Məhkəmə qərarları › İş №2-1(118)-615/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-615/2022

20.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-615/2022 20.05.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X4 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Xızı rayon İcra Hakimiyyətinə qarşı “Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən 0,01 hektar torpaq sahəmin üzərində inşa etdirdiyim, sahəsi 44,8 kvadrat metr olan qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün zəruri olan tikintiyə icazə sənədinin və istismara qəbul aktının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Xızı rayon İcra Hakimiyyətinə qarşı iddia qaldıraraq “Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən 0.01 hektar torpaq sahəsinin üzərində inşa etdirdiyi, sahəsi 44.8 kvadrat metr olan qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün zəruri olan tikintiyə icazə sənədinin və istismara hazırlıq aktının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”-na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiasını dəqiqləşdirərək Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən 0,01 hektar torpaq sahəsi üzərində inşa etdirdiyi, sahəsi 44,8 kvadrat metr olan qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün zəruri olan tikintiyə icazə sənədinin və istismara qəbul aktının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılır ki, Xızı rayonu, Giləzi qəsəbəsi, A.Rüstəmov küçəsində yerləşən 0,01 hektar torpaq sahəsi RX seriyalı, ******* nömrəli çıxarışla iddiaçının xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsinin üzərində birmərtəbəli, qeyriyaşayış sahəsi inşa etdirmişdir. Həmin qeyri-yaşayış sahəsi 44 kvadrat metrdir. Həmin tikinti üçün müvafiq rəyləri də almışdır (su, işıq, telekommukasiya və.s). Müvafiq sənədləri iddia ərizəsinə də əlavə etmişdir. İnşa etdirdiyi qeyri-yaşayış sahəsinin dövlət qeydiyyatına alınması üçün 05 oktyabr I 2021-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət I etmiş və ona gələn imtina məktubunda bildirilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri ı haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq maddələrinə əsasən I çoxmənzilli binalar, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış I evlərinə münasibətdə-torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu I təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra I hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı tələb olunur və onda müvafiq sənədlər yoxdur. İddiaçıya məxsus olan torpaq sahəsində I inşa etdiyi qeyri- yaşayış sahəsinə nə üçün ondan asılı olmayan səbəblərdən mülkiyət hüququ əldə edə bilmir. Qeyd edir ki, torpaq sahəsinin üzərində birmərtəbəli, qeyri-yaşayış sahəsinin inşasının başa çatması ilə əlaqədar istismara qəbul aktının verilməsi üçün dəfələrlə Xızı rayon İcra hakimiyətinə müraciət etsə də, hər dəfə min bir bəhanə ilə ona müsbət bir cavab verilməmişdir. Bir dəfə də verilən bir məktubda cavab olaraq bildirilmişdir ki, müəyyən sənədlər var ki, onları təqdim etməlidir-xarici və daxili mühəndis-kommunikasiya təminatı sisteminin müvafiq təşkilatlar tərəfindən verilmiş istismara hazır olması barədə aktlar, istismara hazırlıq aktı və., hansı ki, həmin sənədlərin verilməsini İcra Hakimiyyətindən dəfələrlə tələb etmişdir. Axırıncı cavab məktubunda bildirilmişdir ki, (02 avqust 2021-ci il tarixli, 493 nömrəli) Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri təmin edilməsi üçün müvafiq sənədlər təqdim edildikdən sonra mülkiyyətində olan 0,01 hektar torpaq sahəsi üzərində birmərtəbəli, qeyri-yaşayış sahəsinin inşası başa çatması ilə əlaqədar istismara qəbul aktının verilməsi barədə müraciətinə baxılacaqdır. Qeyd edir ki, o, zəruri olan bütün sənədləri İcra Hakimiyətinə təqdim etmişdir. Göründüyü kimi idarələr düzgün işləmir deyə, sənədərin verilməsini birbirinin üzərinə atır deyə o, bu gün qeyri-yaşayış sahəsini qeydiyyata aldıra bilmir. İddiaçı özü 2-ci qrup əlildir, şəhid ailəsidir. X3 1-ci Qarabağ müharibəsində iştirak etmiş və şəhid olmuşdur. Bununla bağlı müvafiq sənədləri də iddiaya əlavə etmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuzdur, belə ki, Azərbaycan Respublikası Qanunvericiliyinin müvafiq maddələrinə əsasən iddiaçının əlində olan, yuxarıda qeyd etdiyi sənədlər tikintiyə icazə sənədinin və istismara hazırlıq aktının verilməsi üçün əsasdır. Buna baxmayaraq cavabdeh onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, qeyri-yaşayış obyektinin qonşuluğunda hərhansı tikili mövcud deyildir, obyekt aptek kimi istifadə olunmuşdur. Sonda iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etiraz edərək qeyd edir ki, İddiaçı 19 aprel 2021-ci il tarixdə Xızı Rayon İcra Hakimiyyətinə müraciət edərək Giləzi qəsəbəsində tikilmiş aptek binasının tikintiyə icazə sənədinin surətinin verilməsini xahiş etmişdir. Xızı rayon Dövlət Arxivinin 15 saylı 07 may 2021-d il tarixli məktubuna əsasən Xızı rayonu Giləzi qəsəbəsində yerləşən aptek binasının tikintisinə icazə verilməsinə dair sənəd və materiallar Xızı rayon Dövlət Arxivində aşkar olunmamışdır. Bundan sonra İddiaçı 08 iyul 2021-ci il tarixdə ərizə ilə Rayon İcra Hakimiyyətinə müraciət edərək uyğunluq rəyinin alınmasına köməklik göstərilməsini xahiş etmişdir. Rayon İcra Hakimiyyəti tərəfindən 479 saylı 29 iyul 2021 ci il tarixli məktubla ərizəyə əlavə olunmuş sənədlərlə birgə aidiyyəti üzrə Azərbaycan Respublikasının Şəhərsalma və Arxitektura Komitəsinə müraciət olunaraq qanunvericiliyə uyğun münasibət bildirilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikasının Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin 20 avqust 2021-d il tarixli, XO-03-2021-02728 saylı cavab məktubunda qeyri-yaşayış obyektinə dair təqdim olunmuş tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11.03.2014-cü il tarixli 72 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydaların və Tikinti üçün Layihə Sənədləri Sistemi normativ sənədinin tələblərinə uyğun işlənilmədiyindən həmin memarlıq-planlaşdırma bölməsi razılaşdırılmadan geri qaytarılmışdır. Vətəndaş İddiaçı 12 iyul 2021-ci il tarixdə Xızı rayonu Giləzi qəsəbəsində yerləşən 0.01 hektar torpaq sahəsinin üzərində qeyri-yaşayış sahəsini (aptek binası) inşa etdirdiyini və tikilinin istismarına icazənin verilməsini xahiş etmişdir. Rayon İcra Hakimiyyətinin 493 saylı 02 avqust 2021 ci il tarixli məktubu ilə (əlavə olunur) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 16 sentyabr tarixli 309 nömrəli qərarı ilə təsdiq edilmiş tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən əlavə edilən tikinti sənədlərinin siyahısı vətəndaşa təqdim edilmiş, lakin tələb olunan sənədlər tam formada rayon İcra Hakimiyyətinə təqdim edilməmişdir. Göründüyü kimi İddiaçı məsələ ilə əlaqədar dəfələrlə rayon İcra Hakimiyyətinə müraciət etmiş, müraciətlərə baxılarkən heç bir süründürməçiliyə yol verilməmiş, hər bir müraciət araşdırılmış və qanunvericiliyə uyğun cavablar verilmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin nümayəndəsininin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı həmdə əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrasıdır və iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. İddia mahiyyəti baxımından isə aşağıda qeyd edilənlərə əsasən əsaslıdır. İddiaçı Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən 0,01 hektar torpaq sahəmin üzərində inşa etdirdiyim, sahəsi 44,8 kvadrat metr olan qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün zəruri olan tikintiyə icazə sənədinin və istismara qəbul aktının verilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, İddiaçı 19 aprel 2021-ci il tarixdə Xızı Rayon İcra Hakimiyyətinə müraciət edərək Giləzi qəsəbəsində tikilmiş aptek binasının tikintiyə icazə sənədinin surətinin verilməsini xahiş etmişdir. Xızı rayon Dövlət Arxivinin 15 saylı 07 may 2021-d il tarixli məktubuna əsasən Xızı rayonu Giləzi qəsəbəsində yerləşən aptek binasının tikintisinə icazə verilməsinə dair sənəd və materiallar Xızı rayon Dövlət Arxivində aşkar olunmamışdır (əlavə olunur). Bundan sonra İddiaçı 08 iyul 2021-ci il tarixdə ərizə ilə Rayon İcra Hakimiyyətinə müraciət edərək uyğunluq rəyinin alınmasına köməklik göstərilməsini xahiş etmişdir. Rayon İcra Hakimiyyəti tərəfindən 479 saylı 29 iyul 2021 ci il tarixli məktubla ərizəyə əlavə olunmuş sənədlərlə birgə aidiyyəti üzrə Azərbaycan Respublikasının Şəhərsalma və Arxitektura Komitəsinə müraciət olunaraq qanunvericiliyə uyğun münasibət bildirilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikasının Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin 20 avqust 2021-d il tarixli, XO-03-2021-02728 saylı cavab məktubunda qeyri-yaşayış obyektinə dair təqdim olunmuş tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11.03.2014-cü il tarixli 72 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydaların və Tikinti üçün Layihə Sənədləri Sistemi normativ sənədinin tələblərinə uyğun işlənilmədiyindən həmin memarlıq-planlaşdırma bölməsi razılaşdırılmadan geri qaytarılmışdır (əlavə olunur). Vətəndaş İddiaçı 12 iyul 2021-ci il tarixdə Xızı rayonu Giləzi qəsəbəsində yerləşən 0.01 hektar torpaq sahəsinin üzərində qeyri-yaşayış sahəsini (aptek binası) inşa etdirdiyini və tikilinin istismarına icazənin verilməsini xahiş etmişdir. Rayon İcra Hakimiyyətinin 493 saylı 02 avqust 2021 ci il tarixli məktubu ilə (əlavə olunur) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 16 sentyabr tarixli 309 nömrəli qərarı ilə təsdiq edilmiş tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən əlavə edilən tikinti sənədlərinin siyahısı vətəndaşa təqdim edilmiş, lakin tələb olunan sənədlər tam formada rayon İcra Hakimiyyətinə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmamışdır. Belə ki, Azərbaycan Respublikasının Tikinti və Şəhərsalma Məcəlləsinə əsasən: Maddə 69.Yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtləri 69.1. Binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir. Aşağıdakı şərtlərin mövcud olduğu hallarda torpaq sahələrinin sərhədlərindəki xarici divarların önündə ara məsafəsi sahəsinin saxlanılması zəruri deyil: 69.1.1. tikinti obyektinin torpaq sahəsinin sərhədində tikilməsi müfəssəl planda nəzərdə tutulduqda (mövcud tikintinin ara məsafəsi sahəsinin saxlanılmasını tələb etdiyi hallar istisna olmaqla); 69.1.2. tikinti obyektinin torpaq sahəsinin sərhədində tikilməsinə yol verilməsi müfəssəl planda nəzərdə tutulduqda və qonşu torpaq sahəsində də tikintinin müvafiq torpaq sahəsinin sərhədində tikilməsi şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələbləri baxımından mümkündürsə. 69.2. Ara məsafəsi hər torpaq sahəsinin öz üzərində olmalıdır. Nəqliyyat yollarında, ümumi istifadədə olan yaşıllıqlarda və su sahələrində də ara məsafələrinin olmasına yol verilir. Hər iki tərəfdən becərilə bilən torpaq sahələrində isə ara məsafələri yalnız həmin torpaq sahələrinin ortasına qədər nəzərdə tutulur. 69.3. Ara məsafəsi sahələrinin kəsişməsinə yol verilmir. Bu qayda, biri-birinə münasibətdə 75 dərəcədən çox bucaq altında yerləşən xarici divarlar arasındakı məsafələrə şamil olunmur. 69.4. Ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir. 69.5. Ara məsafəsi aşağıdakı qaydada müəyyən edilir: 69.5.1. divar hündürlüyünün 0,6 hissəsi; 69.5.2. kənd ərazilərində və xüsusi yaşayış ərazilərində (hərbi şəhərciklər, tələbə şəhərcikləri, müvəqqəti məskunlaşma əraziləri) divar hündürlüyünün 0,4 hissəsi; 69.5.2-1. bu Məcəllənin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə - divar hündürlüyünün 0,3 hissəsi; 69.5.3. yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş ərazilərdə və sənaye ərazilərində divar hündürlüyünün 0,25 hissəsi. 69.6. Divarlarının hündürlüyü 1 metrdən çox olmayan tikililərin və ya tikili hissələrinin xarici divarlarının önündə ara məsafəsi sahələrinin saxlanılması zəruri deyil. Bundan əlavə, divarlarının hündürlüyü 3 metrdən, sahəsi 25 kvadratmetrdən çox olmayan və yalnız qarajlardan və ya yanaşı otaqlardan ibarət olan, yerli təchizat məqsədlərinə xidmət edən və ya ictimai nəqliyyat ərazilərində yerləşən binaların yaxud bina hissələrinin önündə ara məsafəsi sahəsinin saxlanılması da zəruri deyil. 69.7. Tikinti obyektinin layihələndirilməsi zamanı aşağıdakılar nəzərə alınmalıdır: 69.7.1. mövcud tikililərlə həmsərhəd torpaqlarda inşası planlaşdırılan tikinti obyektlərinin xarici divarları və hissələri arasında, obyektlərin təyinatından asılı olaraq, şəhərsalma və tikintiyə dair normativ sənədlərlə müəyyən edilmiş ara məsafələrin saxlanılması; 69.7.2. torpaqlardan səmərəli istifadə məqsədilə layihə sənədlərinə uyğun olaraq obyektlərin birləşdirilməsinin mümkünlüyü; 69.7.3. layihəçilərin təklifi nəzərə alınmaqla, qarşılıqlı razılaşma əsasında yanaşı sərhəddə obyektlərin tikintisinin iki paralel və qapalı (boşluqları olmayan) divar və ya ortaq divar vasitəsilə həyata keçirilməsinin mümkünlüyü; 69.7.4. yeni tikiləcək obyektlərin divarının qarşılıqlı razılaşma əsasında yanaşı sərhəddə mövcud olan binanın divarına birləşdirilməsinin mümkünlüyü. 69.8. Ara məsafəsi ilə bağlı müfəssəl qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 70. Yanaşı sahələrdə obyektlərin yerləşdirilməsi 70.1. Tikilib abadlaşdırılmış və bərpa olunan ərazilərdə bu Məcəllənin 69.4-cü maddəsində müəyyən olunmuş məsafə şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələbləri nəzərə alınmaqla azaldıla bilər. Bu zaman tikintinin yanğın təhlükəsizliyi, sağlam sanitar-epidemioloji, insolyasiya və təbii işıqlandırma şəraitinin təmin edilməsi zəruridir. Tərəflərdən biri bu qaydalara zidd olaraq, insolyasiya və təbii işıqlandırma şəraiti yaratmaq məqsədilə pəncərə boşluqları və ya digər boşluqlar aça bilməz. 70.2. Obyektlər arasında mövcud olan boş ərazilərdə (sahələrdə) aşağıdakılara yol verilir: 70.2.1. oyun meydançalarının və velosipedlər üçün dayanacaq yerlərinin təşkil edilməsi; 70.2.2. hündürlüyü torpaq səviyyəsindən 50 santimetrdən çox olmayan açıq terrasların təşkil edilməsi; 70.2.3. əlilliyi olan şəxslər üçün pandusların təşkil edilməsi; 70.2.4. tikintisinə icazə tələb olunmayan obyektlərin tikintisi İlkin olaraq məhkəmə qeyd edir ki, məhkəmə araşdırması nəticəsində təqdim edilmiş ortofoto görüntülərində sözügedən qeyri-yaşayış binasının ətrafında tikilinin mövcud olmaması müəyyən edilmişdir. Bu halda cavabdehin imtina əsası kimi ara məsafəsinin pozulmasına istinad etməsi əsaslı olmamışdır. Habelə iş materialları ilə müəyyən edilir ki, sözügedən torpaq sahəsi üzərində Xızı Rayonu Giləzi Bələdiyyəsinin mülkiyyət hüququ Xızı Rayon Bələdiyyəsinin 29 fevral 2016cı il tarixli 03 saylı iclasının protokolundan çıxarışı, Xızı Rayonu İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və Tikinti Şöbəsinin 2016-cı il 11 avqust tarixli 40 saylı rəyi, Xızı Rayonu Giləzi Bələdiyyəsinin yerquruluşu planından çıxarışı əsasında qeydiyyata alınaraq tam mülkiyyət hüququ üzrə 2017-ci il 1 iyul tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Xızı rayonu, Giləzi qəsəbəsi ərazisində yerləşən ümumi sahəsi 0.01 ha-dan ibarət həmin torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ AR Əmlak Məsələləri Dövlət Komitədinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 5 saylı Sumqayıt ərazi torpaq müsabiqə və hərrac komissiyası tərəfindən verilmiş 2018-cı il 12 aprel tarixli Q05232 nömrəli Şəhadətnamə, 3 saylı “SƏYYAR-ASAN Xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş 2018-ci il 23 aprel tarixli 4Ə-08 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında qeydiyyata alınmış, tam mülkiyyət hüququ üzrə 2018-ci il 30 may tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 28 aprel 2022-ci il tarixli məktubu) Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “AZTELEKOM” Məhdud Məsuliyyəli Cəmiyyətinin X2 01.09.2021-ci il tarixli, 17/121 saylı məktubunda qeyd edilir ki, ünvan 1ndə yerləşən mülkiyyət sahəsində Xızı TKQ-na məxsus rabitə xətləri keçmir. X8 tərəfindən verilmiş Rəydə qeyd edilir ki, X8nin nümayəndələri tərəfindən ünvan 1 ünvanında inşa ediləcək 44 kv.m-lik qeyri yaşayış obyektinin ərazisinə baxış keçirilmiş və məlum olmuşdur ki, obyektin inşa ediləcəyi ərazidən X8nin su və kanalizasiya xətləri keçmir. “Şimal” X5 və Satışı İdarəsinin Xızı Şəbəkə Sahəsinin 27 avqust 2021-ci il tarixli XZ-97 saylı məktubunda qeyd edilir ki, Giləzi qəsəbəsi Araz Rüstəmov küçəsində yerləşən torpaq sahəsi üzərində inşa edilmiş aptek Şəbəkənin balansında olan elektrik verilişi xəttinin ərazisində inşa edilməmişdir. Azərbaycan Respublikası Socar Dövlət Neft Şirkətinin 02 fevral 2022-ci il tarixli məktubunda qeyd edilir ki, UTM WGS 84 koordinatlar sistemində X Y 360373.77 4525927.95 360382.14 4525933.48 360387.38 4525924.99 360379.06 4525919.44 Koordinatlarda olan qeyri –yaşayış sahəsinin yerləşdiyi 100 kv.m torpaq sahəsi SOCAR-ın istismarında olan qaz boru kəmərlərinin mühafizə zonası xaricində yerləşir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin 11 may 2022-ci il tarixli, 02 saylı Aktında qeyd edilir ki, Xızı rayonu, Giləzi kəndi ərazisində İddiaçı məxsus bir mərtəbəli qeyri-yaşayış obyekti Azərbaycan Respublikasında qüvvədə olan 2.6-1 “Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması” Azərbaycan Respublikasının Dövlət Tikinti normalarının, 2.08.02-89 “İctimai bina və qurğular” Tikinti Norma və Qaydalarının, “X1 Qaydalarının”, 2.02.01-97 “Bina və qurğuların yanğın təhlükəsizliyi” Dövlətlərarası Tikinti Norma və Qaydalarının yanğına qarşı yönəlmiş tələblərinə əməl edilməklə inşa edilmiş və yanğın-texniki ləvazimatlarla təmin edilmişdir. İş materialları ilə müəyyən olunur ki, qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. Qeyri-yaşayış obyektinə dair müvafiq qurumlar tərəfindən rəylər verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunduki, iddiaçı tərəfindən onun öz mülkiyyətində tikdiyi obyektin faktiki olaraq aptek binası kimi istifadə edilməsi tərəflər arasında mübahisə olunmur. Beləliklə tikintiyə icazə sənədinin və istismara qəbul aktının verilməsini istisna edəcək hərhansı bir vəziyyət mövcud deyildir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Məhkəmə hesab edir ki, müvafiq sənədləri təqdim etdiyi halda müraciətinin təmin edilməsindən imtina edilməsi «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinin pozulması kimi qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli və İddiaçı Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən 0,01 hektar torpaq sahəsi üzərində inşa etdirdiyi, sahəsi 44,8 kvadrat metr olan qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün zəruri olan tikintiyə icazə sənədinin və istismara qəbul aktının verilməsi öhdəliyi cavabdeh Xızı rayon İcra Hakimiyyətinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən 0,01 hektar torpaq sahəsi üzərində inşa etdirdiyi, sahəsi 44,8 kvadrat metr olan qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün zəruri olan tikintiyə icazə sənədinin və istismara qəbul aktının verilməsi öhdəliyi cavabdeh Xızı rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar