Məhkəmə qərarları › İş №2-1(118)-616/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-616/2021

17.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-616/2021 17.06.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X2 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “Cavabdeh 19 noyabr 2020-ci il tarixli 143 saylı sərəncamının ləğv edilməsi” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “Cavabdeh 19 noyabr 2020-ci il tarixli 143 saylı sərəncamının ləğv edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. «xxxx» ATSC məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh 30 dekabr 2005-ci il tarixli 417 saylı sərəncamı əsasında İddiaçı MMC-nin uzunmuddətli icarəsinə (99 il müddətinə) kənd təsərrüfatı məhsulları və emalı məqsədi ilə sabiq Çarxı quşçuluq təsərrüfatının istifadəsində olmuş dövlət fonduna aid torpaqlardan cəmi 446,0 ha (əkin- 400.0 ha, yararsız-46 ha) torpaq sahəsi ayrılmışdır. Cavabdeh ilə İddiaçı MMC arasında «Torpaq sahəsinin icarəyə verilməsi haqqında» İcarə müqaviləsi bağlanmışdır. Torpaq sahəsinə 26 may 2006-cı il tarixində (JN-9952; kod ********) torpaqdan müvvəqəti istifadə hüququna dair şəhadətnamə verilmişdir. Həmin torpaq sahəsində MMC-nin vəsiti hesabına 10.000.000 (on milyon) manata yaxın investisya qoyuluşu nəticəsində müasir standartlara cavab verən (Yalama Aqvopark səviyyəsində) südçülük ferması qurulmuşdur. «xxxx» ASC vasitəsi ilə 888 (səkkiz yüz səksən səkkiz) baş iribuynuzlu mal gətirilmişdir. Həmçinin 400 ha əkin sahəsi və 14 adda 32 ədəd müxtəlif kənd təsərrüfatı texnikası mövcuddur. Bu sahəni suvarmaq üçün bir istiqamətdə Vəlvələ çayından 15 km, digər istiqamətdə isə Çağacıq çayından 6 km suvarma kanalı, 20 km açıq drinaj kanalları çəkilmişdir. 24 noyabr 2020-ci il tarixində Cavabdehndən iddiaçının ünvanına daxil olan məktubdan və ona əlavə edilmiş Cavabdeh 19 noyabr 2020-ci il tarixli 143 saylı Sərəncamından belə bəlli olur ki, sonuncu sərəncamla Cavabdeh 30 dekabr 2005-ci il tarixli 417 saylı sərəncamı qanunsuz verilməsi əsası ilə ləğv edilmişdir. Cavabdeh 19 noyabr 2020-ci il tarixli 143 saylı Sərəncamı onunla əsaslandırılmışdır ki, torpaq sahəsinin İddiaçı MMC-nin uzunmüddətli icarəsinə verilməsi barədə Cavabdeh 30 dekabr 2005-ci il tarixli 417 saylı sərəncamı verilən və sərəncama əsasən torpaq sahəsinin icarə müqaviləsi bağlanan zaman qeyd olunan torpaq sahəsi yüklü olmaqla «xxxx» ASC-nin istifadəsində olmuşdur Sərəncamda daha sonra göstərilir ki, Cavabdeh 10 dekabr 1999-cu il tarixli 404 saylı sərəncamı ilə «Çarxı quşçuluq» sovxozunun ərazisində dövlət mülkiyyətində saxlanılmış 758 ha əkin və 452 ha örüş torpaq sahəsi «Çarxı quşçuluq» ATSC-nin (2000ci ildə «xxxx» ASC-yə çevrilmişdir) müvəqqəti istifadəsinə verilmişdir. Cavabdeh iddiası əsasında Sumqayıt yerli İqtisad Məhkəməsinin 05 mart 2009-cu il tarixli 2(85)-82/2009 saylı qətnaməsi ilə «Çarxı quşçuluq» ATSC-nin (2000-ci ildə «xxxx» ASC-yə çevrilmişdir) müvəqqəti istifadəsinə verilmiş Xaçmaz rayonunun inzibati sərhədləri daxilində yerləşən torpaq sahəsindən istifadə hüququna xitam verilmiş və cəmiyyətin adına verilmiş torpaqdan istifadə hüququna dair şəhadətnamə ləğv edilmişdir. Məhkəmənin qətnaməsindən belə nəticəyə gəlmək olar ki, İddiaçı MMC-yə 446 ha torpaq sahəsinin icarəyə verilməsi barədə Cavabdeh 30 dekabr 2005-ci il tarixli 417 saylı sərəncamı verilərkən bu torpaq sahəsi «xxxx» ASC-nin istifadəsində olmuş və yalnız Sumqayıt yerli İqtisad Məhkəməsinin 05 mart 2009-cu il tarixli 2(85)-82/2009 saylı qətnaməsi ilə torpaq sahəsi üzərində cəmiyyətin istifadə hüququna xitam verilmişdir. Bu səbəbdən də Cavabdeh 30 dekabr 2005-ci il tarixli 417 saylı sərəncamının qanunsuz verilməsi qənaətinə gəlmiş və özünün 19 noyabr 2020-ci il tarixli 143 saylı Sərəncamı ilə Cavabdeh 30 dekabr 2005-ci il tarixli 417 saylı sərəncamını ləğv etmişdir. Torpaq sahəsinin İddiaçı MMC-nin uzunmüddətli icarəsinə verilməsi barədə Cavabdeh 30 dekabr 2005-ci il tarixli 417 saylı sərəncamı verilən və sərəncama əsasən torpaq sahəsinin icarə müqaviləsi bağlanan zaman qeyd olunan torpaq sahəsi yüklü olmaqla «xxxx» ASC-nin istifadəsində olması barədə Cavabdeh 19 noyabr 2020-ci il tarixli 143 saylı Sərəncamında göstərilənlər isə tamamilə əsassızdır. Çünki, Cavabdeh 30 dekabr 2005-ci il tarixli 417 saylı sərəncamı əsasında İddiaçı MMC-nin uzunmuddətli icarəsinə (99 il müddətinə) kənd təsərrüfatı məhsulları və emalı məqsədi ilə sabiq Çarxı quşçuluq təsərrüfatının istifadəsində olmuş dövlət fonduna aid torpaqlardan cəmi 446,0 ha (əkin- 400.0 ha, yararsız-46 ha) torpaq sahəsi ayrılmış, Cavabdeh ilə İddiaçı MMC arasında «Torpaq sahəsinin icarəyə verilməsi haqqında» İcarə müqaviləsi bağlanmış və bu torpaq sahəsinə 26 may 2006-cı il tarixində (JN-9952; kod ********) torpaqdan müvvəqəti istifadə hüququna dair şəhadətnamə verilmişdir. Cavabdeh 19 noyabr 2020-ci il tarixli 143 saylı Sərəncamında göstərilir ki; Cavabdeh 10 dekabr 1999-cu il tarixli 404 saylı sərəncamı ilə «Çarxı quşçuluq» sovxozunun ərazisində dövlət mülkiyyətində saxlanılmış 758 ha əkin və 452 ha örüş torpaq sahəsi «Çarxı quşçuluq» ATSC-nin (2000-ci ildə «xxxx» ASC-yə çevrilmişdir) müvəqqəti istifadəsinə verilmişdir. Cavabdeh iddiası əsasında Sumqayıt yerli İqtisad Məhkəməsinin 05 mart 2009-cu il tarixli 2(85)-82/2009 saylı qətnaməsi ilə «Çarxı quşçuluq» ATSC-nin (2000-ci ildə «xxxx» ASC-yə çevrilmişdir) müvəqqəti istifadəsinə verilmiş Xaçmaz rayonunun inzibati sərhədləri daxilində yerləşən torpaq sahəsindən istifadə hüququna xitam verilmiş və cəmiyyətin adına verilmiş torpaqdan istifadə hüququna dair şəhadətnamə ləğv edilmişdir. İddiaçı hesab edir ki, Cavabdeh 19 noyabr 2020-ci il tarixli 143 saylı Sərəncamı qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, həmin vaxt qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66cı maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimyyəti orqanının qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Bu maddənin 4-cü bəndinə əsasən isə torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Göründüyü kimi, qanunvericiliyin tələbinə uyğun olaraq Cavabdeh 30 dekabr 2005ci il tarixli 417 saylı sərəncamı əsasında “İddiaçı» MMC-nin uzunmuddətli icarəsinə (99 il müddətinə) kənd təsərrüfatı məhsulları və emalı məqsədi ilə sabiq Çarxı quşçuluq təsərufatının istifadəsində olmuş dövlət fonduna aid torpaqlardan cəmi 446.0 ha (əkin- 400.0 ha, yararsız-46 ha) torpaq sahəsi ayrılmış, Cavabdeh ilə İddiaçı MMC arasında «Torpaq sahəsinin icarəyə verilməsi haqqında» İcarə müqaviləsi bağlanmış və bu torpaq sahəsinə 26 may 2006-cı il tarixində (JN-9952; kod ********) torpaqdan müvvəqəti istifadə hüququna dair şəhadətnamə verilmişdir. Hazırda qüvvədə olan Torpaq Məcəlləsinin 73-cü maddəsində torpaq sahəsi və onun bir hissəsi üzərində mülkiyyət, istifadə və icarə hüququna xitam verilməsi əsasları göstərilmişdir. Bu Məcəllənin 75-ci maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 6-cı abzasında nəzərdə tutulmuş halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə təşkilatın müdriyyəti tərəfindən, 11-ci abzasda nəzərdə tutulmuş halda torpaq üzərində mülkiyyət və icarə hüququna müvafiq icra hakimyyəti orqanı tərəfindən, əvəzsiz istifadə hüququna isə müvafiq icra hakimyyəti orqanının və ya bələdiyyənin vəsatəti əsasında məhkəmə tərəfindən, qalan abzaslarda nəzərdə tutulmuş hallarda isə mülkiyyət, istifadə və icarə hüququna məhkəmə qətnaməsi ilə torpaq sahəsi üzərində cəmiyyətin istifadə hüququna xitam verilmişdir. Sərəncamdan göründüyü kimi, «Çarxı quşçuluq» ATSC-nin (2000-ci ildə «xxxx» ASC-yə çevrilmişdir) müvəqqəti istifadəsinə verilmiş torpaq sahəsinə müvafiq şəhadətnamə verilmişdir. Çünki, sərəncamda göstərilir ki, Sumqayıt yerli İqtisad Məhkəməsinin 05 mart 2009-cu il tarixli 2(85)-82/2009 saylı qətnaməsi ilə həmin şəhadənamə ləğv edilmişdir. Əgər belə bir hal mövcud idisə, «Çarxı quşçuluq» ATSC-nin (2000-ci ildə «xxxx» ASC-yə çevrilmişdir) müvəqqəti istifadəsinə verilmiş torpaq sahəsinin hüdudlarında yerləşmiş olan sahəyə İddiaçı MMC üçün 26 may 2006-cı il tarixli (JN-9952; kod ********) torpaqdan müvvəqəti istifadə hüququna dair şəhadətnamənin verilməsi mümkünsüz olardı. Eyni zamanda Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və sübuta yetirilmir. İddiaçı MMC isə Sumqayıt yerli İqtisad Məhkəməsinin 2(85)- 82/2009 saylı işi üzrə nə tərəf, nədə ki, iş üzrə 3-cü şəxs olmamışdır. Bu səbəbdən Cavabdeh 19 noyabr 2020-ci il tarixli 143 saylı Sərəncamında Sumqayıt yerli İqtisad Məhkəməsinin 05 mart 2009-cu il tarixli 2(85)-82/2009 saylı qətnaməsinə əsaslanmaqla Cavabdeh 30 dekabr 2005-ci il tarixli 417 saylı sərəncamının ləğv edilməsi tamamilə qanunsuz və əsassızdır. Azərbaycan Respublikası İPM-nin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X3 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, iddia ərizəsində qeyd olunur ki, “İddiaçı" MMC-nin icarəsinə sabiq Çarxı quşçuluq təsərrüfatının istifadəsində olmuş dövlət fonduna aid torpaqlardan cəmi 446,0 ha torpaq sahəsi ayrılmış icarə müqaviləsi bağlanmış və bu torpaq sahəsinə 26.05.2006-cı il tarixdə torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə verilmişdir. “İddiaçı" MMC-nin icarəsinə verilməsi barədə Xaçmaz RİHB-nın 30.12.2005-ci il tarixli, 417 saylı Sərəncamı verilən və icarə müqaviləsi bağlanan zaman qeyd olunan torpaq sahəsi yüklü olmaqla “xxxx” ASC-nin istifadəsində olması barədə Xaçmaz RİHB-nın 19.11.2020-ci il tarixli, 143 saylı Sərəncamında göstərilənlər tam əsassızdır. Bildirirlər ki, Xaçmaz RİHB-nın 10.12.1999-cu il tarixli, 404 saylı Sərəncamı ilə Çarxı quşçuluq savxozunun ərazisində dövlət mülkiyyətində saxlanılmış 758 ha əkin və 452 ha örüş torpaq sahəsi (737 ha Xaçmaz rayonunun inzibati sərhədləri daxilində, 473 ha Şabran rayonunun inzibati sərhədləri daxilində) “Çarxı quşçuluq” ATSC-nin (2000-ci ildə “xxxx” ATSC-yə çevrilmişdir.) müvəqqəti istifadəsinə verilmişdir. Həmin Sərəncama əsasən 25.02.2000-ci il tarixli (JN-0381 kod ********) torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə verilmişdir. Şəhadətnamədə həmin torpaq sahəsinin miqyaslı ölçüdə planı göstərilmişdir. “Çarxı quşçuluq” ATSC-yə (sonradan “xxxx” ATSC) torpaq sahəsi 1999-cu ildə istifadəyə verilmiş və 2000-ci ildə torpaq sahəsindən istifadə hüququna dair şəhadətnamə tərtib edilmiş və bu müddətdən 2009-cu il tarixədək istifadəsində olmuşdur. Yalnız Sumqayıt yerli İqtisad Məhkəməsinin 05 mart 2009-cu il tarixli, 2(85)-82/2009 saylı qətnaməsi ilə həmin torpaq sahəsindən istifadə hüququna xitam verilmiş və şəhadətnamə ləğv edilmişdir. Göründüyü kimi, qeyd olunan torpaq sahəsi yüklü olaraq 2009-cu ilədək 'Çarxı quşçuluq” ATSC-nin (sonradan “xxxx” ATSC) istifadə olunmuşdur. Belə MMC-yə 446 ha torpaq sahəsinin icarəyə verilməsi barədə Xaçmaz RİHB-nın 30.12.2005-ci il tarixli, 417 saylı Sərəncamı qanunsuzdur. İddia ərizəsində qeyd olunur ki, AR Torpaq Məcəlləsinin 73-cü maddəsində torpaq sahəsi üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına xitam verilməsi əsasları göstərilmiş və Məcəllənin 75-ci maddəsinə görə istifadə və icarə hüququna məhkəmə tərəfindən xitam verilməsi nəzərdə tutulmuşdur. Bildirirlər ki, Xaçmaz RİHB-nın 30.12.2005-ci il tarixli, 417 saylı Sərəncamı AR Torpaq Məcəlləsinin 73-cü maddəsinə əsasən yox, "İnzibati icraat haqqında” AR Qanununun tələblərinə uyğun ləğv olunmuşdur. Hazırda İddiaçı MMC-nin 446 ha torpaq sahəsinə icarə hüquqlarının Daşınmaz Əmlakının Dövlət Reyestrində qeydiyyatının ləğv edilməsi barədə məhkəmədə iddia qaldırılmışdır. Ərizədə qeyd olunur ki, “Çarxı quşçuluq” ATSC-nin (sonradan “xxxx” ATSC) istifadəsində olan torpaq sahəsinin hüdudlarında yerləşmiş olan sahəyə “İddiaçı’ MMC üçün 28 05.2006-cı il tarixli (JN-9952, kod ********) torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamənin verilməsi mümkünsüz olardı. “Çarxı quşçuluq” ATSC-nin (sonradan “xxxx” ATSC) istifadəsinə verilmiş torpaq sahəsinə 25.02.2000-ci il tarixli (JN-0381, kod ********) şəhadətnamə verilmiş və bu şəhadətnamə Sumqayıt yerli İqtisad Məhkəməsinin 05.03 2009-cu il tarixli qətnaməsi ilə ləğv olunmuşdur. Belə olduğu halda 2009-cu ilədək “Çarxı quşçuluq” ATSC-nin istifadəsində olan torpaqların hüdudlarında yerləşmiş torpaqlardan 'İddiaçı ’ MMC-nin adına 446 ha torpaq sahəsi üçün 26.05.2006-cı il tarixli (JN-9952, kod ********) şəhadətnamənin olması qanunsuzdur. Bununla əlaqədar İddiaçı MMC-nin adına olan 446,0 ha torpaq sahəsindən istifadə hüququnun dövlət qeydiyyatından keçib-keçməməsi barədə Dövlət Reyestri Xidmətindən müvafiq məlumatın alınması məqsədəuyğundur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X1 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh Başçısının 30.12.2005-ci il tarixli, 417 saylı sərəncamından Çıxarışda qeyd olunmuşdur: « İddiaçı » Məhdud Məsuliyyətli Cəmiyyəti rəsmi məktubla Cavabdehnə müraciət edərək kənd təsərrüfatı məhsulları istehsalı və emalı məqsədilə cəmiyyətin uzunmüddətli icarəsinə (99 il müddətinə) 446.0 ha torpaq sahəsinin ayrılmasına köməklik göstərilməsini xahiş etmişdir. « İddiaçı » Məhdud Məsuliyyətli Cəmiyyətinin 10.11.2005-ci il tarixli 01 saylı məktubu nəzərə alınaraq Qərara almışdır:

1. « İddiaçı » Məhdud Məsuliyyətli Cəmiyyətinin uzunmüddətli icarəsinə (99 il müddətinə) kənd təsərrüfatı məhsulları istehsalı və emalı məqsədilə sabiq Çarxı quşçuluq təsərrüfatının istifadəsində olmuş dövlət fonduna aid torpaqlardan cəmi 446.0 ha (əkin - 400.0 ha, yararsız - 46 ha) torpaq sahəsi ayrılsın.

2. Ayrılmış torpaq sahəsindən müvəqqəti istifadə hüququna dair şəhadətnamənin verilməsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən xahiş edilsin.

3. Sərancamın icrasına nəzarət RİH-nin aqrar məsələlər üzrə şöbəsinə və DT və XK- nin Xaçmaz Rayon şöbəsinə həvalə edilsin.

Cavabdeh Başçısının 19 noyabr 2020-ci il tarixli 143 saylı Sərəncamından Çıxarışda qeyd edilmişdir: Cavabdeh Başçısının 30.12.2005-ci il tarixli 417 saylı sərəncamı ilə “ İddiaçı “ MMC-nə dövlət mülkiyyətində olan torpaqlardan 446 ha torpaq sahəsi 99 il müddətinə icarəyə verilmiş və bunun əsasında torpaq icarəsi müqaviləsi bağlanmışdır. İcarəyə verilmiş dövlət torpaqların istifadə vəziyyəti araşdırılarkən məlum olmuşdur ki, “ İddiaçı “ MMC-ə torpaq sahəsinin icarəyə verilməsi barədə Xaçmaz RİHB-nın 30.12.2005-ci il tarixli 417 saylı sərəncamı verilən və bu sərəncama əsasən torpaq icarəsi müqaviləsi bağlanan zaman qeyd olunan torpaq sahəsi yüklü olaraq “xxxx” ASC-nin istifadəsində olmuşdur. Belə ki, Cavabdeh Başçısının 10 dekabr 1999-cu il tarixli 404 saylı sərəncamı ilə “Çarxı quşçuluq” sovxozunun ərazisində dövlət mülkiyyətində saxlanılmış 758 ha əkin və 452 ha örüş torpaq sahəsi “ Çarxı quşçuluq " ATSC-nin (2000-ci ildə “ xxxx “ ATSC-ə çevrilmişdir) müvəqqəti istifadəsinə verilmişdir. Cavabdeh iddiası əsasında Sumqayıt yerli iqtisad məhkəməsinin 05 mart 2009-cu il tarixli 2(85)-82/2009 saylı qətnaməsi ilə “Çarxı quşçuluq" ATSC-nın ( 2000-ci ildə “ xxxx “ ATSC-ə çevrilmişdir ) müvəqqəti istifadəsinə verilmiş Xaçmaz rayonunun inzibati sərhədləri daxilində yerləşən torpaq sahəsindən istifadə hüququna xitam verilmiş və cəmiyyətin adına verilmiş torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə ləğv edilmişdir. Məhkəmənin qətnaməsindən belə nəticəyə gəlmək olur ki, “ İddiaçı “ MMC-nə 446 ha torpaq sahəsinin icarəyə verilməsi barədə Xaçmaz RİHB-nın 30 dekabr 2005-ci il tarixli 417 saylı sərəncamı verilərkən bu torpaq sahəsi “xxxx” ATSC-nın istifadəsində olmuş və yalnız Sumqayıt yerli iqtisadi məhkəməsinin 05 mart 2009-cu il tarixli qətnaməsi ilə torpaq sahəsi üzərində cəmiyyətin istifadə hüququna xitam verilmişdir. Belə olduğu halda Xaçmaz RİHB-nın 30 dekabr 2005-ci il tarixli 417 saylı sərəncamı qanunsuz verilmiş və ləğv olunmalıdır Qeyd olunanları nəzərə alaraq qərara alınmışdır:

1. Dövlət mülkiyyətində olan 446 ha torpaq sahəsinin 99 il müddətinə İddiaçı MMCnə icarəyə verilməsi barədə Cavabdeh Başçısının 30 dekabr 2005-ci il tarixli 417 saylı sərəncamı və bu sərəncama əsasən bağlanmış icarə müqaviləsi ləğv edilsin və həmin torpaq sahəsi üzərində icarə hüququna xitam verilsin.

2. İddiaçı MMC-nin həmin 446 ha torpaq sahəsinə icarə hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatının ləğv edilməsi və bu torpağın boşaldılaraq geri qaytarılması barədə məhkəmədə iddia qaldırılsın.

3. Sərəncamın ləğv edilməsi barədə “ İddiaçı “ MMC-nə rəsmi məlumat verilsin.

Əsaslandırma hissəsi:

Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh Başçısının 30 dekabr 2005-ci il tarixli, 417 saylı Sərəncamı ilə İddiaçı MMC-yə dövlət mülkiyyətində olan torpaqlardan 446 ha torpaq sahəsi 99 il müddətinə icarəyə verilmiş, bunun əsasında torpaq icarə müqaviləsi bağlanmışdır. Torpaq sahəsinə 26 may 2006-cı il tarixində (JN- 9952; kod ********) torpaqdan müvvəqəti istifadə hüququna dair şəhadətnamə verilmişdir. Xaçmaz RİHB-nın 30.12.2005-ci il tarixli, 417 saylı Sərəncamı isə Xaçmaz RİHBnın 19.11.2020-ci il tarixli, 143 saylı Sərəncamı ilə ləğv edilmiş, bağlanmış icarə müqaviləsinə birtərəfli qaydada xitam verilmişdir. İddiaçı ərizəsində qeyd edir ki, həmin torpaq sahəsində MMC-nin vəsiti hesabına 10.000.000 (on milyon) manata yaxın investisya qoyuluşu nəticəsində müasir standartlara cavab verən (Yalama Aqvopark səviyyəsində) südçülük ferması qurulmuşdur. «xxxx» ASC vasitəsi ilə 888 (səkkiz yüz səksən səkkiz) baş iribuynuzlu mal gətirilmişdir. Həmçinin 400 ha əkin sahəsi və 14 adda 32 ədəd müxtəlif kənd təsərrüfatı texnikası mövcuddur. Bu sahəni suvarmaq üçün bir istiqamətdə Vəlvələ çayından 15 km, digər istiqamətdə isə Çağacıq çayından 6 km suvarma kanalı, 20 km açıq drinaj kanalları çəkilmişdir. İddiaçı bunula bağlı müvafiq sənədlər məhkəməyə təqdim etmişdir. Torpaq sahəsinin iddiaçının istifadəsində olması həmin sahəyə iri məbləğdə kapital qoyulması işin mübahisələndirilməyən halıdır. Cavabdeh inzibati orqan mübahisələndirilən qərarın qəbul edilməsinin səbəbi olaraq aşağıdakıları göstərir. Xaçmaz RİHB-nın 10.12.1999-cu il tarixli, 404 saylı Sərəncamı ilə Çarxı quşçuluq savxozunun ərazisində dövlət mülkiyyətində saxlanılmış 758 ha əkin və 452 ha örüş torpaq sahəsi (737 ha Xaçmaz rayonunun inzibati sərhədləri daxilində, 473 ha Şabran rayonunun inzibati sərhədləri daxilində) “Çarxı quşçuluq” ATSC-nin (2000-ci ildə “xxxx” ATSC-yə çevrilmişdir.) müvəqqəti istifadəsinə verilmişdir. Həmin Sərəncama əsasən 25.02.2000-ci il tarixli (JN-0381 kod ********) torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə verilmişdir. Şəhadətnamədə həmin torpaq sahəsinin miqyaslı ölçüdə planı göstərilmişdir.“Çarxı quşçuluq” ATSC-yə (sonradan “xxxx” ATSC) torpaq sahəsi 1999-cu ildə istifadəyə verilmiş və 2000-ci ildə torpaq sahəsindən istifadə hüququna dair şəhadətnamə tərtib edilmiş və bu müddətdən 2009-cu il tarixədək istifadəsində olmuşdur. Yalnız Sumqayıt yerli İqtisad Məhkəməsinin 05 mart 2009-cu il tarixli, 2(85)-82/2009 saylı qətnaməsi ilə həmin torpaq sahəsindən istifadə hüququna xitam verilmiş və şəhadətnamə ləğv edilmişdir. Göründüyü kimi, qeyd olunan torpaq sahəsi yüklü olaraq 2009-cu ilədək 'Çarxı quşçuluq” ATSC-nin (sonradan “xxxx” ATSC) istifadə olunmuşdur. Belə MMC-yə 446 ha torpaq sahəsinin icarəyə verilməsi barədə Xaçmaz RİHB-nın 30.12.2005-ci il tarixli, 417 saylı Sərəncamı qanunsuzdur. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın bu göstərdiyi dəlillər düzgün olsa belə, 19.11.2020-ci il tarixdə inzibati orqanın özü tərəfindən verilmiş 30.12.2005-ci il tarixli, 417 saylı Sərəncamının və bununun əsasında bağlanmış icarə müqaviləsinin ləğvi üçün əsas ola bilməz. Məhkəmə ilk növbədə qeyd edir ki, Xaçmaz RİHB-nın 30.12.2005-ci il tarixli, 417 saylı Sərəncamı ilə torpaq sahəsinin icarəyə verilməsi qərara alınmışdır. Həmin torpaq sahəsinin hansı sahədən ayrılması, həmin shənin yüklü olub-olmaması cavabdeh inzibati orqanın məsuliyyətidir. İddiaçıya torpaq sahəsi səlahiyyətli orqan tərfindən ayrılmış, müvafiq icarə müqaviləsi bağlanmış və icarə hüquqlarının qeydə alınması ilə bağlı iddiaçıya şəhadətnamə verilmişdir. İddiaçı torpaq sahəsindən maneəsiz istifadə etmişdir və hazırdada istifadə edir. Məhkəmə hesab edir ki, iddiaçıya ayrılmış torpaq sahəsi həmin dövrdə üçüncü şəxsin istifadə hüququ ilə yüklü olan torpaq sahəsindən ayrılsa idi belə, iddiaçının 19.11.2020-ci tarixdə qəbul etdiyi mübahisələndirilən 143 nömrəli sərəncamın hüquqi əsası yenə ola bilməzdi. İnzibati orqan özü qeyd edir ki, üçüncü şəxsin hüquqları məhkəmə qərarı ilə ləğv edilmişdir. Məhkəmə hesab edirki, iddiaçıya yüklü torpağın ayrılması onun məsuliyyətinə səbəb ola bilməz. Bu hal varsa belə, bu inzibati orqanın məsuliyyətində olan məsələdir. Məhkəmə qərarı ilə bu hal ortadan qalxdığı halda belə cavabdeh inzibati orqanın 19.11.2020-ci tarixdə qəbul etdiyi mübahisələndirilən 143 nömrəli qərarının heç bir hüquqi əsası qalmamış olur. Cavabdeh inzibati orqan mübahisələndirilən sərəncamı qəbul edərkən hər hansı bir hüquq normasına istinad etməmiş, eyni zamanda iddiaya etirazındada hər hansı bir hüquq normasına istinad etməmiş, yalnız mübhisələndirilən qərarın İnzibati İcraat haqqında Azərbaycan Respublikası qanununun tələblərinə uyğun qəbul edildiyini qeyd etsədə, hər hansı bir normaya istinad olunmamışdır. Məhkəmə qeyd edir ki, İnzibati İcraat haqqında Azərbaycan Respublikası qanununun tələbləri baxımından inzibati orqana müəyyən şərtlər daxilində özünün qəbul etdiyi inzibati aktları ləğv etmək səlahiyyəti verilsədə, hızırkı halda bu əsaslar mövcud deyil. İlk olaraq qeyd edilməlidir ki, iddiaçıya torpaq sahəsi ayrılan zaman İnzibati İcraat haqqında Azərbaycan Respublikası qanunu qüvvədə olmamışdır. Həmin dövrün qanunvriciliyi baxımından cavabdeh inzibati orqan yalnız məhkəmə qərarı ilə öz qərarının ləğvinə nail ola bilərdi. Hazırda qüvvədə olan qanunvericilik baxımındanda mübahisələndirilən qərar qanuni hesab oluna bilməz. Məhkəmə bununla bağlı ilkin olaraq qeyd edir ki, mübahisələndirilən qərar ilə inzibati orqan özünün ilkin qərarını ləğv etmiş və eyni zamanda həmin qərar əsasında bağlanmış icarə müqaviləsinə birtərəfli qaydada xitam vermişdir. Məhkəm qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında yaranmış inzibati münasibətlər barədə inzibati orqan tərəfindən birtərfli qərar qəbul edilməsi imkanı olsada, icarə münasibətlərinin birtərəfli qaydada xitam edilməsi üçün yalnız qanunvericiliklə müəyyən edilmiş əsaslar olmalıdır. Lakin iddiaçı belə bir əsaslar göstərmədən əsassız olaraq icarə münasibətlərinə xatam veriməsi ilə bağlı qərar qəbul etmişdir. Hansı ki, icarə münasibətlərinin məhkəmə qaydasında mübahisələndirilməsi mülki məhkəmə icraatı qaydasında mümkün ola bilər. İnzibati icraat haqqında Azərbaycan Respublikası qanunun 67-ci maddəsi inzibati orqana qanunun qoyduğu məhdudiyyətlər çərçivəsində özünün qəbul etdiyi inzibati aktı ləğv etmək səlahiyyəti versədə və Xaçmaz RİHB-nın 30.12.2005-ci il tarixli, 417 saylı Sərəncamı inzibati akt kimi qəbul olunsada, həmin qanunun tələbləri baxımından mübahisələndirilən 19.11.2020-ci tarixli 143 nömrəli qərarı əsaslandırmaq mümkün deyi. Hansı ki, yuxarıda qeyd olunduğu kimi cavabdeh inzibati orqan bununla bağlı hər hansı bir əsaslandırma göstərə bilməmişdir. İnzibati İcraat haqqında Qanunun 67-ci maddəsinə əsasən: 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 67.9. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 67.8-ci maddəsinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. 67.10. Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanunsuz inzibati aktı ləğv etmiş orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır. 67.11. Maraqlı şəxs 1 il ərzində kompensasiyanın ödənilməsini tələb edə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2-ci maddəsinə əsasən İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3-cü maddəsinə əsasən Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4-cü maddəsinə əsasən İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Yuxarıda qeyd edilən hüquq normaları inzibati orqana müəyyən məhdudiyyətlər çərçivəsində öz qərarını ləğv etmə imkanı versədə, inzibati orqan həmin normalara və digər normalara istinad etməmişdir və qeyd edilən normalar hazırkı iş üzrə iddiaçının hüquqlarını qoruyan normalar kimi gəbul edilməlidir. Bunlardan başqa məhkəmə hazırki iş üzrə qərar qəbul edərkən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. «X5rşı» məhkəmə işində Avropa Məhkəməsi vurğulamışdır ki, ərizəçinin torpağa istifadə hüququ və gələcəkdə ondan fayda götürməsi barədə gözləntiləri də mülkiyyət hüququnu təşkil edir və bu hüquq Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin müdafiə dairəsinə düşür. Göründüyü kimi İnsan Hüquqları üzrə Avropa Məhkəməsi İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsində olan mülkiyyət hüququ anlayışını daxili qanunvericilikdəki formal təsnifatdan asılı olmayan, daha geniş qavram kimi başa düşülməli olduğunu vurğulamışdır. Məhkəmə bu mövqeyini digər işlərdədə inkişaf etdirmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Qeyd edilənləri əsasən məhkəmə hesab edir ki, iddiaçının heç bir məsuliyyəti müəyyən edilmədən onun qanuni istifadəsinə ayrılmış torpaq sahəsi ilə bağlı inzibati orqanın mübahisələndirilən qərarı Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsi ilə təminat altına alınan hüquqlarının pozulması ilə nəticələnmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 19 noyabr 2020-ci il tarixli 143 saylı sərəncamı ləğv edilməlidir.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh 19 noyabr 2020-ci il tarixli 143 saylı sərəncamı ləğv edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 3 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar