Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-618/2021 12.03.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Ramiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh1nə qarşı üşüncü şəxs X2 adına Xaçmaz rayonu Hacəlibəy kəndi ərazisindən Xaçmaz-Quba yolunun kənarında 0.04 ha torpaq sahəsinin ayrılması barədə Xaçmaz rayon XDS Rəyasət Heyətinin 26.11.1992-ci il tarixli 19 nömrəli qərarının və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında hazırlıq icraatı üzrə məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1nə və DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, üşüncü şəxs X2 adına Xaçmaz rayonu Hacəlibəy kəndi ərazisindən Xaçmaz-Quba yolunun kənarında 0.04 ha torpaq sahəsinin ayrılması barədə Xaçmaz rayon XDS Rəyasət Heyətinin 26.11.1992ci il tarixli 19 nömrəli qərarının və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi barədə qərarın çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 18.01.2021-ci il tarixli sərəncamı ilə iddiaçıya hüquqi yardım göstərilərək iddia tələbinin və cavabdehlərin sırasının dəqiqləşdirilməsi təklif edilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdehlər sırasından DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin çıxarılmasını xahiş etmiş, lakin iddia tələbini əvvəlki kimi saxlamışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum atası X4 1992-ci ildə evinin qabağında yerləşən torpaq sahəsini almaq üçün keçmiş 1 nömrəli sovxozun rəhbərliyinə müraciət etdikdən sonra, sovxoz rəhbərliyi ilə belə razılaşmışdır ki, qeyd olunan boş torpaq sahəsi onun deyil, qardaşı oğlu X6 oölunun adına rəsmiləşdirilsin. Beləliklə, Xaçmaz rayon XDS Rəyasət Heyətinin 26.11.1992-ci il tarixli 19 nömrəli qərarı ilə fərdi dükan tikmək üçün Tergüc sovxozunun ərazisindən Xaçmaz-Quba yolunun cənubunda yerləşməklə 0.04 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır. Bundan sonra həmin torpaq sahəsində 41.7 kv m ölçüdə dükan inşa edilmişdir. Həmin mağaza binası daimi iddiaçının ailəsinin istifadəsində olmuşdur. Son vaxtlarda iddiaçı obyekti sənədləşdirmək istədikdə ona məlum olmuşdur ki, X5 onlardan xəbərsiz 10 dekabr 1998ci il tarixdə öz adına qeydyyat vəsiqəsi, 02 fevral 2017-ci il tarixdə isə daşınmaz əmlakın dövlət reyestrindən şıxarış və texniki pasport almışdır. Həmin vaxtdan E.İsayev onlarla üzüzə gəlməmək üçün Rusiyada yaşayır. Göstərilən torpaq sahəsin düz onun evinin qarşısında yerləşir. İddiaçı çıxarışın ləğv edilməsi və mülkiyyət hüququnun tanınmasına dair iddia qaldırmışdır. Xaçmaz rayon Məhkəməsinin 05.07.2019-cu il tarixli qərarı ilə onun iddiası təmin edilməmişdir və əsas kimi torpağın ayrılmasına dair qərarın qüvvədə olduğu göstərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 28.10.2018-cu il arixli qtnaməsi ilə həmin qətnamə qüvvədə saxlanılmışdır. Lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin 16.06.2020-ci il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və mübahisənin inzibati məhkəmə icraatına aid olması səbəbindən iş üzrə icraata xitam verilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh və üşüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq səbəbini bildirmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin və üşüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edildi ki, Xaçmaz rayon XDS Rəyasət Heyətinin 26.11.1992-ci il tarixli 19 nömrəli qərarı ilə 0.04 ha torpaq sahəsi X3 ayrılmşdır. Bundan sonra 02.02.2017-ci il tarixdə həmin torpaq sahəsi və üzərində inşa edilmiş 41.7 kv m ölçüdə qeyri-yaşayış sahəsi daşınmaz əmlakın dövlət teyestrində E.İsayevin adına qeydə alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, torpaq sahəsi iddiaçının evinin qarşısında yerləşsə də, həmin torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənədi olmamış və mübahiəsləndirilən qərarla onun hüquqlarının pozulmasını təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Bununla bağlı məhkəmə hesab edir ki, hazırki mübahisəni qaldırmaq üçün iddiaçı subyektiv hüquqa malik deyildir. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddia tələbi ilə çıxış etməsi üçün qanuni əsaslar mövcud deyildir, yəni iddiaçının hüquqlarının və qanunla qorunan maraqların mübahisələndirilən qərarla pozulması halının baş verdiyi sübuta yetirilmir. Bu isə qaldırılmış iddianın inzibati məhkəmə icraatı qaydasında baxılmasını mümkünsüz edir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən iddia müddəti də ötürülmüşdür. Belə ki, iddiaçının mübahisələndirdiyi qərarın qəbul edildiyi vaxtda qüvvədə olan Mülki Prosessual Məcəlləsinin 24-1-ci fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilarların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbu qulluqçuların və kollektivlərin hüquqularına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisəkər üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdur. Həm də 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 298-ci maddəsinə əsasəan şəxs özünün hüquq və azadlıqlarının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. 2011-ci il 1 yanvar tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il 1 yanvar tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İPM onun qüvvəyə miməsindən əvvəl məhkəmə qaydasında mübahiəsələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yenu hüquqi müdafiə imkanı yaratmır. Bundan başqa iş materiallarına əlavə edilmiş məhkəmə qərarlarından görünür ki, İddiaçı iddia qaldıraraq daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsini və mlükiyyət hüququnun tanınmasını xahiş etmişdir. Həmin məhkəmə araşdırmaları zamanı iddiaçının hazırda mübahisələndirdiyi qərardan məlumatı olmasına baxmayaraq müvafiq iddianı inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş müddət çərçivəsində də qaldırmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 saylı Qərarında qeyd edilir ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh1nə qarşı üşüncü şəxs X2 adına Xaçmaz rayonu Hacəlibəy kəndi ərazisindən Xaçmaz-Quba yolunun kənarında 0.04 ha torpaq sahəsinin ayrılması barədə Xaçmaz rayon XDS Rəyasət Heyətinin 26.11.1992-ci il tarixli 19 nömrəli qərarının və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh1nə qarşı üşüncü şəxs X2 adına Xaçmaz rayonu Hacəlibəy kəndi ərazisindən Xaçmaz-Quba yolunun kənarında 0.04 ha torpaq sahəsinin ayrılması barədə Xaçmaz rayon XDS Rəyasət Heyətinin 26.11.1992-ci il tarixli 19 nömrəli qərarının və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-618/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-618/2021
12.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver