Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-612/2021 24.05.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X7 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi X10 (Quba ASAN vəkil bürosunda vəkil işləyən, Quba rayonu, Timirzayev qəsəbəsində yaşayan,) Üçüncü şəxs X11 (işləməyən, ünvan 1 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı X2, X8, X19, X20, X4 və X9 iddiaçıya məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X2, X8, X19, X20, X4 və X9 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümümi sahəsi 56,0 kv.metr olan fərdi yaşayış evindən pasport qeydiyyatından çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X2, X8, X19, X20, X4 və X9 iddiaçıya məxsus ünvan 2 ünvanında yerləşən RX seriyalı1428427 nömrəli ********** qeydiyyat nömrəli 01.01.2019-cu il tarixli **********47- 10301 reyestr nömrəli fərdi yaşayış evindən pasport qeydiyyatından çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi Şifahi məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi X25 oğlu iddia tələbini müdafiə edərək izah etdi ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi 04 yanvar 2019-cu il tarixli, RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilən çıxarışı ilə ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 56.0 kv.metr olan fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir. O, həmin evi bacısı X1 adına keçirmək üçün Quba regional “Asan Xidmət” mərkəzində Notariat Kontoruna yaxınlaşmışdır. Müqavilə üçün sənədlər hazırlanarkən məlum olmuşdur ki, həmin evdə onun ailə üzvlərindən başqa X2, X8, X19, X20, X4 və X17 qeydiyyatdadırlar. O, həmin şəxslərin ona məxsus fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması barədə Cavabdehnə müraciət etmişdir. Cavabdeh 01 dekabr 2020-ci il tarixli məktubu ilə şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüquqlarına xitam verildikdə mümkün olacağı bildirilmişdir. Bununla bağlı iddiaçının nümayəndəsi iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Üçüncü şəxs X19 iddia tələbini qəbul etməyərək izah etdi ki, ünvan 6 ünvanda yerləşən onun babasının evi olmuşdur. Atası 1982-ci ildə həmin evə bitişik olan, 1970ciillərdə inşa edilmiş evi satın almış və həmin evə 127 A nömrəsi verilmişdir. Hazırda hər iki evin ünvanı 127 A olmaqla ayrı-ayrıl evlərdən söhbət gedir. Orada mövcud olan tin bağlandıqdan sonra atasına 127 A nömrəli ev verilmişdir.Onun və ailəsinin şəxsiyyət vəsiqələrində eləcə də digər sənədlərdə ev nömrəsi 127 A kimi qeyd edilmişdir. Onların qeydiyyatdan çıxarılması barədə qərar qəbul edilərsə, o mülkiyyətində olan evdən qeydiyyatdan çıxarılmış olacaqdır. Bununla bağlı kerli icra hakimiyyəti orqanlarına bildirilmiş və onc cavab verilmişdir ki, yaxın 2 ay ərzində yeni ünvanlar verilərək mübahisə həll ediləcəkdir. Cavabdeh və digər üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq səbəbini bildirmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinin tələbinə əsasən cavabdehin nümayəndəsinin və məhkəmə iclasına gəlməyən üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan : -DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən tərtib edilmiş texniki pasportdan görünür ki, həmin texniki pasport İddiaçı məxsus ünvan 7 ünvanında yerləşən fərdi yayaış evinə dair tərtib edilmişdir. - RX № ******* seriyalı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. - Azərbaycan Respublikasl Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli 19.10.2020-ci il tarixli arayışdan görünür ki, Quba şəhəri, Ə.Nərimanov küçəsi ev 127 A ünvanında X8, X3, X2, X17, X19, X6, X5, X20 və X4 qeydiyyatdadırlar. -DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 12.11.2018-ci il tarixli **********85 saylı məktubdan görünür ki, X1 yaşadığı fərdi yaşayış evinə 127 a nömrəsi Abşeron PTİB-nin verdiyi 31 avqust 1987-ci il tarixli qeydiyyat vəsiqəsinə əsaslanaraq verilmişdir. - 06.04.2004-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evi X11 xüsusi mülkiyyətindədir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı üçüncü şəxslərin pasport qeydiyyatının ləğv edilməsi üçün Cavabdehnə müraciət etmişdir. Cavabdeh isə özünün 23.02.2018-ci il tarixli məktubunda bildirmişdir ki, həmin şəxslərin qedyiyyatdan çıxarılması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsində nəzərdə tutulmuş əsaslar mövcud olmadığından xahişinin təmin edilməsindən imtina olunur. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının və üçüncü şəxsin izahatlarını dinləyərək, iş üzrə toplanmış materiallarını tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı mülkiyyətində olan ünvan 11 ünvanda yerləşən evdən üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasını tələb edir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X22 da həmin ünvanda yerləşən evin onun mülkiyyətində olmasını təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı təqdim etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinin tələblərinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda olan şəxslərin qeydyiyatdan çıxarılması üçün tələb hüququnun mövcudluğu müəyyən olunur. Eyni zamanda həmin şəxslərin də iddiaçının mülkiyyətində olan evin ünvanı ilə eynilik təşkil etməsi onların qanuni istifadələrində olan məzildən qeydiyyatdan çıxrılmasına səbəb ola bilər. Bununla bağlı məhkəmə hesab edir ki, tərəfləraralarında ünvanla bağlı olan mübahisənin həll edilməsi məqsədi ilə yerli icra hakimiyyəti orqanına müraciət etmək hüququ izah edilməlidir. . Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir . 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 12 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-612/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-612/2021
24.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver