Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-612/2020 12.03.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, İsgəndərov Vüqar Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Abşeron rayonu Novxanı Bələdiyyəsinə qarşı “iddiaçıya məxsus torpaq sahəsinin Novxanı Bələdiyyəsi tərəfindən təqdim edilən başqa torpaq sahəsi ilə əvəz olunması” barədə iddiasının mümkünlüyünü Sumqayıt şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Abşeron rayonu Novxanı Bələdiyyəsinə qarşı iddia qaldıraraq iddiaçıya məxsus torpaq sahəsinin Novxanı Bələdiyyəsi tərəfindən təqdim edilən başqa torpaq sahəsi ilə əvəz olunması barədə qətnamə çıxarılmasıbarədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx xxx 2019-cu il tarixdə, iddiaçı notariat qaydasında X1 alqı-satqı yolu ilə ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.1 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən aşağıda göstərilən hissəni yəni 0.02 ha torpaq sahəsi almışdır. Həmin ərazidə, iddiaçının X1 aldığı 0.02 ha torpaq sahəsində övladı üçün yaşayış sahəsi tikmək istəyirdi, lakin Abşeron rayon Novxanı Bələdiyyəsi ona bildirmişdri ki, iddiaçıya məxsus torpaq sahəsi ümumi ərazidə yaşayan vətəndaşların istifadəsində olan yola düşür və iddiaçı orada tikinti apara bilmir. İddiaçının ərizəsinə əsasən, Novxanı bələdiyyəsi həmin torpaq sahəsini başqa torpaq sahəsi ilə əvəz etməyi təklif edir. Qeyd olunanlara əsasən iddiaçıya məxsus torpaq sahəsinin Novxanı Bələdiyyəsi tərəfindən təqdim edilən başqa torpaq sahəsi ilə əvəz olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Tərəflər məhkəməyə dəvət olunsalarda məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə həmin Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı ona məxsus torpaq sahəsinin Novxanı Bələdiyyəsi tərəfindən təqdim edilən başqa torpaq sahəsi ilə əvəz olunmasını istəyir. İş materiallarında olan Abşeron rayon Novxanı Bələdiyyəsinin xx xxxxxx 2019-cu il tarixli, 128 saylı məktubundan görünür ki, cavabdeh 0.02 hektar torpaq sahəsinin digər koordinatlarda yerləşən torpaq sahəsi ilə əvəz olunmasını təklif etmişdir. Məhkəmə hesab edir ki, inzibati məhkəmə icraatının mahiyyəti və məqsədi fiziki və hüquqi şəxslərlə inzibati akt qəbul etmək səlahiyyəti olan orqanlar arasında yaranmış mübahisənin həllindən ibarətdir. İnzibati məhkəmə icraatı qaydasında işə baxıla bilməsi üçün ilk növbədə iddiaçı ilə inzibati orqan arasında mübahisə olmalı və bu mübahisə inibati orqanın inzibati fəalyyəti ilə əlaqədar olmalıdır. Lakin hazırkı işdə inzibati orqanın inzibati fəaliyyəti ilə əlaqədar yaranan mübahisə müəyyən olunmur. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan ünvan 2 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-612/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-612/2020
12.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver