Məhkəmə qərarları › İş №2-1(118)-613/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-613/2023

10.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-613/2023 10.04.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “0393291 nömrəli, xx.xx.2012-ci il tarixli dövlət reyestrindən çıxarışa əsasən iddiaçının mülkiyyətində olan Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən 0.12 ha torpaq sahəsinin üzərinə qoyulmuş nəzarətin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı ərazi idarəsinə qarşı iddia qaldıraraq “iddiaçnın mülkiyyətində olan Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən 0.12 ha torpaq sahəsinin, ******* nömrəli, xx.xx.2013-cü il tarixli dövlət reyestrindən çıxarışa əsasən iddiaçının mülkiyyətində olan Ağsu rayonu, Nuydi kəndində yerləşən, 7.1448 ha torpaq sahəsinin, ******* nömrəli, xx.xx.2013-cü il tarixli dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətində olan Ağsu rayonu, Nuydi kəndində yerləşən 4.755 ha torpaq sahəsinin, ******* nömrəli, xx.xx.2013-cü il tarixli dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətində olan Ağsu rayonu, Nuydi kəndində yerləşən 1.819 hatorpaq sahəsinin və ******* nömrəli, xx.xx.2013-cü il tarixli dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətində olan Ağsu rayonu, Nuydi kəndində yerləşən 1.28 ha torpaq sahəsinin üzərinə qoyulmuş nəzarətin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə iddia tələbinin dəqiqləşməsi ərizəsi təqdim edərək, “0393291 nömrəli, xx.xx.2012-ci il tarixli dövlət reyestrindən çıxarışa əsasən iddiaçının mülkiyyətində olan Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən 0.12 ha torpaq sahəsinin üzərinə qoyulmuş nəzarətin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən 0,12 ha torpaq sahəsinin, ******* nömrəli, xx.xx.2013-cü il tarixli dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətində olan Ağsu rayonu, Nuydi kəndində yerləşən, 7.1448 ha torpaq sahəsinin, ******* nömrəli, xx.xx.2013-cü il tarixli dövlət reyestrindən çıxarışa əsasən, mülkiyyətində olan Ağsu rayonu, Nuydi kəndində yerləşən, 4.755 ha torpaq sahəsinin, ******* nömrəli, xx.xx.2013-cü il tarixli dövlət reyestrindən çıxarışa əsasən, mülkiyyətində olan Ağsu rayonu, Nuydi kəndində yerləşən, 1,819 ha torpaq torpaq sahəsinin və ******* nömrəli, xx.xx.2013-cü il tarixli dövlət reyestrindən çıxarışa əsasən, mülkiyyətində olan Ağsu rayonu, Nuydi kəndində yerləşən, 1,28 ha torpaq torpaq sahəsinin üzərinə qoyulmuş nəzarətin ləğv edilməsini xahiş etmişdir. Cavabdehə etdiyi müraciət (ərizə) bundan ibarət olmuşdur ki, “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xx.xx.2015-ci il tarixli 01/99m saylı məktubuna əsasən, ******* nömrəli, xx.xx.2012-ci il tarixli dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətində olan Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən 0,12 ha torpaq sahəsinin, ******* nömrəli, xx.xx.2013-cü il tarixli dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətində olan Ağsu rayonu, Nuydi kəndində yerləşən, 7.1448 ha torpaq sahəsinin, ******* nömrəli, xx.xx.2013-cü İl tarixli dövlət reyestrindən çıxarışa əsasən, mülkiyyətində olan Ağsu rayonu, Nuydi kəndində yerləşən, 4.755 ha torpaq sahəsinin, ******* nömrəli, xx.xx.2013-cü il tarixli dövlət reyestrindən çıxarışa əsasən, mülkiyyətində olan Ağsu rayonu, Nuydi kəndində yerləşən, 1,819 ha torpaq torpaq sahəsinin və ******* nömrəli, xx.xx.2013-cü il tarixli dövlət reyestrindən çıxarışa əsasən, mülkiyyətində olan Ağsu rayonu, Nuydi kəndində yerləşən, 1,28 ha torpaq torpaq sahəsinin üzərinə nəzarət qoyulmuşdur. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 6(005)-7/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərarı ona məxsus olan əmlakların üzərinə nəzarətin qoyulmasına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin vəzifəli şəxslərinin hərəkətləri qanunsuz hesab edilmişdir.” Cavabdeh isə 28 iyul 2022-ci il tarixli məktubla ərizəsinin təmin olunmasından imtina etmiş və imtinasını belə əsaslandırmışdır ki, “Ağsu rayonunun Nüydü kəndi ərazisində yerləşən mülkiyyətinizdə olan 7.14 ha, 4.755 ha, 1.819 ha,1.28 ha və Şamaxı rayonun Nağaraxana kəndində yerləşən 0.12 ha torpaq sahələrinin üzərindən nəzarətin götürülməsinə dair “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə daxil olmuş ərizənizə baxılmışdır. Məlumat üçün bildiririk ki, yuxarıda qeyd olunan torpaq sahələrinin üzərinə xx.xx.2015-cı il tarixdən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 06 may 2015-ci il tarixli l/99m saylı məktubuna əsasən nəzarət qoyulmuşdur. Qeyd olunan əmlakların üzərindən nəzarətin götürülməsi üçün Ərazi İdarəsinə hər-hansı bir rəsmi göstəriş daxil olmadığına görə sizin müraciətinizin icrası mümkün deyil.” Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xx.xx.2015-ci il tarixli l/99m nömrəli məktubuna əsasən, onun mülkiyyətində olan Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən 0,12 ha torpaq sahəsinin, ******* nömrəli, xx.xx.2013-cü il tarixli dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətində olan Ağsu rayonu, Nuydi kəndində yerləşən, 7.1448 ha torpaq sahəsinin, ******* nömrəli, xx.xx.2013-cü il tarixli dövlət reyestrindən çıxarışa əsasən, mülkiyyətində olan Ağsu rayonu, Nuydi kəndində yerləşən, 4.755 ha torpaq sahəsinin, ******* nömrəli, xx.xx.2013-cü il tarixli dövlət reyestrindən çıxarışa əsasən, mülkiyyətində olan Ağsu rayonu, Nuydi kəndində yerləşən, 1,819 ha torpaq torpaq sahəsinin və ******* nömrəli, xx.xx.2013-cü il tarixli dövlət reyestrindən çıxanşa əsasən, mülkiyyətində olan Ağsu rayonu, Nuydi kəndində yerləşən, 1,28 ha torpaq torpaq sahəsinin üzərinə nəzarət qoyulmuşdur. Tərəfindən müraciət olunmuşdur ki, həmin nəzarətin ləğv edilməsi (götürülməsi) barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edilsin, lakin bundan imtina edilmişdir. Bundan sonra Bakı şəhəri Nərimanov rayon məhkəməsinə müraciət edilmiş və Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 6(005)-7/2022 saylı, xx.xx.2022ci il tarixli Qərarı ilə ona məxsus olan əmlakların üzərinə nəzarətin qoyulmasına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin vəzifəli şəxslərinin hərəkətləri qanunsuz hesab edilmişdir. Buna baxmayaraq, yenə də ona məxsus əmlakların üzərinə qoyulmuş nəzarət götürülməmişdir. Göründüyü kimi heç bir əsas olmadan mülkiyyəti üzərinə məhdudiyyət qoyulmuş və məhkəmə qərarı ilə həmin hərəkət qanunsuz hesab edilsə də mülkiyyətinin üzərinə qoyulmuş qanunsuz nəzarət götürülməmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh orqan məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir, məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, 14 saylı Şamaxı Ərazi İdarəsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatını aparan orqandır. ‘Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. İddiaçı Ərazi İdarəsinə müraciət edərək, Ağsu rayonunun Nüydü kəndi ərazisində yerləşən mülkiyyətində olan 7.14 ha, 4.755 ha, 1.819 ha,1.28 ha və Şamaxı rayonun Nağaraxana kəndində yerləşən 0.12 ha torpaq sahələrinin üzərindən nəzarətin götürülməsini xahiş etmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, yuxarıda qeyd olunan torpaq sahələrinin üzərinə xx.xx.2015 -cı il tarixdən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 06 may 2015-ci il tarixli 1/99m saylı məktubuna əsasən nəzarət qoyulmuşdur. Qeyd olunan əmlakların üzərindən nəzarətin götürülməsi üçün Ərazi İdarəsinə hər-hansı bir rəsmi göstəriş daxil olmadığına görə İddiaçı müraciətininin icrası mümkün olmamışdır.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Məhkəməyə sorğu əsasında daxil olmuş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əmlak Məsələləri Dövlət Komitəsinin sədrinə ünvanladığı 11 mart 2016-cı il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı mülkiyyətində olan daşınmaz əmlakların özgəninkiləşdirilməsinin dayandırılması xahiş olunmuşdur. - Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 6(005)-7/2022 saylı, 17 fevral 2022ci il tarixli qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin vəzifəli şəxsinin hərəkətlərindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayətinin təmin edilməsi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 06 may 2015-ci il tarixli 1/99m saylı məktubuna əsasən Şamaxı rayonu Nağaraxana kəndində yerləşən 0.12 ha torpaq sahəsinin, Ağsu rayonu Nuydi kəndində yerləşən 7.1448 ha, 1.819 ha, 1.28 və 4.755 ha torpaq sahələri üzərində nəzarət qoyulmasının qanunsuz hesab edilməsi qərara alınmışdır. - Məhkəməyə sorğu əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı ərazi idarəsindən daxil olmuş 11 noyabr 2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, iddiaçının əmlaklarının üzərinə nəzarət Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən qoyulmuşdur. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı ərazi idarəsinin İddiaçı ünvanladığı 28 iyul 2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının mülkiyyətində olan daşınmaz əmlak üzərindən məhdudiyyətin götürülməsindən imtina edilmişdir.

4. İddianın növü və mümkünlüyü Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ mübahisə predmeti olan torpaq sahəsinə istifadə hüququnun əmələ gəlməsi vaxtından yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDRX-in 14 saylı Şamaxı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDRX-in 14 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDRX-in 14 saylı ŞamaxıƏrazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDRX-in 14 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDRX-in 14 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın xx.xx.2022-ci il tarixli, **********53 nömrəli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlak Şamaxı rayonu ərazisində olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən 0.12 ha torpaq sahəsi ******* nömrəli, xx.xx.2012-ci il tarixli dövlət reyestrindən çıxarışa əsasən İddiaçı məxsusdur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əmlak Məsələləri Dövlət Komitəsinin sədrinə ünvanladığı 11 mart 2016-cı il tarixli məktubuna əsasən Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən mübahisəli əmlakın üzərinə nəzarət qoyulmuşdur. İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin vəzifəli şəxsinin hərəkətlərindən məhkəmə nəzarəti qaydasında Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə şikayət vermiş, Məhkəmənin (005)-7/2022 saylı, 17 fevral 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 06 may 2015-ci il tarixli 1/99m saylı məktubuna əsasən Şamaxı rayonu Nağaraxana kəndində yerləşən 0.12 ha torpaq sahəsinin, Ağsu rayonu Nuydi kəndində yerləşən 7.1448 ha, 1.819 ha, 1.28 və 4.755 ha torpaq sahələri üzərində nəzarət qoyulmasının qanunsuz hesab edilməsi qərara alınmışdır. İddiaçı məhkəmə qərarına əsasən onun əmlakına nəzarət qoyulması qanunsuz hesab edildiyinə görə Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən 0.12 ha torpaq sahəsi üzərinə qoyulmuş nəzarətin ləğv edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdehin 28 iyul 2022-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının əmlakı üzərinə nəzarətin ləğvi ilə bağlı imtinası əsassız olmuşdur. Belə ki, yuxarıda qeyd olunduğu kimi Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən 0.12 ha torpaq sahəsi ******* nömrəli, xx.xx.2012-ci il tarixli dövlət reyestrindən çıxarışa əsasən İddiaçı məxsus olan əmlak üzərinə qoyulmuş nəzarət 6(005)-7/2022 saylı, xx.xx.2022-ci il tarixli məhkəmə qərarına əsasən etibarsız hesab edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Məhkəmə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarındakı mövqeyindən çıxış edərək qeyd edir ki, şəxsin mülkiyyət hüququ faktiki olaraq onun adına əmlakın DƏDRX-də qeydiyyata alındığı andan yaranır. Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış isə həmin qeydiyyatı əks etdirən sənəddir və hər bir halda inzibati akt kimi qiymətləndirilə bilməz. Beləliklə, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 141.1-ci maddəsinə əsasən əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Həmin Məcəllənin 141.2-ci maddəsinə əsasən həmin Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Sözügedən Məcəllənin 141.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Lakin hazırki işdə cavabdeh inzibati orqan reyestrdə aparılmış nəzarətin məhkəmə qərarı ilə qanunsuz hesab edilərək götürüldüyünü bilə-bilə həmin qeydin ləğvindən imtina etmişdir. Məhkəmə qeyd edir ki, sözügedən torpaq sahəsi üzərində nəzarətin əsası kimi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əmlak Məsələləri Dövlət Komitəsinin sədrinə ünvanladığı 11 mart 2016-cı il tarixli məktubu təşkil etmişdir ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 6(005)-7/2022 saylı, 17 fevral 2022-ci il tarixli qərarı ilə iddiaçının əmlakının üzərinə nəzarətin qoyulması qanunsuz hesab edildiyindən, həmin məhkəmə qərarı qanuni qüvvəyə mindiyindən, daşınmaz əmlakın dövlət reyestrində əmlakın üzərinə qoyulmuş nəzarət, nəzarətin qoyulduğu əmlakın sahibinə münasibətdə hər hansı hüquqi əsaslandırmaya malik olmadığından, həmin nəzarətin hər hansı bir hüquqi qüvvəsi qalmamışdır və əmlak üzrinə qoyulmuş nəzarət ləğv edlməlidir. Məhkəmə qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı daşınmaz əmlakın dövlət reyestrində qoyulmuş nəzarətin ləğv olunmalı olduğunu sübut etsə də, cavabdeh iddiaçının tələbi ilə bağlı öz imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ******* nömrəli, xx.xx.2012-ci il tarixli dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən 0.12 ha torpaq sahəsinin üzərinə qoyulmuş nəzarətin ləğv edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. 0393291 nömrəli, xx.xx.2012-ci il tarixli dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən 0.12 ha torpaq sahəsinin üzərinə qoyulmuş nəzarətin ləğv edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar