Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-6186/2025 14.01.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş X9 İdarəsinə qarşı iş üzrə (Açar sözlər: məhdudiyyətin götürülməsi) GİRİŞ HİSSƏ X5-Abbaszadə Tapdıq qızının sədrliyi, məhkəmə iclas katibi Məhərrəmova Türkan Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş X9 İdarəsinə qarşı “nəqliyyat vasitəsi üzərinə qoyulmuş məhdudiyyətin götürülməsi” tələbinə dair iddiası üzrə inzibati işə 14 yanvar 2026-cı il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Baş X9 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Baş X8 idarəsinin üzərinə 99TF655 dövlət qeydiyyat nişanlı Kia Optima markalı nəqliyyat vasitəsi üzərində tətbiq edilmiş məhdudiyyətin aradan qaldırılması barədə öhdəlik qoyulması haqqında qərar qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçınn əsl İddiaçı ilə əvəz edilməsini məhkəmədən xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər məhkəməsinin 2(060)-4998/2022 saytı, 16 sentyabr 2022-ci il tarixli qətnaməsinə əsasən, nikah dövründə əldə edilmiş 99TF655 dövlət qeydiyyat nişanlı Kia Optima markalı avtomobilin 1/2 hissəsi X3, digər 1/2 hissəsi isə İddiaçı məxsus olmaqla mülkiyyət hüququ təsbit olunmuşdur. Sonradan tərəflər arasında heç bir mübahisə və tələb qalmadığından pay bölgüsünə dair notarial qəydada imtina ərizəsi təqdim olunmuş və bu barədə Sumqayıt şəhəri üzrə icra və Probasiya xidmətinə də müvafiq məlumat verilmişdir. Bununla belə, həmin qətnaməyə əsasən, avtomobilin üzərində məhdudiyyət tətbiq olunduğundan hazırda nəqliyyat vasitəsinə sərəncam verilməsi mümkün olmur. Dəfələrlə icra xidmətinə müraciət etsə də, avtomobil üzərindəki məhdudiyyətin götürülməsi yalnız məhkəmə qərarı əsasında mümkündür.
4. Azərbaycan Respublikası Baş X9 İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-13-16/2-M-133084 nömrəli məktubundan görünür ki, “KİA OPTİMA” markalı 99-TF-S55 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin uzə olan məhdudiyyətin götürülməsi barədə Daxili İşlər Nazirliyinin Baş X8 idarəsinə ünvanladığınız müraciətə baxılmışdır. Bildiririk ki, "KİA OPTİMA” markalı-**-TF- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərində olan məhdudiyyətin götürülməsi barədə məhkəmə orqanlarının hər hansı qərardadı DİN Baş X8 idarəsinə daxil olmamışdır. Odur ki, məhdudiyyətin götürülməsi üçün müvafiq qərardad BDYPİ-yə təqdim edilməlidir.
5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi M.Məmmədova iddianı müdafiə edərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.
7. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
II. İddianın növü və mümkünlüyü
8. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
10. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki məhkəmə mübahisəsi yaranmışdır.
11. İddia mümkündür.
III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar:
12. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-4998/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, birgə nikah dövründə əldə olunmuş ** TF *** dövlət qeydiyyat nişanlı “Kia Optima” markalı minik avtomobilinin və "xxxx" ASC-yə qoyulan pul əmanəti (4900 manat) üzərində iddiaçı X2 payı 1/2 hissədə və cavabdeh İddiaçı Oktay oğlunun payı 1/2 hissədə müəyyən edilmişdir.
13. X1 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisində təsdiq edilmiş ərizələrindən görünür ki, birgə nigah dövründə əldə edilmiş İddiaçı Oktay oğluna məxsus olan 99TF655 dövlət nömrə nişanlı, Kia Optima markalı nəqliyyat vasitəsinin 1/2 hissəsinə ona aid mülkiyyət hüququndan imtina edir, nəqliyyat vasitəsinin satılmasına etiraz edir.
14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhəri üzrə icra idarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubunda qeyd olunur ki, “Sizin müraciətinizə cavab olaraq bildiririk ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 4998/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən birgə nigah dövründə əldə olunmuş **-TF-*** dövlət qeydiyyat nişanlı “KİA OPTİMA” minik markalı avtomobilinin və Expressbank” ASC-yə qoyulan pul əmanəti “4900 manat” üzərində tələbkar X1 payı 1/2 hissədə və borclu İddiaçı Oktay oğlunun payı 1/2 hisssədə müəyyən edilməlidir. Qeyd olunan icra sənədi üzrə tərəfimizdən başlanılmış icraat zamanı icra sənədi icra olunması üçün xx.xx.2022-ci il tarixdə AR DİN Baş X9 idarəsinə göndərilmişdir. AR DİN Baş X9 İdarəsinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən paylar müəyyən edilmiş, eləcə də, tələbkarın xx.xx.2023-cü il tarixli ərizəsi nəzərə alınaraq icra sənədi üzrə icraata xitam verilmişdir. Qeyd edək ki, “KİA OPTİMA” markalı, **-TF-*** dövlət qeydiyyat nişan minik avtomobilinin üzərinə Sumqayıt şəhəri üzrə İcra idarəsi tərəfindən hər hansı digər məhdudiyyət qoyulmamışdır. Bundan əlavə, bildirilir ki, əmlak tələbinə dair sizin tərəf olduğunuz digər hər hansı icra sənədi Sumqayıt şəhəri üzrə İcra idarəsinin icraatına daxil olmamışdır. Müraciətinizdə qeyd etdiyiniz əmlak üzərində paydan imtina ilə bağlı müvafiq məhkəməyə müraciət edə bilərsiniz.”.
15. Məhkəmənin sorğusuna cavab olaraq, Azərbaycan Respublikası Baş X9 İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-13-16/2-221889 nömrəli məktubundan görünür ki, DİN Baş X8 idarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən sorğu edilən “Kia Optima” markalı **-TF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2019-cu il tarixdən İddiaçı adında qeydiyyatdadır. Əlavə olaraq, kompüter çıxarışı məhkəməyə təqdim edilmişdir.
IV. Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 157. Müvəqqəti təminat tədbirlərinin tətbiqi ... 157.4. İddia ərizəsi verilənədək və ya arbitraj icraatının başlanılmasına qədər müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verildikdə məhkəmə 1 aydan çox olmayan müddətə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Qərardadda müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarix qeyd edilməlidir. Bu müddət ərzində iddia ərizəsi verilərsə və ya arbitraj icraatı başlanarsa, müvəqqəti təminat tədbirlərinin tətbiqi məsələsinə müvafiq vəsatət əsasında yenidən baxılır və qərardad qəbul edilir. ... Maddə 158. Müvəqqəti təminat tədbirlərinin növləri və həmin tədbirlərə riayət edilməməsinin nəticələri 158.1. Aşağıdakı müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər: 158.1.1. cavabdehdə və ya arbitraj mübahisəsi tərəfində və ya digər şəxslərdə olan cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə məxsus əmlak üzərinə həbs qoymaq; ...
19. Azərbaycan Respublikasinin Ailə Məcəlləsi: Maddə 32. Ər-arvadın birgə mülkiyyəti 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq, nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.https://eqanun.az/framework/46946 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Maddə 33. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ 33.1. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. 33.2. Ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkət edir. 33.3. Ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. 33.4. Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər.
20. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 50. Borclunun əmlakı üzərinə həbs qoyulması 50.1. İcraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. 50.2. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir.
21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur.
V. Məhkəmənin mövqeyi
22. Məhkəmə tərəflərin mövqelərini nəzərə alaraq, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.
23. Məhkəmə hesab edir ki, cavabdeh orqanın iddiaçının avtomobilinin üzərindən məhdudiyyətin götürülməsindən verilməsindən imtinası qanunsuzdur. Belə ki, həmin imtina iddiaçının qanunla qorunan hüquqlarını pozmuş olur.
24. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (Konstitusiya Məhkəməsi Plenumunun “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin müddəaları baxımından şərh edilməsinə dair” 2020-ci il 27 avqust tarixli Qərarı).
25. Göründüyü kimi, əmlak üzərində məhdudiyyətin qoyulmasına dair iddiaya münasibətdə məhkəmə hesab edir ki, məhdudiyyətin qoyulmasına dair hər hansı bir əsas mövcud deyil.
26. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
NƏTİCƏVİ HİSSƏ
27. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 52, 58.7, 69, 75, 78-79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. **-TF-*** dövlət qeydiyyat nişanlı, “Kia Optima” markalı minik avtomobili üzərindən məhdudiyyətin götürülməsi öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
X5-Abbaszadə