Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-62/2021 19.08.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X9 oğlunun katibliyi ilə İddiaçılar X1 və X3 Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinə qarşı “Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin üçüncü şəxs X5 verdiyi Sumqayıt şəhəri, Corat qəsəbəsi, 76-cı məhəllə, 175 ünvanında tikinti üçün verilmiş 2018-ci il tarixli eskiz lahiyyəsinin qanunsuz hesab edilməklə, həmin torpaq sahəsində obyektin tikintisinə verilmiş Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinin 31 may 2018-ci il tarixli 09 saylı icazəsinin etibarsız hesab edilməsi tələbinə” dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçılar X2 və X12 qızı Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinə qarşı “Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin üçüncü şəxs X6 verdiyi Sumqayıt şəhəri, Corat qəsəbəsi, 76-cı məhəllə, 175 ünvanında tikinti üqçün 2018-ci il tarixli eskiz lahiyyəsinin qanunsuz hesab edilməklə, həmin torpaq sahəsində obyektin tikintisinə verilmiş Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinin 09 saylı icazənin, tikintiyə icazə barədə 07 saylı 31 may 2018-ci il tarixli xüsusi nişanın etibarsız hesab edilməsi tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər. İddia onunla əsaslandırılır ki, iddiaçılar Sumqayıt şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək X4 mülkiyyətində olan Corat qəsəbəsi 76-cı məhəllə, 175 saylı evin həyətində tikilmiş tikililərin onun hesabına sökülməsi və bununla bağlı ona verilmiş layihə smeta sənədlərinin ləğv olunmasını xahiş etmişdirlər. İş üzrə verilmiş layihə smeta sənədlərinə uyğun olaraq iki dəfə məhkəmə texniki ekspertizası təyin edilmişdir. İddiaçılar cavabdeh X5 qarşı “tikiləcək tikilinin, layihə smeta sənədlərinin ləğv edilməsi, tikinti norma və qaydalarına uyğun tikilməməsi baxımından sökülməsi tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X5 məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi, 76-cı məhəllə, 175 saylı həyətdə tikilinin tikintisi üçün verilmiş layihə smeta sənədlərinin ləğv olunması və həmin ünvanda aparılmış tikintinin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin RX ******* saylı çıxarışına əsasən Sumqayıt şəhəri, Corat qəsəbəsi, 76-cı məhəllə, 175 ünvanında yerləşən torpaq sahəsinin mülkiyyətçisi X7r. Sumqayıt Şəhər İcra Hakimiyyətinin 76 saylı 04 aprel 2018-ci il tarixli sərəncamına əsasən X4 mülkiyyətində olan Sumqayıt şəhəri, Corat qəsəbəsi, 76-cı məhəllə, 175 ünvanında yerləşən 800 kvm torpaq sahəsində razılaşdırılmış lahiyəyə uyğun olaraq obyektin layihələşdirilməsinə və tikintisinə icazə verilmişdir. Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən verilmiş “09 saylı 31 may 2018-ci il tarixli icazəyə əsasən lahiyə üzrə X5 Sumqayıt şəhəri, Corat qəsəbəsi, 76-cı məhəllə, 175 ünvanında yerləşən torpaq sahəsi üzərində 2 mərtəbəli qeyri yaşayış obyektinin tikintisinə icazə verilmişdir və Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən verilmiş “07 saylı 31 may 2018-ci il tarixli tikintiyə icazə barədə xüsusi nişana” əsasən Sumqayıt şəhəri, Corat qəsəbəsi, 76-cı məhəllə, 175 ünvanında yerləşən torpaq sahəsi üzərində 2 mərtəbəli qeyri yaşayış obyektinin lahiyə sifarişçisi X8, lahiyəçisi isə "xxxx" MMC-ti olmuşdur. 26.10.2018-ci ildə iddiaçılar iddia tələblərinə dəqiqləşdirmə verərək, cavabdeh X5 Sumqayıt şəhəri, Corat qəsəbəsi,76-cı məhəllə, 175 ünvanında yerləşən tikilinin, qeyri yaşayış obyektinin tikintisi üçün verilmiş lahiyə smeta sənədlərinin, bununla bağlı digər sənədlərin ləğv olunması, həmin ünvanda tikilimiş yarımçıq tikilinin cavabdehin hesabma sökülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdirlər. 02.11.2018-ci ildə vəsatət ilə məhkəməyə müraciət edərək, fərdi yaşayış evinin tikintisi üçün tərtib edilmiş lahiyə smeta sənədlərinin Azərbaycan Respublikası Tikinti və Şəhərsalma Məcəlləsinin tələblərini uyğun olub olmaması ilə bağlı məhkəmə-tikinti ekspertizasının təyin edilməsini məhkəmədən xahiş etmişdirlər. Sumqayıt Şəhər Məhkəməsinin 02 noyabr 2018-ci il tarixli qərardadı ilə mülki iş üzrə icraat dayandırılaraq məhkəmə tikinti - texniki ekspertizası təyin edilmişdir. Məhkəmənin qərardadına əsasən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 50125 saylı 15 fevral 2019-cu il tarixli rəyindən müəyyən edilmişdir ki, “ünvan 3 ünvanında yerləşən X4 mülkiyyətində olan həyətyanı torpaq sahəsində, fərdiyaşayış evinin inşa olunmasına dair tərtib edilmiş eskiz lahiyəsində göstərilən tikilinin fərdiyaşayış evi kimi layihələndirildiyi müəyyən edilir, X4 mülkiyyətində olan 0.08 ha torpaq sahəsinin üzərində fərdi-yaşayış evi kimi layihələndirilmiş ümumi tikinti altı sahəsi 347, m2 olan tikilinin Azərbaycan Respublikası NK-nin 21 fevral 2014-cü il tarixli 51 nömrəli qərarı ilə təsdiq edilmiş Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydaların 4.13 bəndinin tələblərinə uyğun olmadığı müəyyən edilir. Mövcud vəziyyətdə tikintisi tam başa çatmamış yarımçıq vəziyyətdə inşa olunmuş və fərdi-yaşayış evi kimi layihələndirilmiş mübahisəli tikili ilə qonşuluqda yerləşən iddiaçıların istifadəsində olan həyətyanı torpaq sahələrinin sərhəd hasarı arası məsafənin 1,10-1,13 metr və müvafiq eskiz layihəsi üzrə tikilinin divarının xarici hündürlüyünün 11,30 metr təşkil etdiyini nəzərə alaraq, cavabdehin inşa etdiyi tikili ilə iddiaçılara məxsus həyətyanı torpaq sahələrinin sərhədi arasındakı məsafənin, həm layihə üzrə, həm də mövcud vəziyyətdə Azərbaycan Respublikası 5'hərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5.1 bəndinin tələblərinə uyğun olmadığı müəyyən edilir.” Məhkəmə prosesi gedişində müəyyən edilmişdir ki, Sumqayıt şəhəri,Corat qəsəbəsi,76-cı məhəllə, 175 ünvanında öncədən fərdi yaşayış evinə verilmiş lahiyyə smeta sənədləri, hazırki mülki iş üzrə ekspertiza tədqiqatı aparılan zaman dəyişdirilmiş və qeyri-yaşayış sahəsi üçün tikintiyə icazə verilmişdir. İddiaçıların vəsatətləri nəzərə alınaraq Sumqayıt Şəhər Məhkəməsinin 14 mart 2019-cu il tarixli qərardadı ilə mülki iş üzrə icraat dayandırılaraq mülki iş üzrə yenidən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertin qarşısında qeyd olunan torpaq sahəsində yeni eskiz lahiyyəsində göstərilənlərə uyğun olaraq qeyri-yaşayış sahəsinin tikintisinin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğunluğunun yoxlanması barədə suallar qoyulmuşdur. Müvafiq ekspertin rəyi məhkəməyə .8.10.2019-cu ildə daxil olmuşdur. Məhkəmə-tikinti-texniki ekspertizasının 17139 saylı 04 oktyabr 2019-cu il tarixli rəyindən müəyyən edilir ki, “ünvan 5 ünvanında yerləşən X4 mülkiyyətində olan həyətyanı torpaq sahəsində, qeyri-yaşayış obyektinin inşa olunmasına dair tərtib edilmiş eskiz layihəsində göstərilən tikilinin qeyri-yaşayış obyekti kimi layihələndirildiyi müəyyən edilir, X4 mülkiyyətində olan 0,08 ha torpaq sahəsinin üzərində qeyri-yaşayış obyekti kimi layihələndirilmiş ümumi tikinti altı sahəsi 679,0 m2 olan tikilinin Azərbaycan Respublikası NK-nin 21 fevral 2014-cü il tarixli 51 nömrəli qərarı ilə təsdiq edilmiş Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydaların 4.13 bəndinin tələblərinə uyğun olmadığı müəyyən edilir. Mövcud vəziyyətdə tikintisi tam başa çatmamış yarımçıq vəziyyətdə inşa olunmuş və qeyri-yaşayış sahəsi kimi layihələndirilmiş mübahisəli tikili ilə qonşuluqda yerləşən iddiaçıların istifadəsində olan həyətyanı torpaq sahələrinin sərhəd hasarı arası məsafənin 1,10-1,13 metr və 0,90 metr olduğunu və müvafiq eskiz layihəsi üzrə tikilinin divarının xarici hündürlüyünün 11,30 metr təşkil etdiyini nəzərə alaraq, cavabdehin inşa etdiyi tikili ilə iddiaçılara məxsus həyətyanı torpaq sahələrinin sərhədi arasındakı məsafənin, həm layihə üzrə, həm də mövcud vəziyyətdə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5.1 bəndinin tələblərinə uyğun olmadığı müəyyən edilir, iddiaçıların yaşadığı evlərin yerləşdiyi torpaq sahələrinin sərhədi ilə cavabdehin yarımçıq inşa etdiyi və qeyri-yaşayış obyekti kimi layihələndirdiyi mübahisəli obyekt arası məsafənin 1,10-1,13 metr və 0,90 metr olduğunu nəzərə alaraq, tikililər arasındakı məsafələrin, Azərbaycan Dövlət Tikinti normaları 2.6-1nin Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılmasının yanğın əleyhinə tələbləri bölməsinin 1-ci bəndinin tələblərinə uyğun olmadığı müəyyən edilir. 25.10.2019-cu ildə keçirilən məhkəmə prosesində yenidən iddia tələbinə dəqiqləşdirmə verərək, cavabdeh X5 Sumqayıt şəhəri, Corat qəsəbəsi, 76-cı məhəllə, 175 ünvanında fərdi yaşayış evinin tikintisi üçün verilmiş 2018-ci il tarixli eskiz lahiyəsinin qanunsuz hesab edilməklə, o cümlədən həmin torpaq sahəsində qeyri-yaşayış sahəsinin tikintisinə verilmiş Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinin 31 may 2018-ci il tarixli 09 saylı icazəsinin, tikintiyə icazə barədə 07 saylı 31 may 2018-ci il tarixli xüsusi nişanın etibarsız hesab edilməsi, həmin ünvanda tikilmiş yarımçıq tikilinin cavabdeh X4 hesabına sökülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh X4 nümayəndəsi və vəkili X11 iddia tələbinə etiraz edərək, bildirmişdir ki, hazır ki, tələb üzrə qeyd olunan mübahisəyə Sumqayıt Şəhər Məhkəməsində baxılması mümkün deyil. Belə ki, iddia tələbində göstərilənlərin əksər hissəsi inzibati orqan hesab edilən Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinin verdiyi inzibati akt qüvvəsinə malik olan sənədinin etibarsız hesab edilməsi ilə bağlıdır. Belə olduğu tədqirdə hazırki mübahisəyə Sumqayıt İnzibati İqtisadi Məhkəməsində baxılmalıdır. Qeyd olunanlara əsasən cavabdehin vəkili iddia tələbi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa iddiaçıların vəkili onuda bildirmişdir ki, əgər iddia tələbinin X5 Sumqayıt şəhəri, Corat qəsəbəsi, 76-cı məhəllə, 175 ünvanında fərdi yaşayış evinin tikintisi üçün verilmiş 2018-ci il tarixli eskiz layihəsinin qanunsuz hesab edilməsi, o cümlədən həmin torpaq sahəsində qeyri-yaşayış sahəsinin tikintisinə verilmiş Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinin 31 may 2018-ci il tarixli 09 saylı icazəsinin, tikintiyə icazə barədə 07 saylı 31 may 2018-ci il tarixli xüsusi nişanının etibarsız hesab edilməsi hissə üzrə icraata xitam veriləcəksə iddia tələbi “tikilinin sökülməsi” hissəsində baxılmamış saxlanmışdır. Hal-hazırda inzibati iqtisadi məhkəməsinə müraciət edərək yaranmış problemin həllini istəyirlər. Azərbaycan Respublikası NK-nin 136 saylı 28 avqust 2007-ci il tarixli təsnifatına 17.03.2019-cu il tarixdə dəyişiliklik aparılaraq “Yerli icra hakimiyyəti başçılarının yanında olan dövlət büdcəsindən maliyələşən orqanlar” inzibati orqanların siyahısına daxil edilmişdir. Bu baxımdan yaranmış mübahisəni inzibati iqtisadi məhkəmələri həl etməlidirlər. İnzibati icraat haqqında qanunun 2.0.2-ci maddəsi müəyyən edir ki, inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası İPM-nin 2.2-ci maddəsi müəyyən edir ki, İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.5 inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqmda iddia); Hesab edirlər ki, inzibati orqan olan Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin, maraqlı şəxs olan X5 verdiyi, Sumqayıt şəhəri, Corat qəs, 76-cı məhəllə, 175 ünvanında tikinti üçün verilmiş 2018-ci il tarixli eskiz lahiyəsinin qanunsuz hesab edilməklə, həmin torpaq sahəsində obyektin tikintisinə verilmiş Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinin 31.05.2018-ci il tarixli 09 saylı icazəsinin, tikintiyə icazə barədə 07 saylı 31.05.2018-ci il tarixli xüsusi nişanın etibarsız hesab edilməsi barədə qərar çıxarılmalıdır. 31.05.2018-ci il tarixli 07 saylı və 09 saylı icazə bir biri ilə bağlı olduğundan onları ayırmaq mümkün deyil. Bu baxımdan onlar bir iddia tələbində birləşdirilib birgə baxılmalıdır. İnzibati İcraat Haqqmda Azərbaycan Respublikasının Qanununun 65.1 maddəsi müəyyən edir ki, Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.3 qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt. Həmin Qanunun 65.2-ci maddəsi müəyyən edir ki, etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Həmin Qanunun 69.2-ci maddəsi müəyyən edir ki, İnzibati aktın bir hissəsinin etibarsız sayılması və ya ləğv edilməsi həmin aktın digər hissələrinin etibarsız sayılmasına və ya ləğv edilməsinə (həmin hissələr bir-biri ilə əlaqədar deyildirsə) səbəb olmur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddialarını dəqiqləşdirərək Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin üçüncü şəxs X5 verdiyi Sumqayıt şəhəri, Corat qəsəbəsi, 76-cı məhəllə, 175 ünvanında tikinti üçün verilmiş 2018-ci il tarixli eskiz lahiyyəsinin qanunsuz hesab edilməklə, həmin torpaq sahəsində obyektin tikintisinə verilmiş Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinin 31 may 2018-ci il tarixli 09 saylı icazəsinin etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında iddiaçı X10 və onun vəkili Vəkil Şirzad oğlu iştirak etmiş, iddianı müdafiə etmiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Vəkil Şirzad oğlu əlavə olaraq bildirmişdir ki, hazırda iddiaçılar iki nəfər olsada, mübahisə predmeti olan tikilinin yerləşdiyi məhəllənin bütün sakinləri narazıdırlar və məhkəmənin qərarını gözləyirlər. Onlar dəfələrlə həmin ərazidən keçən yolu bağlayaraq öz etirazlarını bildiriblər. Qanunsuz tikilinin cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən lahiyəsi təsdiq edildiyi, obyektin tikintisinə icazə verildiyi üçün hazırkı iddia təmin edilməlidir. Cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsi iddiaya etiraz edərək qeyd etmişdir ki, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Mübahisələndirmə haqqında iddianın qaldırılması üçün cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, cavabdehin imtinasının olub-olmaması yoxlanmalıdır. Hazırki iş üzrə iddia həmin iddiaya cavab verməli olmayan Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinə qarşı verildiyindən mümkün hesab edilə bilməz. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 saylı qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatfnın İİİ bölməsinin 1-ci yarımbölməsində Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanları sırasında Azərbaycan Respublikası rayon və şəhər icra hakimiyyəti orqanları göstərilmiş, həmin orqanların tabeliyində olan İdarələrin isə konkret siyahısı əks olunmuş, onların sırasında isə cavabdeh qurum göstərilməmişdir. Habelə, cavabdeh istinad edilmiş Təsnifatın V bölməsində nəzərdə tutulmuş qaydada qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı hüquqi şəxslərin dairəsinə aid deyildir, çünki bu iddia ilə istinad edilmiş tikintiyə icazə və hüquqi nəticə yaradan digər sənədlər mövcud şəhərsalma və tikinti qanunvericiliyinə əsasən Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən verilmir. Qanunvericiliyin aparılmış təhlilinin nəticəsinə görə, mübahisəli məsələ üzrə cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi inzibati akt qəbul edən inzibati orqan olmadığından, ona qarşı iddia qaldırmaq qanunvericiliyə ziddir. Beləliklə, hesab edirlər ki, iddiaçının mübahisələndirdiyi sənədlərin ləğvi ilə bağlı iddiası iddiaya cavab verməli olmayan Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinə qarşı verildiyindən mümkün hesab edilə bilməz. Qeyd edilənlərə əsasən iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında iştirak etsədə, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iştirak etməmiş, məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Eyni zamanda üçüncü şəxsdə məhkəmə iclasında iştirak etməmiş, məhkəmə üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq bu nəticəyə gəlir ki, iddia mümkün iddia olmaqla bərabər həmdə əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia mümkün iddiadır. Cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsi iddiaya etiraz edərək qeyd etmişdir ki, mübahisəli məsələ üzrə cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi inzibati akt qəbul edən inzibati orqan olmadığından, ona qarşı iddia qaldırmaq qanunvericiliyə ziddir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın etirazında qeyd etdiyi dəlillər əsassızdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Azərbyacan Respublikası Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinin əsasnaməsi Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən razılaşdırılmış, Azərbyacan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq edimişdir və həmin əsasnamənin birinci bəndində qeyd edilir ki, “Azərbyacan Respublikası Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsi Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən yaradılmış müstəqil hüquqi şəxs statusu olan qurumdur. Azərbyacan Respublikası Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsi haqqında Əsasnamənin 7.1-ci bəndinə əsasən İdarənin şəhərsalma, memarlıq və tikinti sahələrində öz səlahiyyətləri çərçivəsində yerli səviyyədə normativ tənzimləməni həyata keçirilməsini təmin etmək, 7.3-cü bəndinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada yerli səviyyədə şəhərsalma, memarlıq və tikinti sahələrində dövlət nəzarətini həyata keçirmək, 7.4-cü bəndinə əsasən şəhərin baş planının, müfəssəl planlaşdırma layihələrinin, yaşayış məntəqələrinin hüdudları layihələrinin, sənaye qovşaqlarının, sanatoriya-kurort, istirahət və turizm komplekslərinin baş sxemləri və layihələrinin, şəhərin mühəndis-kommunikasiya xətlərinin sxem və layihələrinin və onlarda müvafiq dəyişikliklər nəzərdə tutan layihələrin hazırlanmasını təşkil etmək, 8.7-ci bəndinə əsasən tikintiquraşdırma işlərinin başlanmasına müvafiq qaydada icazə vermək və.s hüquq və vəzifələri müəyyən edilmişdir. Göründüyü kimi səliyyətli inzibati orqanlar tərəfindən cavabdehə inzibati akt qəbul etmək səlahiyyəti verilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respubliaksı Qanununun 1.1-ci maddəsinə əsasən həmin qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 saylı Qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»nın V bölməsinə əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş orqanlarda inzibati orqan hesab olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 06 oktyabr 2012-ci il tarixli qərarındada qeyd olunmuşdur ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.1-ci maddəsinə uyğun olaraq, qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı hüquqi və ya fiziki şəxs inzibati orqandır. Dövlət tərəfindən təbii inhisar subyektlərinə inzibati aktlar qəbul etmək suveren səlahiyyətinin ötürülməsi, onların inzibati hüquq müstəvisində fəaliyyətlərini həyata keçirdikləri zaman inzibati orqan kimi çıxış etmələrinə əsas yaradır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi bir orqanın inzibati məhkəmə icraatında cavabdeh ola bilməsi üçün tələb olunan şərt həmin orqanın inzibati orqan və ya inzibati akt qəbul etmək səlahiyyəti verilmiş orqan olması və mübahisənin cavabdehin publik hüquqdan irəli gələn hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqəli yaranması təşkil edir. Hazırkı işdədə cavabdeh orqana inzibati akt qəbul etmək səlahiyyəti verilmişdir və hazırkı mübahisə onun bu səlahiyyətlərinin tətbiqi ilə əlaqəlidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçılar mübahisənin yaranmasına səbəb olan yarımçıq tikilinin yerləşdiyi yerin sakinləridir və məhkəmə hesab edir ki, həmin ərazidə qanunvericiliyin tələblərinə zidd olan tikilinin tikilməsi onların maraqlarına toxunur və onların hazırkı iddianı qaldırmaqda subyektiv hüquqları vardır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin RX ******* saylı çıxarışına əsasən Sumqayıt şəhəri, Corat qəsəbəsi, 76-cı məhəllə, 175 ünvanında yerləşən torpaq sahəsinin mülkiyyətçisi X7r. Sumqayıt Şəhər İcra Hakimiyyətinin 76 saylı 04 aprel 2018-ci il tarixli sərəncamına əsasən X4 mülkiyyətində olan Sumqayıt şəhəri, Corat qəsəbəsi, 76-cı məhəllə, 175 ünvanında yerləşən 800 kvm torpaq sahəsində razılaşdırılmış lahiyəyə uyğun olaraq obyektin layihələşdirilməsinə və tikintisinə icazə verilmişdir. Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən verilmiş “09 saylı 31 may 2018-ci il tarixli icazəyə əsasən lahiyə üzrə X5 Sumqayıt şəhəri, Corat qəsəbəsi, 76-cı məhəllə, 175 ünvanında yerləşən torpaq sahəsi üzərində 2 mərtəbəli qeyri yaşayış obyektinin tikintisinə icazə verilmişdir və Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən verilmiş “07 saylı 31 may 2018-ci il tarixli tikintiyə icazə barədə xüsusi nişana” əsasən Sumqayıt şəhəri, Corat qəsəbəsi, 76-cı məhəllə, 175 ünvanında yerləşən torpaq sahəsi üzərində 2 mərtəbəli qeyri yaşayış obyektinin lahiyə sifarişçisi X8, lahiyəçisi isə "xxxx" MMC olmuşdur. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 02 iyun 2021-ci il tarixli ekspert rəyinə əsasən aşağıdakılar müəyyən edilmişdir. Mülki iş materiallarına əlavə edilmiş eskiz layihəsində Sumqayıt şəhəri, Corat qəsəbəsi, 76-cı məhəllə ərazisində yerləşən X5 məxsus fərdi yaşayış evi layihələndirildiyini, lakin Sumqayıt Şəhər Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən tədqiq olunan ünvanda yerləşən torpaq sahəsində qeyri-yaşayış obyektinin tikintisinə dair 31 may 2018-ci il tarixli 09 saylı «icazə» və tikintiyə icazə barədə 31 may 2018-ci il tarixli 07 saylı «xüsusi nişan» verildiyini nəzərə alaraq, həmin eskiz layihəsinin qeyri-yaşayış obyektinə uyğun olmadığı müəyyən edilir. Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, X4 mülkiyyətində olan 0,08 ha (800,0 m2) torpaq sahəsinin üzərində fərdi yaşayış evi kimi layihələndirilmiş ümumi tikintialtı sahəsi 347,0 m2 olan tikilinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 fevral 2014-cü il tarixli 51 nömrəli qərarı ilə təsdiq edilmiş «Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar»ın 4.13. bəndinin tələblərinə uyğun olmadığı müəyyən edilir. Qeyd olunur ki, mülki iş materiallarına əlavə edilmiş eskiz layihəsində baş plan əks olunmadığından, həmin eskiz layihəsinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-75-ci maddələrdə uyğun olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Lakin mövcud vəziyyətdə qonuşluqda yerləşən iddiaçıların istifadəsində olan həyətyanı sərhəd hasarı arasındakı məsafənin 1,1 metr, eskiz layihəsi üzrə həmin tikilinin xarici divarının hündürlüyünün 11,3 metr təşkil etdiyini nəzərə alaraq, cavabdehin inşa etdiyi tikili ilə iddiaçılara məxsus həyətyanı torpaq sahələrin, məsafənin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5.1. bəndinin tələblərinə uyğun olmadığı muəyyən edilir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, tədqiq olunan tikili ilə qonşuluqda yerləşən iddiaçıların istifadəsində olan həyətyan sərhəd hasarı arasındakı məsafənin 1,1 metr təşkil etdiyini nəzərə alaraq mübahisəli tikilinin inşa edilməsi zamanı AzDTN 2.6-1 -in 4 12, 4.13. bəndlərinin “yanğın əleyhinə tələblər bölməsinin" 1-ci bəndinin tələblərinə riayət edilmədiyi müəyyən olunmuşdur. Məhkəmə tərəfindən yuxarıda qeyd edilən müvafiq ekspertiza təyin edilmiş və ekspert rəyi ilə müəyyən edilmişdir ki, cavabdeh orqan tərəfindən tikintisinə icazə verilmiş, inşası yarımçıq qalan obyekt tikinti və təhlükəsizlik normalarına uyğun olmayaraq inşa edilmişdir. Bu isə həmin tikilinin lahiyəsini razılaşdıraraq, obyektin tikintisinə icazə verən cavabdeh orqanın publik hüquqdan yaranan hərəkətləri və qərarlarının qanunsuz olduğunu göstərir. Göründüyü kimi Sumqayıt Şəhər İcra Hakimiyyətinin 76 saylı 04 aprel 2018-ci il tarixli sərəncamına əsasən üçüncü şəxs X5 mülkiyyətində olan Sumqayıt şəhəri, Corat qəsəbəsi, 76-cı məhəllə, 175 ünvanında yerləşən 800 kvm torpaq sahəsində razılaşdırılmış lahiyəyə uyğun olaraq obyektin layihələşdirilməsinə və tikintisinə icazə verilsədə, qanunvericiliyə zidd olan lahiyələndirmə cavabdeh inzibati orqan tərəfindən razılaşdırılaraq, hazırda mübahisələndirilən obyektin tikintisinə icazə qərarı verilmiş, nəticədə qanunvericiliyə zidd olan tikili tikilməyə başlamış və həmin ərazidə yaşayan vətəndaşların narazılığından sonra tikinti yarımçıq olaraq dayandırılmışdır. Göründüyü kimi cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin Sumqayıt İcra Hakimiyyəti tərəfindən ona verilmiş hakimiyyət səlahiyyətlərini qanunvericiliyin tələblərinə uyğun istifadə etməmişdir, bu isə iddianın əsaslı olduğunu göstərir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin üçüncü şəxs X5 verdiyi (razılaşdırdığı) Sumqayıt şəhəri, Corat qəsəbəsi, 76-cı məhəllə, 175 ünvanında tikinti üçün verilmiş eskiz lahiyyəsi qanunsuz hesab edilməklə, həmin torpaq sahəsində obyektin tikintisinə verilmiş Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinin 31 may 2018-ci il tarixli 09 saylı icazəsi etibarsız hesab edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin üçüncü şəxs X5 verdiyi (razılaşdırdığı) Sumqayıt şəhəri, Corat qəsəbəsi, 76-cı məhəllə, 175 ünvanında tikinti üçün verilmiş eskiz lahiyyəsi qanunsuz hesab edilməklə, həmin torpaq sahəsində obyektin tikintisinə verilmiş Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinin 31 may 2018-ci il tarixli 09 saylı icazəsi etibarsız hesab edilsin. Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin üçüncü şəxs X5 verdiyi Sumqayıt şəhəri, Corat qəsəbəsi, 76-cı məhəllə, 175 ünvanında tikinti üçün verilmiş 2018-ci il tarixli eskiz lahiyyəsi qanunsuz hesab edilməklə, həmin torpaq sahəsində obyektin tikintisinə verilmiş Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinin 31 may 2018-ci il tarixli 09 saylı icazəsi etibarsız hesab edilsin. 100 (yüz) manat ekspertiza xərci cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsindən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə ödənilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 8 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-62/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-62/2021
19.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver