Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-615/2021 30.09.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X3 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 10.12.2020-ci il tarixli **********4011 nömrəli qərarın ləğv edilməsi” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı məhkəməyə müraciət edərək, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 10.12.2020-ci il tarixli **********4011 nömrəli qərarın ləğv edilməsi” ni xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iş üzrə cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən sahibkarlıq fəaliyyəti göstərdiyi obyektdə (dəyirmanda) operativ vergi nəzarəti həyata keçirilmiş və tədbirin nəticəsi olaraq 21.10.2020-ci il tarixli DVX seriyalı 001112 nömrəli Akt tərtib edilmişdir. Aktda qeyd edilənlərə əsasən vergi nəzarəti tədbiri nəticəsində guya həmin obyektdə 21.10.2020-ci il tarixdə 467 924,10 manat dəyərində malların elektron qaimə-faktura təqdim edilmədən satıldığı aşkar edilmişdir. Qeyd olunan aktın əsasında cavabdeh vergi orqanı tərəfindən 10.12.2020-ci il tarixli **********4011 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərar qəbul edilmiş və həmin qərar əsasında cəmiyyətə 49627,15 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Aşağıda qeyd olunanlara əsasən cavabdeh tərəfindən qəbul edilmiş 10.12.2020-ci il tarixli **********4011 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərarı qanunsuz və əsassız hesab edirlər: Cavabdeh vergi orqanı tərəfindən cəmiyyətə məxsus təsərrüfat subyektində (dəyirmanda) operativ vergi nəzarəti tədbiri həyata keçirilmiş və 467 924,10 manat dəyərində malların elektron qaimə-faktura təqdim edilməli olduğu halda elektron qaiməfaktura verilmədən təqdim edilməsi aşkar edilmişdir. Başqa sözlə desək, vergi orqanı cəmiyyətə məxsus obyektdə qəfil reyd zamanı 21.10.2020-ci il tarixdə 467 924,10 manat dəyərində malların satıldığını, lakin həmin təqdim edilmiş mallara görə alıcıya elektron qaimə- fakturanın təqdim edilmədiyini aşkar etmişdir. İlk öncə qeyd edir ki, cavabdeh vergi orqanı tərəfindən operativ vergi nəzarəti keçirilən gün (12.10.2020-ci il tarixdə) cəmiyyətə məxsus dəyirmanda 467 924.10 manat dəyərində malların satışı həyata keçirilməmişdir. Həmin məbləğ 2020-ci ilin yanvar ayından yoxlama keçirilən günədək satılan malların dəyəridir ki, həmin mallar pərakəndə ticarət qaydasında satılmış və malların dəyəri Nəzarət kassa aparatına mədaxil edilmişdir. Vergi Məcəlləsinin: 13.2.62-ci maddəsinə əsasən pərakəndə satış - malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron-qaimə faktura) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. 13.2.63-cü maddəsinə əsasən topdansatış - malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. 16.1.11-6-cı maddəsinə əsasən bank əməliyyatlarını həyata keçirən şəxslər tərəfindən , müştərilərin hesabları üzrə xidmətlərin göstərilməsi (16.1.11-6.1), dövlət hakimiyyəti, yerli özünüidarəetmə orqanları və büdcə təşkilatları tərəfindən işlərin və xidmətlərin təqdim edilməsi (16.1.11-6.2) və notariuslar tərəfindən (notariat hərəkətlərinin aparılmasına və notariat hərəkətləri ilə əlaqədar) xidmətlərin göstərilməsi (16.1.11-6.3) istisna olmaqla, digər şəxslər tərəfindən vergi ödəyicisi kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura göndərmək vergi ödəyicisinin vəzifəsidir. 16.1.11-7-ci maddəsinə əsasən pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti zamanı malların (işlərin, xidmətlərin) alıcılarına onların tələbinə əsasən nəzarət-kassa aparatının çeki ilə yanaşı, elektron qaimə-faktura təqdim etmək vergi ödəyicisinin vəzifəsidir. Sadalanan normalardan aydın olduğu kimi, mallar alıcıya son istehlak məqsədi ilə təqdim edildiyi halda həmin fəaliyyət pərakəndə, malların alıcıya onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün təqdim edildiyi halda isə həmin fəaliyyət topdansatış fəaliyyəti hesab edilir. Vergi ödəyicisi malların (işlərin, xidmətlərin) alıcılarına alınan pulun müqabilində pərakəndə ticarət fəaliyyəti zamanı nəzarət- kassa aparatının çekini, topdansatış fəaliyyəti zamanı isə elektron qaimə-faktura təqdim etməyə borcludur. Pərakəndə ticarət fəaliyyəti zamanı elektron qaimə-fakturanın təqdim edilməsi yalnız malın (işin, xidmətin) alıcısı tələb etdiyi halda, məcburi xarakter daşıyır. Məhkəmənin nəzərinə çatdırır ki, "xxxx" MMC un məhsullarının pərakəndə və topdansatışı fəaliyyəti ilə məşğul olur və malları istehlak məqsədi ilə aldığını qeyd edən şəxslərə nəzarət kassa aparatının çekini, satış məqsədilə aldığını qeyd edən şəxslərə isə elektron qaimə-faktura təqdim etməklə qanunla onun üzərinə qoyulan öhdəliyi tam şəkildə icra edir. Buna baxmayaraq cavabdeh vergi orqanı özünü istehlakçı qismində təqdim edən şəxslərə satılmış və dəyəri nəzarət kassa aparatına mədaxil edilmiş malları elektron qaimə- faktura təqdim edilmədən satılmış mallar kimi qiymətləndirmişdir. Halbuki, qanunverici yalnız topdansatış fəaliyyəti zamanı, yəni malı alan şəxs həmin malı sahibkarlıq fəaliyyəti üçün, başqa sözlə desək yenidən satış, emal və digər məqsədlər üçün aldığı zaman ona elektron qaimə-fakturanın təqdim edilməsini vergi ödəyicisinin vəzifəsi kimi təsbit etmişdir. Malların alıcısının həmin malları hansı məqsədlə almasını müəyyən etmək isə satıcının vəzifəsi deyil, məhz alıcının məsuliyyətidir. Malın alıcısı həmin malları istehlak məqsədilə aldığını qeyd etdiyi halda, həmin şəxsə elektron qaimə-fakturanın təqdim edilməsi qeyri-mümkün olur. Başqa sözlə desək, elektron qaiməfaktura alıcı tələb etdiyi halda təqdim edilir, əks halda isə alıcıya nəzarət kassa aparatının çeki təqdim edilir. Göründüyü kimi, "xxxx" MMC qanunvericiliklə onun üzərinə qoyulan öhdəliyi tam şəkildə icra etdiyi, yəni malların alıcılarına pərakəndə ticarət zamanı nəzarət kassa aparatının çekini təqdim etdiyi halda, vergi orqanı həmin malların sənədləşdirilmədən satıldığını iddia edərək, cəmiyyətə əsassız maliyyə sanksiyası tətbiq etmişdir. Bundan əlavə olaraq, Vergi Məcəlləsinin 50-ci maddəsində əsasları və qaydaları müəyyən edilən operativ vergi nəzarəti tədbirinin mahiyyəti ondan ibarətdir ki, həmin yoxlama əvvəlcədən xəbərdarlıq edilmədən qəfil reyd şəklində həyata keçirilir və yalnız tədbir keçirilən zaman (gündə və saatda) aşkar edilən qanun pozuntuları rəsmiləşdirilərək onlara münasibətdə hər hansı cəza tədbiri (maliyyə sanksiyası) tətbiq edilir. Belə ki, Vergi Məcəlləsinin: 50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və 50.1.1-50.1.14-cü maddələrdə sadalanan məsələləri, o cümlədən malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə- fakturasının tərtib edilməsinə nəzarət edilməsini (50.1.13) əhatə edən vergi nəzarəti formasıdır. 50.4-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. İş materiallarından göründüyü kimi, cavabdeh vergi orqanı tərəfindən tərtib edilmiş 21.10.2020-ci tarixli aktda həmin gün deyil, 01.01.2020-ci il tarixdən yoxlama keçirilən günədək satılmış və Nəzarət kassa aparatına mədaxil edilmiş malların dəyəri əsas götürülərək, iddiaçı Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən məsuliyyətə cəlb edilmişdir. Beləliklə, "xxxx" MMC malların alıcısına satılmış mallara görə qanunla müəyyən edilmiş sənədləri (pərakəndə satış zamanı nəzarət kassa aparatının çekini, topdansatış zamanı isə elektron qaimə-faktura) təqdim etdiyi halda, vergi orqanı əsassız şəkildə həmin malları elektron qaimə-faktura təqdim edilməli olduğu halda təqdim edilməmiş mallar kimi qiymətlıəndirərək, cəmiyyətə əsassız maliyyə sanksiyası tətbiq etmişdir. İnzibati Prosessual Məcəllənin "Sübutetmə vəzifəsi" başlıqlı 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 3.1-ci maddəsinə əsasən bu Məcəllənin 3.2-ci maddəsində müəyyən edilmiş hallar istisna olmaqla, inzibati mübahisələrə birinci instansiya məhkəməsi qismində inzibati məhkəmələr tərəfindən baxılır. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Qərar yazılı şəkildə tərtib edilir və hakim (işə kollegial qaydada baxıldıqda, məhkəmə tərkibinə daxil olan hakimlərdən hər biri) tərəfindən imzalanır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edirlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, vergi ödəyicisinin un istehsalı, dəyirman fəaliyyəti ilə məşğul olur. Onların fəaliyyəti dövründə müvafiq dövlət qurumları ilə danışıq zamanı bildirilmişdir ki, çətinliklər olsada qiymətləri qaldırmasınlar, hökümət səviyyəsində onlara güzəştlər olacaq. Lakin cavabdeh inzibati orqan əsassız hesablama aparmaqla onların fəaliyyətində çətinlik yaratmış, xarici partnyorlar ilə münasibətlərinə xələl gətirmişlər. Qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməsini məhkəmədən xahiş edirlər. Cavabdeh etirazında qeyd etmişdir ki, iddia ərizəsində iddiaçı cəmiyyətə məxsus dəyirmanda 467924,10 manat dəyərində malın satışının həyata keçirilmədiyini, həmin məbləğin 2020-ci ilin yanvar ayından yoxlama keçirilən günədək satılan malların dəyərinin olmasını, qeyd olunan malların pərakəndə ticarət qaydasında satıldığnı, malların dəyərinin nəzarət kassa aparatına mədaxil edildiyini bildirmişdir. Aşağıda göstərilənlərə görə iddia ərizəsinin dəlilərini əsassız hesab edirlər. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 21.09.2020-ci il tarixli **********57077 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarı əsasında Cəmiyyətə məxsus Sumqayıt şəhəri, Bakı-Dərbənd yolunun şimal hissəsi ünvanda yerləşən anbarda malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı nöqsan aşkar edilərək, 21.10.2020-ci il tarixli DVX seriyalı 001120 nömrəli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” akt tərtib olunmuşdur. Belə ki, operativ vergi yoxlaması zamanı iddiaçı ümumi dəyəri 496270,53 manat məbləğində malların elektron qaimə-faktura təqdim etmədən satışının olması müəyyən edilmişdir. İddiaçının nümayəndəsi İsaq Musayevin vergi orqanına 21.10.2020-ci ii tarixdə təqdim etdiyi izahatında "xxxx" MMC-nin yem və taxıl məhsullarının topdan, eyni zamanda pərakəndə satışı ilə məşğul olduğunu, vergi orqanı əməkdaşları tərəfindən onlara məxsus nəzarət kassa aparatından çıxarılmış hesabatlara əsasən kassa aparatından çıxan iri həcmli məbləğlərin olmasının səbəbinin rayonlarda məhsulların yük nəqliyyat vasitələrindən satışı ilə əlaqədar olmasını, qeyd olunan məhsulların alıcılarında vöen tələb edildikdə vergi orqanında uçotda olmaqdıqlarını üçün onlara elektron qaimə-faktura verə bilmədiklərini qeyd etmişdir. X5 vergi orqanına 13.10.2020-ci il tarixdə təqdim etdiyi iltizamda "xxxx" MMC-nin 1 ədəd təsərrüfat subyekti anbarının movcüd olmasını, qeyd olunan anbardan malların topdan və pərakəndə satıldığını, başqa yerdə anbarlarının və mallarının olmadığını qeyd etmişdir. Vergi Məcəlləsinin 13.2.63-cü maddəsinə əsasən topdansatış - malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qaimə-faktura və ya elektron-qaimə faktura və ya elektron vergi hesab-faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə- fakturasının tərtib edilmədən verilməsinə görə - malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Vergi Məcəlləsinin 39.1 -ci maddəsinə əsasən operativ vergi nəzarəti aktı tərəfinizdən imzalamaqdan imtina edilə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 39.5-ci maddəsinə əsasən vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmadığınız halda aktın Sizə təqdim edilməsi günündən 30 gün müddətində nəzarət tədbirini həyata keçirən vergi orqanına aktı imzalamamağınızın səbəblərini izah edə, yaxud akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazınızı yazılı surətdə bildirə bilərsiniz. Bu halda Siz yoxlama aktını imzalamamaq və ya etirazınızı, öz yazılı izahatınızı təsdiq edən sənədlərlə birlikdə yoxlamanı həyata keçirən vergi orqanına təqdim edə bilərsiniz. Həmin Məcəllənin 39.6-cı maddəsinə əsasən operativ vergi nəzarəti tədbiri aktı Sizə təqdim edilməsi günündən 30 gün müddət bitdikdən sonra 15 gündən çox olmayan müddətdə vergi yoxlamasını həyata keçirən vergi orqanının rəhbəri (onun müavini) tərəfindın təqdim edilmiş sənədlərə və vergi yoxlaması aktına, vergi qanunvericiliyinin pozulması hallarına və onların aradan qaldırılması və müvafiq sanksiyaların (cərimələrin) tətbiq edilməsi məsələsinə baxılır. Həmin Məcəllənin 39.7-ci maddəsinə əsasən tərəfinizdən vergi yoxlaması aktı üzrə yazılı izahatlar və ya etirazlar təqdim edildikdə, yoxlamanın materiallarına Sizin və (və ya) nümayəndələrinizin iştirakı ilə baxılacaqdır. Vergi orqanı vergi yoxlamasının materiallarına baxılmanın yeri və vaxtı haqqında Sizə əvvəlcədən məlumat verməsinə baxmayaraq, üzrlü səbəb olmadan gəlməsəniz, yoxlamanın materiallarına iştirakınız olmadan baxılacaq və 10 gün müddətində Vergi Məcəlləsinin 49-cu maddəsində göstərilən qərarlardan biri çıxarılacaqdır. Göründüyü kimi, iddiaçı tərəfindən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilmədən verilməsinə görə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən qanun pozuntusuna yol verildiyi üçün barəsində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 10.12.2020-ci il tarixli **********4011 nömrəli qərar qəbul edilmişdir. Həmin qərar qanunvericiliyin tələblərinə müvafiq olaraq qəbul edildiyindən qanuni və əsaslıdır. Azərbaycan Respublikası İPM-nin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bununla əlaqədar sənədləri məhkəməyə təqdim etməyə borcludurlar. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Musayev Ruslan C əlil oğlu iştirak etmiş, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün idia olmaqla bərabər həmdə əsaslıdır. İddianın mümkünlüyü ilə bağlı məhkəmə qeyd edir ki, mübahisələndirilən qərar inzibati akt hesab olunduğuna görə iddia mübahisələndirmə haqqında iddiadır, iddiaçı qanunvericilikdə nəzərdə tututlmuş müddətdə məhkəməyə müraciət etmişdir, iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. İddianın əsaslılığı ilə bağlı isə məhkəmə aşagıdkıları qeyd edir. İddiaçı Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 10.12.2020-ci il tarixli **********4011 nömrəli qərarın ləğv edilməsini istəyir. Mübahisələndirilən inzibati aktı qəbul etmiş cavabdeh vergi orqanı qeyd edir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 21.09.2020-ci il tarixli **********57077 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarı əsasında Cəmiyyətə məxsus Sumqayıt şəhəri, Bakı-Dərbənd yolunun şimal hissəsi ünvanda yerləşən anbarda malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı nöqsan aşkar edilərək, 21.10.2020-ci il tarixli DVX seriyalı 001120 nömrəli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” akt tərtib olunmuşdur.Belə ki, operativ vergi yoxlaması zamanı iddiaçının ümumi dəyəri 496270,53 manat məbləğində malların elektron qaiməfaktura təqdim etmədən satışının olması müəyyən edilmişdir.İddiaçının nümayəndəsi İsaq Musayevin vergi orqanına 21.10.2020-ci ii tarixdə təqdim etdiyi izahatında "xxxx" MMC-nin yem və taxıl məhsullarının topdan, eyni zamanda pərakəndə satışı ilə məşğul olduğunu, vergi orqanı əməkdaşları tərəfindən onlara məxsus nəzarət kassa aparatından çıxarılmış hesabatlara əsasən kassa aparatından çıxan iri həcmli məbləğlərin olmasının səbəbinin rayonlarda məhsulların yük nəqliyyat vasitələrindən satışı ilə əlaqədar olmasını, qeyd olunan məhsulların alıcılarında vöen tələb edildikdə vergi orqanında uçotda olmaqdıqlarını üçün onlara elektron qaimə-faktura vere bilmədiklərini qeyd etmişdir.X5 vergi orqanına 13.10.2020-ci il tarixdə təqdim etdiyi iltizamda "xxxx" MMC-nin 1 ədəd təsərrüfat subyekti anbarının movcüd olmasını, qeyd olunan anbardan malların topdan və pərakəndə satıldığını, başqa yerdə anbarlarının və mallarının olmadığını qeyd etmişdir.Göründüyü kimi, iddiaçı tərəfindən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən qanun pozuntusuna yol verildiyi üçün barəsində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 10.12.2020-ci il tarixli **********4011 nömrəli qərar qəbul edilmişdir. Məhkəmə ilkin olaraq qeyd edir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, 2 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 10.12.2020-ci il tarixli **********4011 nömrəli qərarı qanunvericiliyin tələblərinə uyğun olmayaraq qəbul edilmişdir. Beləki Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən həmin məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada operativ vergi nəzarətini keçirmək vergi orqanının hüququ olaraq müəyyən edilmişdir. Həmin məcəllənin 50.2-ci maddəsinə əsasən operativ vergi nəzarətinin həyata kecirilməsi ücün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. Göründüyü kimi qanunverici vergi orqanına operativ vergi nəzarətini həyata keçirmək səlahiyyətinin diskression sərhədlərini Vergi Məcəllənin 50.2-ci maddəsi ilə məhdudlaşdırmışdır. Lakin hazırkı işdə Vergi Məcəllənin 50.2-ci maddəsində göstərilən əsasları vergi orqanı özünün “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 10.12.2020-ci il tarixli **********4011 nömrəli Qərarında əsaslandırmamış, eyni zamanda məhkəmə prosesi gedişindədə bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, Operativ vergi nəzarətinin qanunvericiliyin tələblərinə uyğun təyin edilməməsindən başqa, Operativ vergi nəzarətinin aparılmasıda qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Beləki, operativ vergi nəzarətinin mahiyəti və məqsədi Vergi Məcəlləsinin 50.1-ci maddəsi ilə müəyyən edilmişdir. 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarında uçota durmayan və ya bu Məcəllənin 221.4.7-ci maddəsinə əsasən "Fərqlənmə nişanı"nı almayan vergi ödəyicilərinin aşkar edilməsi; 50.1.2. aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının markalanmadan və ya saxta markaları ilə markalanmaqla satılması, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktlarının aşkar edilməsi; 50.1.2-1. nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyriqanuni yolla hazırlanması, istifadəsi və satışının qarşısının alınması sahəsində nəzarət edilməsi; 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; 50.1.4. valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi və valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satılması və ya dəyişdirilməsi faktlarının aşkar edilməsi; 50.1.6. xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) olmadan məşğul olan şəxslərin aşkar edilməsi; 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; 50.1.8. istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi; 50.1.9. aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalara əməl olunmasına nəzarət edilməsi; 50.1.10. bu Məcəllənin 221.8-ci maddəsinə əsasən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” almayan vergi ödəyicilərinin aşkar edilməsi; 50.1.11. nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına nəzarət edilməsi; 50.1.12. pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına nəzarət edilməsi; 50.1.13. malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsinə nəzarət edilməsi; 50.1.14. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılması hallarına nəzarət edilməsi və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi. Göründüyü kimi operativ vergi nəzarətinin mahiyyəti nəzarət həyata keçirilən dövrdə vergi ödəyicisi tərəfindən yuxarıda sadalanan halların aşkar edilərək müəyyən edilməsindən ibarətdir. Vergi orqanı hazırkı iş üzrə apardığı operativ vergi nəzarətinin müddətini 22.09.2020-ci tarixdən 21.10.2020-ci tarixədək bir ay müddətinə müəyyən etmiş və vergi ödəyicisinin 2020-ci il ərzində satış dövriyyəsi ilə əlaqədar araşdırmalar aparmışdır. Bu isə operativ vergi nəzarəti institutunun mahiyyəti ilə ziddiyət təkil edir. Vergi qanunvericiliyində operativ nəzarətin müddətinə məhdudiyyət qoyulmasda, bir ay müddətinə operativ nəzarətin aparılması həmin yoxlamanın adı ilə bərarabər mahiyyəti ilədə ziddiyət təkil edir. Məhkəmə hesab edir ki, Vergi orqanın hazırkı iş üzrə bir ay ərzində operativ nəzarət formasında əldə etdiyi məlumatların əldə edilməsi üçün kameral vergi yoxlaması aparmasıda kifayət edərdi. Mübahisə predmeti olan yoxlamanın məqsədinin topdan satış formasında həyata keçirilməli olan satışın pərakəndə satış formasında həyata keçirilməsinin müəyyən olunması kimi qəbul edilsə belə, yoxlama dövründə vergi ödəyicisinin malları kimə və hansı formada satmasına nəzarət etməli olduğu halda, nəzarət aparan orqan bir ay müddətində malların kimə satılması ilə maraqlanmamış, həmin şəxslərin müəyyən olunması ilə bağlı tədbir görməmiş, operativ vergi nəzarəti formasının müəyyən etməli olduğu hallarla məşgul olmamışdır. Məhkəmə bunlardan əlavə qeyd edir ki, yuxarıda qeyd edildiyi kimi, cavabdeh vegri orqanı yoxlamanı qanunsuz təyin etmiş, yoxlama zamanı araşdırmalı olduğu halları araşdırmayaraq, qanunvericiliyin tələblərinə uyğun omlayan yoxlama keçirimiş və eyni zamanda müəyyən etdiyi halları düzgün qiymətləndirməyərək əsassız qərar qəbul etmişdir. Beləki, vergi orqanı qeyd edir ki operativ vergi yoxlaması zamanı iddiaçı ümumi dəyəri 496270,53 manat məbləğində malların elektron qaimə-faktura təqdim etmədən satışının olması müəyyən edilmişdir.Göründüyü kimi, iddiaçı tərəfindən elektron qaiməfaktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən qanun pozuntusuna yol verildiyi üçün barəsində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 10.12.2020-ci il tarixli **********4011 nömrəli qərar qəbul edilmişdir. Məhkəmə hesab edir ki, vergi orqanının gəldiyi bu nəticədə əsaslı hesab edilə bilməz. Vergi orqanının iddiaçıya maliyə sanksiyası tətbiq etməsinin hüquqi əsasını Vergi Məcəlləsinin 58.13-cü maddəsi təşkil edir. Həmin normaya əsasən bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Vergi orqanı hesab etmişdir ki, vergi ödəyicisi elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilmişdir. Halbu ki, vergi orqanı vergi ödəyicisi elektron qaimə-faktura təqdim edilməli olduğu halı düzgün müəyyən etməmişdir. Vergi Məcəlləsinin 13.2.62-ci maddəsinə əsasən pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron-qaimə faktura və ya elektron vergi hesab-fakturası) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Həmin məcəllənin 13.2.63-cü maddəsinə əsasən topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qaimə-faktura və ya elektron-qaimə faktura və ya elektron vergi hesab-faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Həmin məcəllənin 16.1.11-7-ci maddəsinə əsasən pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti zamanı malların (işlərin, xidmətlərin) alıcılarına onların tələbinə əsasən nəzarət-kassa aparatının çeki ilə yanaşı, qaimə-faktura və ya elektron qaiməfaktura və ya elektron vergi hesab-faktura təqdim etmək vergi ödəyicisinin vəzfəsi olaraq müəyyən edilmişdir. Göründüyü kimi pərakəndə ticarət fəaliyyəti zamanı malların (işlərin, xidmətlərin) alıcılarına onların tələbinə əsasən nəzarət-kassa aparatının çeki ilə yanaşı, elektron elektron vergi hesab-faktura təqdim etmək vergi ödəyicisinin vəzfəsi olaraq müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, maliyyə sanksiyası tətbiq olunmuş dövriyyə ilə bağlı iddiaçıdan elektron vergi hesab-faktura tələb edilməsi ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Cavabdeh inzibati orqan operativ vergi yoxlaması zamanı iddiaçı ümumi dəyəri 496270,53 manat məbləğində malların elektron qaimə-faktura təqdim etmədən satışının olmasını topdan satış kimi qiymətləndirmiş, lakin bu qiymətləndirmənin hüquqi əsasını göstərə bilməmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Lakin inzibati orqan mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 10.12.2020-ci il tarixli **********4011 nömrəli qərarı ləğv edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 2 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-615/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-615/2021
30.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver