Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-6184/2025 24.12.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdeh Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X23 “Şamaxı rayon Mərkəzi Xəstəxanası” X10rşı iş üzrə (Açar sözlər: doğum haqqında tibbi şəhadətnamənin verilməsi) GİRİŞ HİSSƏ X13-Abbaszadə Tapdıq qızının sədrliyi, məhkəmə iclas katibi Zalov Şahin Elmar oğlunun katibliyi, İddiaçı1, cavabdehin nümayəndəsi X1 iştirakı ilə iddiaçılar İddiaçı1, İddiaçı2 cavabdeh Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X23 “Şamaxı rayon Mərkəzi Xəstəxanası” X10rşı “doğum haqqında tibbi şəhadətnamənin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 24 dekabr 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçılar İddiaçı1, İddiaçı2 Şamaxı rayon qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 18 may 2009-cu il tarixdə Şamaxı rayonu, Quşçu kəndində anadan olması, atasının İddiaçı1, anasının İddiaçı2 olması faktının və X5 01 dekabr 2012-ci il tarixdə Şamaxı rayonu, Quşçu kəndində anadan olması, atasının İddiaçı1, anasının İddiaçı2 olması faktının müəyyən edilməsi, onlara doğum haqqında şəhadətnamələrin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra, iddiaçılar iddia tələbinə dəqiqləşmə verərək, xx.xx.2009-cu il tarixdə Şamaxı rayonu, Quşçu kəndində doğulmuş X9 və xx.xx.2012-ci il tarixdə Şamaxı rayonu, Quşçu kəndində doğulmuş X6 doğum haqqında tibbi şəhadətnamələrinin verilməsi öhdəliyinin cavabdeh “Şamaxı rayon Mərkəzi Xəstəxanası” X17 üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 20 aprel 2005-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Hazırda birgə nikahdan iki qız, iki oğlan olmaqla dörd uşaqları var. Övladlarının ikisinə doğum haqqında şəhadətnamə alsalar da, müəyyən səbəblərdən iki azyaşlı uşağının anadan olduqları tarixlərdə doğum haqqında tibbi şəhadətnamə verilmədiyi üçün doğum haqqında şəhadətnamə almaqda çətinlik çəkirlər. Bu da uşaqlarının maddi-mənəvi, sosial-iqtisadi hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Himayəsində olan qeyri-rəsmi adları ilə müraciət edilən azyaşlı uşaqları 18 may 2009-cu ildə anadan olmuş X4 və 01 dekabr 2012-ci ildə anadan olmuş X5 tibb müəssisəsindən kənar təbii doğuş üsulu ilə ev şəraitində doğulmuşlar, lakin müvafiq tibb müəssisəsi tərəfindən doğum haqqında tibbi şəhadətnamələr verilməmişdir. “Şamaxı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi səxsinin 14 fevral 2025-ci il tarixli, 18-1-72/2-B- 180-41-303/2025 saylı və 14 fevral 2025-ci il tarixli, 18-1-72/2-B-181-41-304/2025 saylı məktubları ilə Şamaxı rayonu Quşçu kənd həkim məntəqəsinin qeydiyyat dəftərində müvafiq illərdə uşaqlarının doğulması faktları qeyd olunmuşdur. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X14 19 fevral 2025-ci il tarixli, 18-1/2-B- 15592/2-31-4412/2025 nömrəli rəsmi cavab məktubu ilə yuxarıda qeyd edilən tibbi sənədlərin əsasında doğum haqqında şəhadətnamənin verilməsindən əsassız imtina edildikdə həmin şəhadətnaməni verməli olan orqana qarşı aidiyyəti üzrə inzibati məhkəməyə müraciət olunması tövsiyə olunmuşdur. Həmçinin Şamaxı Rayon Qeydiyyat şöbəsinin 30 may 2025-ci il tarixli, 3168/8-15-458/2025 nömrəli və 3168/8-15-459/2025 nömrəli rəsmi cavab məktubları ilə doğum haqqında şəhadətnamələrin verilməsindən imtina edilərək aidiyyəti üzrə məhkəməyə müraciət etməkləri tövsiyə edilmişdir.
4. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, İddiaçı1 və İddiaçı2 2009-2012-cı il təvəllüdlü uşaqların doğum haqqında şəhadətnamələri almaması ilə bağlı həmin uşaqların ev şəraitində doğuşu zamanı tibb müəssisənin həkim və ya tibb heyəti tərəfindən köməklik göstərib-göstərməməsi barəsində məlumatı yoxdur. Faktiki olaraq həmin uşaqların doğumlarının ev şəraitində olması barəsində Quşçu kəndi həkim məntəqəsinə aid olan qeydiyyat dəftərlərində (qadın cinsli X11 xx.xx.2009-cu il və kişi cinsli X12 xx.xx.2012-ci il tarixli) müvafiq qeydlər aparılmışdır. Lakin vətəndaş tərəfindən uzun müddət ərizində doğum haqqında tibbi şəhadətnamənin verilməsi üçün müraciət olunmamışdır. Vətəndaş tərəfindən yalnız 2024-cü ildə müraciət edilmiş və həmin zaman övladlarının dünyaya gəlməsindən xeyli müddət keçdiyi üçün və sistem üzərindən doğum haqqında tibbi şəhadətnaməni təsdiq etmək mümkün olmadığından vətəndaşa doğum haqqında tibbi şəhadətnamənin verilməsindən imtina edilmişdir.
5. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddianı müdafiə edərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümyəndəsi etirazı müdafiə edərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
II. İddianın növü və mümkünlüyü
7. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.
8. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
9. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
10. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
11. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki məhkəmə mübahisəsi yaranmışdır.
III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar:
12. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X23 “Şamaxı rayon Mərkəzi Xəstəxanası” X22 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 18-1-72/2-B-180-41- 303/2025 saylı arayışdan görünür ki, xx.xx.1985-ci il təvəllüdlü İddiaçı2 xx.xx.2012-ci il tarixində vətəndaşın deməsinə görə Şamaxı rayonu Quşçu kəndndə ev şəraitində bir oğlan uşağı dünyaya gətirmişdir və Quşçu kənd həkim məntəqəsinə aid olan qeydiyyat dəftərində uşağın doğum tarixi qeyd olunub.
13. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X23 “Şamaxı rayon Mərkəzi Xəstəxanası” X22 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 18-1-72/2-B-180-41- 304/2025 saylı arayışdan görünür ki, xx.xx.1985-ci il təvəllüdlü İddiaçı2 xx.xx.2009-cu il tarixində vətəndaşın deməsinə görə Şamaxı rayonu Quşçu kəndndə ev şəraitində bir qız uşağı dünyaya gətirmişdir və Quşçu kənd həkim məntəqəsinə aid olan qeydiyyat dəftərində uşağın doğum tarixi qeyd olunub.
14. Məhkəmə sorğusuna əsasən, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi X18 filialı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Şamaxı rayon Qeydiyyat şöbəsinin 1948-ci ildən sonrakı illərin heç bir sənədi X18 filialına təhvil verilməmişdir.
IV. Tətbiq edilən hüquq
15. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Xarici dövlətlərlə müvafiq beynəlxalq müqavilə bağlanmış olduğu halda, şəxsiyyət vəsiqəsindən həmin dövlətlərdə də vətəndaşın şəxsiyyətini təsdiq edən, habelə onun ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi üçün nəzərdə tutulan sənəd kimi istifadə oluna bilər. Azərbaycan Respublikasının hər bir vətəndaşı 15 yaşı tamam olduqdan və ya şəxs Azərbaycan Respublikası vətəndaşlığına qəbul edildikdən sonra bir ay müddətində şəxsiyyət vəsiqəsi almalıdır. 15 yaşı tamam olmamış Azərbaycan Respublikasının vətəndaşı şəxsiyyət vəsiqəsini onun valideyninin, vətəndaşı övladlığa götürənin, vətəndaşın qəyyumunun və ya himayəçisinin (bundan sonra – qanuni nümayəndəsinin), habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsin müraciəti əsasında almaq hüququna malikdir. Hər bir vətəndaş və ya vəsiqə sahibinin qanuni nümayəndəsi şəxsiyyət vəsiqəsini möhkəm saxlamağa borcludur. Şəxsiyyət vəsiqəsinin verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi, bu Qanunla müəyyənləşdirilən qaydalara zidd olaraq onun alınması qəti qadağandır. Şəxsiyyət vəsiqəsi itdikdə, onun sahibi və ya vəsiqə sahibinin qanuni nümayəndəsi sənədi verən dövlət orqanına dərhal müraciət etməlidir. Şəxsiyyət vəsiqəsinin təsvirini, spesifikasiyasını və nümunəsini müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.
16. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydaları”: 1.10. Doğumun və ölümün dövlət qeydiyyatı məcburidir və bu barədə məlumat qanunvericilikdə müəyyən olunmuş müddətlərdə verilməlidir. 2.2 Doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri, şəxsiyyət vəsiqəsinin nömrəsi və verilmə tarixi) tibb müəssisəsi tərəfindən dərhal Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ötürülür. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən həmin məlumat X3 Sistemi vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ananın yaşayış yeri üzrə qeydiyyat şöbəsinə ötürülür. Doğum haqqında məlumatın Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dərhal ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə tibb müəssisəsinin vəzifəli şəxsləri, həmin məlumatın EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin vəzifəli şəxsləri, habelə üzrlü səbəblər olmadan doğumun qeydə alınması üçün bu Qaydanın 2.3cü bəndində nəzərdə tutulmuş müddətdə müraciət olunmamasına görə uşağın valideynləri inzibati məsuliyyət daşıyırlar 2.5. Doğumun qeydə alınması üçün aşağıdakı sənədlər (bu Qaydanın 1.7-ci bəndinin ikinci və üçüncü cümlələrinin tələbləri nəzərə alınmaqla) təqdim edilməlidir: 2.5.1. valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər; 2.5.2. valideynlərin nikah haqqında şəhadətnaməsi; 2.5.3. doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd; 2.5.4. uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd; 2.5.5. uşaq ölü doğulubsa, onun ödü doğulması barədə həkimin verdiyi sənəd; 2.5.6. uşaq, ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənəd; 2.5-1. Doğumun qeydə alınması üçün elektron qaydada müraciət olunduqda bu Qaydanın 2.5.3-cü, 2.5.5-ci və 2.5.6-cı yarımbəndlərində nəzərdə tutulan sənədlər barədə məlumatlarla elektron müraciətdə qeyd olunan məlumatlar arasında uyğunsuzluq olduqda doğumun qeydə alınması üçün müraciət və sənədlər qeydiyyat şöbəsinə, konsulluq idarəsinə və ya icra hakimiyyətinin nümayəndəliyinə bilavasitə təqdim edilməlidi.
17. “İnzibati icraat haqqında” Qanun: Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz.
V. Məhkəmənin mövqeyi
18. Məhkəmə tərəflərin mövqelərini nəzərə alaraq, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.
19. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X23 “Şamaxı rayon Mərkəzi Xəstəxanası” X22 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışlardan görünür ki, xx.xx.1985-ci il təvəllüdlü İddiaçı2 xx.xx.2012-ci il tarixində vətəndaşın deməsinə görə, Şamaxı rayonu Quşçu kəndndə ev şəraitində bir oğlan uşağı, xx.xx.2009-cu il tarixində vətəndaşın deməsinə görə, Şamaxı rayonu Quşçu kəndndə ev şəraitində bir qız uşağı dünyaya gətirmişdir. Quşçu kənd həkim məntəqəsinə aid olan qeydiyyat dəftərində uşaqların doğum tarixi qeyd olunub.
20. İşin hallarından görünür ki, vətəndaş tərəfindən uzun müddət ərizində doğum haqqında tibbi şəhadətnamənin verilməsi üçün müraciət olunmamışdır, vətəndaş tərəfindən yalnız 2024-cü ildə müraciət edilmiş və həmin zaman övladlarının dünyaya gəlməsindən xeyli müddət keçdiyi üçün və sistem üzərindən doğum haqqında tibbi şəhadətnaməni təsdiq etmək mümkün olmadığından vətəndaşa doğum haqqında tibbi şəhadətnamənin verilməsindən imtina edilmişdir.
21. Məhkəmə cavabdehin bu imtinası ilə razılaşmır. Vətəndaş tərəfindən uzun müddət ərizində doğum haqqında tibbi şəhadətnamənin verilməsi üçün müraciət olunmaması doğum haqqında tibbi şəhadətnamənin verilməsindən imtina üçün əsas ola bilməz.
22. Məhkəmə hesab edir ki, hazırki iş üzrə xx.xx.2009-cu il tarixdə Şamaxı rayonu, Quşçu kəndində doğulmuş X9 və xx.xx.2012-ci il tarixdə Şamaxı rayonu, Quşçu kəndində doğulmuş X7 “doğum haqqında tibbi şəhadətnamə”nin verilməsi üçün tələb olunan şərtlər mövcuddur.
23. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
22. Göstərilənlərə əsasən və İPM-in 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. xx.xx.2009-cu il tarixdə Şamaxı rayonu, Quşçu kəndində doğulmuş X9 və xx.xx.2012-ci il tarixdə Şamaxı rayonu, Quşçu kəndində doğulmuş X7 “doğum haqqında tibbi şəhadətnamə”nin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X23 “Şamaxı rayon Mərkəzi Xəstəxanası” X17 üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
X13-Abbaszadə