə bölgəsinə dəfələrlə yeyinti və qida məhsullarından ibarət ərzaq məhsulları göndərmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 aprel 2014-cü il tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydalarf-ın 5.1-ci bəndinə əsasən topdansatış ticarəti ilə məşğul olan ticarət obyektlərində malların pərakəndə satışı qadağandır. X12 Məsuliyyətli Cəmiyyətinin vergi idarəsində qeydiyyat sənədinə əsasən əsas fəaliyyətini pərakəndə satış təşkil edir. Mağazamızda topdansatış ticarəti ilə deyil, əsas fəaliyyət istiqamətimizi pərakəndə satış təşkil edir. Operativ vergi nəzarətini həyata keçirən vergi əməkdaşları Cəmiyyətin pərakəndə satışla məşğul olmasının şahidi olmuşlar. Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2017-ci il tarixli 1341 nömrəli Fərmanı ilə təsdiq edilmiş Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydasının 4.1-ci bəndinə əsasən pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirilir. Belə təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) zamanı alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron qaimə-faktura) verilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (istehlakçıya) nəzarətkassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron qaimə-faktura) ilə yanaşı, POS-terminaldan çıxarış verilir. Bu qaydaların pozulması halları X12 Məsuliyyətli Cəmiyyətinin pərakəndə ticarət fəaliyyətində aşkar olunmamışdır. Bu hal vergi orqanı tərəfindən qəbul edilən müvafiq aktda öz əksini tapmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.13-cü maddəsinin əsasən bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə - malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. X12 Məsuliyyətli Cəmiyyəti barəsində Vergi Məcəlləsinin 58.13-cü maddəsi ilə qərar qəbul edilə bilməz ona görə ki, aşkar və müəyyən olunan satış Vergi Məcəlləsinin və digər qanunvericilik aktlarının tələblərinə uyğun olaraq nəzarət-kassa aparatı vasitəsilə həyata keçirilib. Malların təsərrüfatdaxili-Cəmiyyətdaxili yerdəyişməsi Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2017-ci il tarixli 1341 nömrəli Fərmanı ilə təsdiq edilmiş Parakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydasının 4.3-ci bəndinə əsasən pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergiödəyicisinin anbarlarında olan malların ticarət obyektlərinə verilməsi “Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası” ilə sənədləşdirilib və hal-hazırda da sənədləşdirilir. «İnzibati icraat haqqmda» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. X12 Məsuliyyətli Cəmiyyəti barəsində vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 10 dekabr 2020-ci il tarixli **********4013 nömrəli qərarın ləğv edilməsi əsaslarından biri də 27 fevral 2020-ci il tarixdə -77633 manat məbləğində pulun səhvən kassa aparatına vurulması və bu səhvin nəzərə alınması 2 saylı Ərazi Vergilər Baş İdarəsindən xahiş edilmişdir. Aylar üzrə tərəfimizdən təqdim edilən nesabatlarda həmin məbləğ çıxılmış və həmin hesabatlar vergi orqanı tərəfindən qəbul edilmişdir. Operativ vergi yoxlaması zamanı səhv vurulan 477633 manat məbləğində kassa çeki aşkar olunmuş, lakin həmin məbləğin aktdan çıxılması qəsdən təmin edilməmişdir. 477633 manat məbləğində pula görə Cəmiyyət əsassız vergi ödənişlərinə cəlb edilib. 2 saylı Ərazi Vergilər Baş İdarəsi X12 Məsuliyyətli Cəmiyyətinə qarşı qərəzli mövqe tutmasını dəfələrlə fəaliyyətimizdə müşahidə etmişik. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən X12 Məsuliyyətli Cəmiyyəti (bundan sonra Cəmiyyət) barəsində aparılan səyyar vergi yoxlamasının nəticələrinə uyğun olaraq 21 yanvar 2020-ci il tarixli **********196269 nömrəli akt tərtib edilmişdir. Akta əsasən 3104151,92 manat vergilərin azaldılması müəyyən edilmiş və 1553752,44 manat maliyyə sanksiyası təklif olunmuşdur. Həmin aktı mübahisələndirdik və vergi orqanına etiraz təqdim etdik. Şikayətimizin nəticələrinə uyğun olaraq qismən obyektiv araşdırma aparıldı, yenidən səyyar vergi yoxlamasının nəticələrinə uyğun olaraq 04 iyun 2020-ci il tarixli **********196269 nömrəli akt tərtib edildi. Yeni akta əsasən 532281.03 manat vergilərin azaldılması müəyyən edilmiş və 266140.52 manat maliyyə sanksiyası təklif olundu. Heç bir hüquqi və iqtisadi əsaslandırma aparılmadan qərəzli tərtib olunan aktdan şikayətimiz üzrə aparıılan araşdırmadan sonra yeni tərtib olunan akta əsasən təklif olunan məbləğ 6 (altı) dəfədən artıq azaldıldı. Sonradan tərtib olunan aktı mübahasiləndirilmədi, 2 saylı Ərazi Vergilər Baş idarəsi rəhbərinin tələbinə uyğun olaraq həmin məbləğin ödənişini kifayət qədər maliyyə vəsaiti olan ƏDV əvəzləşdirilməsi üzərindən deyil, köçürmə vasitəsi ilə ödənilməsi təmin edildi. İddia ərizəsində sadaladığı hallardan və istinad etdiyi maddi hüquq normalardan məlum olur ki, X12 Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.13-cü maddəsi ilə nəzərdə tutulan tələbləri pozmadığından qanunsuz əsaslarla tərtib edilən operativ vergi nəzarətinin nəticələrinə uyğun seriya DVX №001119 nömrəli aktın əsasında qəbul edilən X12 Məsuliyyətli Cəmiyyəti barəsində vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 10 dekabr 2020-ci il tarixli **********4013 nömrəli qərar ləğv edilməlidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edirlər. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi X1, iddiaçının nümayəndələri X2, X6 iştirak etmiş, iddia ərizəsinə uyğun izaht vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdeh etirazında qeyd etmişdir ki, İddiaçı MMC-nin (VÖEN: **********) cavabdeh iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 10.12.2020-ci il tarixli **********4013 nömrəli qərarın və həmin qərar əsasında əsassız hesablanmış vergi borclarının ləğv edilməsinə dair” iddia ərizəsinin surəti Sumqayıt İnzibati Məhkəməsinin 21.12.2020-ci il tarixli 2-1 (118)- 1700/2020 nömrəli sərəncamına əsasən göndərilərək iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb edilmişdir. İddia ərizəsində DVX ******* nömrəli aktın tərtib edilmə tarixinin düzəlişlərlə və əlavələrlə tərtib edilməsi səbəbindən və aktın qəbul edilməsində müddət pozuntusuna yol verdiyindən qeyd olunan aktın əsasında qəbul edilmiş 10 dekabr 2020-ci il tarixli, **********4013 nömrəli qərarın ləğv edilməsi məhkəmədən xahiş edilmişdir. Aşağıda göstərilənlərə görə iddia ərizəsinin dəlilərini əsassız hesab edirlər. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 21.09.2020-ci il tarixli **********7075 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarı əsasında Cəmiyyətə məxsus Abşeron rayonu, Məmmədli Ə.Əliyev ünvanda yerləşən anbarda malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı nöqsan aşkar edilərək, 21.10.2020-ci il tarixli DVX seriyalı 001119 nömrəli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” akt tərtib olunmuşdur. Belə ki, operativ vergi yoxlaması zamanı iddiaçı ümumi dəyəri 7732508,09 manat məbləğində malların elektron qaimə-faktura təqdim etmədən satışının olması müəyyən edilmişdir. İddiaçının nümayəndəsi Rəhimli Mirozalın vergi orqanına 21.10.2020-ci il tarixdə təqdim etdiyi izahatında "xxxx" MMC-yə məxsus anbarın yerləşdiyi ünvanın şəhərdən nisbətən uzaqda yerləçməsi səbəbindən alıcıların uzunmüddətli ehtiyaclarını təmin etmək üçün yüksək miqdarda mal aldığını, onlardan vöen tələb edildikdə vergi orqanında uçotda olmaqdıqlarını bildirdiklərini qeyd etmişdir. Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə- fakturasının tərtib edilmədən verilməsinə görə - malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə .erdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası äc q edilir. Vergi Məcəlləsinin 39.1 -ci maddəsinə əsasən operativ vergi nəzarəti aktı tərəfinizdən mzalamaqdan imtina edilə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 39.5-ci maddəsinə əsasən vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ə razılaşmadığınız halda aktın Sizə təqdim edilməsi günündən 30 gün müddətində nəzarət tədbirini həyata keçirən vergi orqanına aktı imzalamamağınızın səbəblərini izah edə, yaxud akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazınızı yazılı surətdə bildirə bilərsiniz. Bu halda Siz yoxlama aktını imzalamamaq və ya etirazınızı, öz yazılı izahatınızı təsdiq edən sənədlərlə birlikdə yoxlamanı həyata keçirən vergi orqanına təqdim edə bilərsiniz. Həmin Məcəllənin 39.6-cı maddəsinə əsasən operativ vergi nəzarəti tədbiri aktı Sizə təqdim edilməsi günündən 30 gün müddət bitdikdən sonra 15 gündən çox olmayan müddətdə vergi yoxlamasını həyata keçirən vergi orqanının rəhbəri (onun müavini) tərəfindın təqdim edilmiş sənədlərə və vergi yoxlaması aktına, vergi qanunvericiliyinin pozulması hallarına və onların aradan qaldırılması və müvafiq sanksiyaların (cərimələrin) tətbiq edilməsi məsələsinə baxılır. Həmin Məcəllənin 39.7-ci maddəsinə əsasən tərəfinizdən vergi yoxlaması aktı üzrə yazılı izahatlar və ya etirazlar təqdim edildikdə, yoxlamanın materiallarına Sizin və (və ya) nümayəndələrinizin iştirakı ilə baxılacaqdır. Vergi orqanı vergi yoxlamasının materiallarına baxılmanın yeri və vaxtı haqqında Sizə əvvəlcədən məlumat verməsinə baxmayaraq, üzrlü səbəb olmadan gəlməsəniz, yoxlamanın materiallarına iştirakınız olmadan baxılacaq və 10 gün müddətində Vergi Məcəlləsinin 49-cu maddəsində göstərilən qərarlardan biri çıxarılacaqdır. Göründüyü kimi, iddiaçı tərəfindən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilmədən verilməsinə görə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən qanun pozuntusuna yol verildiyi üçün barəsində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 10.12.2020-ci il tarixli **********4013 nömrəli qərar qəbul edilmişdir. Həmin qərar qanunvericiliyin tələblərinə müvafiq olaraq qəbul edildiyindən qanuni və əsaslıdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X8 iştirak etmiş, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün idia olmaqla bərabər həmdə əsaslıdır. İddianın mümkünlüyü ilə bağlı məhkəmə qeyd edir ki, mübahisələndirilən qərar inzibati akt hesab olunduğuna görə iddia mübahisələndirmə haqqında iddiadır, iddiaçı qanunvericilikdə nəzərdə tututlmuş müddətdə məhkəməyə müraciət etmişdir, iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. İddianın əsaslılığı ilə bağlı isə məhkəmə aşagıdkıları qeyd edir. İddiaçı Məhdud Məsuliyyətli cavabdehin inzibati orqanın “Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 10 dekabr 2020-ci il tarixli **********4013 nömrəli qərarın və qərar əsasında əsassız hesablanmış vergi borclarının ləğv edilməsini istəyir. Cavabdeh vergi orqanı qeyd edir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 21.09.2020-ci il tarixli **********7075 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarı əsasında Cəmiyyətə məxsus Abşeron rayonu, Məmmədli Ə.Əliyev ünvanda yerləşən anbarda malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı nöqsan aşkar edilərək, 21.10.2020-ci il tarixli DVX seriyalı 001119 nömrəli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” akt tərtib olunmuşdur. İddiaçı tərəfindən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən qanun pozuntusuna yol verildiyi üçün barəsində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 10.12.2020-ci il tarixli **********4013 nömrəli qərar qəbul edilmişdir. Məhkəmə ilkin olaraq qeyd edir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 21.09.2020-ci il tarixli **********7075 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarı qnunvericiliyin tələblərinə uyğun olmayaraq qəbul edilmişdir. Beləki Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən həmin məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada operativ vergi nəzarətini keçirmək vergi orqanının hüququ olaraq müəyyən edilmişdir. Həmin məcəllənin 50.2-ci maddəsinə əsasən operativ vergi nəzarətinin həyata kecirilməsi ücün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. Göründüyü kimi qanunverici vergi orqanına operativ vergi nəzarətini həyata keçirmək səlahiyyətinin diskression sərhədlərini Vergi Məcəllənin 50.2-ci maddəsi ilə məhdudlaşdırmışdır. Lakin hazırkı işdə Vergi Məcəllənin 50.2-ci maddəsində göstərilən əsasları vergi orqanı özünün 21.09.2020-ci il tarixli **********7075 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarında əsaslandırmamış, eyni zamanda məhkəmə prosesi gedişindədə bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Bu isə iddiaçı tərəfin göstərdiyi dəlillərin əsaslı olduğunu göstərir. Bundan başqa Operativ vergi nəzarətinin qanunvericiliyin tələblərinə uyğun təyin edilməməsindən başqa, Operativ vergi nəzarətinin aparılmasıda qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Beləki, operativ vergi nəzarətinin mahiyəti və məqsədi Vergi Məcəlləsinin 50.1-ci maddəsi ilə müəyyən edilmişdir. 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarında uçota durmayan və ya bu Məcəllənin 221.4.7-ci maddəsinə əsasən "Fərqlənmə nişanı"nı almayan vergi ödəyicilərinin aşkar edilməsi; 50.1.2. aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının markalanmadan və ya saxta markaları ilə markalanmaqla satılması, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktlarının aşkar edilməsi; 50.1.2-1. nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyriqanuni yolla hazırlanması, istifadəsi və satışının qarşısının alınması sahəsində nəzarət edilməsi; 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; 50.1.4. valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi və valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satılması və ya dəyişdirilməsi faktlarının aşkar edilməsi; 50.1.6. xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) olmadan məşğul olan şəxslərin aşkar edilməsi; 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; 50.1.8. istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi; 50.1.9. aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalara əməl olunmasına nəzarət edilməsi; 50.1.10. bu Məcəllənin 221.8-ci maddəsinə əsasən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” almayan vergi ödəyicilərinin aşkar edilməsi; 50.1.11. nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına nəzarət edilməsi; 50.1.12. pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına nəzarət edilməsi; 50.1.13. malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsinə nəzarət edilməsi; 50.1.14. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılması hallarına nəzarət edilməsi və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi. Göründüyü kimi operativ vergi nəzarətinin mahiyyəti nəzarət həyata keçirilən dövrdə vergi ödəyicisi tərəfindən yuxarıda sadalanan halların aşkar edilərək müəyyən edilməsindən ibarətdir. Vergi orqanı hazırkı iş üzrə apardığı operativ vergi nəzarətinin müddətini 22.09.2021-ci tarixdən 21.10.2021-ci tarixədək bir ay müddətinə müəyyən etmiş və vergi ödəyicisinin 2021-ci il ərzində satış dövriyyəsi ilə əlaqədar araşdırmalar aparmışdır. Bu isə operativ vergi nəzarəti institutunun mahiyyəti ilə ziddiyət təkil edir. Vergi qanunvericiliyində operativ nəzarətin müddətinə məhdudiyyət qoyulmasda, bir ay müddətinə operativ nəzarətin aparılması həmin yoxlamanın adı ilə bərarabər mahiyyəti ilədə ziddiyət təkil edir. Məhkəmə hesab edir ki, Vergi orqanın hazırkı iş üzrə bir ay ərzində operativ nəzarət formasında əldə etdiyi məlumatların əldə edilməsi üçün kameral vergi yoxlaması aparmasıda kifayət edərdi. Mübahisə predmeti olan yoxlamanın məqsədinin topdan satış formasında həyata keçirilməli olan satışın pərakəndə satış formasında həyata keçirilməsinin müəyyən olunması kimi qəbul edilsə belə, yoxlama dövründə vergi ödəyicisinin malları kimə və hansı formada satmasına nəzarət etməli olduğu halda, nəzarət aparan orqan bir ay müddətində malların kimə satılması ilə maraqlanmamış, həmin şəxslərin müəyyən olunması ilə bağlı tədbir görməmiş, operativ vergi nəzarəti formasının müəyyən etməli olduğu hallarla məşgul olmamışdır. Məhkəmə bunlardan əlavə qeyd edir ki, yuxarıda qeyd edildiyi kimi, cavabdeh vegri orqanı yoxlamanı qanunsuz təyin etmiş, yoxlama zamanı araşdırmalı olduğu halları araşdırmayaraq, qanunvericiliyin tələblərinə uyğun omlayan yoxlama keçirimiş və eyni zamanda müəyyən etdiyi halları düzgün qiymətləndirməyərək əsassız qərar qəbul etmişdir. Beləki, vergi orqanı qeyd edir ki, operativ vergi yoxlaması zamanı iddiaçı ümumi dəyəri 7732508,09 manat məbləğində malların elektron qaimə-faktura təqdim etmədən satışının olması müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən elektron qaiməfaktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən qanun pozuntusuna yol verildiyi üçün barəsində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 10.12.2020-ci il tarixli **********4013 nömrəli qərar qəbul edilmişdir. Məhkəmə hesab edir ki, vergi orqanının gəldiyi bu nəticədə əsaslı hesab edilə bilməz. Vergi orqanının iddiaçıya maliyə sanksiyası tətbiq etməsinin hüquqi əsasını Vergi Məcəlləsinin 58.13-cü maddəsi təşkil edir. Həmin normaya əsasən bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Vergi orqanı hesab etmişdir ki, vergi ödəyicisi elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilmişdir. Halbu ki, vergi orqanı vergi ödəyicisi elektron qaimə-faktura təqdim edilməli olduğu halı düzgün müəyyən etməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildiki, iddiaçı vergi ödəyicisi fəaliyyət sahəsi olaraq ixtisaslaşdırılmış mağazalarda sair məhsulların pırakəndə satışı kimi vergi orqanında qeydiyyatdan keçmiş, eyni zamanda 18.12.2018-ci il tarixdə fəaliyyət göstərdiyi təsərrüfat subyektində nəzarət kassa aparatı qeydiyyata alınmışdır. Vergi Məcəlləsinin 13.2.62-ci maddəsinə əsasən pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron-qaimə faktura və ya elektron vergi hesab-fakturası) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Həmin məcəllənin 13.2.63-cü maddəsinə əsasən topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qaimə-faktura və ya elektron-qaimə faktura və ya elektron vergi hesab-faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Həmin məcəllənin 16.1.11-7-ci maddəsinə əsasən pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti zamanı malların (işlərin, xidmətlərin) alıcılarına onların tələbinə əsasən nəzarət-kassa aparatının çeki ilə yanaşı, qaimə-faktura və ya elektron qaiməfaktura və ya elektron vergi hesab-faktura təqdim etmək vergi ödəyicisinin vəzfəsi olaraq müəyyən edilmişdir. Göründüyü kimi pərakəndə ticarət fəaliyyəti zamanı malların (işlərin, xidmətlərin) alıcılarına onların tələbinə əsasən nəzarət-kassa aparatının çeki ilə yanaşı, elektron elektron vergi hesab-faktura təqdim etmək vergi ödəyicisinin vəzfəsi olaraq müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı pərakəndə ticarət fəaliyyəti ilə məşgul olacağı ilə bağlı qeydiyyatdan keçmişdir. Eyni zamanda maliyyə sanksiyası tətbiq olunmuş dövriyyə ilə bağlı iddiaçıdan elektron vergi hesab-faktura tələb edilməsi ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Cavabdeh inzibati orqan isə iddiaçının topdansatış fəalyyəti ilə məşgul olmasını isə sübut təqdim edə bilməmişdir. Cavabdeh inzibati orqan operativ vergi yoxlaması zamanı iddiaçı ümumi dəyəri 7732508,09 manat məbləğində malların elektron qaimə-faktura təqdim etmədən satışının olmasını topdan satış kimi qiymətləndirmiş, lakin bu qiymətləndirmənin hüquqi əsasını göstərə bilməmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Lakin inzibati orqan mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı “Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 10 dekabr 2020-ci il tarixli **********4013 nömrəli qərarı ləğv edilsin və həmin qərar əsasında əsassız hesablanmış vergi borcunun silinməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə həvalə edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 2 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-611/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-611/2021
19.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver