Məhkəmə qərarları › İş №2-1(118)-6111/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-6111/2025

23.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-6111/2025 23.10.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: müharibə veteranı adının verilməsi) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Müdafiə Nazirliyinə qarşı “iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı, müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, X3 N958-ci il 25 dekabrda Füzuli rayon Qaçar kəndində anadan olmuşdur. N977-ci ilin noyabr ayında Füzuli rayon Hərbi Komisarlığından hərbi xidmətə göndərilmişdir. Hərbi xidmətini Arxanglesk şəhərində daxili qoşunlarda (6647 saylı H/h) 2 il müddətində başa vurub Qacar kəndinə (N979- cu ilin noyabrında) qayıtmışdır. N98N-ci ildə Azərbaycan kənd Təsərrüfatı institutuna daxil olub N986-cı ildə bitirmişdir. NN-ci ilin oktyabr ayına kimi aqranom vəzifəsində işləmişdir. Ali məktəbi qurtarandan sonra leytenant (ehtiyatda olan) rütbəsi almışdır. NN-ci ilin oktyabırın N5-də kənd camaatının təkidi ilə özünü müdafiə dəstəsi yaradıblar, (ov tüfəngləri silahları ilə) komandir təyin ediblər. Kəndin üç tərəfi erməni kəndləri olub. Sonra rayonda yaradılmış 8N4 saylı özünümüdafiə Taboruna daxil etdilər. Döyüşəndə polisdə köməyə gəldi. Sonra rayona N saylı Hərbi hissəyə gəlmişdir. Komandir polovnik Qasımov idi. Rayonda 5 könüllü Tabor var idi, Taborları N saylı hərbi hissəyə qəbul etmişdirlər . Sonra aprel-may aylarında 723 saylı könüllü Tabor Qacar kəndinə gəlmişdir. Komandiri mayor Osmanov idi. Bölüyü 723 saylı Taborun tərkibinə veriblər. Onların bölüyü kənd adamlarından ibarət olub. Ərazini və mövqeyləri yaxşı tanıdıqlarına görə həmişə qabağda onlar gediblər. Hələ N8 yaşında olanda qaraciyər xəstəliyindən Füzuli rayon mərkəzi xəstəxanasında xeyli müalicə almışdır. Ona görə də qaraciyər tutmaları başlamışdır. N2-ci ilin iyun ayının axırlarında güclü tutmalara görə onu Taborun tibb məntəqəsinə göndərmişdirlər, oradan da Bakıya Hosbitala. xx.xx.N2-ci ildə təcili qəbul edilmiş, 45 gün müalicə almışdır. Müalicə aldıqdan sonra yenidən N saylı hərbi hissəyə qayıdıb bölük komandiri vəzifəsində işləmişdir. Həmin vaxt ixtisaslı zabitlər olmadığına görə mülküdən gələn zabitlərdən istifadə edirdilər. N3-94-cü illərdə bir necə dəfə qaraciyərindən müalicə almışdır, N4-cü il may ayının N5 atəşkəs olmuşdur, qaraciyərinin xəstə olduğu üçün təxris etmişdirlər. Təxris olduqdan sonra dəfələrlə qaraciyərindən müalicələr almışdır. 2000-ci ildə qaraciyərindən müalicə alarkən xəstəxanada iynələrin təsirindən ağır infakt keçirmişdir, 2-ci qrup mülkü əlillik verilmişdir. 2007-ci ildə ikinci infaktı keçirmiş, 2009-cu ildə də açıq ürək əməliyatı olmuşdur. Ürəyində 3 damar dəyişilmişdir. 20N7-ci ildə yenidən ürəyinə stend qoyulmuşdur. Dəfələrlə həm qaraciyər, həmdə ürəkdən xəstəxanalarda yatmışdır. 20N7-ci il 23 iyulda Hərbi həkim Komisiyassınin qərarı ilə 2-ci qrup mülkü əlillikdən 2-ci qrup hərbi əlilliyə keçirdiblər. 2023-cü ildə hərbi əlilliyi ləğv edib yenidən mülkü əlilliyə keçirmişdirlər. Azərbaycan Respublikası Prezidenti Ali Baş Komandan İlham Əliyev cənabları əmr imzalamışdır ki, Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda N-ci Qarabağ döyüşlərində və Vətən müharibəsində iştirak etmiş Azərbaycan vətəndaşları Veteran statusu almalıdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 6 yanvar N8-ci il tarixli 4 saylı əmri ilə qüvvəyə minmiş «Müharibə Veteranı» «Silahlı Qüvvələr Veteranı» və «Əmək Veteranı» adlarının verilməsinin qayda və şərtləri haqqında Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair təlimatının N.6 bəndinə əsasən NN-ci il oktyabrın 9-dan N4-cü il mayın N2-dek döyüş əməliyyataları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, X5 və Milli Təhlükəsizlik Nazirliklərinin Orqanları və ya hərbi hissələr tərəfindən verilmiş arayışlar) əsasında verilir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, iddiaçı qanuni əsasla ehtiyata buraxılmamışdır. Bu hal müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina üçün birbaşa əsas təşkil edir. Belə ki: İş materiallarında olan Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2025-ci il tarixli 3-25-29/2-N646/2025 nömrəli məktubunda göstərilmişdir ki, N () nömrəli hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli 53 nömrəli əmrində 4-cü bölüyün komandiri İddiaçı öz vəzifəsinə səhlənkar yanaşdığına, döyüşçülər arasında narazılıq saldığına və əmək haqqı məsələlərində dolaşıqlıq yaratdığına görə tağım komandiri vəzifəsinə keçirilməsi qeyd olunmuşdur; N () nömrəli hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli N32 nömrəli əmrində batareya komandirinin köməkçisi, baş leytenant İddiaçı Füzuli rayonunda döyüş tapşırığını yerinə yetirmiş hesab edilməsi barədə məlumat vardır. Lakin həmin tarixdən sonra iddiaçının hərbi xidməti müəyyən edilməmişdir. Belə ki, qeyd edilən məktubda göstərilmişdir ki, N () nömrəli hərbi hissə komandirinin Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan noyabr N2-xx.xx.N3-cü il tarixli nizami hissə üzrə əmrlərində və N nömrəli hərbi hissə komandirinin may-dekabr N3-cü il, yanvar-dekabr N4-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. Hərbi qanunvericiliyə əsasən, şəxsin həqiqi hərbi xidmətdən qanuni əsasla buraxılmış hesab edilməsi üçün onun müvafiq əmr əsasında ehtiyata və ya istefaya buraxılması faktı olmalıdır. Əgər buraxılanlar ehtiyatda olmağın son yaş həddinə çatmamışlarsa, səhhətlərinə görə dinc, yaxud müharibə dövründə hərbi xidmətə yararlıdırlarsa, ehtiyata buraxılırlar; Əgər buraxılanlar ehtiyatda olmağın son yaş həddinə çatmışlarsa, yaxud hərbi həkim komissiyaları tərəfindən hərbi xidmətə yararsız sayılmışlarsa, hərbi uçotdan silinməklə istefaya buraxılırlar. Ehtiyata və ya istefaya buraxılmanın konkret əsasları qanunvericilikdə göstərilmişdir. Hazırkı halda isə iddiaçı nəinki qanuni əsasla ehtiyata buraxılmamış, ümumiyyətlə onun ehtiyata buraxılması müəyyən olunmamışdır. xx.xx.N2-ci il tarixdən sonra iddiaçının hərbi xidməti - döyüşlərdə iştirak, ehtiyata buraxılma və s. müəyyən olunmamışdır. Azərbaycan Respublikası Prezidentinin “Hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” xx.xx.N7-ci il tarixli 634 nömrəli Fərmanına əsasən, N4-cü il iyunun 30-na qədər ordu sıralarına çağırılmış əsgərlər, matroslar və çavuşlar; ali təhsili olan və ordu sıralarında N il 6 ay və daha çox xidmət etmiş əsgərlər, matroslar və çavuşlar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericilikdə nəzərdə tutulmuş digər qoşun və birləşmələrinin sıralarından ehtiyata buraxılmışdır. Qanuni əsasla ehtiyata buraxılma faktoru olmadığına görə müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtinanı əsaslı hesab edən Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-N (N02)-7N6/2022 nömrəli qərarına nəzər salaq: Həmin qərarda apellyasiya instansiyası məhkəməsinin yanaşması qanuni və əsaslı hesab edilərək göstərilmişdir: “Müharibə veteranı” adının verilə bilməsi üçün təkcə şəxsin döyüş əməliyyatları aparan hərbi hissədə xidmət keçməsi faktının sübuta yetirilməsi kifayət deyildir, bununla yanaşı, həm də şəxsin həmin hərbi hissədən qanunla müəyyən edilmiş qaydada ehtiyata buraxılması faktı da tam sübuta yetirilməlidir. Ehtiyata və ya istefaya buraxılma barədə Azərbaycan Respublikasının Prezidenti müvafiq qərar qəbul edir və belə bir qərar qəbul edildikdən sonra müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikasının müdafiə naziri və müvafiq olaraq hərbi hissələrin komandirləri) hərbi heyətin istefaya və ya ehtiyata buraxılması barədə əmr qəbul edirlər. Beləliklə, hərbi qulluqçunun müharibə dövründə hərbi xidməti xx.xx.NN-ci il tarixdən etibarən müxtəlif vaxtlarda başlaya bilər, lakin onun dövrü xx.xx.N4-cü il tarixi əhatə etməklə hərbi xidmətin sonu Azərbaycan Respublikası Prezidentinin tərxisetmə barədə qəbul etdiyi qərardan sonra hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata və ya istefaya buraxıldığı gün hesab edilir; yalnız bu halda hərbi qulluqçu hərbi xidmət keçmiş şəxs kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 433 nömrəli Fərmanı xx.xx.N6-cı il tarixdə, “Hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 50N nömrəli Fərmanı xx.xx.N6-cı il tarixdə qəbul olunmuşdur; Göründüyü kimi, müharibə dövründən sonra hərbi qulluqçunun ehtiyata buraxılması N6-cı ildən başlamışdır və yalnız həmin müddətdən sonra hərbi qulluqçular müvafiq rəsmiləşdirilmədən sonra hərbi xidməti keçmiş hesab edilməlidirlər; iddiaçının istinad etdiyi hərbi biletdəki müvafiq qeydlər digər rəsmi sənədlərlə təsdiq edilməmiş,_ən əsası isə xx.xx.N2-ci il tarixdə ordudan tərxis edilməsinə dair hər hansı güzəştli əsasının olması heç bir sübutla müəyyən edilməmişdir; Artıq oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, iddiaçının qanunla müəyyən edilmiş qaydada tərxis olunmaması onun “döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxs” statusu əldə etməməsinə səbəb olur. Başqa sözlə, şəxsin hərbi hissəyə daxil olması kifayət etmir, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) da baş verməlidir. Odur ki, qeyd olunanlar nəzərə alınmaqla cavabdehin iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtinası əsaslı olmuşdur”. Beləliklə, Ali Məhkəmənin formalaşdırdığı mövqeyə əsasən, şəxsə müharibə veteranı adının və vəsiqəsinin verilməsi mümkünlüyü üçün onun ehtiyata buraxılması qanuni əsaslara söykənməli və tam sübuta yetirilməlidir. Hazırkı halda iddiaçıya münasibətdə bu fakt müəyyən olunmamaqdadır. Yuxarıda qeyd olunanlar və presedent kimi istinad olunan Ali Məhkəmənin qərarı iddiaçının qanuni əsasla ehtiyata buraxılması faktoru olmadığına görə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi mümkünlüyünü aradan qaldırır. Odur ki, Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiya”nın imtina məktubu qanuni və əsaslı olmaqla, göstərilən amillər iddianın rəddini şərtləndirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N5-ci il .tarixli 2N6 nömrəli qərarı ilə təsdiq edilən “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə əsasən, Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N4-cü il mayın N2- dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden ve medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi haqda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.20N7-ci il tarixli 627 saylı qərarı ilə Füzuli RHK tərəfindən N2-ci ildə hərbi xidmətə çağırılmış, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.2006cı il tarixli HP-0N/36 nömrəli və Füzuli Hərbi Prokurorluğunun xx.xx.20N5-ci il tarixli N7/4449 nömrəli məktubuna əsasən barəsində heç bir təqsirləndirici materialın və cinayət işinin olmadığı qeyd edilmiş və hərbi qeydiyyata götürülmüş, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.N2-ci. ildə aldığı və xx.xx.N2-ci ildən xx.xx.N2-ci ilə kimi MN Mərkəzi Hərbi Hospitalında müayinə və müalicə olunduğu xəstəlik- diaqnoz: “Xroniki qastroduodenit. Xroniki hepatoxolesistit dayanıqsız remissiya mərhələsində" (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin xx.xx.20N7-cı il tarixli 203 nömrəli göndərişi, xx.xx.20N7-ci il tarixli NNN nömrəli arayışı, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.2006-cı il tarixli HP-0N/36 nömrəli məktubu, Füzuli Hərbi Prokurorluğunun xx.xx.20N5-ci il tarixli N7/4449 nömrəli məktubu, MN Mərkəzi Hərbi Hospitalından verilmiş xx.xx.N2-ci il tarixli çıxarış epikrizi, MN MHHK-nın. həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR” Füzuli Hərbi Prokurorluğunun xx.xx.2025-ci il tarixli, N7/4449 saylı məktubunda İddiaçı barəsində Füzuli Hərbi Prokurorluğunda təqsirləndirici material və cinayət işinin qeydə alınmadığı qeyd edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2024-cü il tarixli 245N saylı arxiv arayışına əsasən Bakı şəhəri 8N4(702) №-li hərbi hissə komandirinin N mart N2-ci il tarixli 0N №-li əmrində İddiaçı (əsas: § N42, səh N54, əmrdə atasının adı yazılmamışdır, hərbi rütbəsi və vəzifəsi göstərilməyib, əmr batalyon komandiri tərəfindən imzalanmamışdır) döyüşçü təyin olunması barədə məlumat qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin N may N2-ci il tarixli 55 №-li əmrində baş leytenant İddiaçı (əsas: sıra N, əmrdə atasının adı yazılmamışdır, hərbi rütbəsi diyircəkli qələmlə yazılmışdır) şəxsi heyətin siyahısında bölük komandiri vəzifəsində adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin N iyun N2-ci il tarixli 53 №-li əmrində 4-cü bölüyün komandiri İddiaçı (əsas: § N, səh 68, əmrdə atasının adı yazılmamışdır, hərbi rütbəsi göstərilməyib, əmr batalyon komandiri tərəfindən imzalanmamışdır) öz vəzifəsinə səhlənkar yanaşdığına, döyüşçülər arasında narazılıq saldığına və əmək haqqı məsələlərində dolaşıqlıq yaratdığına görə tağım komandiri vəzifəsinə keçirilməsi barədə məlumat qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin N iyun N2-ci il tarixli 62 №-li əmrilə İddiaçı (əsas: § 2, səh 6N, əmrdə hərbi rütbəsi və vəzifəsi göstərilməyib, əmr batalyon komandiri tərəfindən imzalanmamışdır) ambulator müalicə ehtiyacı olduğuna görə N5(on beş) gün müddətinə bölük komandiri vəzifəsindən azad edilmişdir. N №-li hərbi hissədən göndərilmiş, batareya komandirinin köməkçisi, baş leytenant İddiaçı N Nc-li hərbi hissə komandirinin N iyul N2-ci il tarixli 59 №-li əmrilə (əsas: § 8, səh 7N) xx.xx.N2-ci il tarixdən şəxsi heyətin siyahısına daxil edilərək bütün növ təminatlarla təmin edilmişdir. N №li hərbi hissə komandirinin N iyul N2-ci İl tarixli 72 №-li əmrində batareya komandirinin köməkçisi, sıravi İddiaçı (əsas: § 2, səh 88, sıra 292, əmrdə atasının adı yazılmamışdır, hərbi rütbəsi “sıravi" yazılmışdır) xx.xx.N2-ci il tarixdən xx.xx.N2-ci il tarixədək Füzuli rayonunda döyüş tapşırığını yerinə yetirmiş hesab edilməsi barədə məlumat vardır. N №li hərbi hissə komandirinin N oktyabr N2-ci il tarixli N32 №-li əmrində batareya komandirinin köməkçisi, baş leytenant İddiaçı (əsas: § 3, səh N4N, əmrdə atasının adı yazılmamışdır, adının qarşısında “в госпитале" yazılmışdır) Füzuli rayonunda döyüş tapşırığını yerinə yetirmiş hesab edilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan noyabr N2-xx.xx.N3-cü il tarixli nizami hissə üzrə əmrlərində və N №-li hərbi hissə komandirinin may-dekabr N3-cü il, yanvar-dekabr N4-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. Tibbi Sosial Eksert Komissiyasında sonuncu müayinəyə dair məlumata əsasən İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə əlillik verilmişdir. N () №li Füzuli rayon Ərazi Özünü Müdafiə batalyonunun N mart N2-ci il tarixli 0N saylı əmrindən çıxarışa əsasən İddiaçı hissə komandirinin əmrinə əsasən döyüşçü təyin olunmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 8 sentyabr 2025-ci il tarixli məktubu iş materiallarına əlavə edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq cavabdehin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, 8N4(702) №-li hərbi hissə komandirinin N mart N2-ci il tarixli 0N №-li əmrində İddiaçı (əsas: § N42, səh N54, əmrdə atasının adı yazılmamışdır, hərbi rütbəsi və vəzifəsi göstərilməyib, əmr batalyon komandiri tərəfindən imzalanmamışdır) döyüşçü təyin olunması barədə məlumat qeyd olunmuşdur. 8N4(702) №-li hərbi hissə komandirinin N may N2-ci il tarixli 55 №-li əmrində baş leytenant İddiaçı (əsas: sıra N, əmrdə atasının adı yazılmamışdır, hərbi rütbəsi diyircəkli qələmlə yazılmışdır) şəxsi heyətin siyahısında bölük komandiri vəzifəsində adı qeyd olunmuşdur. 8N4(702) №-li hərbi hissə komandirinin N iyun N2-ci il tarixli 53 №-li əmrində 4-cü bölüyün komandiri İddiaçı (əsas: § N, səh 68, əmrdə atasının adı yazılmamışdır, hərbi rütbəsi göstərilməyib, əmr batalyon komandiri tərəfindən imzalanmamışdır) öz vəzifəsinə səhlənkar yanaşdığına, döyüşçülər arasında narazılıq saldığına və əmək haqqı məsələlərində dolaşıqlıq yaratdığına görə tağım komandiri vəzifəsinə keçirilməsi barədə məlumat qeyd olunmuşdur. 8N4(702) Ns-li hərbi hissə komandirinin N iyun N2-ci il tarixli 62 Ne-li əmrilə İddiaçı (əsas: § 2, səh 6N, əmrdə hərbi rütbəsi və vəzifəsi göstərilməyib, əmr batalyon komandiri tərəfindən imzalanmamışdır) ambulator müalicə ehtiyacı olduğuna görə N5(on beş) gün müddətinə bölük komandiri vəzifəsindən azad edilmişdir. N №-li hərbi hissədən göndərilmiş, batareya komandirinin köməkçisi, baş leytenant İddiaçı 723(702) Ne-li hərbi hissə komandirinin N iyul N2-ci il tarixli 59 №-li əmrilə (əsas: § 8, səh 7N) xx.xx.N2-ci il tarixdən şəxsi heyətin siyahısına daxil edilərək bütün növ təminatlarla təmin edilmişdir. 723(702) №-li hərbi hissə komandirinin N iyul N2-ci il tarixli 72 №-li əmrində batareya komandirinin köməkçisi, sıravi İddiaçı (əsas: § 2, səh 88, sıra 292, əmrdə atasının adı yazılmamışdır, hərbi rütbəsi “sıravi’’ yazılmışdır) xx.xx.N2-ci il tarixdən xx.xx.N2-ci il tarixədək Füzuli rayonunda döyüş tapşırığını yerinə yetirmiş hesab edilməsi barədə məlumat vardır. 723(702) №-li hərbi hissə komandirinin N oktyabr N2-ci il tarixli N32 №-li əmrində batareya komandirinin köməkçisi, baş leytenant İddiaçı (əsas: § 3, səh N4N, əmrdə atasının adı yazılmamışdır, adının qarşısında “в госпитале” yazılmışdır) Füzuli rayonunda döyüş tapşırığını yerinə yetirmiş hesab edilməsi barədə məlumat vardır. Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı qovluğunda N №-li hərbi hissənin xx.xx.N2-ci ildən xx.xx.N4-cü ilədək və N () №- li hərbi hissənin xx.xx.N2-ci ildən xx.xx.N4-cü ilədək döyüş əməliyatlarında iştirak etməsi barədə qeydiyyat aparılmışdır. 723(702) №-li hərbi hissə komandirinin Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan noyabr N2-xx.xx.N3-cü il tarixli nizami hissə üzrə əmrlərində və N №-li hərbi hissə komandirinin may-dekabr N3-cü il, yanvar-dekabr N4-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. Bildiririk ki, məktubunuzda İddiaçı xidmət keçdiyi hərbi hissənin nömrəsi göstərilmədiyindən barəsində araşdırmalar Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş müraciətlər əsasında aparılmışdır. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.N-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.20N5-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddiaçı ona müharibə veteranı adının verilməsini istəyir. Cavabdeh İş materiallarında olan Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2025ci il tarixli 3-25-29/2-N646/2025 nömrəli məktubunda göstərilmişdir ki, N () nömrəli hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli 53 nömrəli əmrində 4-cü bölüyün komandiri İddiaçı öz vəzifəsinə səhlənkar yanaşdığına, döyüşçülər arasında narazılıq saldığına və əmək haqqı məsələlərində dolaşıqlıq yaratdığına görə tağım komandiri vəzifəsinə keçirilməsi qeyd olunmuşdur; N () nömrəli hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli N32 nömrəli əmrində batareya komandirinin köməkçisi, baş leytenant İddiaçı Füzuli rayonunda döyüş tapşırığını yerinə yetirmiş hesab edilməsi barədə məlumat vardır. Lakin həmin tarixdən sonra iddiaçının hərbi xidməti müəyyən edilməmişdir. Belə ki, qeyd edilən məktubda göstərilmişdir ki, N () nömrəli hərbi hissə komandirinin Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan noyabr N2-xx.xx.N3-cü il tarixli nizami hissə üzrə əmrlərində və N nömrəli hərbi hissə komandirinin may-dekabr N3-cü il, yanvar-dekabr N4-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. Hərbi qanunvericiliyə əsasən, şəxsin həqiqi hərbi xidmətdən qanuni əsasla buraxılmış hesab edilməsi üçün onun müvafiq əmr əsasında ehtiyata və ya istefaya buraxılması faktı olmalıdır. Əgər buraxılanlar ehtiyatda olmağın son yaş həddinə çatmamışlarsa, səhhətlərinə görə dinc, yaxud müharibə dövründə hərbi xidmətə yararlıdırlarsa, ehtiyata buraxılırlar; Əgər buraxılanlar ehtiyatda olmağın son yaş həddinə çatmışlarsa, yaxud hərbi həkim komissiyaları tərəfindən hərbi xidmətə yararsız sayılmışlarsa, hərbi uçotdan silinməklə istefaya buraxılırlar. Ehtiyata və ya istefaya buraxılmanın konkret əsasları qanunvericilikdə göstərilmişdir. Hazırkı halda isə iddiaçı nəinki qanuni əsasla ehtiyata buraxılmamış, ümumiyyətlə onun ehtiyata buraxılması müəyyən olunmamışdır. xx.xx.N2-ci il tarixdən sonra iddiaçının hərbi xidməti - döyüşlərdə iştirak, ehtiyata buraxılma və s. müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmamışdır. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar; “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin qeyd hissəsində göstərilmişdir ki, həmin maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə əsasən, Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N5-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnaməyə əsasən müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın Ndən N4-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Qeyd. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslıdır. Cavabdehin iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtinası “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələblərinə uyğun sayılmamalıdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.20N7-ci il tarixli 627 saylı qərarı ilə Füzuli RHK tərəfindən N2-ci ildə hərbi xidmətə çağırılmış, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.2006-cı il tarixli HP- 0N/36 nömrəli və Füzuli Hərbi Prokurorluğunun xx.xx.20N5-ci il tarixli N7/4449 nömrəli məktubuna əsasən barəsində heç bir təqsirləndirici materialın və cinayət işinin olmadığı qeyd edilmiş və hərbi qeydiyyata götürülmüş, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.N2-ci. ildə aldığı və xx.xx.N2-ci ildən xx.xx.N2-ci ilə kimi MN Mərkəzi Hərbi Hospitalında müayinə və müalicə olunduğu xəstəlik- diaqnoz: “Xroniki qastroduodenit. Xroniki hepatoxolesistit dayanıqsız remissiya mərhələsində" (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin xx.xx.20N7-cı il tarixli 203 nömrəli göndərişi, xx.xx.20N7-ci il tarixli NNN nömrəli arayışı, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.2006-cı il tarixli HP-0N/36 nömrəli məktubu, Füzuli Hərbi Prokurorluğunun xx.xx.20N5-ci il tarixli N7/4449 nömrəli məktubu, MN Mərkəzi Hərbi Hospitalından verilmiş xx.xx.N2-ci il tarixli çıxarış epikrizi, MN MHHK-nın. həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR” Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 8 sentyabr 2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli NN nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.20N5-ci il tarixli, 4N3 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq, İddiaçı xx.xx.20N7-ci il tarixindən hərbi xidmət dövrü ilə əlaqədar səbəbindən 5 (beş) il müddətinə (xx.xx.2022-ci il tarixinədək) ikinci dərəcə təkrar əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Əlillik səbəbinin dəyişdirilməsi məqsədilə İddiaçı əlillik vəziyyəti dövlət tibb müəssisəsinin 0325003aafn2 nömrəli göndərişi əsasında xx.xx.20N7-ci il tarixində qiymətləndirilmiş və göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.20N5-ci il tarixli, 4N3 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq, İddiaçı xx.xx.20N7-ci il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən 5 (beş) il müddətinə (xx.xx.2022-ci il tarixinədək) ikinci dərəcə əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Daha sonra vətəndaşın əlillik vəziyyəti dövlət tibb müəssisəsinin y00003283cxx nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixində qiymətləndirilmiş və natamam doldurulması səbəbindən göndəriş dövlət tibb müəssisəsinə geri qaytarılmışdır. Sonrakı dövrdə dövlət tibb müəssisəsinin y00066627pjq nömrəli göndərişi və müraciəti əsasında İddiaçı xx.xx.2022-ci il tarixində Agentlikdə qəbulda olmuşdur. Aparılan müayinə və təqdim olunan tibbi sənədlər nəticəsində vətəndaşa dair Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.20N7-ci il tarixli 627 nömrəli şəhadətnamədə göstərilən xəstəliklərin əlilliyin təyininə əsas verən ağırlaşmaları aşkar edilməmiş, lakin ümumi xəstəlikdən olan yanaşı xəstəliyi (ÜİX, Gərginlik stenokardiyası İİİ f.s. Durğunluq ürək çatışmazlığı ) əlillik təyinatının aparılmasına əsas verdiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli N87 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına” uyğun olaraq, İddiaçı xx.xx.2023cü il tarixindən ümumi xəstəlik səbəbindən orqanizmin funksiyalarının 70 faiz pozulmasına görə 2 (iki) il müddətinə (xx.xx.2025-ci il tarixinədək) əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Əlillik müddətinin bitdiyi xx.xx.2025-ci il tarixindən sonra sonuncu dəfə dövlət tibb müəssisəsinin a00266359qcc nömrəli göndərişi və müraciəti əsasında vətəndaş xx.xx.2025-ci il tarixində Agentlikdə qəbulda olmuşdur.Təqdim edilən tibbi sənədlər və müayinənin nəticəsi olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli N87 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına” uyğun olaraq, İddiaçı xx.xx.2025-ci il tarixindən ümumi xəstəlik səbəbindən orqanizmin funksiyalarının 70 faiz pozulmasına görə müddətsiz əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir.” Göründüyü kimi məhkəməyə təqdim edilmiş sənədlər əsasında müəyyən edilir ki, iddiaçı birinci Qarabağ müharibəsi zamanı döyüşlərdə iştirak etmiş və yaralanmışdır. Oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsinə əsasən Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə hərbi xidmətdən qanuni əsaslarla tərxis olunması tələbi şamil edilmir. Vahid məhkəmə təcrübəsini müəyyən edən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-N(N02)-2580/2024 saylı qərarında qeyd edilmişdir: “35. Bununla bağlı kollegiya qeyd edir ki, hazırkı mübahisəni həll edərkən sözügedən normanın tətbiqi ilə bağlı qanunvericinin sözügedən məqsədi nəzərə alınmalıdır. Bu mənada, həlledici şərt əlilliyin hansı tarixdə əldə edilməsi deyil, onun səbəbli əlaqəsidir. Kollegiya qeyd edir ki, əlilliyin təyin edilməsinin yuxarıda qeyd olunan qərarın təsdiq olunmasından sonraya təsadüf etməsi məsələnin mahiyyəti baxımından həlledici əhəmiyyət kəsb etmir. Əlilliyin təyin edilmə tarixinin əsas götürülməsi qanunun güddüyü məqsədin nəzərə alınmaması nəticəsini doğura bilər. Bu zaman həmçinin nəzərə almaq lazımdır ki, nə “Veteranlar haqqında” Qanunda, nə də “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamədə belə bir məhdudiyyət təsbit edilməmişdir. Eyni zamanda, qanunvericilikdə istifadə edilmiş “əlilliyi müəyyən edilmiş şəxslər” ifadəsi onu da nəzərdə tutur ki, müharibə veteranı statusu əldə edə bilmək üçün mütləq əlillik təyinatına dair qərarın qüvvədə olması şərti tələb olunmur, şəxsə daha əvvəl Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyinatının aparılmış olması yetərlidir. (...)

37. Qeyd etmək lazımdır ki, qanunçuluq prinsipinin tələblərindən biri də qanunun mətnində məzmunun formadan üstün olmasıdır. Buna görə, qanunun hərfi mənada sözbəsöz və formal şəkildə - tətbiqi onun məzmununa, yəni “qanunun ruhuna” xələl gətirməməlidir. Belə ki, kontekst və hər bir halın unikallığı nəzərə alınmalıdır, əks halda, “qanunun həddindən artıq sərt şəkildə tətbiq olunması ədalətsizliyə gətirib çıxarır” («Summun jus, summa injuria»).

38. Ümumi hüquqi prinsip olan mütənasiblik prinsipinin tələblərinə görə, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunsun, xüsusilə də aidiyyəti şəxslər qeyri-mütənasib və həddindən artıq yükə məruz qalmasınlar.

39. Ədalət prinsipi hüququn ümumi prinsiplərinin əsasını təşkil edir, tənzimləyici prinsipdir və ona görə də hər kəs ədalət prinsipinə istinad edərək düzgün, bərabər və ağlabatan rəftar tələb edə bilər. Məhkəmə icraatı zamanı ədalət prinsipi qanunun həddindən artıq sərtliyini düzəltməyə, boşluqlar olduqda onu tamamlamağa və aydın olmadıqda şərh etməyə imkan verir. Bu zaman hakim mütləq işin xüsusi halları ilə əlaqələndirməklə qanunun formal və sərt şəkildə tətbiqinin qeyri-bərabər vəziyyət yaradacağını, eləcə də əsassız və ədalətsiz nəticələrə səbəb olacağını nəzərə almaqla mübahisənin həllində ədalət meyarını önə çəkə bilər.

40. İnzibati hüquqda ədalət prinsipi bəzi hallarda mövcud qanunvericiliyin çatışmazlıqlarının kompensasiya edilməsinin vasitəsi kimi də çıxış edə bilər. Hakim mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatının nəticəsində onda formalaşmış daxili inam əsasında qərar qəbul edərkən həmin inamı həm də öz vicdani qənaətinə və ədalət prinsipinə uyğun formalaşdırmalıdır. Ədalətli yanaşma bütün hallarda proses iştirakçılarının və əgər varsa cəmiyyətin əsaslı mənafeləri, tərəflərin daxil olduğu münasibətlərin xarakteri, eləcə də hər bir işin xüsusi halları nəzərə alınmaqla fərdi və ictimai maraqların qiymətləndirilməsi nəticəsində müəyyənləşdirilməlidir.” Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olmuş, cavabdehin dəlilləri əsassız olmaqla formal xarakter daşımışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.N-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir.

Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.N və NN0-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar