Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-618/2023 24.08.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “12 fevral 2013-cü il tarixdə vəfat etmiş X2 adına Sumqayıt şəhəri, Saray bağlar massivi, A-3186 saylı bağ sahəsinə dair arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhəri, Saray bağlar massivi, A-3186 saylı bağ sahəsinə dair atası mərhum X2 adına hüquqi sənəd verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, “12 fevral 2013-cü il tarixdə vəfat etmiş X2 adına Sumqayıt şəhəri, Saray bağlar massivi, A-3186 saylı bağ sahəsinə dair arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər, Saray bağlar massivi, B-3186 saylı bağ sahəsi 12 fevral 2013-cü il tarixdə vəfat elmiş X2 adına ********** qeydiyyat nömrəli, 22.10.201 3-cü il tarixli çıxarışla rəsmiləşmiş, 16 noyabr 2013-cü il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə iddiaçının adına keçmiş və **********77 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il tarixli çıxarışla mülkiyyət hüququ tanınmışdır. Belə ki, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestr publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə 06 iyul 2022-ci il tarixdə ********** nömrəli ərizə ilə müraciət etmişdir. Lakin cavabdeh xx.xx.2022-ci il tarixli, **********36 nömrəli bildiriş ilə ərizənin icrasından imtina etmişdir. Cavabdeh imtinanı onunla əsaslandırmışdır ki, "Müraciətinizə dair sənədlərin araşdırılması zamanı qeydiyyata alınması nəzərdə tutulan torpaq sahəsinə dair qanunvericilikdə nəzərdə tutulan hüquqmüəyyənedici sənədin təqdim edilmədiyi müəyyən olunmuş, həmçinin idarənin arxiv əsaslarında torpaq sahəsi ilə bağlı hər hansı sənəd aşkar edilməmişdir”. Sumqayıt şəhər, Saray bağlar massivi, B-3186 saylı bağ sahəsi 0.12 ha torpaq sahəsindən ibarətdir, lakin həmin ərazidə 0.25 ha torpaq sahəsi mövcuddur. Ona məlum olmayan səbəblərdən mövcud buğ 0.24 ha olmasına baxmayaraq 0.12 ha hissəsi üzrə sənədləşmə aparılmışdır. Yəni Sumqayıt şəhər, Saray bağlar massivi, B-3186 saylı bağ sahəsi üzərində mərhum atası X2 mülkiyyət hüququ tanınmış, lakin A-3186 saylı bağ sahəsinə dair mülkiyyət hüquqları tanınmamışdır. Halbuki Sumqayıt şəhər, Saray bağlar massivi, B-3186 saylı bağ sahəsi ilkin sənəd üzrə 0.25 ha torpaq sahəsindən ibarət olmuşdur. Buna görə də bağın ilkin sahibi sənəd üzrə 0.25 ha torpaq sahəsindən iddiaçının atasının xeyrinə imtina edilmiş və bağın keçmiş sahibinin sənədləri ləğv olunmuşdur. Həmçinin göründüyü kimi bağ sahəsi iki hissəyə bölünmüş və B-3186 saylı 0.12 ha torpaq sahəsi olan bağ sahəsi üzərində mərhum atası Famil Süleymanovun mülkiyyət hüququ tanınmış, lakin B-3186 saylı bağ sahəsi üzərində mülkiyyət hüquqları tanınmamışdır ki, bu səbəbdən hal-hazırda o da bağ sahəsi üzərində hüquqlarını həyata keçirə bilmir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri İddiaçı məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilib, yekun qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə təyin edilmiş şifahi məhkəmə baxışı iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X7 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddiaçı Sumqayıt şəhəri, Saray bağlar massivində yerləşən A-3186A saylı torpaq sahəsi üzərində X2 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarış və texniki pasportun verilməsi barədə 06 iyul 2022-ci il tarixli ərizə ilə Cavabdeh publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş və onun müraciəti ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Bununla əlaqədar olaraq iddiaçı Ələkbərov ilqar Səyyad oğluna bildirilmişdir ki, sənədlərin araşdırılması zamanı qeydiyyata alınması nəzərdə tutulan torpaq sahəsinə dair qanunvericilikdə nəzərdə tutulan hüquqmüəyyənedici sənədin təqdim edilmədiyi müəyyən olunmuş, həmçinin idarənin arxiv əsaslarında torpaq sahəsi ilə bağlı hər hansı sənəd aşkar edilməmişdir. Daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi və Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” ilə müəyyən edilmiş sənədlər əsasında aparılır. Göründüyü kimi, hazırki iş üzrə idarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Cavabdeh publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalıdır.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər. İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin iddiaçıya ünvanladığı 11 avqust 2022-ci il tarixli bildirişindən görünür ki, iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından torpaq sahəsi ilə bağlı hər hansı bir sənəd aşkarlanmadığından imtina edilmişdir. - “Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi üçün” 3177 saylı, 12 sentyabr 2000-ci il tarixli müqavilənin surətindən görünür ki, Sumqayıt şəhəri, Saray bağlar massivi, B-3186 saylı bağ sahəsi X2 icarəsinə verilmişdir. - AZ-İ № 621307 saylı, 21 may 2013-cü il tarixli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X5 12 fevral 2013-cü il tarixdə ölmüşdür. - 2V-1-87 reyestr nömrəli, 16 noyabr 2013-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin surətindən görünür ki, İddiaçı X2 vərəsəsidir. - Məhkəməyə sorğu əsasında daxil olmuş RX seriyalı, ******* saylı, xx.xx.2013-cü il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, Sumqayıt şəhəri, Saray bağlar massivi, B-3186 saylı bağ sahəsi üzərində X2 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. - Məhkəməyə sorğu əsasında daxil olmuş RX seriyalı, ******* saylı, xx.xx.2014-cü il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, Sumqayıt şəhəri, Saray bağlar massivi, B-3186 saylı bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. - Məhkəməyə sorğu əsasında daxil olmuş Bağ təsərrüfatı İdarəsi tərəfindən tərtib edilmiş 202 saylı icarə müqviləsindən görünür ki, 3186 saylı bağ sahəsində yerləşən 0.25 ha torpaq sahəsi X6 icarəsinə verilmişdir. - Məhkəməyə sorğu əsasında daxil olmuş cavabdehin 17 may 2023-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, idarənin arxiv məlumatlarına əsasən X1 adına bağ təsərrüfatı idarəsi tərəfindən 0.25 ha 3186 saylı bağ sahəsinə dair xx.xx.1974-cü il tarixli, 202 nömrəli icarə müqaviləsi bağlanmışdır; sonradan torpaq sahəsinin 0.12 ha hissəsinə B-3186 saylı bağ ünvanı ilə X2 adına xx.xx.2000-ci il tarixli, 3177 nömrəli icarə müqaviləsi bağlanmış, yerdə qalan 0.12 ha torpaq sahəsinə dair isə icarə müqaviləsi tərtib olunmamışdır; X4 verilmiş 0.12 ha torpaq sahəsi icarə müqaviləsi əsasında dövlət reyestrində qeydiyyata alınmış və sonradan özgəninkiləşdirilmişdir. Əsaslandırma hissəsi:
4. İddianın növü və mümkünlüyü Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3)qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ mübahisə predmeti olan torpaq sahəsinə istifadə hüququnun əmələ gəlməsi vaxtından yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDRX-in 2 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi və yaşayış evi DƏDRX-in 2 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDRXin 2 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDRX-in 2 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDRXin 2 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın 11 avqust 2022-ci il tarixli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlak Abşeron rayonu ərazisində olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. 5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara hüquqi qiymət verərək hesab edir ki, cavabdehin iddiaçının tələbinin təmin olunmasından imtinası əsaslı, iddia tələbi isə əsassız olduğundan iddia tələbi təmin edilməməlidir. Belə ki, inzibati iş materialları ilə müəyyən edilir ki, Sumqayıt şəhəri, Saray bağlar massivi, B-3186 saylı bağ sahəsində yerləşən 0.12 ha “Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi üçün” 3177 saylı, 12 sentyabr 2000-ci il tarixli müqavilə əsasında iddiaçının mərhum atası X2 icarəsinə verilmişdir və daha sonra RX seriyalı, ******* saylı, xx.xx.2013-cü il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”la qeyd edilən torpaq sahəsi üzərində mərhumun mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. İddiaçı mərhum X5 öldükdən sonra 2V-1-87 reyestr nömrəli, 16 noyabr 2013-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” ilə onun qanuni vərəsəsi qismində tanınmış və sözü gedən Sumqayıt şəhəri, Saray bağlar massivi, B-3186 saylı bağ sahəsində yerləşən 0.12 ha torpaq sahəsi üzərində hüquqları RX seriyalı, ******* saylı, xx.xx.2014-cü il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”la dövlət qeydiyyatına alınmışdır. İddiaçı qeyd olunan bağ sahəsinin yanında yerləşən B- 3186 saylı bağ sahəsində yerləşən 0.12 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması üçün cavabdeh orqana müaciət etmiş, cavabdeh orqan isə onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdeh orqan imtinasının əsası kimi torpaq sahəsi ilə bağlı hər hansı bir sənəd aşkarlanmadığını göstərmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsaslı olmuşdur. Belə ki, Daşınmaz əmlakın dövlət reyestri haqqnda Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Daşınmaz əmlakın qeydiyyatı üçün əsaslar sözügedən Qanunun 8-ci maddəsi ilə imperativ olaraq müəyyən edilmişdir. Beləliklə həmin Qanunun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələ daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Hazırki işdə iddiaçı tərəfindən mübahisə predmeti olan bağ sahəsinə dair hüquqmüəyyənedici sənədlərin əldə edilməsi üçün aidiyyatı üzrə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə, cavabdeh orqana və Dövlət Notariat Arxivinə sorğular göndərilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi və Dövlət Notariat Arxivinin məhkəməyə ünvanladıqları cavab məktublarında sorğunun cavablandırılmasının mümkün olmadığını bildirmişdirlər. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 17 may 2023-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, idarənin arxiv məlumatlarına əsasən X1 adına bağ təsərrüfatı idarəsi tərəfindən 0.25 ha 3186 saylı bağ sahəsinə dair xx.xx.1974-cü il tarixli, 202 nömrəli icarə müqaviləsi bağlanmışdır; sonradan torpaq sahəsinin 0.12 ha hissəsinə B-3186 saylı bağ ünvanı ilə X2 adına xx.xx.2000-ci il tarixli, 3177 nömrəli icarə müqaviləsi bağlanmış, yerdə qalan 0.12 ha torpaq sahəsinə dair isə icarə müqaviləsi tərtib olunmamışdır; X4 verilmiş 0.12 ha torpaq sahəsi icarə müqaviləsi əsasında dövlət reyestrində qeydiyyata alınmış və sonradan özgəninkiləşdirilmişdir. Göründüyü kimi iddiaçının hal-hazırda istofadəsində olduğunu iddia etdiyi bağ sahəsi – 3186 saylı bağ sahəsi ümumilikdə 0.25 ha ölçüdə olmaqla, bağ təsərrüfatı idarəsinin xx.xx.1974-cü il tarixli, 202 nömrəli icarə müqaviləsi ilə X1 mülkiyyətinə verilmişdir. Daha sonra həmin bağ sahəsinin 0.12 ha ölçüdə olan hissəsi, yəni A-3186 saylı bağ sahəsi iddiaçının mərhum atasının uzunmüddətli icarəsinə ayrılmış, digər 0.12 ha hissəsinə dair isə heç bir hüquqi hərəkət edilməmişdir. Mübahisəli torpaq sahəsinə dair iddiaçı tərəfindən nə inzibati orqana inzibati icraat zamanı, nə də məhkəməyə inzibati məhkəmə icraatı zamanı hər hansı digər sənəd təqdim edilməmişdir. Göründüyü kimi idiaçının mübahisələndirdiyi bağ sahəsinin iddiaçının mərhum atası X4 ayrılmasına dair hüquqmüəyyənedici sənəd mövcud deyildir. Yuxarıda qeyd edilən normanın mənasından göründüyü kimi daşınmaz əmlak üzərində hüquqlarının yaranmasına əsas verən sənədlərin siyahısı qanunvericilikdə imperativ olaraq təsbit edilmişdir. Həmin sənədlərin olması şəxsə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas verir. Lakin hazırki işdə iddiaçı tərəfindən yuxarıda qeyd olunan hüquq normaları ilə hüququn qeydiyyatı üçün tələb olunan sənədlər təqdim edilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, qeyd edilən sənəd daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması üçün əsas olmadığından və iddiaçı tərəfindən hər hansı digər hüquqmüəyyənedici sənəd təqdim edilmədiyindən cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsaslı olmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın dövlət reyestri haqqında Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.2 və 17-ci maddələri). İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunan hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi qanunun tələblərinə uyğun olmadığından cavabdeh orqan tərəfindən haqlı olaraq müraciətinin təmin edilməsindən imtina edilmişdir. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “12 fevral 2013-cü il tarixdə vəfat etmiş X2 adına Sumqayıt şəhəri, Saray bağlar massivi, A-3186 saylı bağ sahəsinə dair arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddiası təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “12 fevral 2013-cü il tarixdə vəfat etmiş X2 adına Sumqayıt şəhəri, Saray bağlar massivi, A-3186 saylı bağ sahəsinə dair arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddiası təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva