Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-6195/2025 18.09.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçılar İddiaçı və X2 cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 2 saylı Sumqayıt Regional Asan Xidmət X3rşı iş üzrə (Açar sözlər: soyadın dəyişdirilməsi) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, İddiaçı, iddiaçı X2 iştirakı ilə İddiaçılar İddiaçı və X2 cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 2 saylı Sumqayıt Regional Asan Xidmət X3rşı “soyadın dəyişdirilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 18 sentyabr 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddia ərizəsinə qoşma şəklində əlavə edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:
1. AZ-İ seriyalı, 630898 nömrəli “Nikah haqqında şəhadətnamə”dən görünür ki, İddiaçı və X7 4 dekabr 2010-cu il tarixdə nikahlarını bağlamışlar.
2. AZ-İİ seriyalı, 824822 nömrəli “Doğum haqqında şəhadətnamə”dən görünür ki, 19 sentyabr 2011-ci il təvəllüdlü X11 anası – X6, atası İddiaçıdur.
3. AZ-İİİ seriyalı, 777787 nömrəli “Doğum haqqında şəhadətnamə”dən görünür ki, 14 noyabr 2014-cü il təvəllüdlü X8 anası – X6, atası İddiaçıdur.
4. AZ-V seriyalı, 120921 nömrəli “Doğum haqqında şəhadətnamə”dən görünür ki, 25 aprel 2025-ci il təvəllüdlü X4 anası – X6, atası İddiaçıdur.
5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 2 saylı Sumqayıt Regional Asan Xidmət Mərkəzində Qeydiyyat Şöbəsinin 31 may 2025-ci il tarixli, 3-16-5/8-T-15- 1081/2025 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.3-cü maddəsinə əsasən uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Eyni zamanda qeyd edilmişdir ki, Məcəllənin 189-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Yuxarıda göstərilənlərə əsasən X1 “Teymurova”-dan “Əjdərli”-yə dəyişdirilməsi ilə bağlı müraciətinin qeydiyyat orqanında təmin edilməsi qanunvericiliyə əsasən mümkün deyildir.
Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:
6. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 12 iyul 2025-ci il tarixli, 18/2-19098 nömrəli məktubundan görünür ki, İddiaçı “Teymurov” soyadı ilə 22 avqust 2002-ci il tarixdə AZE-00515005 nömrəli, 15 dekabr 2010-cu il tarixdə AZE-08688888 nömrəli, 7 sentyabr 2011-ci il tarixdə AZE- 08111111 nömrəli, 20 sentyabr 2013-cü il tarixdə AZE-13159777 nömrəli, 13 sentyabr 2021-ci il tarixdə AA******* nömrəli şəxsiyyət vəsiqələri, X6 ilk dəfə “Qəniyeva” soyadı ilə 21 aprel 2008-ci il tarixdə AZE-06236678 nömrəli, 7 sentyabr 2011-ci il tarixdə “Teymurova” soyadı ilə AZE-08111112 nömrəli, 7 may 2013-cü il tarixdə AZE-13588032 nömrəli, 12 sentyabr 2013-cü il tarixdə AZE-13159404 nömrəli, 22 oktyabr 2016-cı il tarixdə AZE-15880053 nömrəli, 12 yanvar 2022-ci il tarixdə AA3631077 nömrəli şəxsiyyət vəsiqələri, X15 ilk dəfə “Əjdərli” soyadı ilə 17 oktyabr 2016-cı il tarixdə AZE-11015893 nömrəli, 17 aprel 2023-cü il tarixdə AA5007889 nömrəli şəxsiyyət vəsiqələri və X12 ilk dəfə “Əjdərli” soyadı ilə 17 oktyabr 2016-cı il tarixdə AZE-11015894 nömrəli, 28 aprel 2023-cü il tarixdə AA4770202 nömrəli şəxsiyyət vəsiqələri ilə sənədləşdirilmişdirlər. Əlavə olaraq bildirilmişdir ki, X9 barəsində isə heç bir məlumat aşkar edilməmişdir.
7. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Siyasəti və Hüquqi Təminat Baş İdarəsinin 14 iyul 2025-ci il tarixli, 02/14657/di nömrəli məktubundan görünür ki, 22 avqust 1986-cı il təvəllüdlü İddiaçı və 3 iyul 1991-ci il təvəllüdlü X5 digər ölkələrdən deportasiya olunması barədə Dövlət Miqrasiya Xidmətində məlumat mövcud deyildir.
b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
İddia ərizəsinin dəlilləri:
8. İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 2 saylı Sumqayıt Regional Asan Xidmət Mərkəzində Qeydiyyat Şöbəsinə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 25 aprel 2025-ci il təvəllüdlü X1 dəyişdirilərək “Əjdərli” kimi qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 4 dekabr 2010-cu il tarixdə X7 ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahlarından 3 övladları var: 19 sentyabr 2011-ci il təvəllüdlü X15, 14 noyabr 2014-cü il təvəllüdlü X13 və 25 aprel 2025-ci il təvəllüdlü X10. Övladının soyadının dəyişdirilməsi ilə bağlı müraciət etməkdə məqsədlər, ailəsi üçün dərin mənəvi dəyərə malik olan babasının adının yaşadılması və davam etdirilməsidir. Bunula əlaqədar olaraq övladının soyadının dəyişdirilməsi üçün cavabdehə ərizə ilə müraciət etmiş, cavabdeh tərəfindən isə müraciətinə imtina cavabı verilmişdir. Bildirilmişdir ki, uşağın soyadının dəyişdirilməsinə valideynlərin hər ikisi də razıdır.
10. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 26, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 51.1, 54.1, 54.23-cü maddələrinə istinad olunmuşdur.
11. İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
12. Məhkəmənin 18 sentyabr 2025-ci il tarixli, 2-1(118)-6195/2025 nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı “soyadın dəyişdirilməsi” tələbinə dair iş üzrə X7 (bundan sonra – “iddiaçı”) iddiaçı qismində məhkəmə icraatına cəlb edilmişdir.
13. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri proses iştirakçılarına təqdim edilmişdir.
İddia ərizəsinə qarşı etirazın dəlilləri:
14. Etiraz daxil olunmamışdır.
c) Tərəflərin iştirakı və izahatları:
15. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, onların digər iki övladlarının və qardaşının övladlarının soyadları “Əjdərli” kimi qeydiyyata alınmışdır. 1999-cu il tarixdə doğulan Əjdərlli Tural və 2000-ci il tarixdə doğulan Əjdərli Fidanın soyadları Qəbələ qeydiyyat şöbəsində, qardaşının digər övladları, yəni Əjdərli Yusif 2005-ci il, Əjdərli Rəhim isə 2008-ci il tarixdə məhkəmə qərarı əsasında, 2011-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə iddiaçıların qızı Nurayın soyadı “Əjdərli” kimi qeydə alınmışdır.
16. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, gələcəkdə övladlarının soyadlarının fərqlənməsi ilə bağlı hər hansı problemin yaranmaması üçün iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
17. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir.
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “30. İnzibati icraatın əsas prinsiplərindən olan çəkişmə, işin hallarının hərtərəfli araşdırılması və proses iştirakçılarının dinlənilmə hüquqlarının təmin edilməsi prinsipləri iş üzrə prosesin tərəflərin iştirakı ilə aparılmalı olduğunu tələb edir və bununla bağlı məhkəmənin üzərinə müvafiq vəzifələr düşür. İstisna hallarda tərəflərin məhkəmə icraatından yayındığı qənaətinə gəlmək üçün kifayət qədər əsaslar olduqda məhkəmə işə onların iştirakı olmadan da baxa bilər. Lakin belə qənaətə gəlmədən əvvəl məhkəmə öz üzərinə düşən vəzifələri yerinə yetirməli və tərəflərin prosesdə iştirakdan yayındığı ilə bağlı qəti fikrə gəlməlidir. Tərəfin prosesdə iştirakdan yayındığı qənaətinə gələ bilmək üçün məhkəmədə elə bir inam formalaşmalıdır ki, tərəfin davranışından artıq görünür ki, o, mübahisə ilə bağlı prosessual marağını itirdiyindən icraatdan yayınır. Buna qədər isə məhkəmə müvafiq tərəfə ondan konkret olaraq hansı prosessual hərəkətlər etməli olduğunu gözlədiyini açıq şəkildə bildirməli, eləcə də, prosesdə iştirak etməmənin doğuracağı hüquqi nəticələr barədə aydın məlumat vermək vəzifəsini yerinə yetirməlidir. Bu isə onu tələb edir ki, tərəflərə ünvanlanan bildiriş məzmun etibarilə göstərilən tələblərə cavab verməli, qanun müddəasının təkrarlanması şəklində formal xəbərdarlıqdan ibarət olmamalıdır.
19. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).
20. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar.
21. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
İddianın mümkünlüyü:
22. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.
23. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
24. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
25. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
26. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
27. Məhkəmə iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.
28. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən: Maddə 53. Uşağın ad, ata adı və soyad daşımaq hüququ 53.1. Uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. 53.2. Uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir. 53.3. Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. (-) Maddə 54. Uşağın adının və soyadının dəyişdirilməsi 54.1. Müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. (-) 54.4. 10 yaşına çatmış uşağın adı və soyadı yalnız onun razılığı ilə dəyişdirilə bilər.
29. “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”:
6. Adın, ata adının və soyadın dəyişdirilməsi 6.1. Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. (-) 6.3. Adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. (-) 6.24. Ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. 6.25. Atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. 6.26. Hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. 6.27. Valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. 6.28. Valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir. (-)
30. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 31 iyul 2025-ci il tarixli, 2-1(102)-1414/2025 nömrəli qərarında qeyd edilmişdir ki, “adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi hüququnun məhdudlaşdırılması ilə bağlı aşağıdakı meyarlar müəyyən edilir: - uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir; - İctimai (ümumi) maraqların qorunması məqsədi ilə adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsinə məhdudiyyətlər tətbiq edilə bilər.
45. İctimai maraqlar dedikdə, əhalinin qeydiyyatının dəqiq şəkildə aparılması, şəxsin kimliyinin müəyyən olunması üsullarının və hər hansı bir adın (soyadın) daşıyıcısının müəyyən bir ailə və nəsil ilə əlaqələndirilməsi vasitələrinin qorunması, dövlət dilinin işlənməsinə və qorunmasına dair ümumi maraqların, eləcə də milli adqoyma ənənələrinin qorunmasının təmin olunması və bu kimi digər məqsədlər başa düşülür. Məhkəmələr və inzibati orqanlar ictimai maraqlar naminə məhdudiyyətlər tətbiq edərkən ictimai maraqlar ilə fərdin maraqları arasında ədalətli tarazlığın qorunmasına diqqət yetirməlidir. İctimai maraqlar naminə məhdudiyyətlər o zaman tətbiq oluna bilər ki, konkret mübahisənin halları baxımından ictimai maraqları fərdin maraqlarından üstün tutmaq mümkün olsun.
46. Fərdi maraqlar dedikdə, uşağın və şəxsin mənafeyinin təmin edilməsi, şəxsin öz kimliyini formalaşdırmaq və ifadə etmək hüququ, özünü emosional və mənəvi cəhətdən tanıdığı və qəbul etdiyi şəkildə adlandırmaq hüququ, keçmişi və ailə üzvləri ilə bağlılığın simvolik olaraq ifadəsi və bu kimi digər məqsədlər başa düşülür. Məhkəmələr və inzibati orqanlar fərdin maraqlarının (mənafeyinin) aydınlaşdırılması və qiymətləndirilməsi zamanı şəxsin istinad etdiyi konkret əsaslandırmaları nəzərə almalı, xüsusən də, onun məhrumiyyətlərinin nədən ibarət olmasına və iddia edilən məhrumiyyətlərin təsdiq olunubolunmadığına diqqət yetirməlidir. ... qüvvədə olan qanunvericilik 18 yaşına çatdıqdan sonra Azərbaycan Respublikası vətəndaşlarının öz soyadını dəyişdirməsinə olan hüququnu tanıyır. Bununla belə, yuxarıda geniş şərh olunduğu kimi, bu hüquq da mütləq deyil, müəyyən məhdudiyyətlərə tabedir. Beynəlxalq təcrübədə də soyadların dəyişdirilməsi zamanı fərdin şəxsi, sosial və hüquqi vəziyyətinə təsir edən əsaslı səbəblərin təqdim edilməsi zəruri hesab edilir və bu məsələlərdə şəxsi istəklə ictimai maraqlar arasında balansın qorunması vacibdir.
57. Soyad şəxsin kimliyinin, xüsusilə, onun ailə mənsubiyyəti və nəsil əlaqələrinin müəyyənləşdirilməsinin əsas elementidir. ”
31. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 11 aprel 2025-ci il tarixli, 2-1(102)-905/2025 nömrəli qərarına əsasən “...məhkəmə kollegiyası uşağın soyadının, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilməsi ilə bağlı qanunvericiliyin tələbini təhlil edərək bu qənaətə gəlir ki, “bir qayda olaraq” söz birləşməsinin leksik mənası o deməkdir ki, adətən qəbul edilmiş hallar mövcuddur, lakin bunlardan kənara çıxılması istisna deyil. Yəni uşağın soyadı adətən valideynlərin soyadı ilə müəyyən edilsə də, bu qaydadan istisna mümkündür.”
32. Belə ki, iddiaçılar övladının soyadının “Teymurova”-dan “Əjdərli”-yə dəyişdirilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciətin icrasından imtina edilmişdir.
33. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçılar barəsində digər ölkələrdən deportasiya olunması barədə Dövlət Miqrasiya Xidmətində, həmçinin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsində onların götürülməmiş və ödənilməmiş məhkumluğu, cinayət törətməkdə şübhəli və ya təqsirləndirilən şəxs kimi cəlb edilməsinə dair hər hansı məlumat aşkar edilməmişdir.
34. Eyni zamanda, Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən təqdim edilən məlumata əsasən iddiaçıların övladları X11 ilk dəfə “Əjdərli” soyadı ilə 17 oktyabr 2016-cı il tarixdə AZE-11015893 nömrəli, 17 aprel 2023-cü il tarixdə AA5007889 nömrəli şəxsiyyət vəsiqələri və X8 ilk dəfə “Əjdərli” soyadı ilə 17 oktyabr 2016-cı il tarixdə AZE-11015894 nömrəli, 28 aprel 2023-cü il tarixdə AA4770202 nömrəli şəxsiyyət vəsiqələri ilə sənədləşdirildiyi müəyyən olunmuşdur.
35. Hazırkı iş üzrə yuxarıda istinad edilən kassasiya instansiyası məhkəməsinin mövqeyini, eyni zamanda iddiaçıların digər iki övladının, həmçinin İddiaçı qardaşı uşaqlarının soyadlarının “Əjdərli” olduğunu, bundan əlavə, övladın “Teymurova” soyadının “Əjdərli”yə dəyişdirilməsi ilə şəxsi istəklə ictimai maraqlar arasında balansın saxlanılmasına qarşı hər hansı zidd hərəkətin müəyyən edilmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir.
36. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
37. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: Maddə 58. Sübutların araşdırılması qaydası (-) 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-) Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. (-) NƏTİCƏVİ HİSSƏ
38. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. 25 aprel 2025-ci il təvəllüdlü X1 dəyişdirilərək “Əjdərli” kimi qeydə alınması vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 2 saylı Sumqayıt Regional Asan Xidmət Mərkəzində Qeydiyyat Şöbəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Könül Həbibova